Məhkəmə qərarları › İş №2(103)-2054/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2054/2022

31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2054/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-285/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Müzəffər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və avtonəqliyyat vasitəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-285/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 elektron qaydada apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirərək hesab edir ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti Cavabdeh1 tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, istinad edilən konkret fakt və halları qeyd etməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-285/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Müzəffər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rəfael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar