Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2092/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin hüquqi varisi X1 və X7 Hüquqi Şəxsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (hüquqi varis X2 və X7 Hüquqi Şəxs) qarşı “əmək haqqı və əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2021 saylı işi üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 əmək stajının tam hesablaması nəzərə alınmaqla və buraxılmış illər üzrə ödənilməmiş pensiya qalıqlarının toplanaraq birdəfəlik iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 13.06.2021-ci il tarixli iş üzrə icraata xitam verilməsinə dair vəsatətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxs olan “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin ünvanlı dövlət sosial yardımlarının təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensassiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək vəzifəsi adı çəkilən qurumun vəzifələrinə aiddir və mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında digər heç bir subyekt (dövlət orqanı, publik və ya digər hüquqi və fiziki şəxslər və s.) belə hüquq və vəzifələrə malik deyildir. Konkret halda icraatınızdakı iddianın şərh olunan xüsusatını nəzərə alaraq və MPM-nin 261.0.1 -ci və 262.1 -ci maddələrinə əsaslanaraq xahiş edirik ki, icraatınızda olan, yuxarıda göstərilən mülki iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 22.07.2021-ci il tarixli iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətdə mülki Məcəllənin 375.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, X12 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (ƏMDK İXMİM) arasında əmək müqaviləsi mövcud olmadığından, heç bir rəsmi öhdəlik, o cümlədən ona əmək haqqı hesablanmasına dair öhdəlik də mövcud olmamış və məntiqi olaraq buna dair məcburi sosial sığorta haqqı üzrə əməliyyat da aparılmamışdır.Hətta ehtimal olunsa ki, X12 ƏMDK İXMİM-nin işçisi olmuşdur və iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, 29.12.2013-cü il tarixdə ölmüşdür, bu halda da iddianın bu hissədə təmin olunmasının heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə iddiaçı iddiasının bu tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini dəfələrlə ötürərərk, məhkəməyə müraciət etmişdir (iş.səh.67,71) . Birinci instasniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2014-cü il tarixli AZ-İ 684016 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 29 dekabr 2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə akt qeydləri kitabında 397 nömrəli qeyd aparılmışdır;- X12 ilə cavabdeh idarə arasında 30 avqust 1999-cu il tarixində "Əmək Müqaviləsi” (kontraktı) bağlanmışdır;- 26.03.2001-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi X9 "Yanğın Təhlükəsizliyi” sertifikatı verilmişdir;- əmək kitabçasının notariat qaydasında təsdiqlənmiş surətindən müəyyən olunur ki, 08.09.2014cü il tarixli 111N saylı əmrlə X12 öldüyü üçün onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 74-cü maddəsinin 1 -ci hissəsinin "e” bəndinə əsasən xitam verilmişdir (iş.səh.16,21, 35, 98 ). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2021 saylı işi üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Mülki Prosessual Məcəllənin 14.2, 77.1; Mülki Məcəllənin 21 , 1096.1 -ci və 1097.1; Əmək Məcəlləsinin 296ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hisəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçının əri X12 2014-cü ili 24 may tarixində ölmüşdür, bu da iddiaçının bu tələb üzrə qanunla müəyyən edilmiş müddətin ötürdüyünü sübut edir . İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(005)-3584/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddi tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, X12 1996-cı ildən vəfat etdiyi günədək - 29.12.2013-cü il tarixədək cavabdeh idarənin işçisi olmuşdur. X12 ilə əmək müqaviləsi bağlanmasına və əmək kitabçasında cavabdeh tərəfindən əmək fəaliyyəti barədə möhürlə təsdiqlənmiş rəsmi qeydlər aparılmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir əmək haqqı ödənilməmiş, əmək haqqısından aylıq olaraq DSMF-yə pul vəsaiti köçürülməmişdir. Bu xüsusatlar mülki işin materiallarına əlavə edilmiş rəsmi sənədlərlə də bir daha sübuta yetirilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tələbləri pozulmaqla düzgün tətbiq edilməmişdir.. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olmasını subut edən əmək kitabşasında möhürlə təsdiqlənmiş rəsmi yazılı qeydlərin aparılması, işçinin maddi məsul şəxs kimi cavabdeh tərəfindən tanınması barədə cavabdehin Yasamal rayon Telefon Qovşağının rəisinə 13.08.2010-cu il tarixli rəsmi məktub göndərməsi və s. rəsmi sənədlər məhkəmənin işin faktiki hallarını aydınlaşdırmamasını tam təsdiq edir. Məhkəmə cavabdeh tərəfindən verilmiş qeyrimötəbər, ziddiyyətli 19.08.2020-ci il tarixli cavab məktubuna istinad edərək F.Abbasov ilə cavabdeh arasında guya əmək müqaviləsinin mövcud olmadığından heç bir rəsmi öhdəlik, o cümlədən, ona əmək haqqı hesablanmasına dair öhdəliyin də mövcud olmadığı, buna görə də bu barədə məcburi sosial sığorta haqqı üzrə əməliyyatın aparılmadığı qənaətinə gəlməklə ciddi yanlışlığa yol vermişdir. Halbuki əmək müqaviləsinin mövcud olması faktı işdə olan notarial qaydada təsdiq olunmuş F.Abbasova məxsus əmək kitabçasında aparılmış rəsmi qeydlərlə tam təkzib olunur.. Məhkəmə tərəflər arasında əmək müqaviləsinin mövcud olmamasına dair cavabdehin göndərdiyi dəlillər işin faktiki hallarına uyğun gəlmirİddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olmasını subut edən əmək kitabşasında möhürlə təsdiqlənmiş rəsmi yazılı qeydlərin aparılması, işçinin maddi məsul şəxs kimi cavabdeh tərəfindən tanınması barədə cavabdehin Yasamal rayon Telefon Qovşağının rəisinə 13.08.2010-cu il tarixli rəsmi məktub göndərməsi və s. rəsmi sənədlər məhkəmənin işin faktiki hallarını aydınlaşdırmamasını tam təsdiq edirMəhkəmə cavabdeh tərəfindən verilmiş qeyri-mötəbər, ziddiyyətli 19.08.2020-ci il tarixli cavab məktubuna istinad edərək F.Abbasov ilə cavabdeh arasında guya əmək müqaviləsinin mövcud olmadığından heç bir rəsmi öhdəlik, o cümlədən, ona əmək haqqı hesablanmasına dair öhdəliyin də mövcud olmadığı, buna görə də bu barədə məcburi sosial sığorta haqqı üzrə əməliyyatın aparılmadığı qənaətinə gəlməklə ciddi yanlışlığa yol vermişdir. Halbuki əmək müqaviləsinin mövcud olması faktı işdə olan notarial qaydada təsdiq olunmuş F.Abbasova məxsus əmək kitabçasında aparılmış rəsmi qeydlərlə tam təkzib olunurİddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olmasını subut edən əmək kitabşasında möhürlə təsdiqlənmiş rəsmi yazılı qeydlərin aparılması, işçinin maddi məsul şəxs kimi cavabdeh tərəfindən tanınması barədə cavabdehin Yasamal rayon Telefon Qovşağının rəisinə 13.08.2010-cu il tarixli rəsmi məktub göndərməsi və s. rəsmi sənədlər məhkəmənin işin faktiki hallarını aydınlaşdırmamasını tam təsdiq edirMəhkəmə cavabdeh tərəfindən verilmiş qeyri-mötəbər, ziddiyyətli 19.08.2020-ci il tarixli cavab məktubuna istinad edərək F.Abbasov ilə cavabdeh arasında guya əmək müqaviləsinin mövcud olmadığından heç bir rəsmi öhdəlik, o cümlədən, ona əmək haqqı hesablanmasına dair öhdəliyin də mövcud olmadığı, buna görə də bu barədə məcburi sosial sığorta haqqı üzrə əməliyyatın aparılmadığı qənaətinə gəlməklə ciddi yanlışlığa yol vermişdir. Halbuki əmək müqaviləsinin mövcud olması faktı işdə olan notarial qaydada təsdiq olunmuş F.Abbasova məxsus əmək kitabçasında aparılmış rəsmi qeydlərlə tam təkzib olunur . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, atasının Nəsimi Rayon Şöbəsindən təqaüd aldığını, atasının ölümü ilə əlaqədar işdən çıxma haqqında əmrinin olduğunu, 11 il 4 ay əmək haqqısından DSMF-dən pul tutulmadığını, cavabdeh tərəfindən atası ilə müqavilə bağlanmadıqlarını bildidiklərini, lakin atasına məxsus1999-cu il tarixli əmək müqaviləsinin mövcud olduğunu, 1996-2013-cü il ərzində 17 il atasının əmək haqqı almadığını, ödənilməmiş əmək haqqının ödənilməsin istədiyini, Bakı İnzibati Məhkəməsində DSMF-nin nümayəndəsinin atasına dair məlumatın onlarda olmadığını bildirdiyi üçün ərizəni geri götürdüyünü, cavabdehin gah atasını işçisi kimi qeyd etdiyini, gah işçisi olmadığını bildirdiyini, atasının vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildiyini, cavabdehin DSMFyə əmək haqqından ödənişlər etməli olduğunu ki, onlar da təqaüd ala bilsinlər, yəni,İddianın məqsədi iddiaçnın mərhum ərinə ödənilməmiş əmək haqqı üzrə müvafiq sosial ödənişlərin ödənilməsin istəyirlər ki, onlar müvafiq pensiya ala bilsinlər, 7 saylı atelyedə dərzi işlədiyini, aybaay ödəniş etdiyini, Prokurorluğa bu barədə ərizə yazdığını, yəgin ki, məhkəmənin hüquqi qiymətini gözlədiklərini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin hüquqi varisi X2 və X7 Hüquqi Şəxsinin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, və arayış təqdim edərək, 13.08.1996-cı il tarixli sərəncam ilə atelyenin ləğv edilib Dövlət Əmlak Komitəsinə verildiyini, sənədlərin arxivə veildiyini, heç bir prosedur aparılmadığını, hüquqi varisin müraciəti əsasında əmək kitabçasının möhürlənərək verildiyini, ləğv edilmə ilə bağlı heç bir rəsmi sənədləşdirmə həyata keçirilmədiyini, işçinin əmlakdan istifadə edərək qazanc əldə etdiyini, mərhumun əmlkaın faktiki sahibi olduğunu, həmin obyekt üzrə əmlak və torpaq vergisi ödənilməli olduğunu, bu ödənişlərin işçilərdən ödənildiyini, bütün sənədlərin Abbas adlı şəxsdə olduğunu, iddia müddətinin ötdüyünü, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin olduğunu, iddiaçının əri ilə onların idarəsi ilə heç bir müqavilənin bağlanmadığını, elektron sistemdə əmək müqaviləsinin rəsmiləşdirilmək üçün qeydiyyatdan keçirilməli olduğunu, lakin elektron qeydiyyatdan keçmədiyini, cavabdehin təqaüd orqanı olmadığını, DSMF-nin bu iş üzrə çıxış etməli olduğunu, iddiaçının inzibati məhkəməyə müraciət etməli olduğunu, 2013-cü il tarixdən onlara müraciət etmədiklərini, Fərmanın vəfat edəndə iddiaçının Pensiya Fonduna müraciət etməli olduğunu, iddia müddətinin ötürüldüyünü, rayon məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, iddiaçının nümayəndəsinin söylədiklərinin formal mülahizə olduğunu, Prokurorluğa müraciət edilən zaman həmin işlə bağlı bütün məsələləri Nazirliyə göndərildiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10- 12, 42-49, 154-181,287-297; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 372-384, 560, Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı mərhum ərinə əmək haqqı üzrə müvafiq sosial ödənişlərin ödənilməsin istəyir ki, müvafiq pensiya ala bilsin. İddiaçı və cavabdeh hər ikisi etiraf edirlər mərhum əmək haqqı almamışdır. MM-nn 551.2.3-cü maddəsinə əsasən: işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda əmək haqqı tələbi üzrə müddətlər ötürülmüş və qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. İşəgötürənin işin təşkili ilə bağlı mümkün çatışmazlıqları üzrə müvafiq cinayət təqibi orqanına müraciət edidiyindən hazırki mülki mühakimə həddində prosessual cəhətdən müzakirə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2021 saylı işi üzrə 14 oktyabr 2021-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2092/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2092/2022
05.03.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver