Məhkəmə qərarları › İş №2(103)-2054/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2054/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2054/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(005)-284/2024 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASCtərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 18% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 8150 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh1 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. 2.Cavabdehlər müqavilə öhdəliklərini icra etmədiklərindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15850,77 manat borc olmaqla, bundan 8150 manat əsas, 6648,74 manat faiz və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1052,03 manat faiz borcu, iş üzrə ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 8150 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2016-cı il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahimüraciət olunmasına, habelə **********780 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 15850,77 manat təşkil edir. Bundan 8150 manat əsas, 6648,74 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 1052,03 manat borcu təşkil edir. 5.Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, əsas və faiz borcu qəbul edir, lakin gecikdirilmiş vaxt üçün 1052,03 manat faiz borcunu qəbul etmir. Həmçinin Cavabdeh1 zaminliyinə xitam verildiyi üçün iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 yanvar 2024-cü il tarixli, 2(005)-284/2024 saylı qətnaməsi ilə (hakim-Ramin Quliyev) iddia qismən təmin edilərək Cavabdeh2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 8150 manat məbləğində əsas borc, 5868 manat məbləğində faiz borcu olmaqla, cəmi 14018 (on bir min on səkkiz) manat məbləğində borcun, habelə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 138 manatın 122,05 manatının iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 11,56 manatının iddiaçı LPO "xxxx" ASC-dən, 88,44 manatının isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 7.xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 18 % olmaqla 8150 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; 8.xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli "xxxx" ASC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsini zamin Cavabdeh1 öhdəsinə götürmüşdür; 9.xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə ödənilməmiş 8150 manat əsas, 6648,74 manat faiz, 1052,03 manat müqavilənin bitdiyi tarixdən 5%-lə hesablanmış əldən çıxmış fayda üzrə borc olmaqla, cəmi 15850,77 manat məbləğində borcu vardır; 10."xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cədvəl üzrə yaranmış ümumi borcun ödənilməməsi səbəbindən, müvafiq tələblə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 11.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindəncavabdehə 48 ay müddətinə illik 18% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 8150 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh1 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Lakin üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmişlər və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə onlara xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdirlər. 12.Məhkəmə mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin 739, 470.1 və 472-ci maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının Cavabdeh1 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. 13.Məhkəmə bununla yanaşı qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Buna görə də məhkəmə hesab etmişdir ki, zamin Cavabdeh1 zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. 14.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. 15.Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8242 nömrəli ekspert rəyində Cavabdeh2 LPO "xxxx" ASC-yə olan əsas borcunun 8150 manat, faiz borcunun 5868 manat olduğu müəyyən edilmişdir. İddia tələbində faiz borcunun 6648,74 manat olduğu göstərilsə də, məhkəmə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, faiz borcu üzrə 5868 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 16.Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehdən tutularaq iddiaçının xeyrinə 8150 manat məbləğində əsas və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə hesablanmış 5868 manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 17.Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 1052,03 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 2- 3(103)-131/2020 saylı, xx.xx.2020ci il tarixli qərarına əsasən "xxxx" ASC müfliselan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixdən sonra "xxxx" ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2020-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 739, 470.1, 472, 477.0.4, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 449.1, 449.4-cü:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2, 14.2, 77.1, 119.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat 19.Qətnamədən iddiaçı LPO "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən – faiz borcunun 5868 manat müəyyən edilməsi, iddia tələbinin zaminə münasibətdə və müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1052,03 manat faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə faiz borcunun 5868 manat müəyyən edilməsi, iddia tələbinin zaminə münasibətdə və müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1052,03 manat faiz borcunun tutulması hissəsində təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən borclunun mənafeyini üstün tutmaqla, kreditorun qanunla qorunan maraqlarını nəzərə almamışdır. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.Birinci instansiya məhkəməsi iddia tələbi üzrə faiz borcunun 5868 manat müəyyən edilməsi bağlı gəldiyi nəticəni bir cümlə ilə belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8242 nömrəli ekspert rəyində Cavabdeh2 LPO "xxxx" ASC-yə olan əsas borcu 8150 manat, faiz borcu isə 5868 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyində ekspertin faiz borcu ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, hesabdan çıxarış məlumatlarını, maliyyə aryışını, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli kredit müqaviləsinin şərtlərini və iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert faiz borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Rəyə nəzər yetirsək görərik ki, ekspert öz rəyində silinmələrin hansı qaydada aparılmasını geniş şəkildə təsvir edə bilməmişdir. Bundan əlavə faiz borcunu yuvarlaqlaşdıraraq 5868 manat müəyyən etmişdir. Halbuki, hesabdan çıxarış məlumatlarında silinmələr geniş və aydın şəkildə göstərilmişdir. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi isə ətraflı təhlil edilməyən ekspert rəyini sübut növü kimi qəbul edərək faiz borcunun tutulması hisssəsində düzgün olmayan nəticəyə gəlmişdir. Bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank təbii ki, öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına sahib olardı. Birinci instansiya məhkəməsi isə nədənsə bu hala diqqət yetrilməmiş əsaslılığı şübhə doğuran ekspert rəyini sübut növü kimi qəbul edərək faiz məbləğinə aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə faiz məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. -Bundan əlavə əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulmasını məhkəmədən xahiş etmişdilər. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyi, Konstitusiya Məhkəməsininqərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmasını qeyd etmişdir. Bildirmək istəyirəm ki, həmin qərarda pul öhdəliyinin və ya o nun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası MülkiMəcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanması hüququ olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qanunun tələbində borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyi pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Hazırkı işdə kreditor bank olduğuna görə nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi azaldıla və ya silinə bilməz.Qətnamədə qeyd edilir ki, "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-in ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixdən sonra "xxxx" ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2020-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Halbuki, “Banklar” haqqında Qanununun tələbindən də göründüyü kimi, Bankın müflis elanolunmasına dair qərar qüvvəyə mindiyi anından bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Bu da o deməkdir ki, Bankınmüflis elan olunması barədə qərar qanuni qüvvəyə mindikdən sonra belə aktivləri üzrə faizləri tələb etmək hüququnu özündə saxlayır. Qanunun heç bir normasında qeyd olunmamışdır ki, Bank müflis elan olunarsa əldən çıxmış faydanı tələb etmək hüququnu itirmiş olur. Bankın müflis elan olunması haqqında qərar qüvvəyə mindikdən sonra işçilərin əmək haqqılarını banka qoyulmuş depozitləri və Bankın qaytarmaq öhdəliyi olan digər borcları qaytarmaq vəzifəsi mövcud olur. Həmçinin Bank tərəfindən verilmiş kredit müqavilələri üzrə girov qoyulmuş əmlakların hərrac vasitəsilə satışı baş tutmadıqda, həmin əmlaklar Banka təklif olunanda onları ala bilməsi üçün hesabında pul olması vacibdir. Kredit müqaviləsi üzrə borclu olan cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu vaxtında qaytarmadıqda Bank hərrac vasitəsilə ona təklif olunan əmlakları almaq imkanından məhrum olur. Belə olan halda Banka xeyli miqdarda ziyan dəymiş olur. Bunun kimi bir neçə halı sadalamaq mümkündür ki, kredit müqaviləsi üzrə borclu olan fiziki və hüquqi şəxslər tərəfindən kredit borcları ödəniş cədvəlinə uyğun olaraq ödənilsəydi Bank cavabdehlərdən əldən çıxmış faydanı tələb etməzdi. Yəni, Bank tərəfindən əldən çıxmış faydanın cavabdehdən tələb etməsi üçün mütləq deyildir ki, öz adından və öz hesabına kreditlərin versin və ya bu kimi fəaliyyəti həyata keçirsin. Qeyd olunan əsaslardan çıxış edərək hesab edir ki, Bank tərəfindən tələb olunan əldən çıxmış fayda tam qanuni və əsaslıdır. -Həmçinin Mülki Məcəllənin əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər Cavabdeh1 bank qarşısında öhdəliyi olduğu halda məhkəmə qeyd edilən maddi hüquq normasını pozaraq zaminə aid hissədə iddianı rədd etməklə əsassız nəticəyə gəlmişdir.Birinci instansiya məhkəməsi zaminliyə müddətinin keçməsi ilə əlaqədar xitam vermiş və zamindən borcun tutulmaması hissəsində səhv nəticəyə gəlmişdir.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Bubaxımdan, digər Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinə kimi müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə məkhəmə iddia qaldırıldığından zaminliyə xitam verilməsinin heç bir qanuni əsası yoxdur və zaminin borcalanla eyni həcmdə məsuliyyəti qalır. -Hesabdan çıxarış məlumatlarını, ödəniş tarixlərini və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, məhkəmə iddia tələbi üzrə kredit borcunun tam şəkildə tutulması hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinəqarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şkayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 27.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 31.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 32.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 34.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 35.Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 36.Maddə 477.0. 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 40.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 41.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcu ilə bağlı qismən təmin edilən, zaminə münasibətdə və müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1052,03 manat faiz borcunun təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdehlər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faizin tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qeyd olunan hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 18% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 8150 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh1 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Lakin üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmişlər və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə onlara xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdirlər. 46.Məhkəmə kollegiyası öncə iddianın faiz borcu ilə bağlı qismən təmin edilən hissəsinə hüquqi münasibət bildirərək qeyd edir ki, məhkəmənin həmin hissədə mövqeyi ilə razılaşmayan iddiaçının dəlilləri ondan ibarətdir ki, ekspert öz rəyində silinmələrin hansı qaydada aparılmasını geniş şəkildə təsvir edə bilməmiş, faiz borcunu yuvarlaqlaşdıraraq 5868 manat müəyyən etmiş, hesabdan çıxarış məlumatlarında silinmələr geniş və aydın şəkildə göstərilmiş, ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. 47.Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsasız hesab edərək qeyd edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan işin obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8242 nömrəli ekspert rəyində Cavabdeh2 LPO "xxxx" ASC-yə olan əsas borcunun 8150 manat, müqavilə müddətinin sonuna faiz borcunun 5868 manat olduğu müəyyən edilmişdir. 48.Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ekspet rəyinin şübhə altına alacaq hər hansı bir möbəbər sübut təqdim etməmiş, qeyd etdikləri isə formal mülahizədir. 49.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 50.Məhkəmə kollegiyası həmçinin borcun zamindən tutulması ilə bağlı iddianın təmin edilməyən hissəsində də məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: -kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsicimüddətisəəqdimübahisələndirməkhüququnavəiddialaraaiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; -iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. 51.Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulubpozulmamasından asılı olmayaraq ona xitam verir. 52.Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (exofficio) tətbiq edilir). 53.Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsaslarınından biri kimi göstərilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 54.Kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunan müddət hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddəti deyil, zaminliyə xitam verilməsini nəzərdə tutan kəsici müddət olduğundan, məhkəmə zaminliyə xitam verilməsi ilə bağlı düzgün nəticyə gəlmişdir. 55.Belə ki, işin araşdırılmış hallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı il tarixli, 99/0867/NİK nömrəli "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəti olan 48 ayın başa çatdığı gündən– xx.xx.2020-ci il tarixindən sonrakı 1 il ərzində, yəni xx.xx.2021-ci il tarixədək zaminə qarşı iddia tələbi ilə müraciət etmədiyindən Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsasını nəzərdə tutuan 477.0.4-cü maddəsində göstərilmiş dispozisya şərtləri zaminliyə xitam verilməsi ilə bağlı işin faktiki halları ilə uzlaşmaqdadır. 56.Məhkəmə kollegiyası illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faizin tutulması ilə bağlı iddia tələbinə hüquqi münasibət bildirərək qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki: -Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. -Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. -Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. 57.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. -Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 59.Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Buna görə də, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. 60.Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. 61.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. 62.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 63.Kollegiya həmçinin qeyd edir ki, faiz tələbləri ilə bağlı nəzərə alınmalıdır ki, kreditor, müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (müqavilə ilə şərtləşdirilmiş illik faizin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icrasının gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Başqa sözlə, müqavilə müddəti başa çatdıqdan sonra öhdəliyin icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş faizin tutulması mövcud qanunvericiliyə əsasən yolverilməzdir. 64.Beləliklə, kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı olduğndan, iddiaçı illik 5% dərəcəsi ilə borca hesablanmış faizin tutulmasını tələb etməkdə haqlı olmuşdur. 65.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8242 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 LPO "xxxx" ASC-yəmaliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla borcu 1053,84 manat müəyyən edilmişdir. 66.Kollegiya hesab edir ki, ekspert rəyi ilə illik 5% dərəcəsi ilə borca hesablanmış faiz məbləği 1053,84 manat müəyyən edilsə də, prosessual qanunvericilikyə əsasən iddia tələbindən kənara çıxılmasına yol verilmədiyindən, illik 5% dərəcəsi ilə borca hesablanmış faiz iddia tələbində göstərilmiş həcmdə 1052,03 manat miqdarında pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 67.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(005)-284/2024 saylı qətnaməsi illik 5% dərəcəsi ilə borca hesablanmış faizin tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə təmin edilməli, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 1052,03 (bir min əlli iki manat, 3 qəpik) manat pul tutulmalıdır. 68.Belə olan halda kollegiya qeyd edir ki, qətnamə Cavabdeh2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi iddiaçının xeyrinə tutulan borcun cəmi məbləği hissəsində dəyişdirilməli, cəmi məbləğ 15070,03 manat (on beş min yetmiş manat, üç qəpik) məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 69.Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən-iddianın təmin edilən hissəsində məbləğ 5000 manatdan az olduğundan (1052,03 manat), həmin hissədə Cavabdeh2 tərəfindən qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamənin mübahisələndirilən-zaminə aid iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. 70.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(005)- 284/2024 saylı qətnaməsi mübahisələndirilən-illik 5% dərəcəsi ilə borca hesablanmış faizin tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilsin. Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 1052,03 (bir min əlli iki manat, üç qəpik) manat pul tutulsun. Qətnamə Cavabdeh2 iddiaçının xeyrinə tutulan borcun cəmi məbləği hissəsində dəyişdirilsin, cəmi məbləğ 15070,03 manat (on beş min yetmiş manat, üç qəpik) məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılasın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı LPO "xxxx" ASC tərəfindən (zaminə aid iddianın təmin edilməyən hissəsindən) qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar