Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2088/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3038/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000011641 saylı kredit razılaşması üzrə 4735,17 ABŞ Dolları məbləğində kredit borcu, 5000,42 ABŞ Dolları məbləği faiz borcu və 7647,7 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17383 (on yeddi min üç yüz səksən üç) ABŞ Dolları 29 (iyirmi doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3038/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 001R000011641 saylı kredit razılaşması ləğv edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla xx.xx.2013-ci il tarixli 001R000011641 saylı kredit razılaşması üzrə tarixi üçün 4735,17 (dörd min yeddi yüz otuz beş ABŞ Dolları on yeddi sent) ABŞ Dolları məbləğində əsas borc, 2760.42 ABŞ Dolları (iki min yeddi yüz altmış ABŞ Dolları qırx iki sent) ABŞ Dolları faiz borcu, 600 (altı yüz) ABŞ Dolları cərimə borcu, cəmi 8.095.59 (səkkiz min yüz doxsan beş ABŞ Dolları əlli doqquz) ABŞ Dolları tutularaq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, faiz borcunun düzgün hesablanmadığı və məbləğin kifayət qədər yüksək olduğunu qeyd etmişdir. Həmçinin Cavabdeh2 məhkəmə iclasında da kredit borcunu özünün ödəyəcəyini bildirməsinə baxmayaraq, məhkəmənin kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul etməsini əsassız hesab edərək, qətnamənin ləğv edilərək, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.İsmayılova apellyasiya şikayəti ilə razı olmadığını, şikayətin formal olaraq işi uzatmaq üçün verildiyini, şikayətdə konkret bir dəlilə istinad edilmədiyini qeyd etdi. Həmçinin birinci instansiya məhkəməsinə müfəssəl maliyyə arayışları təqdim etdiklərini, faiz borclarının isə müqavilə müddəti bitən tarixə hesablanmış borc olduğunu bildirdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01L000002493 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank borcalana 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01R000011641 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit vermişdir. Həmin tərəflərin imzalamış olduqları xx.xx.2015-ci il tarixli 01R000011641S saylı, xx.xx.2015-ci il tarixli 01R000011641SA saylı, xx.xx.2016-cı il tarixli 01R000011641SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 xx.xx.2011-ci il tarixli, 001S000003871 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 01L000002493 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 01L000002493 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti zamin Cavabdeh3 xx.xx.2012-ci il tarixli 001S000005193 saylı zaminlik müqaviləsi ilə öz üzərinə götürmüşdür. Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 01L000002493 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 xx.xx.2015-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 01L000002493 saylı uzunmüddətli (120 ay) kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür İş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əlavə edilən ödəniş planına əsasən, iddiaçı cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olan, aylıq ödənilməli məbləğ 540.39 ABŞ dolları və 540.31 ABŞ dolları olan ödəniş qrafiki müəyyənləşdirilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli maliyə arayışına əsasən iddiaçıya xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 4735,17 ABŞ dolları məbləğində əsas borcu, 5000,42 ABŞ dolları məbləğində faiz borcu və 7647,7 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 17383,29 ABŞ dolları məbləğində borcu vardır. Həmçinin, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cavabdehin xx.xx.2018-ci il tarixinə 4735,17 ABŞ dolları məbləğində əsas borcu, 2760.42 ABŞ dolları məbləğində faiz borcu və 6694,40 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 14189,99 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının borclu və zaminlərə ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğin ödənilməsindən yayınması göstərilməklə, bu barədə müvafiq orqanlara müraciət olunması izah edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 krediti ödəniş cədvəlinə uyğun olaraq kredit faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürmüş, borclunun öhdəliklərinin icrası təmin etmək məqsədilə X4, Cavabdeh2 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, lakin cavabdehlər öhdəliklərini lazımınca icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3038/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2088/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2088/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver