Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2085/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulan zərərin (avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün sərf olunan ümumi təmir xərcləri) qarşılığı olan 950 (doqquz yüz əlli) manat pul məbləğinin "xxxx" MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 950 (doqquz yüz əlli) manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pulun Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı cavabdehin təşkilati-hüquqi formasında anlaşılmazlıq üzündən səhvə yol verildiyini bildirmiş, iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh ASC-ni əsl olan Cavabdeh MMC kimi qəbul edilməsini xahiş etmiş, hakim isə həmin ərizələri nəzərə almamış əsl olan cavabdehi cəlb etməmiş, nəticədə işə tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulmaqla baxmışdır. Rayon məhkəməsi qətnaməni “Elektron Məhkəmə” sisteminə yerləşdirərkən, cavabdehin adını Cavabdeh ASC-dən Cavabdeh MMC-yə dəyişməklə işi bitmiş hesab etmiş, qeyd edilən pozuntuları ört-basdır edəcəyi qənaətinə gəlmişdir. Hesab edir ki, cavabdeh olaraq ona aid hüquq və vəzifələrdən istifadə etmək imkanından məhrum edilmiş, etiraz və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin həmin avtomobil müvafiq lizinq müqaviləsinə əsasən X3, daha sonra öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, X10 verilmiş, həmçinin X5 etibarnamə verilmişdir. MM-in 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
6. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi E.Nəcəfli apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və xüsusi olaraq göstərdi ki, rayon məhkəməsi prosessual pozuntuya yol vermiş, iddiaçı tərəfindən ərizə verilsə belə, əsl olan cavabdehi cəlb etməmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Mirsənan Ağalarovun “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü X4 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir.
11. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BHQ 31 nömrəli rəyinə əsasən İddiaçı məxsus "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin ümumilikdə 950 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. İnzibati Tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X9 xx.xx.2023-cü il tarixində, saat 13:08-də Nərimanov rayonu ərazisində "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarını pozma) törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
13. Mülki iş materiallarında olan Cavabdeh MMC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli X18nə görə MMC 1 ədəd "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik maşınını X1 və istifadəsinə vermişdir.
14. Mülki iş materiallarında olan Cavabdeh MMC, X8, yəni öhdəlikləri ötürən və öhdəlikləri qəbul edən X14 arasında bağlanmış “öhdəliklərin ötürülməsinə” dair xx.xx.2022-il tarixli müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixli X18nə görə, MMC qarşısında götürülən öhdəlikləri X8 öhdəlikləri qəbul edən X12 ötürmüş, C.Kərimov da öhdəlikləri ötürənə heç bir tələb irəli sürmədən həmin öhdəlikləri tam şəkildə qəbul edərək, həmin öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür.
15. Cavabdeh MMC tərəfindən X6 verilmiş xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, X9 (sürücülük vəsiqəsi BD № 411567 saylı, xx.xx.2022-ci il tarixində Az.Res.DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilib) Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4094 saylı “X18” əsasında lizinqə verilmiş 1 ədəd "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla etibarlıdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2700-8/1082 nömrəli ekspert rəyinə əsasən nəzərə hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi məlumatlaraına əsasən "Kia Sorento" markalı, **- XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 950 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
20. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
21. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
22. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
32. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinə görə, "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik maşını Cavabdeh MMC tərəfindən X11 istifadə və sahibliyinə verilmiş, Cavabdeh MMC tərəfindən X6 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X9 (sürücülük vəsiqəsi BD № 411567 saylı, xx.xx.2022-ci il tarixində Az.Res.DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilib) Cavabdeh MMC ilə X14 arasında bağlanmış “X18” əsasında lizinqə verilmiş bir ədəd "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla etibarlıdır.
39. Göründüyü kimi "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik maşını müvafiq lizinq müqaviləsinə əsasən X11 istifadə və sahibliyində olmuş, avtomobil lizinq verən Cavabdeh MMC-nin mülkiyyətində olduğu üçün etibarnaməni X6 MMC vermişdir.
40. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
41. Kollegiya qeyd edir ki, həmin normanın tələbindən məlum olduğu kimi hazırkı iddia üzrə cavabdeh qismində avtomobilə qanuni əsasla sahiblik etməsi baxımından X14 və yaxud X9 çıxış edə bilərdi, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh MMC-nin hazırkı iddia üzrə cavabdeh kimi çıxış etməsi hər bir halda istisnadır.
42. Bundan başqa, mülki iş materiallarından görünür ki, iddia tələbi Cavabdeh ASCyə qarşı yönəlmiş, Cavabdeh ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq belə bir avtomobili olamadığını, V.İbrahimli ilə heç bir müqavilə münasibəti olmadığını bildirmişdir (i/v 20).
43. Bundan sonra məhkəmə iclas protokolundan göründüyü kimi Cavabdeh ASC-yə qarşı iddia tələbinə baxılmağa davam edilmişdir (i/v 43).
44. Daha sonra iddiaçı Cavabdeh ASC-ni əsl olan Cavabdeh MMC kimi qəbul edilməsi barədə dəqiqləşmə vermişdir (i/v 53).
45. Mülki iş materiallarından görünür ki, rayon məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilməmiş, Cavabdeh ASC əsl olan Cavabdeh MMC ilə əvəz edilməmişdir. Həmçinin bildirişlər də Cavabdeh ASC-yə göndərilmişdir (i/v 92, 103).
46. Göründüyü kimi, qətnamədə cavabdeh qismində Cavabdeh MMC göstərilsə də, işə baxılarkən nə onun əsl olan cavabdeh kimi cəlb edilməsi barədə müvafiq qərar qəbul edilmiş, nə də ona məhkəmə iclasları barədə məlumat verilmişdir. Hətta qətnamənin çıxarışında da cavabdeh kimi Cavabdeh ASC göstərilmişdir (i/v 111). Buna baxmayaraq, həmin tarixli qətnamənin özündən görünür ki, cavabdeh qismində Cavabdeh MMC qeyd edilmiş, bununla da rayon məhkəməsi tərəfindən işə baxılarkən növbəti ciddi prosessual pozuntuya yol verilmişdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
48. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
49. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.
50. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.
51. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir.
52. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşıraraq qeyd edir, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
56. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
57. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
59. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizənin verilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat isə İddiaçı alınaraq cavabdeh MMC-yə verilməlidir.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi (əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən) təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh MMC-yə verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.