Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2058/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(010)-1704/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Tərəflər arasında borcun etirafına dair müqavilə bağlanmışdır və həmin müqavilənin tələblərinə əsasən cavabdeh hər ayın 1-dən 10-dək 640 manat olmaqla pulu 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16.000 manat əsas borcun və 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh1 onun xeyrinə 16.000 manat məbləğində pul vəsaitinin və 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh1 onun xeyrinə cəmi 15.400 manat məbləğində pul vəsaitinin və 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 üç ildir ki, tanıyır və onu digər Cavabdeh2 vasitəsi ilə tanımışdır. Onların münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin əvvəllərində Cavabdeh1 anasının əməliyyat olunması üçün ondan borca 16.000 manat pul istəmişdir və o 16.000 manat məbləğində pulu ona vermişdir. Lakin pulun qaytarılması barədə göstərilən müddətin keçməsinə baxmayaraq, cavabdeh pulu qaytarmamışdır. O, öz aralarında borcun etirafına dair müqavilənin imzalanmasını tələb etmiş və onlar 04 sentyabr 2021-ci ildə "Borcun etirafı Müqaviləsi" imzalamışlar. Müqaviləyə əsasən Cavabdeh1 borcunu hər ayın 1-dən 10-dək 640 manat olmaqla 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq heç bir ödəniş etməmiş və ona müraciət etdikdə müxtəlif bəhanələr gətirməklə yayınmış və sonda ona telefonda pulu ödəməyəcəyini bildirmişdir. Odur ki, hazırda bu məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Belə ki, o, pulu verərkən digər Cavabdeh2 onun yanında olmuşdur. O narahatçılığa ehtiyac olmadığını, onu tanıdığını və əks halda özü Cavabdeh1 pulu alıb qaytaracağını bildirmişdir. Mübahisənin başqa həlli mövcud olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(010)- 1704/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 15.400 (on beş min dörd yüz) manat və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1 və 882-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqısatqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385-ci və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə baxılması üçün iddia sənədlərinin Sabirabad rayonuna göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Alimə heç vaxt 16.000 manat borcu olmamışdır. Alim ilə onun arasında tamamilə başqa məsələ ilə bağlı pul məsələsi olmuşdur. Alim həmin məsələdən qorxduğuna görə onunla "Borcun etirafı Müqaviləsi" bağlamışdır. Alim ilə onun arasındakı yaranmış borc məsələsindən ona cəmi 11.000 manat borcu qalmışdır. Lakin, həmin məbləği ona tez bir zamanda qaytara bilmədiyinə görə o demişdir ki, ya borcu tez qaytar, yaxud da bankdan kredit götürüb ona versən banka əlavə 5.000 manat da faiz ödəyəcəksən. Ona görə də həmin 5.000 manat pulu da borcun üzərinə əlavə etmiş və o, həmin müqaviləni imzalamağa məcbur olmuşdur. Beləliklə guya onun Alimə 16.000 manat borcunun olması müəyyən olunmuşdur. Onu da qeyd edir ki, o, həmin puldan Alimə 2.400 manat qaytarmışdır. Lakin, Alim bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə baxarkən aidiyyət qaydalarını da pozmuşdur. Belə ki, o, Sabirabad rayonunda qeydiyyatda olmaqla yaşayır. İddiaçı isə iddianı məhkəməyə verərkən iş üzrə heç bir aidiyyəti olmayan və Bakı şəhəri Suraxanı rayonunda qeydiyyatda olan Cavabdeh2 formal cavabdeh kimi adını qeyd etmişdir. Bu yolla iddiaçı iddia ərizəsini Bakı şəhəri Suraxanı rayon məhkəməsinə verilməsinə nail olmuşdur. O, bu pozuntu barədə məhkəməyə bir neçə dəfə rəsmi müraciətlər etmişdir Lakin, onun müraciətlərini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə ona məlum olan halları nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işi səthi araşdırması nəticəsində onun tərəfindən ödənilmiş pullar nəzərə alınmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddia tələbinin ikinci cavabdehə heç bir aidiyyəti yoxdur. Belə olduğu halda məhkəmə onun aidiyyət barədə müraciətlərini və iddianın ikinci cavabdehə aidiyyətinin olmamasını nəzərə almalı və işi baxılması üçün Sabirabad rayonuna göndərməli olduğu halda bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, ödədiyi 2400 manat nəzərə alınmaqla ondan tutulmalı olan borcun məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh1 ona borclu olduğu 15400 manat puldan müxtəlif vaxtlarda xx.xx.2023-cü il tarixinə qədər 2.400 manat məbləğində pulun qaytarıldığını və qalan borc məbləğinin 13.000 manat olduğunu bildirdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 882.1.Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış borcun etirafı haqqında müqavilədən görünür ki, 1-ci tərəf Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan İddiaçı 2-ci tərəf ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 16.000 (on altı min) manat borcu olduğunu etiraf etmişdir. “İkinci tərəf” “Birinci tərəfə” olan borcunu hər ayın 1-dən 10-dək 640 manat olmaqla 25 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin dəlilərinə əsasən cavabdeh ididaçıya qeyd olunan hal ilə deyil başqa məsələ ilə bağlı 11.000 manat borcu olduğunu, iddiaçı onu qorxudaraq əlavə olaraq 5.000 manat da hesabladığını, həmin məbləğdən 2.400 manat qaytardığını göstərsə də, yalnız sonuncu apellyasiya şikayətinin dəlilli ilə bağlı məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı bu barədə sübut olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərkən təqdim etdiyi ərizəsində Cavabdeh1 ona borclu olduğu 15.400 manat puldan müxtəlif vaxtlarda xx.xx.2023-cü il tarixinə qədər 2.400 manat məbləğində pulun qaytarıldığını və qalan borc məbləğinin 13.000 manat olduğunu göstərərək qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin 13.000 manat borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, apellyator birinci instansiya məhkəməsində işə baxılan zaman iştirak etməmiş və iddiaya olan etirazın əsası kimi iddiaçıya borclu olduğu məbləğdən 2.400 manat qaytarmasına dair dəlilin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı cavabdehin 2.400 manat məbləğini qaytarmasını etiraf etdiyi üçün cavabdehin bu məbləğlə bağlı izahatı sübut kimi qiymətləndirilməlidir. Lakin cavabdeh ididaçıya qeyd olunan hal ilə deyil başqa məsələ ilə bağlı 11.000 manat borcu olduğunu, iddiaçı onu qorxudaraq əlavə olaraq 5.000 manat da hesablandığını göstərsə də, apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı bu barədə və iş üzrə iddiaçı tərəfin tədqiq edilmiş sübutların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidi Başqa sözlə, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Apellyasiya şikayətinin mülki işə aidiyyat qaydalarını pozmaqla baxıldığına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə ilk öncə iki cavabdehə qarşı qaldırılmış, bu cavabdehlərdən Cavabdeh2 Suraxanı rayonunda qeydiyyatda olduğundan məhkəmə mülki işi icraata götürən zaman aidiyyat qaydalarının pozulmasına yol verməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə cavabdehlərdən Suraxanı rayonunda qeydiyyatda olan Cavabdeh2 iddiaçı tərəfindən cavabdehlər sırasında çıxarması digər cavabdehə münasibətdə işin aidiyyatı üzrə digər məhkəməyə göndərilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının qarşısında pul öhdəliyinin olmasını “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385-ci və 882-ci maddələrinin göstərişinə əsaslanaraq borcun ödənilməsi barədə iddia tələbi əsaslı olmasına dair düzgün qənaətə gəlmişdir. Lakin apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və məhkəmə iclasında iddiaçının ona 2.400 manat pulun qaytarıldığını etiraf etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsində məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ona 2.400 manat məbləğində pulun qaytarıldığını bildirməsi baxımından kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh1 13.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(010)- 1704/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh1 13.000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə