Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2100/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı Şahid Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30.000 avro məbləğində pulun, əlavə faizin və 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi Şahid Cavabdehı oğluna qarşı pul tələbinin rədd edilməsi qət edilmişdir.
3. Bundan sonra, Şahid cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30.000 avro məbləğində pulun, 2012-ci ilin dekabr ayından hal-hazıradək, qərarın çıxarıldığı gün üçün (hər bir il ayarılıqda) mərkəzi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış faydanın (maddi zərər), 30.000 manat məbləğində mənəvi ziyanın və iddia tələbinə görə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 30.000 (otuz min) avro və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Şahid verilməsi, cavabdehdən tutulacaq 30.000 avro məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 5.Hazırda İddiaçı qanuni qüvvəsini almış qətnamə ilə 30000 manat pulun ondan Şahid xeyrinə tutulduğundan həmin pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 avro məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şahid Cavabdeh qarşı «pulun və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 Avro məbləğində əsas borcun, 2012-ci ilin dekabr ayından hal-hazıradək hər gün üçün həmin məbləğin bir faizi miqdarında əlavə faizlərin tutulması, faizlərin tutulmasının qətnamə icra olunan günədək davam etməsi və cavabdehdən 50.000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şahid 2012-ci ilin ilk aylarında fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün tikinti sahəsində istifadə olunan «Pompa-Betonvuran» texnikasını almaq qərarına gəlmişdir. Bu məqsədlə tanışları vasitəsilə həmin texnikanı haradan və kimdən daha sərfəli qiymətə almaq üçün soraqlaşmağa başlamışdır. Beləliklə, Elbrus adında şəxs iddiaçıya bildirmişdir ki, həmin texnikanı Litva Respublikasında yaşayan Vüqar adında şəxs gətirə bilər. Elbrus iddiaçını Cavabdeh xalası oğlu İddiaçı ilə tanış etmişdir. Ziyafətlə tanış olana qədər Elbrusun köməkliyi ilə Cavabdehla «skype» vasitəsi ilə danışığı olmuş və Vüqar bildirmişdir ki, onun Bakıda bütün işlərini xalası oğlu Ziyafət apardığından Ziyafət vasitəsilə onunla əlaqə yaratmaq mümkündür. Beləliklə, iddiaçı Vüqarla almaq istədiyi texnikaya dair söhbət etmiş və qiymətdə razılıq əldə etmişdir. Ümumi razılığa əsasən həmin «Pompa-Betonvuran» texnikanın Azərbaycana gətirilməsi üçün cavabdeh ilkin olaraq 30.000 Avro pulun ona göndərilməsini tələb etmişdir. Qalan hissəsini isə texnika iddiaçıya verildikdən sonra girov qoyulmaqla əlavə pulun götürülməsinə və həmin pulu ona göndərmək yolu ilə hesablaşmalarına dair razılaşmışlar. İddiaçı bu məqsədlə 16 oktyabr 2012-ci il tarixdə 20.000 Avro, 15 noyabr 2012-ci il tarixdə 10.000 Avro pulu İddiaçı vasitəsilə cavabdehə göndərmişdir. Cavabdeh pul göndəriləndən sonra 2012-ci ilin dekabr ayının axırınadək texnikanı göndərməyi öhdəsinə götürmüşdür. 2012-ci ilin dekabr ayında texnika göndərilmədiyindən iddiaçı cavabdehlə əlaqə yaratmış və texnikanın göndərilməməsinin səbəbini soruşmuşdur. Cavabdeh isə bildirmişdir ki, texnikanın gecikməsi müəyyən maliyyə problemləri ilə bağlıdır. Lakin, buna baxmayaraq, qısa müddətdə texnikanı göndərəcəyini bildirmişdir. 2013-cü ilin mart ayında isə Cavabdeh xalası oğlu İddiaçı vasitəsilə texnikanın gətirilməsi üçün əlavə olaraq 30.000 Avro pul lazım olduğunu bildirmişdir. Buna cavab olaraq iddiaçı əlavə pulunun olmadığını və texnikanın qalıq dəyərini həmin texnika ona verildikdən sonra ödəyə biləcəyini bildirmişdir. Beləliklə, iddiaçı cavabdehlə olan razılığının baş tutmamasından və cavabdehin onu aldatmasından şübhələndiyi üçün verdiyi pulu qaytarmasını cavabdehdən tələb etmişdir. İddiaçı hətta cavabdehin atası Adil adlı şəxslə görüşmüş və Adil iddiaçıya söz vermişdir ki, pulun qaytarılmasına köməklik edəcəkdir. 2014-cü ilin axırlarında cavabdeh özü şəxsən Bakı şəhərində iddiaçı ilə görüşmüş, həmin görüşdə cavabdehin oğlu və xalası oğlu Ziyafət də iştirak etmişdir. Cavabdeh oğluna başqa maşınların satışından əldə edəcəyi puldan iddiaçıya olan 30.000 Avro borcunun ödənilməsini tapşırmışdır. Lakin sonradan cavabdehin oğlu başqa bir hadisə ilə bağlı həbs edilmiş, bundan əlavə cavabdehin Elbrus adlı şəxs vasitəsilə ödəniş etməsi də mümkün olmamışdır. Belə ki, Elbrus yalnız Vüqara borcunun olduğunu bildirmiş və iddiaçıya hər hansı ödəniş etməmişdir. Cavabdeh qohumluq münasibətinə görə doğma xalası oğludur. O, uzun müddətdir ki, Kaunas şəhərində yaşayır. Uzun illər müddətində Müsayev Vüqar həmin şəhərdən yük daşıyan maşınlar alaraq Bakı şəhərinə göndərmiş və həmin avtomobilləri onun dediyi şəxslərə sataraq pullarını ona göndərmişdir. "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə tərəfindən göndərilmiş sorğulara verilmiş cavablardan məlum olmuşdur ki, İddiaçı Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Cavabdeh adına hər hansı pul vəsaiti köçürülməməsi qeyd edilsə də, eyni zamanda bildirilmişdir ki, ləğv prosesində olan QSC "xxxx" KB-də İddiaçı adına olan AZ96MOSZ******************** saylı kart hesabına yuxarıda qeyd edilən müddət ərzində xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro, xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsait mədaxil edilmişdir. 2012-ci ilin ilk aylarında Cavabdeh adına olmuş kartın müddəti bitdiyinə görə sonuncu tərəfindən onun adına verilmiş etibarnamə əsasında onun adına evro (qold) kart açdırmasını və ona göndərməsini xahiş etmiş, lakin bankdan sonuncunun ona verdiyi etibarnamə əsasında avro kart açdırmağın mümkün olmadığı bildirilmişdir. Bu səbəbə görə də, onun istəyi və yaxın qohumluq münasibətlərinə görə öz adına avro kart açdırmış və sürətli poçt vasitəsi ilə Cavabdeh göndərmişdir. Həmin kart Cavabdeh olmuş və sonuncuya göndərdiyi bütün pulları da onun tərəfindən Kaunas şəhərində çıxarılması "xxxx" KB ASC-nin təqdim etdiyi sənədlərdə qeyd edilmişdir. Həmin müddətdə onun Respublikanın hüdudlarını tərk etməməyi iş üzrə Dövlət Sərhəd Xidmətinin rəsmi məktubunda da sübut edilir. Ona məxsus avro kartın Cavabdeh verilməsi və Cavabdeh tərəfindən həmin kartla ödədiyi pulları Kaunas şəhərində şəxsən çıxarmasını bütün qohumlar və dostlar bilirlər. "xxxx" tərəfindən verilən bank çıxarışlarından da məlum olur ki, onun adına olan AZ96MOSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro və xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsait mədaxil edilmiş, həmin vəsaitlər Bakı şəhərindən mədaxil edilmiş və həmin vəsaitlər Kaunas şəhərində çıxarılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh xalası oğlu olsa da, onu aldatmış və həmin 30.000 min Avro pulun onun tərəfindən alındığını inkar etmişdir. Cavabdeh onu aldatmasını yaxın qohumlar arasında belə izah etmişdir ki, guya indiyə kimi o, sonuncunu aldatmış və kifayət qədər sonuncunun pulunu mənimsəmişdir. Ona görə də, sonuncunun ona borcu yoxdur. Hal-hazırda Lənkaran rayon İcra Şöbəsində Lənkəran rayon Məhkəməsinin 13 aprel 2022- ci il tarixli 2(049)-73/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icraatdadır və buna görə də, hər ay tələbkar Şahid adlı şəxsə hissə-hissə pul ödəyir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyi kimi, Şahid ona veriyi 30.000 Avro pulu öz adına açdığı və Cavabdeh Verdiyi karta köçürmüş və həmin kartdan Cavabdeh tərəfindən həmin pul və digər pullar çıxarılmışdır. Cavabdeh həmin pulları çıxarması bank sənədləri ilə təsdiq olunur. Yuxarıda gösətərilənlərə əsasən hesab edir ki, Cavabdeh 30.000 Avro məbləğində pul alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməlidir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, 2012-ci ildə Litvada yaşayan Cavabdeh ilə tanış olmuş və skype vasitəsi ilə danışmışlar. Sonuncu ona maşınlar göstərmiş və 30.000 Avro qiymətinə başa gəldiyini bildirmişdir. Vuqar ona Litvada olduğundan pul işləri ilə xalası oğlu İddiaçı məşğul olduğunu bildirmişdir. O, Ziyafət vasitəsi ilə Standard Bank yolu ilə 20.000 Avro və 10.000 Avro pul göndərmişdir. Pulu göndərildikdən sonra ilin axırı maşınları göndərməli idi. Lakin nə maşınları göndərməmiş, nə də pulu qaytarmamışdır. Uzun danışıqlardan sonra 2014-cü il tarixdə o, oğlu, Vüqar, Vüqarın oğlu, Ziyafət, Elbrus Binəqədi qəsəbəsində görüşmüşlər. Vüqar oğluna demişdir ki, Litvaya qayıdır, Vasif müəllimin pulunu qaytarsınlar. Oğlunun nömrəsini götürmüşdür, lakin zənglərinə cavab verməmişdir. O da polisə, prokurorluğa şikayətlər etmişdir. 2018-ci ildə Vüqara qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Vüqar qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Sonra Ziyafətə qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və birinci instansiya, apellyasiya və Ali Məhkəmə onun xeyrinə qərar çıxarmışdır. Qeyd etmək istəyir ki, ona əslində borcu olan Vüqardır, lakin köçürmələr Ziyafət vasitəsi ilə olduğuna görə Ziyafəti məhkəməyə vermişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra- məhkəmə) 2(002)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim – K.Əsədov) ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 10.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, istər iddia ərizəsində iddiaçının qeyd etdiyi məqamlara, istərsə də, şahidin ifadəsində qeyd edilən məqamlara qanuni qüvvəyə minmiş məhkəmə aktı (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-665/2023 saylı qərarı) ilə müvafiq hüquqi qiymət verilmişdir. İddia ərizəsində də, şahidin ifadəsində də həmin məhkəmə aktları sadalanmışdır. Buna görə də məhkəmə şahid ifadəsinə tənqidi yanaşaraq və həmin şahid ifadəsini mötəbər sübut hesab etməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən hazırki mülki işə baxılarkən iddiaçının öz hesabına köçürdüyü pul vəsaitlərinin cavabdeh tərəfindən şəxsən hesabdan məxaric edilib-edilməməsi məsələsi araşdırılmışdır. Məhkəmə araşdırması zamanı pul vəsaitlərinin iddiaçının adına olan hesaba köçürülməsi təsdiq olunsa da, həmin vəsaitlərin hazırki iş üzrə cavabdeh tərəfindən məxaric edilməsi təsdiq olunmamışdır. İddiaçı tərəfindən qeyd edilən halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şahid ifadəsi isə hazırki işdə mötəbər sübut növü deyil. Eləcə də, şahidin ifadəsi subyektiv mülahizə xarakterli olub, ifadədə hər hansı mötəbər sübut növünə istinad edilmir. Nə iddiaçı, nə şahid tərəfindən cavabdehin iddiaçının hesabına köçürülmüş pul vəsaitlərini məxaric etməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları (öz adına əldə etdyi kartın cavabdehə göndərilməsi, cavabdeh tərəfindən 30.000 Avro məbləğində pul vəsaitinin məxaric edilməsi) məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına; Azərbaycan Respublikası Prosessual Məcəllənin 77.1, 14.2, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqıda qətnamə qəbul ediləsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materillarında həm Şahid Cavabdeh qarşı eyni məbləğdə pul tələbi barədə çıxarılmış məhkəmə qərarları, həmin qərarlarda müəyyən olunmuş hallar, məhkəmədə iddia qaldırana qədər Şahid 27 iyun 2013-cü il tarixdən 2018ci ilədək Binəqədi RPİ-nin 4-cü PB-yəvə digər polis şöbələrinə Cavabdeh onu aldadaraq pulunu mənimsəməsi barədə müvafiq hüquq mühafizə orqanlarına verdiyi şikayətlər və həmin şikayətlər əsasında qəbul edilmiş qərarlar, həmçinin Şahid İddiaçı qarşı 30.000 evro məbləğində pul tələbinə dair qəbul edilmiş məhkəmə qətnamələri və son nəticədə Ali Məhkəmənin müvafiq qərarı və son nəticədə İddiaçı Cavabdeh qarşı 30000 avro məbləğində pul tələbinə dair hazırki iddia tələbi, həmçinin həmin iddia tələbini sübut edəcək Şahid izahatı, Şahid və İddiaçı Cavabdeh barəsində həm polis orqanlarına verdiyi şikayətlərin araşdırılmasında və məhkəmələrdə aparılmış mülki işlərdə sonuncunun heç vaxt iştirak etməməsi və "xxxx" tərəfindən verilən bank çıxarışlarında iddiaçının onun adına olan AZ96MOSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro və xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsaitin mədaxil edilməsi, həmin vəsaitlərin Bakı şəhərindən mədaxil edilməsi və həmin vəsaitlərin Kaunas şəhərində çıxarılması, həmin məbləğlərin çıxarılmasından sonra Cavabdehla şahid kimi həmin işdə adı gedən Şahid telefon və “skype” danışıqları barədə məhkəməyə verdiyi izahatlarında bildirdikləri, İddiaçı kimi məhkəmədə verdiyi izahatlarda bildirdikləri və Cavabdeh həmin 30000 min avro məbləğində pulu İddiaçı bank kart hesabından çıxarmasını dolayısı ilə sübut edir. Hesab edir ki, məhkəmənin prosessual hüquq norması kimi MPM-nin 217.4-cü maddəyə istinad etdiyi kimi, mütləq həmin maddənin 217.3-cü maddəsinə də istinad etməli və qətnaməni həmin maddənin tələblərində qeyd edildiyi kimi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırımalı idi. Hesab edir ki, məhkəmə həmin qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma ilə bağlı MPM-nin 217.3-cü maddəsinə istinad etməməsi qətnaməni qəbul etmiş hakimin subyektiv yanaşmasından başqa bir şey deyildir. Ona görə ki, keçirilən məhkəmə iclasında Cavabdeh Vüsal adlı oğlu məhkəməyə gələrək atası Vüqarın nümayəndəsi kimi özünü təqdim etmiş, ona verilmiş etibarnaməni məhkəməyə təqdim edəndən sonra həmin etibarnamənin tərcümə və təsdiq olunması zərurəti yarandığından məhkəmə onun etibarnaməsini qəbul etməmiş və bu səbəbdən məhkəmə iclası baxılması davam etdirilmişdir. Bundan əalvə, həmin məhkəmə iclasında İddiaçı və Şahid izahat verərək 2014-cü il tarixdə Cavabdeh, onun oğlu Vüsal və Elburus adlı şəxslə bir yerdə Binəqədi qəsəbəsində görüşdüklərini, Cavabdeh Vasifə olan 30.000-in avro məbləğində borcla bağlı söhbət etdiklərini, həmin söhbətdən sonra Vüqar oğlu Vüsala yaxın günlərdə Litvaya qayıdacağını, ona başqa şəxslərdən çatası pullardan Vasif müəllimin pulunun qaytarılmasını təpşırdığını və bu məqsədələ Vüsal mobil nömrəsini Vasif müəllimə verdiyini, həmin görüş başa çatdıqdan və tərəflər ayrıldıqdan sonra həmin nömrəyə zəng çatmamasını qeyd etmişdir. Cavabdeh X3 iştirakı ilə keçirilmiş həmin məhkəmə iclasında həm İddiaçı, həm də Şahid izahatından sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddiaçı və şahidin izahatlarında qeyd etdikləri işin halları ilə bağlı iclasda iştirak edən cavabdehin oğlu Vüsala çarpaz sual verilmək istədiyini bildirmiş, lakin, buna baxmayaraq hakim cavabdehin oğlu Vüsalın əvvələcədən şahid kimi qeyd edilmədiyindən ona çarpaz sualın verilməsinə qanunun yol vermədiyini bildirərək vəkilə sual verməyə icazə verməmişdir. Məhkəmənin vəkilə vəzifə borcunu yerinə yetirərək cavabdehin oğluna çarpaz sual verməyə icazə verməməsi işə baxmış hakimin işin nəticəsi ilə dolayısı ilə maraqlı olması və qəbul edilmiş həmin qətnamənin qanunsuz olaraq cavabdehin xeyrinə həll edilməsini nəticəsinə gəlməyə əsas verir. Əlavə olaraq bildirir ki, həmin məhkəmə iclasında cavabdehin oğlu iştirak etsə də, onun izahat verməsi işə baxan hakim tərəfindən əngəllənsə də, sonrakı məhkəmə porseslərində cavabdehin oğlu nümayəndə kimi gəlməmiş və ya səlahiyyətini təsdiq edən etibarnaməsini məhkəməyə təqdim etməmişdir. Bundan başqa qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad edilmişdir. Baxmayaraq ki, avropa məhkəməsinin qərarlarına istnad etsə də faktiki olaraq qəbul etdiyi qətnaməni həmin qərarların əksinə çıxarmışdır. Belə ki, iddiaçı olaraq məhkəməyə təqdim etdiyi yazılı sübutlar, iddiaçının və şahidin izahatları kifayət qədər güclü, aydın və bir-birinə uyğun olmuş və əsaslı şübhədən kifayət qədər uzaq olmuşdur. Hesab edir ki, məhkəmə həmin iddia tələbini bilərkdən və şəxsi maraqları naminə təmin etməmişdir. Ona görə ki, MPM-nin 106-cı maddəsinə əsasən tərəflərin izahatları iş üzrə sübutlardan biridir. Bu və digər məhkəmələrin keçirilməsindən bütün hallarda Cavabdeh məlumatı olmuşdur. Buna baxmayaraq o, məhkəmələrdə iştirak etməmiş və izahatlar verməmişdir. Onun oğlu Vüsalın bir dəfə məhkəmə iclasına gəlməsi, etibarnamə təqdim etməsi, həmin etibarnamənin məhkəmənin qəbul edilməməsi, etibarnamənin tərcümə və təsdiq olunması üçün geri qaytarılması, keçirilmiş məhkəmə iclaslarında iddiaçı və şahid kimi iştirak edən şəxslərin izahatlarından “üstün” tutulmuşdur. Əlavə olaraq qeyd edir ki, cavabdeh onun iddiaçı tərərəfindən məhkəməyə verilməsini bildiyi halda nümayəndəsini məhkəməyə göndərdiyi kimi, iddiaya etirazını və etirazını təsdiq edəcək sübutları, yəni iddiaçının adına olan bank kartı ilə Kaunas şəhərində həmin karta köçürülmüş pulları almamasını təsdiq edəcək bankdan arayışı məhkəməyə göndərməmişdir. Əgər iddia tələbini Cavabdeh əsaslı hesab etmirsə, nəyə görə iddianın əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir?! MPMnin 77-ci maddəsinədə cavabdehin iddianın əksini sübut edəcək faktları məhkəməyə təqdim etmək səlahiyyəti var. Ancaq həmin maddədə qeyd edilən səlahiyyətlər cavabdeh tərəfindən əməl edilməmiş və məhkəməyə iddianın əksini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddianın əsassız olması ilə bağlı əks sübutları təqdim etməməsi onun doğrudan da həmin 30.000 avro məbləğində pulu iddiaçının adına olan kartdan Kaunas şəhərində çıxarmasını dolayısı ilə sübut edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 17.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 24.İşin müəyyən edilmiş halı odur ki, Şahid ilə Cavabdeh arasında “pompa betonvuran” texnikanın alğı satqısı ilə əlaqədar razılaşma olmuş, həmin razılaşmaya əsasən Şahid ilkin olaraq 30000 avro məbləğində pulu Cavabdeh göndərməli, sonuncu da texnikanı ona göndərməli idi. Şahid pul məbləğini İddiaçı vermişdir. Texnika göndərilmədiyindən Şahid Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30.000 avro məbləğində pulun, əlavə faizin və 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi Şahid Cavabdeh qarşı pul tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə İddiaçı Qədir oğlundan Cavabdeh adına hər hansı pul vəsaiti köçürülməmişdir.
26. Bundan sonra, Şahid cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30.000 avro məbləğində pulun, 2012-ci ilin dekabr ayından hal-hazıradək, qərarın çıxarıldığı gün üçün (hər bir il ayarılıqda) mərkəzi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış faydanın (maddi zərər), 30.000 manat məbləğində mənəvi ziyanın və iddia tələbinə görə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 30.000 (otuz min) avro və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Şahid verilməsi qət edilmişdir. 28.Hazırda İddiaçı qanuni qüvvəsini almış qətnamə ilə 30000 manat pulun ondan Şahid xeyrinə tutulduğundan həmin pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. 29.Hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə mövqeyini belə əsaslandırır ki, 2012-ci ilin ilk aylarında Cavabdeh adına olmuş kartın müddəti bitdiyinə görə sonuncu tərəfindən onun adına verilmiş etibarnamə əsasında onun adına evro (qold) kart açdırmasını və ona göndərməsini xahiş etmiş, lakin bankdan sonuncunun ona verdiyi etibarnamə əsasında avro kart açdırmağın mümkün olmadığı bildirilmişdir. Bu səbəbə görə də, onun istəyi və yaxın qohumluq münasibətlərinə görə öz adına avro kart açdırmış və kartı sürətli poçt vasitəsi ilə Cavabdeh göndərmişdir. Həmin kart Cavabdeh olmuş və sonuncuya göndərdiyi bütün pullar da onun tərəfindən Kaunas şəhərində çıxarılmışdır. Onun adına olan AZ96MOSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro və xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsait mədaxil edilmiş, həmin vəsaitlər Bakı şəhərindən mədaxil edilmiş və həmin vəsaitlər Kaunas şəhərində cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdeh xalası oğlu olsa da, onu aldatmış və həmin 30.000 min avro pulun onun tərəfindən alındığını inkar etmişdir. 30.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. 31.Bununla yanaşı, iddiaçı Şahid cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmə cavabdeh İddiaçı iddia tələbinə qarşı etirazının iddiaçı tərəfindən ona verilmiş 30000 avro məbləğində pulun Cavabdeh göndərilməsi, Cavabdeh onun adına olan kartdan istifadə edərək pulu çıxarması barədə dəlillərinə qiymət verərək hesab etmişdir ki, həmin hallar hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və təqdim edilmiş hesabdan çıxarış isə bunu təsdiq edən sübut kimi qəbul olunmadığından (həmin kart məbləğindən pul vəsaitinin məhz Cavabdeh və ya digər şəxsin çıxarması məlum deyil) iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. 32.Mülki prosessual qanunvericiliyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 33.Məhkəmə kollegiyası Şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Şahid, habelə iş üzrə tərəflər üçün predusial əhəmiyyət kəsb edən qətnamələrlə Şahid tərəfindən 30000 manatın İddiaçı verilməsi, həmin pul vəsaitinin İddiaçı tərəfindən isə Cavabdeh göndərilmədiyi müəyyən olunmuşdur. 34.Beləliklə, müəyyən olunur ki, İddiaçı ona məxsus kart hesabında olan 30000 manat pulun Cavabdeh tərəfindən çıxarılmasına baxmayaraq 30000 manat pulun ondan tutularaq Şahid verilməsi barədə qətnamə qəbul edildiyindən əsassız varlanmaya dayanaraq pulun Cavabdeh onun xeyrinə tutulmasını tələb edir. 35.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı iddia tələbini sübuta yetirə bilmir. 36.Məhkəmə kollegiyası apellyatorun məhkəmənin vəkilə vəzifə borcunu yerinə yetirərək cavabdehin oğluna çarpaz sual verməyə icazə verməməsi və bunun işə baxmış hakimin işin nəticəsi ilə dolayısı ilə maraqlı olması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfin məhz apellyasiya şikayətində qeyd etdiklərinə əsasən cavabdehin oğluna verilmiş etibarnamənin tərcüməsiz və təsdiq edilməmiş olması səbəbindən qəbul edilməməsi nəzərə alındıqda ona çarpaz sual verilməsinə icazə verilməməsi MPM-in 179.2-ci maddəsinin tələbləri baxımından qanuni hesab edilir. 37.Həmçinin cavabdehin iddianın əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi, bunun dolayısı ilə iddianı təsdiq etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni iddiaçı, irəli sürdüyü tələblərin əsasını təşkil edən faktları sübut etməyə borcludur. Eyni şəkildə cavabdeh yalnız öz etirazlarının əsasını sübut etməyə borcludur, lakin, iddiaçının sübut etməli olduğu halların əksini sübut etməyə məcbur deyil. 38.Beləliklə məhkəmə kollegiyası apellyatorun qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin iddianın əksini sübut edən sübutları təqdim etməməsi avtomatik olaraq iddianın əsaslı olması və ya cavabdehin iddianı dolayısı ilə təsdiq etməsi kimi qiymətləndirilə bilməz. 39.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhramzadə