Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2051/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Nümayəndə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2051/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2025 nömrəli 08 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 110 nömrəli və xx.xx.2021-ci il tarixli 111 nömrəli “nisyə mal satın alması” müqavilələrindən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə 2 ədəd İphone 11 Pro Max markalı telefon satılmışdır.
2. 110 və 111 nömrəli təhvil-təslim aktılarına əsasən müvafiq olaraq hər biri 3600 manat dəyərində 2 ədəd “İphone 11 Pro Max” markalı telefonlar Cavabdeh tərəfindən təhvil alınmışdır.
3. Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Nümayəndə ilə bağladığı xx.xx.2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən 2500 manat əsas, 250 manat cərimə (penya) borcu və xx.xx.2021-ci il tarixli 111 nömrəli müqaviləyə əsasən 2450 manat əsas, 250 manat cərimə (penya) borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4950 manat əsas və 500 manat cərimə (penya) borcu vardır.
4. Nümayəndə tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən İphone 11 Pro Max markalı telefona yaranan borcu 2500 manat, 01 fevral 2021-ci il tarixli 111 nömrəli müqaviləyə əsasən İphone 11 X10 mal satın alması müqaviləsinə əsasən yaranan borcu 2450 manat, müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə görə 250 manat, 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə görə 250 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə yaranan 500 manat peniya və 74.50 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, o, “Telefon mağasının” satıcısı olaraq Cavabdeh ilə 01 fevral 2021-ci il tarixli 110 nömrəli və 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqavilərii bağlamışdır. Cavabdeh 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən “İphone 11 Pro Max” markalı telefonu 12 aylıq kreditlə 3600 manata almış və hazırkı vaxtadək cavabdeh tərəfindən 210 manat ödənilmişdir. Bundan Əlavə 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə əsasən Cavabdeh “İphone 11 Pro Max” markalı telefonu 12 aylıq kreditlə 3600 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla 2250 manat ödənilmiş, lakin hazırda qalan 4950 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də, hesab edir ki, həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin o, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxartmışdır. Hazırkı vəziyyətdə də, cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsa idi o, maddi itkilərlə qarşılaşmayacaqdır. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Bundan başqa, o, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsə idi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, 4/719 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 01 fevral 2021-ci il tarixli 110 №-li və 01 fevral 2021-ci il tarixli 111 №-li “nisyə mal satın alması” müqavilələrində “Alıcı: İmza” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 10 may 2024-cü il tarixli “xx xxxxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh 2016-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə” İAMAS bazasında qeydə alınmış məlumatlarında görünür ki, xx xxxxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh 03 aprel 2018-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, 03 fevral 2021-ci il tarixdə dövlət sərhədindən ölkəyə giriş həyata keçirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 cavabdehin əmisi oğlu olmaqla yanaşı, cavabdehin xahişi ilə iddiaçı tərəfindən cavabdehə 2 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonların verilməsini, həmin müqavilələr bağlanan zaman cavabdehin ölkə hüdudlarından kənarda olmasını, lakin “Whatsapp” mesajlaşma mübadilə sistemi vasitəsilə ilə video görüntülü şəkildə hər iki tərəfin bir-biri ilə danışmasını, danışıq həyata keçirildikdən sonra cavabdehə məxsus pul vəsaitindən 1000 manat məbləğində ilkin ödənişin məhz onun tərəfindən həyata keçirilməsini, telefonların isə onun tərəfindən cavabdehə göndərilməsini təsdiq etmişdir. Bir neçə dəfə cavabdehlə əlaqə saxlayaraq, ödənişin həyata keçirilməsini xahiş etsə də, sonradan cavabdehlə əlaqə saxlamağın qeyri-mümkün olduğunu, cavabdehin digər şəxslərə də borclarının olmasını öyrəndiyini bildirmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, 2016-cı ildən İstanbul şəhərində yaşadığını, pandemiya dövrü İstanbul şəhərində telefonların qiymətinin baha olmasını nəzərə alaraq, qohumu (əmisioğlu) X4 pul göndərək ona Naxçıvandan telefonlar almasını tapşırdığını, onun vasitəsilə iddiaçıdan 2019-cu il tarixdə nağd pul verərək iki ədəd “İphone 11 Pro MAX” markalı mobil telefon aldığını, X3 ona istədiyi telefonları alıb göndərdiyini bildirmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-156/2025 nömrəli 03 oktyabr 2024-cü il tarixli 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqaviləyə əsasən 2500 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqaviləyə əsasən 2450 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5000 manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə xeyrinə tutulması, iddia tələbinin qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 74.50 manat dövlət rüsumunun 78%-i, yəni 58.11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 22%-i, yəni 16.39 manatı iddiaçıya aid edilməsi, eyni zamanda iddia qismən təmin edildiyindən, 126 manat ekspertiza xərcinin 78%-i, yəni 98.28 manatı Cavabdeh, qalan 22%-i, yəni 27.72 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iki ədəd eyni markalı telefonun məhz Naxçıvandan alınması, həmin telefonların məhz cavabdehin qohumu vasitəsilə alınması belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında həqiqətən şifahi nisyə alqı-satqı müqavilə münasibətləri olmuşdur, iddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən öhdəliklər tam icra edilməmişdir. Cavabdeh tərəf telefonların məhz X6 tərəfindən Naxçıvandan alınmasını etiraf etsə də, əşyaların dəyərinin tam şəkildə ödənilməsi barədə müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 110 nömrəli və xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqaviləyə əsasən 2500 manat ödənilməmiş hissə və xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqaviləyə əsasən 2450 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4950 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir.
14. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqavilə üzrə cərimə borcunun 10%-i miqdarında, yəni 25 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqavilə üzrə cərimə borcunun 10%-i miqdarında, yəni 25 manat məbləğində cərimə tutulmalıdır.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının cavabdehdən yol və gəliş-gediş xərclərinin ödənilməsi tələbi həmin hissəsində əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 404.1, 442, 448.1, 448.2, 462.1, 467, 601.1, 601.2, 604.4, 777.1, 777.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9, 47.1, 47.2, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti ounun əsaslandırılmışdır ki, barəsində mübahisə olan müqavilələrin heç birinin ona aidiyyəti yoxdur. İlkin instansiyada işə baxılarkən hakim tərəfindən ekspertiza təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylə təsdiq olunmuşdur ki, müqavilələrdəki imzalar ona məxsus deyil. X7 Xidməti tərəfindən verilmiş cavabla təsdiq olunur ki, o, Azərbaycana 03 fevral 2021-ci ildə gəlmişdir. Müqavilələr isə 01 fevral tarixində bağlanıb. Hakim iddianı təmin edərkən, məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsinə əsaslanaraq, bildirir ki, Xəyalın sözlərinə görə, sonuncu göstərilən telefonları onun tapşırığı ilə alıb ona göndərmiş, o, 1000 manat ödəmiş, qalan pulu ödəməmişdir. Bu ifadənin özündən məlum olur ki, onun alış-verişi Xəyalla olub, o, iddiaçı ilə heç bir müqavilə bağlamamış və onun qarşısında heç bir öhdəlik daşımağı barədə hansısa vəzifə üzərinə götürməmişdir. Əgər müqavilələrə saxtakarlıq edərək, onun əvəziə Xəyal imza edibsə, Nümayəndə qarşısında Xəyal məsuliyyət daşımalıdır. O, Xəyalın göndərdiyi telefonların pulunu Xəyala tam şəkildə ödəmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Mülki Məcəllə 21.Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 28.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 29.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 31.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 32.Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 33.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. İşin halları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixdə 2 ədəd nisyə telefon almışdır. Bu zaman birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ilə iddiaçı arasında müqavilə bağlanmışdır.
44. Birinci instansiya məhkəməsində, eləcə də apellyasiya şikayətində cavabdeh X.Əliyevə 2 ədəd telefon alınmasını tapşırdığını qeyd edir. Cavabdeh telefonların dəyəri olan pulu da Xəyala verdiyini qeyd edir.
45. Mülki Məcəllənin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
46. Göründüyü kimi, qanun tapşırıq müqaviləsinin şifahi bağlanmasına da yol verir.
47. X.Əliyev də izahatında bildirmişdir ki, cavabdehin şifahi tapşırığı ilə iddiaçı tərəfindən cavabdehə 2 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonlar verilmiş, həmin müqavilələr bağlanan zaman cavabdeh ölkə hüdudlarından kənarda olsa da, “Whatsapp” proqramı vasitəsilə ilə video görüntülü şəkildə hər iki tərəf bir-biri ilə danışmış, danışıq həyata keçirildikdən sonra cavabdehə məxsus pul vəsaitindən 1000 manat məbləğində ilkin ödəniş məhz onun tərəfindən həyata keçirilmiş, telefonlar isə onun tərəfindən cavabdehə göndərilmişdir.
48. Cavabdeh özü də birinci instansiya məhkəməsində telefonların Xəyal tərəfindən onun tapşırığı ilə alınmasını qeyd edir.
49. Kollegiya hesab edir ki, iddiaçı ilə müqaviləni başqa şəxs bağlasa da, bu məhz cavabdehin Cavabdeh şifahi tapşırığı ilə baş vermişdir. Belə ki, izahatlarla müəyyən olunur ki, imza cavabdehə məxsus olmasa da, o, telefonları qəbul etmişdir.
50. O da nəzərə alınmalıdır ki, daşınar əşyaların nisyə alqı-satqı müqaviləsinin şifahi bağlanması da qanunla yolverilən olduğundan, tərəflər arasında 2 ədəd telefonun nisyə alqı-satqısı barədə müqavilə şifahi də bağlana bilərdi.
51. Cavabdehin telefonların dəyəri olan pulu Xəyal Əliyevə ödəməsinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh istinad etdiyi halı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında sübuta yetirə bilməmişdir. Həmçinin şahid Xəyal Əliyev də bu halı təsdiq etməmişdir.
52. Kollegiya cavabdehin dəlilinə münasibətdə bildirir ki, Xəyal Əliyev tərəfindən pulun iddiaçıya verilməməsi cavabdehin Xəyal Əliyevə qarşı müstəqil iddia tələbi ilə məhkəmə müraciət etməsi üçün əsasdır. Hazırki halda qeyd edilən məsələnin mübahisə predmetinə aidiyəyyəti yoxdur.
53. Mülki Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
54. Hazırki halda isə müqavilənin bağlnması üçün notarial forma tələb edilmədiyindən, X8 Əliyevin nümayəndəsi qismində çıxış etməsi mümkündür.
55. İddiaçının məhkəməyə ünvanladığı cavabdehdən yol və gəliş-gediş xərclərinin ödənilməsi tələbinə münaibətdə kollegiya qeyd edir ki, iddia predmeti qismən təmin edilərkən qeyd edilən məsələ iddianın predmetinə daxil olmuş, lakin məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.
56. Qətnamə hazırda cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanıldığından Kollegiya həmin hissədə tələbə qiymət vermir.
57. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2025 nömrəli iş üzrə 08 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.