Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2098/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh, Cavabdeh vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdən "Azer Food” MMC-də satış nümayəndəsi vəzifəsində işləməyə başlamış, xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən sürücü ekspeditor vəzifəsinə təyin edilmişdir, işlədiyi müddətdə ona satış məqsədilə mallar verilmişdir. 2."xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh, tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlaması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
3. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4/940- 9/4715 saylı və 4/1593-9/7968 saylı ekspert rəylərindən görünür ki, Cavabdeh ümumilikdə 62896,55 manat məbləğində malların verilməsi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 12027,42 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində cavabdehin Cəmiyyətdə işlədiyi dövr ərzində alınmış malların dəyəri 92762,76 manat qeyd edilməsinə baxmayaraq əldə edilmiş elektron qaimələrə əsasən həmin məbləğ 62719,09 manat təşkil etdiyini, cavabdeh 50971,67 manat pulun ödədiyini, qalıq qalan borcun isə 12047,42 manat təşkil etdiyini bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC bir çox məişət üçün əhəmiyyətli olan malların satışı ilə məşğul olan Cəmiyyətdir. Cəmiyyətdə çalışan bir çox ekspeditorların vəzifələri malların onlar üçün müəyyən edilmiş müxtəlif ərazilərdə yerləşən mağazalara paylamaq və satışdan əldə edilmiş məbləği cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. Cavabdeh xx.xx.2016-cı il tarixdə iddiaçı "xxxx" MMC-i ilə Əmək Müqaviləsi bağlanmaqla Cəmiyyətdə sürücüekspeditor vəzifəsinə işə qəbul edilmişdir, Eyni zamanda cavabdeh ilə “Tam maddi məsuliyyət haqqında” Müqavilə imzalanmışdır. Cavabdeh işlədiyi dövr ərzində ümumiliikdə 92.762,76 (doxsan iki min yeddi yüz altmış iki manat yetmiş altı qəpik) manat məbləğində mal almış, 66.446,60 (altmış altı min dörd yüz qırx altı manat altmış qəpik) manat məbləğində satışdan əldə edilmiş gəlir Cəmiyyətin kassasına təhvil vermiş, geri qalan 12.027.42 (on iki min iyirmi veddi manat qırx iki qəpik ) manat pul bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı cavabdehə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh Cəmiyyətə olan borcunu ödəməmişdir. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda zərər dəymişdir.
7. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 11924,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə satış məqsədilə cəmi 62896,55 manat məbləğində malların təhvil verildiyi müəyyən olunduğundan və həmin malların 50971,67 manat dəyərinin iddiaçıya geri qaytarıldığını (iddiaçının etirafını), təhvil verilmiş bütün malların dəyərinin iddiaçıya geri qaytarılması cavabdeh tərəfindən sübut olmadığını və işin araşdırılmış hallarından da müəyyən edilmədiyini, həmçinin onun iddiaçı qarşısında tam maddi məsuliyyət barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 11924,88 manat məbləğində pul (62896,55 – 50971,67) tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1-ci maddələri, Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə, 205-ci maddəsinin 2-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmadığından zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə ala bilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmalı, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Məhkəmə isə işə hər tərəfli və tam baxmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə təhvil verilmiş bütün malların dəyərinin iddiaçıya geri qaytarılması cavabdeh tərəfindən sübut olmadığını və işin araşdırılmış hallarından da müəyyən edilmədiyini bildirsə də həqiqətə nail olmaq üçün onun növbəti iclasda sübutlarımın təqdim olunması üçün şərait yaratmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, apellyasiya şikayətini müdafiə edir, təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəməyə iddiaçı tərəfindən fakturalar təqdim edilmişdir. Lakin, onların bəzilərinin onunla əlaqəsi olmayıb. Bu da ekspertiza zamanı aydın olmuşdur. O, məhsulları götürüb müştərilərə çatdırırdı, ayın sonunda da ödənişləri yığırdı. Ödənişləri yığandan sonra kassirə yaxınlaşıb ödəniş qəbzini alırdı. Daha sonra dedilər ki, daxili kassaya ödənişə icazə verilmir, yalnız banka ödənişə icazə verilir. Ona VÖEN-də verildi. O, qəbzləri məhkəməyə təqdim edə bilməyib, çünki maşını Gürcüstanda qalmışdır. Tır sürücüsü olan qonşusundan xahiş edib ki, maşından sənədləri götürsün və o da qəbzləri məhkəməyə təqdim etsin. Həmin şəxs məhkəmədə iştirak edib dediklərini təsdiq də edə bilər. İlk dəfə maşının açarını ona verməyi unudub, ikinci dəfə sənədləri ona təqdim etmişdir.
14. Cavabdeh vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdeh sənədləri sonuncu məhkəmə iclasında təqdim edə bilməmişdir. Sənədlər maşının içində olmuşdur və maşın da Gürcüstanda idi. Pandemiya ilə əlaqədar sərhədlər bağlı olmuşdur və sənədləri cavabdeh üzrlü səbəbdən təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə əlavə etdiyi sənədlərin surətləri iş materiallarında yoxdur. İddiaçı tərəf iştirak etsəydi dəqiq aydınlaşdırmaq olardı ki, nə qədər pul ödənilib. Sübutları birinci instansiya məhkəməsində təqdim etmək imkanı üzrlü səbədən olmamışdır. Sənədlər maşının içində olmuşdur və maşın da pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlı olmuş və maşın Gürcüstanda qalmışdır. Tır sürücünün xarici pasportunun surətini də elekton kabinetə yerləşdirib. Həmçinin, şəxs ödənişləri etmişdir, qəbzlər də mövcüddur. 3000 manata aid qaiməni cavabdeh şirkətin əməkdaşı ilə qeyd aparmış və imza etmişdir. Əl xətti ilə kassir qəbzi yazmışdır. Əməkdaşda qaimə-faktura olmadığı üçün qəbzlər bu formada verilib və cavabdehə bildirilib ki, heç bir problem yoxdur. Yazılar kassirin yazılardır. Hesablamaya əsasən cavabdehin iddiaçıya borcu yoxdur.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh qəbzləri birinci instansiya məhkəməsində iclaslara gətirsə də hakimə təqdim etməyib. Ekspert ona görə də heç bir münasibət bildirə bilməyib. Məhkəmə iclasları dəfələrlə cavabdehin qəbzləri təqdim etməsi üçün uzadılmışdır. Onlar həmin qəbzlərin nə zamana aid olduğunu necə bilə bilər. O dəfələrlə cavabdehə deyib ki, qəbzləri şirkətə təqdim etsin. Onlar dəfələrlə məhkəmədən kənar çağırıblar ki, razılıq əldə etsinlər. Amma heç bir nəticə olmadı. Təqdim edilən qəbzləri onlar qəbul etmir, çünki, kassir necə sübut edəcək ki, ödəniş onların kassasına olunub. Cavabdeh onda olan bütün qəbzləri məhkəməyə təqdim etməlidir. Çünki hamsını təqdim etməmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Maddə 10. ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
21. İddiaçı tələbində bildirir ki, elektron qaimələrə əsasən cavabdehə satış məqsədilə 62719,09 manat məbləğində mal verilsə də , cavabdeh 50971,67 manat pul ödədiyindən qalıq qalan 12047,42 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
22. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh ilə "AZER FOOD” MMC arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdən "Azer Food” MMC-də satış nümayəndəsi vəzifəsində işləməyə başlamış, xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə ona satış məqsədilə cəmi 62896,55 manat (iş üzrə keçirilmiş ekspert rəylərinə əsasən) məbləğində mal verilmişdir.
23. Eyni zamanda tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Cavabdeh apellyasiya baxışında ödəniş qəbzləri təqdim etmişdir. Bunu onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə qəbzləri ondan asılı olmayan səbəblərdən təqdim edə bilməmişdir.
26. Cavabdeh bildirir ki, qəbzləri məhkəməyə təqdim edə bilməyib, çünki maşını Gürcüstanda qalmışdır. Tır sürücüsü olan qonşusundan xahiş edib ki, maşından sənədləri götürsün və o da qəbzləri məhkəməyə təqdim etsin. Buna dair sübutları məhkəməyə təqdim etmişdir (2-ci cild səh 133-135). 27.18 yanvar 2022-ci il tarixli məhkəmə iclasının protokolundan müəyyən olunur ki, cavabdeh ödəniş qəbzlərinin təqdim edilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra 08 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir.
28. “xx.xx.2017 R.Tərlan ödəniş olunub 3000.00 (imza yeri) üç min manat” yazısının və imza digər qaimə-fakturada olan imzanın (081108 saylı qəbz və s. şəxs tərəfindən icra edilmiş imza nümunələri digər qaimələrdə mövcuddur) eyni şəxs tərəfindən icra edililib edilmədiyinin müəyyən edilməsi məqsədilə və qeyd edilmiş qaimə üzrə məhkəmə xəttşünaslıq ekspertizasının rəyi nəzərə alınmaqıla, təqdim olunmuş qaimə-fakturalar və ödəniş qəbzləri əsasında Cavabdeh tərəfindən nə qədər ödəniş olunmasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır.
29. Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 411052 nömrəli rəydə qeyd edilir ki, 1 ədəd kağız parçası üzərində “xx.xx.2017 R.Tərlan ödəniş olunub 3000.00 üç min manat” olan yazılar və imza ilə 01 fevral 2017-ci il tarixli 081108 nömrəli, 15 noyabr 2016-cı il tarixli 009265 nömrəli, 08 noyabr 2016-cı il tarixli 009228 nömrəli, 19 yanvar 2017-ci il tarixli, 079813 nömrəli, 14 yanvar 2017-ci il tarixli 079792 nömrəli, 07 yanvar 2017-ci il tarixli 079766 nömrəli,06 yanvar 2017-ci il tarixli 079762 nömrəli, 12 yanvar 2017-ci il tarixli 079784 nömrəli, 16 yanvar 2017-ci il tarixli 079795 nömrəli, 11 yanvar 2017-ci il tarixli 079779 nömrəli, 10 yamvar 2017-ci il tarixli 079773 nömrəli, 17 yanvar 2017-ci il tarixli 079801 nömrəli, 29 dekabr 2016-cı il tarixli 079736 nömrəli, 18 yanvar 2017-ci il tarixli 079808 nömrəli, 24 fevral 2017-ci il tarixli 081215 nömrəli, 28 fevral 2017-ci il tarixli 081229 nömrəli, 23 fevral 2017-ci il tarixli 081211 nömrəli, 24 yanvar 2017-ci il tarixli 079833 nömrəli, 31 yanvar 2017-ci il tarixli 081103 nömrəli, 31 mart 2017-ci il tarixli 081378 nömrəli, 29 mart 2017-ci il tarixli 081356 nömrəli, 30 mart 2017-ci il tarixli 081363 nömrəli, 31 mart 2017-ci il tarixli 081370 nömrəli, 25 mart 2017-ci il tarixli 081345 nömrəli, 24 mart 2017-ci il tarixli 081336 nömrəli, 23 mart 2017-ci il tarixli 081329 nömrəli, 09 mart 2017-ci il tarixli 081270 nömrəli, 03 dekabr 2016cı il tarixli 009358 nömrəli, 02 dekabr 2016-cı il tarixli 009356 nömrəli, 05 dekabr 2016-cı il tarixli 009364 nömrəli, 06 dekabr 2016-cı il tarixli 009369 nömrəli, 01 dekabr 2016-cı il tarixli 009343 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009385 nömrəli, 07 dekabr 2016-cı il tarixli 009378 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009386 nömrəli, 05 dekabr 2016-cı il tarixli 079669 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009396 nömrəli, 13 dekabr 2016-cı il tarixli 079656 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009398 nömrəli, 21 dekabr 2016-cı il tarixli 079701 nömrəli, 05 yanvar 2017-ci il tarixli 079756 nömrəli, 04 yanvar 2017-ci il tarixli 079750 nömrəli, 19 yanvar 2017-ci il tarixli və digər kassa mədaxil orderlərinin aşağı hissələrində “Kassir” qrafalarında olan imzalar öz aralarında – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 18 may 2017-ci il tarixli, 03 may 2017-ci il tarixli, 10 aprel 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli “Qəbz”lərin aşağı hissələrində “Ödəyənin imzası” qrafalarında olan imzalar öz aralarında – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 ədəd kağız parçası üzərində xx.xx.2017 R.Tərlan ödəniş olunub 3000.00 üç min manat” olan yazılar və imza ilə 01 fevral 2017-ci il tarixli 081108 nömrəli, 15 noyabr 2016-cı il tarixli 009265 nömrəli, 08 noyabr 2016-cı il tarixli 009228 nömrəli, 19 yanvar 2017-ci il tarixli, 079813 nömrəli, 14 yanvar 2017-ci il tarixli 079792 nömrəli, 07 yanvar 2017-ci il tarixli 079766 nömrəli,06 yanvar 2017-ci il tarixli 079762 nömrəli, 12 yanvar 2017-ci il tarixli 079784 nömrəli, 16 yanvar 2017-ci il tarixli 079795 nömrəli, 11 yanvar 2017-ci il tarixli 079779 nömrəli, 10 yamvar 2017-ci il tarixli 079773 nömrəli, 17 yanvar 2017-ci il tarixli 079801 nömrəli, 29 dekabr 2016-cı il tarixli 079736 nömrəli, 18 yanvar 2017-ci il tarixli 079808 nömrəli, 24 fevral 2017-ci il tarixli 081215 nömrəli, 28 fevral 2017-ci il tarixli 081229 nömrəli, 23 fevral 2017-ci il tarixli 081211 nömrəli, 24 yanvar 2017-ci il tarixli 079833 nömrəli, 31 yanvar 2017-ci il tarixli 081103 nömrəli, 31 mart 2017-ci il tarixli 081378 nömrəli, 29 mart 2017-ci il tarixli 081356 nömrəli, 30 mart 2017-ci il tarixli 081363 nömrəli, 31 mart 2017-ci il tarixli 081370 nömrəli, 25 mart 2017-ci il tarixli 081345 nömrəli, 24 mart 2017-ci il tarixli 081336 nömrəli, 23 mart 2017-ci il tarixli 081329 nömrəli, 09 mart 2017-ci il tarixli 081270 nömrəli, 03 dekabr 2016-cı il tarixli 009358 nömrəli, 02 dekabr 2016-cı il tarixli 009356 nömrəli, 05 dekabr 2016-cı il tarixli 009364 nömrəli, 06 dekabr 2016-cı il tarixli 009369 nömrəli, 01 dekabr 2016-cı il tarixli 009343 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009385 nömrəli, 07 dekabr 2016-cı il tarixli 009378 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009386 nömrəli, 05 dekabr 2016-cı il tarixli 079669 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009396 nömrəli, 13 dekabr 2016-cı il tarixli 079656 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009398 nömrəli, 21dekabr 2016-cı il tarixli 079701 nömrəli, 05 yanvar 2017-ci il tarixli 079756 nömrəli, 04 yanvar 2017-ci il tarixli 079750 nömrəli, 19 yanvar 2017-ci il tarixli və digər kassa mədaxil orderlərinin aşağı hissələrində “Kassir” qrafalarında olan imzalar ilə 18 may 2017-ci il tarixli, 3 may 2017-ci il tarixli, 10 aprel 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli “Qəbz”lərin aşağı hissələrində “Ödəyənin imzası” qrafalarında olan imzalar öz alarında – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
30. Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 914689 nömrəli rəydə qeyd edilir ki, iş materiallarında olan kassa mədaxil orderləri və ödəniş qəbzlərindən göründüyü kimi, alınmış mallara görə Cavabdeh tərəfindən "AZER FOOD” MMC-yə ümumilikdə 62 384,90 manat məbləğində ödənişin edilməsi müəyyən edilmişdir.
31. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. İddianın dəqiqləşdirilməsi barədə ərizədə elektron qaimələrə əsasən cavabdehə verilən malların dəyərinin 62719,09 manat təşkil etdiyi qeyd edilmişdir.
35. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə əsasən cavabdehə 62896,55 manat məbləğində mal verilmişdir. Apellyasiya baxışında əldə edilmiş ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 62 384,90 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 62896,55 - 62 384,90 = 511,65 manat məbləğində pul tutulmalıdır.
36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi, tərəflər arasında əmək müqaviləsi bağlanmış və cavabdehə mallar təhvil verilmişdir. Hazırkı halda tərəflər arasında əmək münasibətləri çərçivəsində ziyan vurmaqla bağlı münasibətlər olmuşdur. Lakin birinci instansiya məhkəməsi öhdəliyin icra edilməməsi ilə bağlı normalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “... Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.”
38. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 511,65 (beş yüz on bir manat altmış beş qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.
40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ilə cavabdehdən tutulan pulun məbləği beş min manatdan aşağı olduğuna görə cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
42. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 511,65 (beş yüz on bir manat altmış beş qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən iddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev