Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2097/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qiyabi qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi və etiraz barədə məlumat 1, İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış ********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 285 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 462,04 manat, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3.218 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında xx.xx.2008-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 25 faiz dərəcəsi ilə 2.020 manat məbləğində kredit almışdır. Müqavilənin şərtinə görə, cavabdeh aldığı borcu, borc məbləğinə hesablanacaq faiz borcu ilə birlikdə hissə-hissə və aybaay olaraq 18 ay müddətində Banka qaytarmalı idi. Buna baxmayaraq, cavabdeh, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan borcun bir hissəsini qaytarsa da, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin həmin müqavilə üzrə 285 manat məbləğində əsas borcu, 462,04 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehə 3.218 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qiyabi qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Bankın təqdim etdiyi sənələrdən görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin iddiaçı Banka 285 manat məbləğində əsas borcu, 462,04 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehə 3.218 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı Banka olan kredit borcunu tam həcmdə ödəmiş və onun kredit borcu qalmamışdır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.
8. İddiaçı Bankın nümayəndəsi X3 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, sonrakı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
9. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə Bankın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. İddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənələrdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən illik 25 faiz dərəcəsi ilə 2.020 manat məbləğində kredit almışdır. Müqavilənin şərtinə görə, cavabdeh aldığı borcu və borc məbləğinə hesablanacaq faiz borcunu hissəhissə, 18 ay müddətində Banka qaytarmalı idi.
11. Bank bildirir ki, cavabdeh, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş və nəticədə cavabdehin həmin müqavilə üzrə 285 manat məbləğində əsas borcu, 462,04 manat məbləğində isə faiz borcu yaranmışdır. Buna görə də, Bank, həmin “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehə 3.218 manat məbləğində cərimə (dəbbə) hesablamışdır.
12. İşə baxmış Rayon Məhkəməsi Bank tərəfindən təqdim edilmiş sənələrə əsaslanaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.
13. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh isə qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, o, Banka olan kredit borcunu tam həcmdə ödəmiş və onun Banka kredit borcu qalmamışdır.
14. Apellyasiya şikayətinin dəlillərini və işdə olan materialları nəzərə alan Məhkəmə cavabdehin iddiaçı Banka kredit borcunun olub-olmamasını, varsa, borcun hansı məbləğdə olmasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/2931/2025 saylı rəydə qeyd edilir ki, iş üzrə tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə cavabdehin iddiaçı Banka xx.xx.2013-cü il tarixə (sonuncu ödəniş tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 156,79 manat, faiz borcu üzrə 0,00 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 325,31 manat. xx.xx.2016-cı il tarixə (iddia ərizəsi məhkəməyə verilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 156,79 manat, faiz borcu üzrə 0,00 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 345,28 manat. xx.xx.2025-ci il tarixə (ekspertizanın təyin edilməsi tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 156,79 manat faiz borcu üzrə 0.00 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 414.86 manat məbləğində borcunun olması müəyyən edilir.
16. Rəydə göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
17. Bankın iddia ərizəsindən görünür ki, Bankın cavabdehə qarşı irəli sürdüyü iddia tələbləri aşağıdakılardan ibarətdir: “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi; “Kredit müqaviləsi” üzrə hesablanmış faiz borcunun ödənilməsi; “Kredit müqaviləsi” üzrə öhdəliyin icra edilməməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi.
18. Göründüyü kimi, Bank tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblərin sırısanda “5% ilə hesablanmış faizin ödənilməsi haqqında tələb” yoxdur. Buna görə də, Məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbindən çıxış edərək, rəydə qeyd edilən “5% ilə hesablanmış faizləri” nəzərə almır.
19. Beləliklə də, müəyyən edilir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə cavabdehin iddiaçı Banka 156,79 manat məbləğində əsas borcu var, onun Banka müqavilə üzrə hesablanmış faiz borcu yoxdur.
20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.1.).
21. MPM-in tələblərinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi aktın apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır (maddə 385.1.2. və 385.1.4.).
22. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir: - Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçı Bankın xeyrinə faiz borcunun tutulması hissədə ləğv edilməli və faiz borcunun tutulması ilə bağlı Bankın iddiası təmin edilməməlidir; - Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 156,79 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Banka ödənilməlidir.
23. Qeyd edildiyi kimi Bank tərəfindən cavabdehə qarşı tələblərdən biri də, cavabdehin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3.218 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədədir.
24. Rayon Məhkəməsi bu tələbi də əsaslı hesab edərək, təmin etmişdir.
25. Artıq müəyyən edildiyi kimi, “Kredit müqaviləsi” üzrə cavabdehin iddiaçı Banka yalnız 156,79 manat məbləğində əsas borcu var.
26. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
27. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, borcludan kreditorun xeyrinə tutulmalı olan cərimə əsas borcun 10 faizi civarında olmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cərimənin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı Bankın xeyrinə 3.218 manat məbləğində pulun tutmaqda səhv nəticəyə gəlmişdir.
28. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cərimənin məbləği azaldılmalı və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı Bankın xeyrinə 15 manat məbləğində pul tutulmalıdır. f) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də göstərilənləri nəzərə alan və MPM-in 384.0.2 və 384.0.3-cü maddələrində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçı Bankın xeyrinə faiz borcunun tutulması hissədə ləğv edilməli və faiz borcunun tutulması ilə bağlı Bankın iddiası təmin edilməməli, qətnamənin cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində isə dəyişdirilməlidir.
30. Bundan başqa Məhkəmə bildirir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qiyabi qətnamə qismən, yəni faiz borcunun ödənilməsi məqsədi ilə 462,04 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı irəli sürdüyü iddianın faiz borcunun tutulması barədə hissəsi təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 09 avqust 2016-cı il tarixli qiyabi qətnamə qismən, yəni Cavabdeh iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulmalı olan əsas kredit borcunun, cərimənin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində dəyişdirilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı irəli sürdüyü iddianın əsas borcunun, cərimənin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə hissəsi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında 04 sentyabr 2008-ci il tarixdə bağlanmış ********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 156 (bir yüz əlli altı) manat 79 (yetmiş doqquz) qəpik, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 15 (on beş) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 30 manat məbləğində dövlət rüsumunun yarısı onun özünə aid edilsin. Qalan 15 (on beş) manat iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankında tutularaq Cavabdeh ödənilsin.
Dövlət rüsumlarının tutulması hissəsində əvəzləşmə həyata keçirilsin. İş üzrə keçirilmiş ekspertiza təqdiqiqatının xərcinin ödənilməsi məqsədi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankından və Cavabdeh, hər birindən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hazırkı qətnamə üzrə aşağıdakı məzmunda icra vərəqəsi verilsin:
“İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında 04 sentyabr 2008-ci il tarixdə bağlanmış ********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 156 (bir yüz əlli altı) manat 79 (yetmiş doqquz) qəpik, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankından və Cavabdeh, hər birindən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin (VÖEN: **********, X1, Kod: 210005, Müxbir hesabı: AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22)”. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.