Məhkəmə qərarları › İş №2(103)-2087/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2087/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2087/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh “X8 X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X8 X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı “girov qoyulmuş əşyanın geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X8 X4” MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli kredit müqaviləsi üzrə 1.272, 67 ABŞ dolları borcun “xxxx” MMC-yə ödənilməklə girov müqaviləsi üzrə “xxxx” MMC-nin Ağdaş filialına təhvil verilmiş qızıl-zinət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, kredit götürmək məqsədi ilə cavabdeh “X8 X4” MMC-nin Ağdaş filialına müraciət etmiş və aralarında bağlanmış 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli kredit müqaviləsinə əsasən o cavabdeh orqandan illik faiz dərəcəsi 29 % olmaqla 21 ay müddətinə 1.593 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh orqanın Ağdaş filialı ilə aralarında girov müqaviləsi bağlanmış, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş “xxxx” MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil-təslim aktına əsasən çəkisi 109.4 qram 583,750 əyarlı 1 ədəd sirqa, çəkisi 5,20 qram 583, 1 ədəd üzük 583 əyar 4.90 qram, 583-2 ədəd klon - 5.50 qram, 583 əyar 2 ədəd üzük, 9.5 qram, 583 əyar bir ədəd boyunbağı 70.20 qram, 583 əyar bir ədəd üzük 2.8 qram, 750 əyar 1 ədəd üzük 6.6 qram, 750 əyar 1 ədəd üzük 6.6 qram, 750 əyar 01 ədəd üzük 4.7 qram qızılı cavabdeh orqanın Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. Həmin akta əsasən girov qoyulmuş qızıl-zinət əşyalarının dəyəri qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Bütün bunlardan sonra cavabdeh orqanın Ağdaş filialından kredit müqaviləsində göstərilmiş 1.593 ABŞ dolları ona verilmişdir. Cavabdeh orqanın Ağdaş filialından götürdüyü krediti müqaviləyə əlavə edilmiş qrafik üzrə xx xxxxxx 2016-cı ilə qədər qaytarmışdır. 2016-cı ilin sentyabrında kredit müqaviləsi üzrə qalıq borcunun tamamilə ödəyərək girov qoyduğu qızıl-zinət əşyasını götürmək üçün cavabdeh orqanın Ağdaş filialına yaxınlaşmışdır. Filialda ona bildirmişlər ki, filialın müdiri tərəfindən pul vəsaitlərinin, girov qoyulmuş qızılzinət əşyalarının mənimsənilməsi faktı olduğundan borcunuz qəbul edilməyib dondurulmuşdur. Bu barədə hətta götürdüyü kreditə görə girov qoyduğu qızıl-zinət əşyalarının ona qaytarılması barədə xx xxxxxx 2017-ci il tarixli təhviltəslim aktı da tərtib edilmişdir. Həmin akta əsasən bir ədəd sırğa 583 əyar, 5,20 qram 01 ədəd üzük 583 əyar 4.90 qram, 2 ədəd klon 583 qram, 2 ədəd üzük, 583 əyar 9.5 qram qızıl-zinət əşyaları ona qaytarılmış, yuxarıda göstərildiyi qızıl-zinət əşyaları isə ona qaytarılmamışdır. Həmin aktda göstərilmişdir ki, həmin tarixə onun cavabdeh orqana cəmi 1.272.67 ABŞ dolları borcu qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “X8 X4” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağının, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, 1.273 (min iki yüz yetmiş üç) manat 0,20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı 1 ədəd boyunbağı, çəkisi 6.6 qram 750 əyarlı 1 ədəd üzük, çəkisi 4.7 qram 750 əyarlı 1 ədəd üzüyün əvəzi olaraq 1.273,20 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə razı deyil, çünki məhkəmə tərəfindən onun əmlak hüququ pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin təmin edilərək girov qızılların dəyərinin real məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin təmin edilərək girov qızılların dəyərinin real məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “X8 X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdehdən tutulacaq məbləğin ABŞ dollarlı ilə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin dəyişdirilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxx” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağı, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, 1.273 (min iki yüz yetmiş üç) manat 0,20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə cavabdeh “X8 X4” MMC-nin Ağdaş filialı ilə arasında bağlanmış 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-dən illik faiz dərəcəsi 29 % olmaqla 24 ay müddətinə 1.593 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ilə cavabdeh “X8 X4” MMC-nin Ağdaş filialı ilə arasında bağlanmış 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsindən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-dən illik faiz dərəcəsi 29 % olmaqla 24 ay müddətinə 1.593 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, “Girov predmeti BOKT tərəfindən 1.593 (min beş yüz doxsan üç) USD dəyərində qiymətləndirilir.” İş materiallarında olan təhvil-təslim aktından görünür ki, çəkisi 109.4 qram 583,750 əyarlı 1 ədəd sirqa, çəkisi 5,20 qram 583, 1 ədəd üzük 583 əyar 4.90 qram, 583- 2 ədəd klon - 5.50 qram, 583 əyar 2 ədəd üzük, 9.5 qram, 583 əyar bir ədəd boyunbağı 70.20 qram, 583 əyar bir ədəd üzük 2.8 qram, 750 əyar 1 ədəd üzük 6.6 qram, 750 əyar 1 ədəd üzük 6.6 qram, 750 əyar 01 ədəd üzük 4.7 qızılı cavabdeh “xxxx” MMC-nin Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. İş materiallarında olan “X8 X4” MMC-nin Ağdaş filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin Ağdaş filialının sabiq müdiri X3 qanunsuz hərəkətləri ilə əlaqədar Ağdaş rayon prokurorluğunda ********* saylı cinayət işi başlanılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, X5 müştərilərinə məxsus girov qoyulmuş qızıl-zinət əşyalarının xeyli hissəsini saxlancdan götürərək mənimsəmiş, həmçinin digər qanunsuz hərəkətləri ilə “xxxx” MMC-yə külli miqdarda zərər vurmuşdur. Müştərimiz İddiaçı ilə onlar aralarında bağlanılan 08504 nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə gecikmələrinin səbəbi yuxarıda göstərilən faktla əlaqədardır. Halhazırda həmin kredit müqaviləsi üzrə İddiaçı borcunu tam şəkildə ödəmişdir və onun “xxxx” MMC-də heç bir öhdəliyi yoxdur. Bu baxımdan məhkəmə kollеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli kredit müqaviləsini əsas götürməklə, cavabdеh “X8 X4” MMC tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Həmin Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 302.9-cu maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdeh “xxxx” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağı, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, pul vəsaitinin İddiaçı xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olsada, tutulmalı olan məbləği manatla hesablamaqda səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində girov qoyulmuş əşyaların dəyərini 08504 saylı, xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsinə 1 №-li əlavə olan və tərəflərin imzaladığı xx xxxxxx 2016-cı il tarixli Aktda göstərilən qiymətlə iddiaçıya geri qaytarmalı olduğunu qeyd etsədə sonda girovun dəyərini USD ilə deyil, manatla hesablamışdır. Lakin, həmin müqavilənin, yəni girov müqaviləsinin 4.3-cü bəndində qeyd edilir ki, “Girov predmeti BOKT tərəfindən 1.593 (min beş yüz doxsan üç) USD dəyərində qiymətləndirilir.” Müqavilənin 4.3-cü bəndinin tələbindən də gürünür ki, iddiaçının girov qoyduğu əmlak USD ilə qiymətləndirilmiş və bu səbəbdən də dəyəri USD ilə ödənilməlidir. Odur ki, qirov qoyulmuş qızılın əvəzi olaraq 1.273,20 (min iki yüz yetmiş üç dollar iyirmi sent) ABŞ dolları ödəniş anında Azərbaycan manatı ekvivalenti ilə hesablanmaqla pul cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, İddiaçı apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olsada, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Bu isə Azərbaycan Respublikası MPMnin 384.0.3 və 385.1.3-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Odir ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsi хahiş оlunduğundan, apelyasiya şikayəti məhkəmə qətnaməsinin dəyişdirilməsinə dair hissədə qismən təmin edilməli, mülki iş üzrə məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən cavabdeh “X8 X4” MMC-dən girov qoyulmuş qızılların əvəzi olaraq, 1.273 (min iki yüz yetmiş üç) manat 0,20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdeh “X8 X4” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağı, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, 1.273,20 (min iki yüz yetmiş üç dollar iyirmi sent) ABŞ dolları ödəniş anında Azərbaycan manatı ekvivalenti ilə hesablanmaqla pul alınaraq İddiaçı xeyrinə ödənilməli, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2972/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən cavabdeh “X8 X4” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağı, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, 1.273 (min iki yüz yetmiş üç) manat 0,20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh “X8 X4” MMC-dən girov qoyulmuş çəkisi 70.20 qram 583 əyarlı olan bir ədəd boyunbağı, çəkisi 2,8 qram 583 əyarlı bir ədəd üzük, çəkisi 6,6 qram 750 əyarlı bir ədəd üzük və çəkisi 4,7 qram olan 750 əyarlı bir ədəd üzüyün əvəzi olaraq, 1.273,20 (min iki yüz yetmiş üç dollar iyirmi sent) ABŞ dolları ödəniş anında Azərbaycan manatı ekvivalenti ilə hesablanmaqla pul cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamə İddiaçı apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar