Məhkəmə qərarları › İş №2(103)-2090/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2090/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2090/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), X10 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 4600 manat əsas borcun və 2017-ci ilin sentyabr ayından məhkəmə qətnaməsi çıxarılan günədək, bank uçot dərəcəsinə uyğun olaraq borc məbləğinin illik 5 faizi məbləğində 4140 manat, cəmi 8740 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmiş Cavabdeh tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan X2 ailəsinə uzun müddət taksi xidməti göstərdiyi üçün və onu tanıdığından Kərimova Sevdanın adına avtosalonda “Seat İbizast” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini götürərək, ipoteka ilə yüklü edərək Azərbaycan Beynəlxalq Bankda 12325 manat məbləğində kredit də Kərimova Sevdanın adına götürüb özündə zamin durmuşdur. 2012-ci ilin sentyabr ayından 3 ildir ki, mütəmadi krediti ödəmişdir. Lakin bir ildir ki, kredit öhdəliyini tam icra etmədiyindən borc və faizlər yaranmışdır. Bu səbəbdən Kərimova Sevda avtomobilin idarə olunmasına verilən etibarnaməni dekabr ayında ləğv etdirib avtomobili X12 bu günə kimi saxlatmışdır. O, Azərbaycan Beynəlxalq Bankda məhkəmə qətnaməsi üzrə yaranmış kredit borcun ödənilməsi öhdəliyini tam yerinə yetirməyi və həmin avtomobilə yenidən etibarnamə götürərək tam saz vəziyyətdə saxlamağı, idarə olunmasına görə məsuliyyəti öz üzərinə götürür. Avtomobil üzərində baş verəcək hər hansı bir ziyanı və xərci ona aiddir. Ona görə ki, ondan başqa avtomobili heç kəs idarə etmir, etməyəcəkdir. Gələcəkdə də Bank üzrə kredit borcu tam ödənildikdən sonra avtomobili girovdan azad edib öz adına qeydiyyata alacağına cavabdehlik daşıyır. Belə ki, həqiqətən 2014-cü ildə ona təcili pul lazım olduğuna görə X1 xahiş etmişdir ki, ona faizə pul tapsın. Sevda da 10 faizdən pul tapıb 12 faizdən ona vermişdir. 2014-cü ildən 2015-ci ilə kimi hissə-hissə faizə toplum 5000 manat pul alaraq qismən faiz ödənişlərini etmiş 800 manat, poçt vasitəsilə 500 manat, 300 manatı çayxanada ödəmiş və X4 500 manat Sevdaya vermişdir. 400 manatda əsas məbləğdən ödəyib 4600 manatı hissə-hissə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Hər ödənişi etdikdə öz imzası ilə məbləği yazıb qeyd edəcəkdir. Ödənişləri vaxtında etməsə, gecikdirsə, yenidən faizlər hesablanaraq məhkəmə qarşısında cavabdehlik daşımağa hazırdır (iş səh.10). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə, 4600 manat əsas borc, 460 manat faiz borcu olmaqla, cəmi 5060 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 17.30 (on yeddi manat otuz qəpik) manat pul vəsaiti tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 425.1, 427.3, 741, 742.1, 449.4, 442, 443.1, 448.2, 428.4, 743; Azərbaycan Respublikası 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin iddiaçıdan illik 5 faiz ödəmək şərti ilə borc pul götürməsi və həmin pulun 4600 manat məbləğini ödəməməsi öz təsdiqini tapmış 2017-ci ildən hal-hazırki vaxtadək, borcun qaytarılmadığı iki il ərzində 4600 manat əsas borca illik 5 faiz dərəcəsi ilə 460 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun hesab edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı aralarında razılaşma bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 4600 manat əsas borc, 460 manat faiz borcu olmaqla, cəmi 5060 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 17.30 manat məbləği tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin 30 .10. 2019-cı il tarixli qətnaməsini ləğv etməklə, iddia tələbini tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 25; MPM-nin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 385.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, a) minik avtomobili üçün ödənilmiş 12325 manat pul vəsaitinin kim tərəfindən ödənilməsi, qəbzlərin əslinin cavabdehdə olması, avtonəqliyyat vasitəsinin 5 il ərzində onun istifadəsində olması və bu zaman iddiaçı S.Kərimovaya heç bir pul vəsaitinin arenda formasında ödənilməməsinin səbəbi, S.Kərimovanın polis Bölməsində avtomobillə bağlı heç bir iradının olmaması; b)Faiz formasında S.Kərimovaya ödənilmiş 10 min manata qədər pul vəsaitini təsdiq edən şahid bazasının məhkəmə tərəfindən dindirilməməsi, həmçinin iddiaçının ona qarşı törətdiyi qanuna zidd əməllərinin əvvəlcədən düşünülmüş şəkildə planlaşdırılması; c)Bakı şəhəri 7 saylı notariat kontorunda 7e-2137 saylı xx xxxx 2017-ci il tarixli reyestrlə qeydə alınmış ərizənin yenədə iddiaçı tərəfindən təziqlərə məruz qalmaqla təsdiqlənməsi kimi hallar məhkəmə araşdırma predmeti olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-nin 21, 324, 385-388; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, tələb həddində cavabdehin mülahizələrinə (aid qarşılıqlı tələbi olmadığından) qiymət verilməsi mümkün deyildir və notarial qayada təsdiq edilən əizənin həqiqiliyi prezumpsiyası qüvvədədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar