Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2100/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5934/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5934/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5934/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5934/21 saylı qərardadı ilə şikayət təmin edilməmiş şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5934/2020 saylı qərardadı ilə iş üzrə Cavabdeh qarşı qaldırdığı, cavabdehin ondan borc aldığı 4000 (dörd min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınaraq ona qaytarılmasına dair iddia və həmin iddiaya əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadla razı deyil və hesab edir ki,qərardada aşağıda istinad edilmiş işin həqiqi halları və qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməlidir. Məhkəmə iddia və iddiaya əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edərkən iddia üzrə Cavabdeh rəsmi olaraq Fizuli şəhəri,S. Vurğun küçəsi, ev 6- da qeydiyyatda olduğundan ərizə ərazi aidiyyatı üzrə düzgün verilmədiyini əsas olaraq götürmüşdür. Məhkəmənin qeyd edilmiş nəticəsi həqiqəti əks etdirilməsi aşağıda istinad edilmiş işin həqiqi talları və qanunvericiliyin tələbləri ilə tam təkzib olunur. İlk növbədə hesab edir ki, məhkəmə qərardadda AR MPM-nin 35.1-ci maddəsinin tələblərinə istinad etsə də. həmin maddənin tələblərini düzgün tətbiq etməmişdir. AR MPM-nin 35.1-ci maddənin tələblərinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə verilir. İddiaya əlavə edilmiş AR DİN MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Fizuli şəhəri,S. Vurğun küçəsi, 6- saylı evdə qeydiyyatdadır. Məlum məsələdir ki, cavabdeh Fizuli şəhəri,. S. Vurğun küçəsi, 6 saylı evdə qeydiyyatda olmuş olsa da 1993-cü ildən Fizuli rayonu, o cümlədən Fizuli şəhəri mənfur erməni işğalçıların işğalı altında olduğundan Fizuli rayonun bütün sakinləri o cümlədən Cavabdeh Fizuli şəhəri, S. Vurğun küçəsi, 6 saylı evdən məcburi qaçqın düşmüş, 27 il ərzində qeydiyyatda olduğu ünvanda yaşamamış, hal-hazırda da yaşamır. Hazırda şanlı Azərbaycan ordusu tərəfindən Fizuli rayonu erməni işğalından azad edilmiş olsa da, rayon ərazisində yerləşən bütün tikililər erməni işğalçıları tərəfindən yerlə yeksan edildiyindən məcburi köçkünlərin qeydiyyatda olduğu ünvanlara və əraziləri qayıtmaları və məhkəməyə təqdim etdiyi Fizuli İHB-nın Fizuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Abbasovun xx.xx.2020-ci il tarixli 289 və 524 saylı arayışlara istinadən cavabdeh Fizuli şəhəri, S. Vurğun küçəsi, 6 saylı evdə qeydiyyatda olmuş olsa da, onun məcburi köçkün olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi,ev 33b, 11 saylı mənzildə 27 il ərzində məcburi köçkün olaraq müvəqqəti məskunlaşaraq yaşadığına dair rəsmi sənədi əsas götürməklə hazırki iddia ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsində cavabdehə qarşı iddia qaldırmaqla AR MPM-nin 35.1-ci maddənin tələblərini pozmamışdır. Artıq hamıya bəlli olan hal odur ki, 27 ildir ki, işğal altında olan rayonlardan qaçqın və məcburi köçkün düşmüş şəxslərə münasibətdə iddialar onların müvəqqəti məskunlaşdıqları ünvanlar üzrə yerləşən məhkəmələrdə baxılır. Bu əsasla da hesab edir ki, o, tamamilə haqlı olaraq cavabdehin daimi qeydiyyatda olduğu ünvanda yuxarıda istinad edilmiş məlum hadisələrlə bağlı yaşamaması, 27 il ərzində məcburi köçkün olaraq Bakı şəhəri Nəsimi rayon ərazində yaşamasını əsas götürməklə hazırki iddia ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etməklə AR MPM-nin 35.1-ci maddənin tələblərini pozmamışdır. Odur ki, işin yuxarıda istinad edilmiş halları nəzərə alınmadan və AR MPM-nin 35.1-ci maddənin tələbləri düzgün tətbiq edilmədən çıxarılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 5934/2020 saylı qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsi haqda qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbul edilməsi məsələsinə baxılmasıüçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Fizuli İHB-nın Fizuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Abbasovun xx.xx.2020-ci il tarixli 289 və 524 saylı arayışlara istinadən cavabdeh Fizuli şəhəri, S. Vurğun küçəsi, 6 saylı evdə qeydiyyatda olmuş olsa da, onun məcburi köçkün olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi,ev 33b, 11 saylı mənzildə 27 il ərzində məcburi köçkün olaraq müvəqqəti məskunlaşaraq yaşadığına dair rəsmi sənəd təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən məsələni araşdırmadan qərardadında göstərilən əsasa görə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli və iddia ərizəsinin icraata götürülüb-götürülməməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 5934/20 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülüb-götürülməməsi məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2100/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2100/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver