Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-211/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-21/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə cavabdeh Dadaşov Qənbər Əhməd oğlu arasında 28 iyul 2015-ci il tarixli, 106 LN 2105.280715.000015.00001 saylı illik 20 faizlə, 36 ay müddətinə 104 500 ABŞ dolları məbləğində kredit verilməsinə dair kredit müqaviləsi bağlanmışdır.
2. "xxxx" ASC ilə cavabdeh Dadaşov Qənbər Əhməd oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsinə, həmin müqaviləyə xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavələrə əsasən kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Dadaşov Qənbər Əhməd oğlu (ipoteka qoyan) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini "xxxx" ASC-də ipoteka ilə yüklü etmişdir.
3. 28 iyul 2015-ci il tarixdə "xxxx" ASC ilə zamin Şirinov Faik Əliağa oğlu və borcalan Dadaşov Qənbər Əhməd oğlu arasında 106.CL 280715.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-21/2020 saylı, 20 avqust 2020-ci il tarixli protokol qərardadına əsasən, cavabdeh Dadaşov Qənbər Əhməd oğlu öldüyünə və bu fakt ölüm haqqında şəhadətnaməyə əsasən təsdiq olunduğuna görə onun hüquq varisi Dadaşov Natiq Qənbər oğlu ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı kimi mərhum Dadaşov Qənbər Əhməd oğlunun əvəzinə işə cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" ASC cavabdehlər Dadaşov Qənbər Əhməd oğluna və Şirinov Faik Əliağa oğluna qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 28 iyul 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 102 429.06 ABŞ dolları əsas, 24549,88 ABŞ dolları faiz, 1 866,36 ABŞ dolları cərimə olmaqla, cəmi 128845.30 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddiaçı Cavabdeh1 Əhməd oğlu cavabdehlər "xxxx" ASC-yə və Şirinov Faik Əliağa oğluna qarşı qarşılıqlı iddia ərizəsi, qarşılıqlı iddia tələbinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqların etibarsız hesab edilməsi və 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-21/2020 saylı, 02 noyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim Abbas Rzayev) ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 hüquq varisi X2 oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, 28 iyul 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları faiz, 1 088.90 ABŞ dolları cərimə olmaqla, cəmi 122 604.96 ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, ilkin iddia qalan hissədə, yəni Cavabdeh1 hüquqi varisi X2 oğlundan kreditin tutulması hissəsində və tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 hüquq varisi X2 oğlunun yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə istifadə hüquqlarının itirilməsinə dair iddiasının rədd edilməsi, ilkin iddia qismən təmin edildiyindən, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, ilkin iddia üzrə Cavabdeh2 tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan 50%-i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquq varisi X2 oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqların etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə, yəni 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 50%-i, yəni 10 (on) manatı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, qalan 50%-i, isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərə əsasən məlum olmuşdur ki, əslində bank tərəfindən kredit məbləği faktiki olaraq Dadaşov Qənbər Əhməd oğluna deyil, digər cavabdeh Şirinov Faik Əliağa oğluna verilmişdir. Belə ki, xx.xx.2015-ci tarixli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən müəyyən olunmuşdur ki, "Borcalan kreditdən yalnız təmir- tikinti işləri üçün istifadə edəcəkdir. Kredit müqaviləsi imzalandıqdan 3 gün sonra icraçıya, eyni vaxtda xx.xx.2015-ci il tarixdə həm onun adına ayrılmış 103835.00 ABŞ dollarının 1,044 məzənnəsi ilə 108 403.74 manata konvertasiya edilməsi barədə çıxarışı və həmin vəsaitin 105221.60 manat hissəsinin Şirinov Faik Əliağa oğlunun “AGBank" ASC-nin Sumqayıt filialındakı AZ63AZEG******************** saylı hesabına köçürülməsi barədə "MƏDAXİL ÜZRƏ KASSA ORDERİ"ni və cavabdehin həyatının sığortalanması üçün "xxxx" ASC-yə 1645.10 manatın ödənilməsi barədə qəbzləri imzalatdırmışdırlar. Həmin sənədlərin tərtib edilməsi vaxtı haqqında məlumatlara diqqət yetirdikdə bu həmin vəsaitin cavabdeh Qənbər Dadaşova verilmədiyini və ayrılan kreditin əvvəlcədən iddiaçının razılığı ilə cavabdeh Şirinov Faik Əliağa oğluna ünvanlandığını müəyyən etmək olar. Belə ki, iddiaçı tərəfindən xarici valyutanın alışı barəsində çıxarışda bu əməliyyatın xx.xx.2015-ci il tarixdə saat 17:19 da aparıldığı göstərilmişdir. Halbuki, konvertasiya olunmuş vəsaitin əksər hissəsinin - 105221.60 manatın Şirinov Faik Əliağa oğlunun hesabına köçürülməsi barədə mədaxil üzrə kassa orderlərində əməliyyatın aparıldığı vaxt kimi xx.xx.2015-ci il saat 17:13 göstərilmişdir. Beləliklə də, məlum olur ki, kredit vəsaitinin guya Dadaşov Qənbərə verilməsi formal olaraq rəsmiləşdirilmişdir. Həmin pulun kağız üzərində ona verilməsindən əvvəl artıq bankda həmin pulların tamamilə Şirinov Faik Əliağa oğluna verilməsi haqqında rəsmi sənəd tərtib edilmişdir. Beləliklə də, məlum olur ki, əslində bankdan krediti alan Dadaşov Qəmbər Əhməd oğlu deyil, Şirinov Faik Əliağa oğlu olmuşdur. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında imzalanmış 106.CL.131212.00001/b saylı ipoteka müqaviləsinə 1 saylı xx.xx.2013-cü il tarixli əlavə razılıqdan görünür ki, Şirinov Faik Əliağa oğlu iddiaçı ilə xx.xx.2012-ci il tarixdə 106.LN.2105.131212.0001 saylı, xx.xx.2013-cü il tarixli 106. LN.2105.**********1saylı kredit müqavilələri bağlanmışdır. Kreditin məbləği 49000 manat təşkil edirdi. Həmçinin, iddiaçının cavabdeh Şirinov Faik Əliağa oğlu ilə imzaladığı 106.CL. 140912.0001/e saylı İpoteka Müqaviləsinə xx.xx.2013-cü il tarixli, 1 saylı əlavə razılıqdan görünür ki, Şirinov Faik Əliağa oğlu iddiaçı ilə xx.xx.2012ci il tarixdə 106.LN.2105.140912.00001 saylı və xx.xx.2013-cü il tarixdə 106.LN.2105.050713.00001 saylı kredit müqavilələrini imzalamışdır. Həmin kreditin məbləği də 49 000 manat təşkil etmişdir. Beləliklə də, cavabdeh Dadaşov Qəmbər Əhməd oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kreditin məbləği Şirinov Faik Əliağa oğlunun adına iddiaçı tərəfindən daha əvvəl verilən kreditlərin ödənilməsi üçün rəsmiləşdirilmişdir. Əslində isə kredit Dadaşov Qənbər Əhməd oğluna deyil, Şirinov Faik Əliağa oğluna verilmişdir. Müqavilənin bu formada rəsmiləşdirilməsinin səbəbi ondan ibarət idi ki, Şirinov Faikin gecikdirilmiş krediti olduğundan onun adına yeni kredit müqaviləsini iddiaçı imzalaya bilməməsi olmuşdur. Bu səbəbdən iddiaçı görüntü üçün kredit müqaviləsini Dadaşov Qənbər Əhməd oğlu ilə bağlamış, lakin əslində krediti Şirinov Faik Əliağa oğluna vermişdir. Buradan görünür ki, iddiaçının Dadaşov Qənbər Əhməd oğlu ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yalan əqdir və başqa müqaviləni pərdələmək üçün bağlanmış müqavilədir.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Şirinov Faiq Əliağa oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materiallarında olan müqavilə və digər sənədlərə əsasən təsdiqini tapdığından, iddia qismən təmin edilməli, əsas borc, faiz borcu və cərimə məbləği cavabdeh Şirinov Faiq Əliağa oğlundan tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.
9. İddiaçı "xxxx" ASC ilə Dadaşov Qənbər Əhməd oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 106 CL 131212.00001/b saylı ipoteka müqaviləsi etibarsız hesab edilərək ləğv edilməlidir. Belə ki, məhkəmə bir daha qeyd edir ki, özözlüyündə ipoteka müqaviləsi əqd olduğuna görə ipotekanın etibarsızlığına, əqdin etibarsızlığı ilə bağlı qaydalar tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mühəndis-inventarlaşdırıcısı Mehdiyev Rafiq Qasım oğlu tərəfindən verilmiş rəyə əsasən məlum olur ki, faktiki sözügedən ünvanın ərazisində S tik.altı = 280,0 m2, S üm -578,0 m2 olan 2 mərtəbəli yaşayış evi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, 0253084 saylı çıxarışla mülkiyyət hüquqi qeydiyyata alınmış 100.2 M2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 124.0 m2 torpaq sahəsini təyin etmək mümkün olmamışdır. Halbuki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi. Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli ipoteka müqaviləsi istinad olunan normanın tələblərinə zidd olaraq tərtib edilmişdir. Beləliklə də, mütəxəssis rəyinə əsasən ipoteka qoyulmuş əmlakın məhkəmə tərəfindən yerli baxış və mütəxəsis rəyi ilə müəyyən edilmiş yer olduğunu müəyyən etmək mümkün deyildir. Buna görə də, yuxarıda göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC ilə Dadaşov Qənbər Əhməd oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 106 CL 131212.00001/b saylı ipoteka müqaviləsi və iddiaçı "xxxx" ASC ilə Dadaşov Qənbər Əhməd oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqlar etibarsız hesab edilərək ləğv edilməlidir.
10. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qalan hissədə 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, 0253084 saylı çıxarışla Dadaşov Qənbər Əhməd oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, məhkəmə tərəflər arasında bağlanmış qanuni kredit müqaviləsinə əhəmiyyət verməyib, hansısa qəbzə əsaslanmaqla səhvən borcun faktiki olaraq borcalana deyil, zaminə verildiyi qənaətinə gəlmiş, bunu da zaminin gecikdirilmiş krediti olması səbəbindən bankın bu müqaviləni Cavabdeh1la bağlamaq məcburiyyəti ilə əsaslandırmışdır. Ancaq bank borcalanla bağladığı müqavilənin bütün şərtlərini razılaşdırmışdır. İpoteka müqaviləsini və ona əlavələri mühəndisinventarlaşdırıcının heç bir əhəmiyyət kəsb etməyən rəyinə əsaslanaraq etibarsız hesab etməklə ipoteka qanunvericiliyini al-üst edən nəticəyə gəlmişdir. Əqdləri etibarsız hesab edərkən sadəcə maddi normaları köçürməklə kifayətlənmişdir. Kredit məbləği kifayət qədər böyük məbləğ olduğundan bunun banka qaytarılması üçün təminat zəruridir.
12. Qətnamədən ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmiş, 28 iyul 2015-ci il tarixli, 1** LN ***5. 280715.00001 saylı Kredit müqaviləsi üzrə ondan - Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları faiz, 1088.90 ABŞ dolları cərimə olmaqla, cəmi 122 604.96 ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi və ilkin iddianın rədd edilmiş, yəni Cavabdeh1 hüquq varisi X2 oğlundan kreditin tutulması hissəsində və tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 hissələrində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək şikayətində göstərir ki, mübahisə predmeti olan kredit müqaviləsinə görə ona bank tərəfindən pul ödənilməmişdir. Həmin müqavilə üzrə pul Qənbər Ddadaşovun hesabına ödənilmişdir. Çünki, bankın həmin müqavilə üzrə ona pul ödəməsi barədə öhdəliyi olmamışdır. Əksinə bankın Cavabdeh1 qarşısında pulun ödənilməsi barədə öhdəliyi olmuşdur. Məhkəmə ayrılmış kredit məbləğinin onun əvvəlki kreditləri üzrə borcun ödənilməsi üçün rəsmiləşdirildiyi qənaətinə gəlməklə də səhvə yol vermişdir. Çünki, 05 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. Məhkəmənin ən ziddiyyətli nəticəsi odur ki, kredit və ipoteka müqavilələrini, ona əlavələri etibarsız hesab edir, ancaq zaminlik müqaviləsini etibarsız hesab etmir. Zaminlik müqaviləsi müstəqil xarakter daşımır və kredit müqaviləsinin icrasının təminatı rolunu oynayır. Zaminlik müqaviləsinin şərtinə görə borcalan öhdəliklərini yerinə yetirmədikdə zamin borcalanla birgə məsuliyyət daşıyır.Yəni, borcalan məsuliyyət daşımırsa, zamin də məsuliyyət daşımır. Çünki, zaminliyin mahiyyəti bunu tələb edir. Zaminin zəmanəti borclunun öhdəliyinə görədir, borclunun öhdəliyi yoxdursa , deməli zaminin də öhdəliyi yoxdur.
a) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin sonuncu iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. İlk iddiaçının apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilərək ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsi(obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh2 apellyasiya şikayətinin obyektini isə ilkin iddianın ona münasibətdə təmin edilən, digər cavabdehə münasibətdə rədd edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Bu şikayətin predmeti də qətnamənin ona münasibətdə təmin edilən, digər cavabdehə münasibətdə isə rədd edilən hissəsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23.Əvvəla ilk iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
24. Belə ki, iddiaçı cavabdehlərə qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə 23 fevral 2017-ci il tarixdə məhkəməyə müraciət edərək(bax.cild1.i.v.113-114) 28 iyul 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada onun xeyrinə 102 429.06 ABŞ dolları əsas, 24549,88 ABŞ dolları faiz, 1 866,36 ABŞ dolları cərimə olmaqla, cəmi 128845.30 ABŞ dolları tələb etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən, yəni yalnız zaminə münasibətdə təmin etsə də bu ərizənin mövcudluğuna ümumiyyətlə əhəmiyyət verməmişdir. Apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə 23 fevral 2017-ci il tarixə əsas və faiz borcunun, eləcə də cərimənin (ödənilmiş məbləğlər nəzərə alınmaqla) nə qədər təşkil etdiyinin müəyyən olunması üçün mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 9/3257 saylı, 05 avqust 2021-ci il tarixli rəyində müəyyən edilmişdir ki, 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixə "xxxx" ASC-yə olan borcu 102.429,06 ABŞ dolları və faiz borcu 24549,88 ABŞ dolları olmaqla, ümumilikdə 126.978.94 ABŞ dolları məbləğində müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Düzdü, tələb edilən borcun məbləği cavabdehlər tərəfindən bilavasitə mübahisələndirilməsə də ekspertin rəyi ilə də tələb edilən bu məbləğin həqiqiliyi təkzib edilmədi. Ona görə də məhkəmənin artırılmış tələb üzrə olan məbləği təmin etməməsi ümumiyyətlə başa düşülən olmamışdır. 25.Bundan əlavə, məhkəmə digər cavabdehə münasibətdə iddianı rədd edərkən qeyd edir ki, əslində bank tərəfindən kredit məbləği faktiki olaraq Dadaşov Qənbər Əhməd oğluna deyil, digər cavabdeh Şirinov Faik Əliağa oğluna verilmişdir. Məhkəmə bu qənaətini kredit müqaviləsinin 1.2-ci bəndində borcalanın kreditdən yalnız təmir - tikinti işləri üçün istifadə edəcəyinin göstərilməsi, eləcə də kredit müqaviləsi imzalandıqdan 3 gün sonra icraçıya, eyni vaxtda xx.xx.2015-ci il tarixdə həm onun adına ayrılmış 103835.00 ABŞ dollarının 1,044 məzənnəsi ilə 108 403.74 manata konvertasiya edilməsi barədə çıxarışı(bax.cild.1.i.v.73) və həmin vəsaitin 105221.60 manat hissəsinin Şirinov Faik Əliağa oğlunun “AGBank" ASCnin Sumqayıt filialındakı AZ63AZEG******************** saylı hesabına köçürülməsi barədə "MƏDAXİL ÜZRƏ KASSA ORDERİ"ni (bax.cild.1.i.v.74) və cavabdehin həyatının sığortalanması üçün "xxxx" ASC-yə 1645.10 manatın ödənilməsi barədə qəbzləri imzalatdırmaları ilə əsaslandırır. Məhkəmə həmçinin həmin sənədlərin tərtib edilməsi vaxtı haqqında məlumatlara da istinad edib həmin vəsaitin cavabdeh Qənbər Dadaşova verilmədiyini və ayrılan kreditin əvvəlcədən iddiaçının razılığı ilə cavabdeh Şirinov Faik Əliağa oğluna ünvanlandığını, yəni iddiaçı tərəfindən xarici valyutanın alışı barəsində çıxarışda bu əməliyyatın xx.xx.2015-ci il tarixdə saat 17:19-da aparıldığının göstərildiyini, halbuki, konvertasiya olunmuş vəsaitin əksər hissəsinin - 105221.60 manatın Şirinov Faik Əliağa oğlunun hesabına köçürülməsi barədə mədaxil üzrə kassa orderlərində əməliyyatın aparıldığı vaxt kimi xx.xx.2015ci il saat 17:13 göstərildiyini, beləliklə də, kredit vəsaitinin Dadaşov Qənbərə verilməsinin formal olaraq rəsmiləşdirildiyini, yəni həmin pulun kağız üzərində ona verilməsindən əvvəl artıq bankda həmin pulların tamamilə Şirinov Faik Əliağa oğluna verilməsi haqqında rəsmi sənəd tərtib edildiyini göstərir.
26. Məhkəmənin göstərdiyi bu halların həqiqiliyi belə digər cavabdehə, yəni borcalanın hüquqi varisinə qarşı yönələn tələbin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, kredit müqaviləsində kreditin təyinatının təmir-tikinti üçün olduğunun göstərilməsi iddianın digər cavabdehə münasibətdə rədd edlməsinə əsas verən hal deyildir. Kredit müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında, zaminlik müqaviləsi isə iddiaçı, borcalan və zamin Cavabdeh2 arasında bağlanmışdır. Yəni, bank krediti Cavabdeh1 deyil, zamin Cavabdeh2 vermək istəyirdisə ona hər hansı bir maneə yox idi. Müqavilə bağlandıqdan və kredit verildikdən sonra borcalanın həmin kredit məbləği üzərində iradəsinə uyğun sərəncam verməsi, başqa sözlə həmin məbləği zaminə yaxud başqa şəxsə verməsi və ya bank hesabına köçürməsi borcalana qarşı məhz bu fakta görə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, kredit müqaviləsi üzrə alınmış həmin kredit vəsaitinə bank deyil, borcalan sərəncam verir, bank qeyd olunan sənədlərlə yalnız borcun alındığını rəsmləşdirir yaxud borcalanın iradəsinə uyğun həmin vəsait üzrə bank əməliyyatını həyata keçirir. 27.İstisna olunmur ki, borcalanla zamin arasında əvvəllər işgüzar münasibətlər omuşdur. Onlar özləri də bu halları inkar etmir. İşdən də görünür ki, əvvəllər eyni bankdan Cavabdeh2 iki dəfə, yəni 2012 və 2013-cü illərdə kredit almış və Cavabdeh1 da mülkiyyətində olan, hazırki kredit müqaviləsi üzrə də ipoteka predmeti olan fərdi yaşayış evini ipoteka qoymuşdur. Deməli, həm borcalan, həm də zamin bankla kredit müqaviləsi bağlayaraq kredit alarkən özlərinin bank qarşısında hansı statusda olduqlarını yaxşı bilirdilər. Ona görə də, həm işdə olan xarici valyutanın alışı barəsində çıxarışda, həm də mədaxil üzrə kassa orderində göstərilənlər, o cümlədən vaxtın fərqli olması iddianın borcalana qarşı əsassızlığı baxımından heç bir əhəmiyyət kəsb etmirdi və qətiyyən borcalanın hüquq varisinə qarşı iddianın rədd edilməsi üçün əsas olmamalı idi. Ancaq birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almamış və maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. 28.Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, cavabdeh Dadaşov Qəmbər Əhməd oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kreditin məbləği Şirinov Faik Əliağa oğlunun adına iddiaçı tərəfindən daha əvvəl verilən kreditlərin ödənilməsi üçün rəsmiləşdirilmiş, səbəb isə sonuncunun gecikdirilmiş krediti olduğundan onun adına yeni kredit müqaviləsini iddiaçının imzalaya bilməməsi olmuş, bu səbəbdən iddiaçı görüntü üçün kredit müqaviləsini Dadaşov Qənbər Əhməd oğlu ilə bağlamış, əslində krediti Şirinov Faik Əliağa oğluna vermiş, buna görə də xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yalan əqdir və başqa müqaviləni pərdələmək üçün bağlanmış müqavilədir. Məhkəmənin bu qənaəti də hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Çünki, bu dəlili nə bank, nədə zamin Cavabdeh2 təsdiq etmir. Bu dəlil həm də ona görə doğru deyil ki, bu cür vəziyyət mövcud idisə onu müqavilənin şərtlərində də tərəflər razılaşdırıb göstərə bilərdilər. Ona görə də xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yalan əqd, yəni başqa müqaviləni pərdələmək üçün bağlanmış müqavilə sayıla bilməzdi. 29.Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsinin, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqların etibarsız hesab edilməsi qənaətinə gələrkən də haqlı olmamışdır. Belə ki, məhkəmə bu nəticəyə gələrkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Mehdiyev Rafiq Qasım oğlu tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. Həmin rəydə göstərilir ki, - faktiki sözügedən ünvanın ərazisində S tik.altı = 280,0 m2, S üm - 578,0 m2 olan 2 mərtəbəli yaşayış evi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, 0253084 saylı çıxarışla mülkiyyət hüquqi qeydiyyata alınmış 100.2 m2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 124.0 m2 torpaq sahəsini təyin etmək mümkün olmamışdır(bax.cild.2.i.v.139). Məhz bu rəydə göstərilənlərə əsaslanaraq məhkəmə qeyd edib ki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi, müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməyib, beləliklə də, mütəxəssis rəyinə əsasən ipoteka qoyulmuş əmlakın məhkəmə tərəfindən yerli baxış və mütəxəssis rəyi ilə müəyyən edilmiş yer olduğunu müəyyən etmək mümkün deyildir. 30.Ancaq məhkəmənin bu qənaəti işdə olan digər sübutlarla təkzib olunur. Belə ki, xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsinə, həmin müqaviləyə xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavələrdə ipoteka predmetinin təsviri, adı, yeri və sahəsi dəqiq göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, 0253084 saylı çıxarışda da Cavabdeh1 adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi, 6-cı döngə, 3 nömrəli 100.2 m2 sahəsi olan evin mülkiyyət hüququ əsasında qeydiyyata alındığı və həmin evin yerləşdiyi torpaq sahəsinin 0.0124 ha. olduğu təsdiq olunur(bax.cild 1.i.v.166). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2015-ci ildə qeydiyyata alınmış RX seriyalı, ******* saylı çıxarışda da Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsindəki 3 nömrəli fərdi yaşayış evinin "xxxx" ASC-nin Sumqayıt filialının xeyrinə yüklü edildiyi təsdiq olunur(bax.cild 1.i.v.144). 31.Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 mart 2019-cu il tarixli məktubuna (bax.cild.2.i.v.76-80) əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30928 reyestr nömrəsi ilə xx.xx.1990-cı il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, keçmiş Vorovski (indiki Rəsulzadə) qəsəbəsi, Koroğlu küçəsi, 6-cı döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 578,0 m2 olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA serialı ******* saylı çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 100,2 m2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 112,4 m2 torpaq sahəsi üs-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA serialı ******* saylı çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 112,4 m2 torpaq sahəsində yerləşən 100,2 m2 sahəsi olan fərdi yaşayış evi hazırda mövcuddur, lakin arxiv texniki pasportundakı baş plana əsasən faktiki ölçülərdə fərq var. Faktiki kordinatla olan istifadədə olan torpaq sahəsi 579,0 m2 təşkil edir. 32.Göründüyü kimi, qeyd olunan dövlət orqanlarının rəsmi qaydada verdiyi məlumatlarda da mübahisəli ünvanda ipoteka predmeti olan bir fərdi yaşayış evinin olduğu və həmin evin də ipoteka müqaviləsi və ona əlavələrdə göstərilən ipoteka predmeti olan ev olduğu öz təsdiqini tapır. Başqa sözlə, Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30928 reyestr nömrəsi ilə xx.xx.1990-cı il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, keçmiş Vorovski (indiki Rəsulzadə) qəsəbəsi, Koroğlu küçəsi, 6-cı döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 578,0 m2 olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA serialı ******* saylı çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 100,2 m2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 112,4 m2 torpaq sahəsinin də üs-üstə düşdüyü təsdiq olunur. Deməli, ipoteka predmeti olan fərdi yaşayış evi mövcuddur, ancaq faktiki ölçülərində fərq vardır. İpoteka predmeti olan evin ölçülərində fərqin olması ipoteka müqaviləsinin və ona əlavələrin etibarsız hesab edilməsi üçün heç bir halda əsas ola bilməzdi. 33.Göstərilənlərlə yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir. 34.Tərəflər ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli, 2 saylı əlavədə ipoteka predmetinin dəyərinin 200000 (iki yüz min) manat müəyyənləşdirmişdir. Tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılıq olmadığından apellyasiya baxışı zamanı qiymətləndirmə təyin edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka dair təqdim edilən hüquq müəyyənedici sənəd üzrə ümumi sahə fərdi yaşayış evinin faktiki sahəsindən kəskin fərqləndiyindən rəy verməkdən imtina etmişdir. Bundan sonra, qiymətləndirmə MBA LTD Qiymətləndirmə Şirkəti” MMC-yə həvalə edilmiş və MMC tərəfindən verilmiş MB 15/0099 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirici rəyində isə, - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 501.400 (beş yüz bir min dörd yüz) manat və likvid dəyəri isə 426.200 (dörd yüz iyirmi altı min iki yüz) manat təşkil etdiyi göstərilmişdir. 35.Tərəflər bu qiymətlə razılaşmadığı, yəni iddiaçı bu qiymətin yüksək olduğu, cavabdeh Natiq Dadaşov isə həddindən artıq aşağı olduğunu bəyan etdiyi üçün onların vəsatəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Çünki, ipoteka predmetinin bazar və likvid dəyərinin düzgün müəyyən edilməməsi sonrakı prosessual hərəkətləri etməyə və iş üzrə həqiqətin müəyyən edilməsinə imkan vermirdi. 36.Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/1705 saylı, 23 avqust 2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 781000,0 manat (442x1768), 10% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış evinin hazırki likvid dəyəri təqribən (781000-10%) 700000,0 manat məbləğində müəyyən edilir. 37.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, 700000(yeddi yüz min) manat qətnamədə ilkin satış qiyməti kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə əlavə tikinti-texniki ekspertizanın rəyində ipoteka predmeti olan fərdi yaşayış evinin hər mərtəbə üzrə və cəmi sahəsi müəyyən edilməklə müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində 442 kv. metrin 1 kv. metrinin qiyməti 1768 manat müəyyən edilməklə orta bazar qiymətinə uyğun dəyəri müəyyən edilmiş və 10 % azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri müəyyən edilmişdir. Bu qiymət həmin fərdi yaşayış evinin sahəsi, yerləşdiyi ərazi, mənzil bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri hesab edilməlidir.
38. İddia tələbinin tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə istifadə hüquqlarının itirilməsinə dair hissəsini də təbii ki, birinci instansiya məhkəməsi tam rədd etməkdə haqlı olmamışdır.
39. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində X2 oğlunun həmin evdən çıxarılması və evin boşaldılması hissəsi barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır. Çünki, ev borcalan tərəfindən ipoteka qoyulmuş və borc ödənilmədiyi halda ipoteka predmeti olan evdən çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. Buna görə də “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə, yəni “ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər” müddəasına riayət edilməlidir. Göründüyü kimi, iddiaçı da Qanunun bu tələbinə əsasən ipoteka predmeti olan evə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində ipoteka qoyanın həmin evdən çıxarılması və evin boşaldılmasını tələb etmişdir. Başqa sözlə ipoteka predmeti olan evə tutma yönəlməsə və o satılmasa ipoteka qoyanın hüquqi varisi həmin evdən məcburi çıxarılması və evin boşaldılması onsuz da icra olunmayacaqdır. 40.Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur,əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyan və ailə üzvləri yaxud digər şəxslər evə tutma yönəldikdən sonra və ev satıldıqdan sonra evi tərk etməlidirlər. Həmin evdə yaşayarkən sözsüz ki, yaşayış üçün lazım olan əşyalar da həmin evdə olur. Cavabdeh evi tərk edərkən təbii ki, özlünə məxsus müxtəlif əşyaları da evdən çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmeti də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Əksinə bu cür tələbin təmin olunması və qətnamənin nəticə hissəsində bunun göstərilməsi MPM-in 223.1-ci maddəsinin tələbinə görə vacibdir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Çünki, ipoteka predmetinin boşaldılması icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər.
41. Buna baxmayaraq, iddia tələbinin ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması hissəsi qeyri-müəyyən bir tələbdir. Çünki, onsuzda qətnamənin nəticə hissəsində cavabdehlərdən bütün borcun tutulması göstərilir. Eyni zamanda, qətnamənin nəticə hissəsində ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi qaydada tutulsun sözlərinin yazılması həm təkrarlığa yol açır, həm də qətnamənin məzmunu ilə bağlı MPM-in tələblərinə ziddir.
42. Bundan əlavə, iddia tələbinin ipoteka qoyan şəxsin(hüquqi varisinin) evə istifadə hüquqlarının itirilməsinə dair hissəsi ilə bağlı da qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarına itirilməsi (xitam verilməsi) tələbinin irəli sürülməsinə zərurət yoxdur. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, iddia tələbinin bu hissəsi rədd edilərkən qənaət və əsaslandırma düzgün olmasa da, mahiyyət etibarı ilə bu cür nəticə düzgün sayılmalıdır. 43.Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-21/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli; İlkin iddia qismən təmin edilməli; Cavabdehlər Cavabdeh1 hüquq varisi X2 oğlundan və Cavabdeh2 müştərək qaydada 28 iyul 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə 102 429.06 ABŞ dolları əsas, 24549,88 ABŞ dolları faiz, 1 866,36 ABŞ dolları cərimə olmaqla, cəmi 128845.30(yüz iyirmi səkkiz min səkkiz yüz qırx beş ABŞ dolları, otuz sent) ABŞ dolları borc ödənişin icra olunduğu vaxtda Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilməli; Tutma ilk növbədə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ilkin satış qiyməti 700000(yeddi yüz min) manat olmaqla həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 hüquqi varisi X2 oğlu həmin evi ən geci bir ay ərzində tərk etməli və ev boşaldılmalı. Cavabdeh1 hüquqi varisi X2 oğlunun cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı kredit müqaviləsi, ipoteka müqaviləsinin və ona əlavələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməməli; Ekspertiza tədqiqatlarının ümumi dəyəri - 300 (üç yüz) manat cavabdeh Dadaşov Qənbər Əhməd oğlunun hüquq varisi Dadaşov Natiq Qənbər oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat cavabdeh Dadaşov Qənbər Əhməd oğlunun hüquq varisi Dadaşov Natiq Qənbər oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməli; İddia tələbi və apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-21/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 hüquq varisi X2 oğlundan və Cavabdeh2 müştərək qaydada 28 iyul 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə 102 429.06 ABŞ dolları əsas, 24549,88 ABŞ dolları faiz, 1 866,36 ABŞ dolları cərimə olmaqla, cəmi 128845.30(yüz iyirmi səkkiz min səkkiz yüz qırx beş ABŞ dolları, otuz sent) ABŞ dolları borc ödənişin icra olunduğu vaxtda Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilsin. Tutma ilk növbədə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İlkin satış qiyməti 700000(yeddi yüz min) manat olmaqla həmin fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 hüquqi varisi X2 oğlu həmin evi ən geci bir ay ərzində tərk etsin və ev boşaldılsın. Cavabdeh1 hüquqi varisi X2 oğlunun cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı kredit müqaviləsi, ipoteka müqaviləsinin və ona əlavələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatlarının ümumi dəyəri - 300 (üç yüz) manat cavabdeh Dadaşov Qənbər Əhməd oğlunun hüquq varisi Dadaşov Natiq Qənbər oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat cavabdeh Dadaşov Qənbər Əhməd oğlunun hüquq varisi Dadaşov Natiq Qənbər oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. İddia tələbi və apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.