Məhkəmə qərarları › İş №2(103)-2066/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2066/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2066/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Cavabdeh c oğlunun iştirakı ilə, İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdeh c oğluna qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3943/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı faiz borcu üzrə 6809,05 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsini, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Lexus LX470 minik markalı (buraxılış ili 2006, ban JTJH00V274021933, rəngi ağ) **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi, satışdan əldə edilən vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3943/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3943/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, xx.xx.2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İddiaçı hesab edir ki, mülki mübahisə zamanı məhkəmə qətnamə qəbul edərkən məhz iddia müddətinin axımını xx.xx.2018-ci il tarixdən tətbiq edə bilərdi. Məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. xx.xx.2007-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 5-ci maddəsində göstərilir ki, Bu Müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunduqdan sonra qüvvədən düşmüş hesab olunur. Belə ki, kredit müqaviləsinin 5-ci bəndinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc hesabına daxil olduğu tarix hesab olunur. Məhkəmə iclasında cavabdeh c oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan borcverən xxxx ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana avtomobil alınması ilə əlaqədar 18 ay müddətinə, yəni xx.xx.2009-cu il tarixinədək qaytarmaq, illik 23% ödəmək şərti ilə 65000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə əsas borca görə 65000 ABŞ dollarını, faiz borcuna görə 11835,42 ABŞ dollarını, cəmi 76835,42 ABŞ dolları borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan girov saxlayan xxxx ASC ilə girov verən Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 saylı girov müqaviləsindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Toyota Lexus LX 470 markalı (buraxılış ili 2006, banJTJH00V274021933, rəngi-ağ) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xxxx ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən müəyyən olunur ki, xxxx ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, veksellərin alışı üzrə borc qalığı, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xxxx ASC ilə İddiaçı QSC BOKT arasında tərtib olunan xx.xx.2018-ci il tarixli S-AVK-XAC-31 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xxxx ASC Cavabdeh ilə bağlanan xx.xx.2007-ci il tarixli № 167/07 saylı kredit müqaviləsi üzrə 6809,05 ABŞ dolları məbləğində faiz borcuna görə tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xxxx ASC-nin xx.xx.2017-ci il tarixli çıxarışından müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən razılaşdırılmış siyahı üzrə borcun məbləği 6809,05 ABŞ dolları təşkil edir. İş materiallarında olan X1 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh ayrılan kredit üzrə sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə aparılmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, iş materiallarından müəyyən olunur ki, borcverən xxxx ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 saylı girov müqaviləsinə və həmin tarixli kredit müqaviləsinə istinad edilməklə verilmişdir. Tərəflər arasında bağlanmış həmin kredit müqaviləsinin şərtlərinə riayət edilməmiş, nəticədə Cavabdeh həmin müqavilə üzrə 6809,05 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Sonradan, yəni xx.xx.2018-ci il tarixdə xxxx ASC ilə İddiaçı QSC BOKT arasında tərtib edilmiş S-AVK- XAC-31 saylı təhvil-təslim aktı ilə xxxx ASC Cavabdeh ilə bağlanan xx.xx.2007-ci il tarixli № 167/07 saylı kredit müqaviləsi üzrə 6809,05 ABŞ dolları məbləğində faiz borcuna görə tələbini İddiaçı QSC -yə güzəşt etmişdir. Həmin kredit müqaviləsinə əsasən, borclu tərəfindən sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə aparıldığı halda, iddiaçı həmin müqavilə üzrə faiz borcu tələbinə dair xx.xx.2020-ci il tarixdə, yəni 8 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə xxxx ilə bağlanmış müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə hesablanmış, lakin ödənilməmiş 6809,05 ABŞ dolları məbləğində borcu yaranmışdır və həmin borc tələbinin xeyrinə güzəşt edildiyi İddiaçı QSC-nin hazırkı iddianı qaldırmaqla Cavabdeh borcu tələb etməyə subyektiv hüququ olmuşdur. Lakin iddiaçı həmin borc tələbini tələb etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini (MM 373.2) ötürmüş, cavabdeh V.Səbzəlivev məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini və həmin əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli digər qərarında isə göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçı iddia müddətinin axımının xx.xx.2018-ci il tarixdən tətbiq edilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə və Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin axımı tələblərin güzəşt edilməsi vaxtı ilə deyil, müqavilə üzrə yaranmış öhdəliklərin icrası müddətinin başa çatması vaxtı ilə əlaqəlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3943/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar