Məhkəmə qərarları › İş №2(103)-2090/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2090/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2090/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» 2(005)-712/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi və mənəvi zərərin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veterandır. Ön cəbhədə döyüş əməliyyatlarında uzun müddət iştirak etmişdir. Bir müddət sonra burun tənəffüsü çatışmazlığından əziyyət çəkdiyi üçün X11 müraciət etmişdir. X13ndan iddiaçını Cavabdeh1 hospitalına göndərmişlər. Səhiyyə xərclərini fond öz üzərinə götürmüşdür. Hospitalın baş həkimi İmran Ağayevin qəbulunda olmuşdur. O, iddiaçını tibbi müayinədən keçmək üçün lor həkimi Cavabdeh2 qəbuluna göndərmişdir. Lor həkimi Cavabdeh2 tibbi müayinədən sonra burnunun xarici görünüşündən narazı olduğunu bilib «septroinoplastika» ilə bərabər həm də «Rinoplastika» əməliyatının zəruri olduğunu bildirmişdir. 19.01.2018-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyatı Cavabdeh1 hospitalda tam yad bir həkim etmişdir. Əməliyyat uğursuz olduğu üçün Cavabdeh2 əməliyyatda olmadan epikrizə imza atmışdır. Əməliyyat uğursuz olduğu və o, narazı olduğu üçün baş həkim İmran Ağayev 2-ci əməliyyatı 01.03.2018-ci il tarixdə təşkil etmişdir. 1-ci əməliyyatın ağır fəsadları olduğu üçün 2-ci əməliyyatın nəticəsi olmamışdır. İddiaçı X11 şikayətçi olduğuna görə 2-ci əməliyyatdan dərhal sonra baş həkim hiylə işlədərək əməliyyatdan razı olduğu barədə ərizə yazmağı xahiş etmişdir. İddiaçının üzü və burnunda şiş olduğu üçün narkozdan təzə ayıldığına görə (xahiş edir ki, ikinci ardıcıl əməliyyat nəzərə alınsın) yazaraq imza etmişdir. 2-ci əməliyyatın da uğursuz olduğunu biləndə X11 zəng edib (*** *** ** **) narazı olduğunu bildirmişdir. O, zəngdən sonra baş həkim İmran Ağayev 3-cü əməliyyatın zamanla bağlı olduğunu ən azı 6 aydan sonra ola biləcəyini bildirmişdir. İddiaçı inanmışdır. Bu üç əməliyyat barədə X13 xəbərdar olmuşdur və əməliyyatla bağlı «Medstyle Hospital»ın baş həkimi İmran Ağayevin qəbulunda olmuşdur. O, dediyi sözləri inkar etmişdir. Əməliyyat üçün əlavə ödəniş tələb etmişdir. Cavabdeh2 əməliyyatda olmadığını bildiyini və əcəb etdiyini bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub Respublika Prokuroluğuna müraciət etmişdir. Prokurorluqdan iddiaçının ərizəsi Səhiyyə Nazirliyinə çatdırılması üçün göndərilmişdir. Səhiyyə Nazirliyinin göndərişi ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə olunmuşdur. Xəstəxananın rəyində iki uğursuz əməliyyat öz təsdiqini tapmışdır. Xəstəxananın baş həkimi bu barədə məlumatlıdır. Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Heç bir nəticə olmamışdır. 12 iyul 2019-cu il tarixində verilən rəy, şikayətlər nəticəsiz qalmışdır. Həkim rəyindən təkrar əməliyyata ehtiyac olduğunu bilərək baş həkim İmran Ağayev iddiaçıya qarşı sayğısızlıq etmişdir. İmran Ağayev yaxşı bilir ki, iddiaçı Cavabdeh1 hospitalın yerləşdiyi küçəyə adı verilmiş Milli Qəhrəman Albert Aqarunovun cəbhə yoldaşıdır. İddiaçı artıq 3 ilə yaxındır ki, xəstəliyi ilə əlaqədar əziyyət çəkir, heç bir yerdə işləyə bilmir. Tənəffüs problemi var. Stress içində yaşayır. Ona 30000 manat maddi, 20000 manat mənəvi zərər dəymişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən maddi zərərə görə 3000 manat, mənəvi zərərə 2500 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, iddiaçı iddia tələbində qeyd edilən halların Cavabdeh1 MMC-yə aid olması ilə bağlı hər hansı bir sübut təqdim etməyib. Lakin, buna baxmayaraq məhkəmə iddia tələbində göstərilən əsasların cavabdehə aid olub-olmaması ilə bağlı sübutlara hüquqi qiymət vermədən eyni zamanda aidiyyət qaydalarını və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq mülki işi icraata qəbul edərək Cavabdeh1 MMC-ni cavabdeh qismində məhkəməyə çağırıb. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçı Cavabdeh1 MMC-də əməliyyat olunduğunu iddia etsə də lakin, "xxxx" MMC-yə ödəniş edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməyib. Hətta əməliyyat xərcini ödəyən Fond tərəfindən da Cavabdeh1 MMC-yə iddiaçının əməliyyat xərcinin ödənilməsini təsdiq edən sənəd təqdim edilməyib (bu hal araşdırılmayıb). Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almamışdır. Halbuki, məhkəmə bu müddət ərzində öz səlahiyyətlərindən istifadə edərək bu halı dəqiqləşdirə bilərdi. Həmçinin, qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh1 MMC iddiaçının əməliyyat olunduğu tarixdən sonra təsis edilib və həmin tarixdən sonra fəaliyyətə başlayıb. Lakin məhkəmə Cavabdeh1 MMC-nin əməliyyat tarixindən xeyli sonra fəaliyyətə başlaması barədə sənəd təqdim edilməsinə baxmayaraq bunu nəzərə almamış və nəzərə almamasının səbəblərini qətnaməsində əsaslandırmamışdır. Eyni zamanda, digər cavabdehin yəni - iddia ərizəsindən qeyd edilən Cavabdeh2 kim olması, Cavabdeh1 MMC ilə hansı əlaqəsi olması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaya etirazda bu halın araşdırılması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almamışdır. Halbuki, məhkəmə öz səlahiyyətindən istifadə edərək müxtəlif dövlət orqanlarına sorğular verərək Cavabdeh2 Cavabdeh1 MMC arasında əmək müqaviləsinin olub-olmamasını dəqiqləşdirə bilərdi. Lakin, məhkəmə heç bir araşdırma aparmadan, hətta Cavabdeh1 MMC tərəfindən gələcəkdə Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə istinad edərək qətnaməsini əsaslandırmışdır. İşin faktiki hallarından görünür ki, hazırkı mübahisə üzrə cavabdehin Mülki Məcəllənin 1096-cı maddəsinin təsiri altına düşmür. Belə ki, həmin maddəyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Ancaq hazırk iş üzrə İddiaçı Cavabdeh1 MMC-nin təqsirli, hüquqa zidd əməlini təsdiq edən sübut təqdim edə bilmir. İş materiallarında Cavabdeh1 MMC-nin təqsirli əməlini təsdiq edən sübut yoxdur. Sübut olmaması isə məhkəmənin diqqətinə iddiaya etirazla və şifahi formada çatdırılmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yenədə tətbiq edilməli olmayan maddi hüquq normasını mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Cavabdeh2 (halbuki iddiaçı Cavabdeh2 onu əməliyyat etdiyini iddia edir) Cavabdeh1 MMC ilə hansı əlaqəsinin olmasını və həqiqətəndə belə bir işçinin Cavabdeh1 MMC-də işləməsini təsdiq edən heç bir sübuta istinad etməyib. Halbuki, mülki iş icraatda olduğu müddətdə məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətdən istifadə edib, işin hərtərəfli araşdırılması üçün dövlət orqanlarına sorğu verə bilərdi və eləcədə iddiaçıdan həmin halı təsdiq edən sübutu tələb edə bilərdi. Məhkəmə qətnaməsini əsaslandırdığı Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrini hazırkı mübahisəyə tətbiq etməklə yanlışlığa yol vermişdir. MPM-nin 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanın oldğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Cavabdeh1 MMC-nin hüquqi ünvanı isə ünvan 1 ünvanı yoxlamadan aidiyyət qaydalarını pozaraq iddianı icraata qəbul edib. Halbuki, iddia ərizəsi geri qaytarılmalı idi. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddia ərizəsinə əlavə edilən sənədlər iddia tələbini təsdiq edən mötəbər sübutlar deyil. İddiaçı Cavabdeh1 MMC-yə pul ödəməsini və ya Fond tərəfindən ödənilməsini təsdiq edə bilməyib. Həmçinin, Cavabdeh1 MMC-nin fəaliyyətə başladığı tarix iddiaçının əməliyyat olduğu tarixdən xeyli sonraya təsadüf edir. Məhkəməyə iddia tələbinə etirazı əsaslandıran halı təsdiq edən Cavabdeh1 MMC-nin təsis sənədləri təqdim edilib. MPM-nin 88-ci maddəsinin tələbləri də məhkəmə tərəfindən pozularaq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan qiymət verilib. Mülki Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Məhkəmə iş üzrə faktiki halları hərtərli araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə ilk əvvəl iddiaçının əməliyyat ödənişinin nə zaman və hansı hesab, hansı hüquqi şəxsə ödənilməsini araşdırmalı idi. Ödənişin Cavabdeh1 MMC-yə ödənilməsi halı ona görə iş üzrə əhəmiyyətlidir ki, ödənişin Cavabdeh1 MMC-yə ödənilməsi artıq Cavabdeh1 MMCnin cavabdeh qismində cəlb edilməsi üçün mötəbər sübut hesab olunur. Lakin, məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. Həmçinin, məhkəməyə Cavabdeh1 MMC-nin iddiaçının iddia etdiyi əməliyyatın baş tutduğu tarixdən xeyli sonra təsis olunması və fəaliyyətə başlaması (lisenziyanın surəti) barədə sübut təqdim edilməsinə baxmayaraq, bu halı da nəzərə almamışdır. Halbuki, bu halın özü təsdiq edir ki, iddiaçı Cavabdeh1 MMC-nin əməkdaşları tərəfindən əməliyyat oluna bilməz. Lisenziyanın və Cavabdeh1 MMC-nin təsis sənədlərindən görünür ki, iddiaçı əməliyyat olunduğu tarixdə Cavabdeh1 MMC təsis edilməmiş və fəaliyyətə başlamamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci insatnsiya məhkəməsinin qətnaməsini iddianın Cavabdeh1nə qarşı təmin olunmuş hissəsində ləğv edilməsini iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1nə qarşı təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanması təşkil edir. İddiaçı apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, X8 müharibə veteranıdır, ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası AXTV13994 nömrəli Məsləhət Vərəqəsinə əsasən, X4 şikayəti burun tənəffüsünün pozulması və xarici burnun deformasiyasıdır. Diaqnoz – aparılmış septorinoplastikadan sonrası vəziyyət, xarici burnun deformasiyasıdır. Xəstəyə təkrar əməliyyat məsləhət görülmüşdür. Cavabdeh1 Hospitalın epikrizinə əsasən, X8 19.01.2018-ci il tarixdə hospitala xarici burun deformasiyası ilə daxil olmuş, 19.01.2018-ci il tarixdə «Rinoplastika» əməliyyatı icra edilmişdir. Fəsad olmamışdır. Xəstənin ümumi vəziyyətini nəzərə alaraq 20.01.2018-ci il tarixdə evə ambulator müalicə məqsədi ilə yazılmışdır. Cavabdeh1 Hospitalın epikrizinə əsasən, X8 01.03.2018-ci il tarixdə hospitala daxil olmuş, həmin tarixdə ümumi intubasyon narkoz altında «2-cili septorinoplastika» əməliyyatı olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə 02.03.2018-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicə yazılmışdır. Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 26 may 2021-ci il tarixli, 457/KEŞ nömrəli ekpert rəyinə əsasən, İddiaçı 19.01.2018-ci il tarixdə Cavabdeh1 hospitala müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona «Xarici burun deformasiya»sı diaqnozu təyin edilmiş və üzərində «Rinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra həmin tibb müəssisəsində 01.03.2018-ci il tarixdə «Septonazal deformasiya» ilə əlaqədar «Septorinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. X4 mütəxəssis müayinəsi zamanı orda, hal-hazırda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra, burunun xarici deformasiyası və septuma əyrilik müəyyən edildi. Bu patoloji dəyişiklik aparılmış cərrahiyyə əməliyyatın texniki icrası ilə bağlı olmuş və hazırda təkrar operativ müdaxilənin keçirilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 26 iyul 2021-ci il tarixli, 368 nömrəli ekpert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 19.01.2018-ci il tarixdə Cavabdeh1 hospitala müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona «Xarici burun deformasiya»sı diaqnozu təyin edilmiş və üzərində «Rinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra həmin tibb müəssisəsində 01.03.2018-ci il tarixdə «Septonazal deformasiya» ilə əlaqədar «Septorinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. Təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş, lakin icra edilmiş operativ müdaxilələr qüsurlu olmuş, bununla da müsbət nəticə əldə edilməmiş və qeyd olunan patologiyalar aradan qaldırılmamışdır. Hal-hazırda İddiaçı olan burunun xarici deformasiyası və septumda əyriliyi ilə əlaqədar onun təkrar cərrahiyyə əməliyyatın aparılmasına ehtiyyac vardır. Tibbi manipulyasiyalarla (cərrahi müdaxilələr) əlaqədar hansı miqdara vəsaitin tələb olunmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. «X2-Bakı» MMC-nin (X15) 24.09.2021-ci il tarixli 01/455 nömrəli sorğuya cavabından görünür ki, «X2-Bakı» MMC-nin nəznində olan «X15» klinikasında «Septorinoplastika» cərrahiyyə əməliyyatının icrası 2000 manat təşkil edir. "xxxx" MMC-nin 27.09.2021-ci il tarixli, NS/SC-00209 nömrəli sorğuya cavabdan görünür ki, kliniklarında qabırğa qrefti ilə septorinoplastika cərrahi əməliyyatla bağlı tarif üzrə qiymət 3000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 26 iyul 2021-ci il tarixli, 368 nömrəli ekpert rəyi ilə müəyyən olunmuşdur ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 19.01.2018-ci il tarixdə Cavabdeh1 hospitala müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona «Xarici burun deformasiya»sı diaqnozu təyin edilmiş və üzərində «Rinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra həmin tibb müəssisəsində 01.03.2018-ci il tarixdə «Septonazal deformasiya» ilə əlaqədar «Septorinoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. Təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş, lakin icra edilmiş operativ müdaxilələr qüsurlu olmuş, bununla da müsbət nəticə əldə edilməmiş və qeyd olunan patologiyalar aradan qaldırılmamışdır. Hal-hazırda İddiaçı olan burunun xarici deformasiyası və septumda əyriliyi ilə əlaqədar onun təkrar cərrahiyyə əməliyyatın aparılmasına ehtiyyac vardır. Həmin rəylə tibbi manipulyasiyalarla (cərrahi müdaxilələr) əlaqədar hansı miqdara vəsaitin tələb olunmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığından əməliyyat xərclərinin müəyyənləşdirilməsi məqəsdilə məhkəmə sorğusuna «X2-Bakı» MMC-nin (X15) 24.09.2021-ci il tarixli 01/455 nömrəli sorğuya cavaba əsasən müəyyən edilmişdir ki, «X2-Bakı» MMC-nin nəzdində olan «X15» klinikasında «Septorinoplastika» cərrahiyyə əməliyyatının icrası 2000 manat təşkil edir. "xxxx" MMCnin 27.09.2021-ci il tarixli, NS/SC-00209 nömrəli sorğuya cavabdan görünür ki, kliniklarında qabırğa qrefti ilə septorinoplastika cərrahi əməliyyatla bağlı tarif üzrə qiymət 3000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının qabığa qrefti ilə əməliyyat olunmasının zəruriliyinə ehtiyac olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC-nin 27.09.2021-ci il tarixli, NS/SC-00209 nömrəli sorğuya cavabı əsas götürülməli, qabırğa qrefti ilə septorinoplastika cərrahi əməliyyatla bağlı tarif üzrə qiymət 3000 manat təşkil etməsi nəzərə alınaraq İddiaçı ödənilməlidir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən əməliyyatın düzgün icra olunmaması nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı əməliyyat xərcinin qarşılanması üçün X11 müraciət etdiyini və bu əsaslarla cərrahi əməliyyata alındığını bildirmişdir. Cavabdeh tərəfindən bu hal məhkəmədə mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh1 X3 Cəmiyyətinə dəfələrlə məhkəmə sorğusu verilməsinə baxmayaraq əməliyyatın aparılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan işin halları və təqdim edilmiş sübutlar üzrə iddiaya qanunvericliyin qeyd edilən əsaslarının tətbiqinin mümkünlüyü məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən iddiaya hüquqi qiymət verilməsini məqbul hesab edərkən haqlı olmuşdur. Məhkəmə mənəvi zərərin ödənilməsinə münbasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində «Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.» X9 əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, «Artiko İtaliyaya qarşı» işdə tənhalıq və kimsəsizlik hisslərinə, «Younq, James və X1rşı» işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən mənəvi ziyana görə kompensasiya ödənilməsinin iddiaçı tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalmasını məhkəmə iclasında müəyyən edilmiş faktiki sağlamlıq vəziyyətini, müvafiq ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək əsaslı hesab edərkən haqlı olmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Krçmarın Çex Respublikasına qarşı» işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Yakovlev Rusiya Federasiyasına qarşı işdə» qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən əməliyyatla bağlı Cavabdeh1 MMC-yə ödəniş edilməsinə dair sübutlar təqdim edilməməsinin birinci instansiya məhkəməsində araşdırılmadığı barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş üzrə tədiqiq edilmiş sübutlara əsasən iddiaçının Cavabdeh1 MMC-də burun əməliyyatı keçirdiyi və həmin əməlliyatın qüsurlu icra edilməsi nəticəsində onun təkrar cərrahi əməlliyata ehtiyacı olduğu müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbində bununla əlaqədar ona dəymiş maddi və mənəvi zərəri tələb edir. Cavabdehin qeyd edilən dəlili araşdırma predmeti olmadığından hazırkı iddia tələbinin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Apellyasiya şikayətinin digər dəlili kimi Cavabdeh1 MMC-nin iddiaçının əməlliyat olunduğu tarixdən sonra təsis edilməsi və həmin tarixdən sonra tibbi fəaliyyət üçün verilmiş lisenziya əsasında fəaliyyətə başlaması qeyd edilmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, iş materiallarında olan (iş vər. 126) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 23.11.2018-ci il tarixli lisenziyanın surətindən görünür ki, Cavabdeh1nə özəl tibb fəaliyyətinə dair lisenziya verilmişdir. İş materiallarında olan Cavabdeh1 Hospita tərəfindən verilmiş epikrizlərinin surətindən görünür ki, X8 19.01.2018-ci il və 01.03.2018-ci il tarixlərdə burun əməlliyatı olunmuşdur. Hər iki epikriz baş həkim İ.Ağayev tərəfindən təsdiq olunmuşdur. Məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qeydiyyata alınmasına dair 03.02.2017-ci il tarixdə məlumat qeyd edilmiş, MMC-nin 2017-2021-ci il ərzində fəaliyyətinə dair vergi qanunvericiliyinə əməl edilməsi vəziyyəti vergi xidməti tərəfindən yoxlanılmışdır. Bu onu göstərir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlili Cavabdeh2 adlı şəxsin Cavabdeh1 MMC-yə hər hansı əlaqəsinin olmasının məhkəmə tərəfindən araşdırılmaması ilə bağlı olmuşdur. Bununla bağlı qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1nə dəfələrlə məhkəmə sorğusu verilməsinə baxmayaraq, əməliyyatın aparılması, həmçinin Cavabdeh2la bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamış, buna görə Cavabdeh1 cərimə olunmuşdur. Cavabdeh1nə dair internet saytından əldə olunmuş məlumatdan görünür ki, otolarinqoloq Cavabdeh2 2015-ci ildən MediStyle Hospitalında, qulaq-burun-boğaz həkimi kimi fəaliyyət göstərir. Məhkəmə kollegiyası iddianın ərazi aidiyyatı qaydaları pozulmaqla icraata qəbul edilərək baxılması barədə cavabdehin dəlilini də əssasız sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.6-cı maddəsinə əsasən şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 07.11.2020-ci il tarixli, 371391 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə mülki prosessual qanunvericiliyin ərazi aidiyyatı haqqında tələblərinə riayət edilməklə baxılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alınaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 X3 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli 2(005)- 712/2021 saylı qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh1nə qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar