Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2099/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh məxsus olan ipoteka predmeti Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; onun satışından əldə olunmuş pul vəsaitinin hesabına ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və ailə üzvlərinin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmaları və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 94,64 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 74,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan cəmi məbləğ 33.094,54 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 189,28 manat (120+23094,54x0,3/100=189,28) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 189,28 manatın 50%-i yəni 94,64 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 74,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363.1.2, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2099/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2099/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver