Məhkəmə qərarları › İş №2(103)-2082/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2082/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2082/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2624/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)- 2663/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat manat sabit pul məbləğində alimentin və 300 manat miqdarına əlavə xərcin İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verilməsindən ötrü buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin onun tərəfindən xx.xx.2022-i il tarixdə oxunduğunu və çap edildiyini, işdə iştirak etmədiyini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmış və qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3, 133.5, 133.6, 363.1.3, 363.2 maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmiş, cavabdeh sözügedən qətnamədən şikayət verməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, müddətin üzrlü səbəblərdən ötürülməsinə dair hər hansı tutarlı səbəb gətirə bilməmiş və buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 133.3, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, o Azərbaycan Respublikasında olmadığına görə qətnamə rəsmi qaydada şəxsən özünə təqdim olunmamışdır. Elektron Məhkəmə sistemindən də xx.xx.2022-ci il tarixdən ASAN İMZA almaqla istifadəsinə başlamışdır. Belə nəticəyə gəlmək olar ki, qeyd etdiyi hallara əsasən məhkəmənin, bu iş üzrə qətnamədən verdiyi apellyasiya şikayəti üzrə verilmiş prosesual müddətin bərpa olunmasına dair ərizəsinin təmin etməməsi üçün heç bir hüquqi əsası yoxdur. “Elektron Məhkəmə” sistemindən xx.xx.2022-ci il tarixdən ASAN İMZA almaqla istifadəyə başladığından qətnamə tərəfindən xx.xx.2022-ci il tarixdə çap edilmiş xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Əslində bu iş üzrə tərəfindən prosessual müddətin bərpasına dair ərizənin verilməsi zərurəti yox idi. Sadəcə olaraq o məhkəmənin işinin daha operativ və obyektiv həlli üçün həmin ərizəni təqdim etmişdir. Hazırkı mülki iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnamə tərəfindən “Elektron Məhkəmə” sistemindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublkasına daxil olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2624/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 135, 146, 357, 360, 385, 387, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və ziddiyyətli mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri sübuta yetirilməmişdir. Bununla belə, cavabdehin dəlilləri apellyasiya şikayətinin verilməsinin müddətləri ağlabatanlıq meyarlarına da cavab verməlidir. Müddətin ötməsinin üzrlülük meyarlarına dair fərqli münasibətin sərgilənməsi məhkəmə müdafiə hüquqlarının əsassız məhdudlaşmasına və ya hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi dəyərləndirilməlidir. Şikayətdə qeyd edilən müddətin ötürülməməsinə işarə edilən ötürülən müddət incələnməmiş, dəlillər sübuta yetirilməmiş və bu əsaslara istinad edilməmişdir. Görünən odur ki, qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə apellyasiya şikayəti verilmişdir. Kollegiya səlahiyyətləri həddində verilən şikayətin (birinci instansiya məhkəməsində müzakirə predmeti olmayan) dəlillərinə münasibətdə digər əsaslarla müddətin ötməsi hallarının da müzakirəsini prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2624/2023 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar