Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2112/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçının nümayəndəsi-vəkiİi Vəkil1, Cavabdeh2, onun və Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh3 və X12 nümayəndəsi Boris Səlimovun, Cavabdeh X12 nümayəndəsi-vəkili X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X7rşı “alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(009)-174/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 6iat Ofisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilinə dair, həmin tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyriyaşayış sahəsinə dair, xx.xx.2024-cü il tarixdə isə ünvan 2 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında alqısatqı müqavilələri bağlanmışdır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzil Cavabdeh2 tərəfindən X15 bağışlamışdır. Hazırda iddiaçı qeyd edir ki, göstərilən həm alqı-satqı, həm bağışlama müqavilələri formal surətdə alıcıların mülkiyyətinə keçmişdir və bu səbəbdən həmin müqavilələr etibarsız hesab edilməlidir. İddiaçı həmçinin bildirmişdir ki, tələb hüququnu ötürən (əvvəlki tələbkar) X17 tərəfindən cavabdehlərin "xxxx" ASC qarşısında olan öhdəliklərlə bağlı ipoteka edilmiş əmlakın yüklülükdən azad edilməsi məqsədilə 170.000 manat (100.000 ABŞ dollarının ekvivalentində) məbləğində ödəniş həyata keçirilmiş, bunun müqabilində 150.000 ABŞ dolları məbləğində pul ödənilməsi barədə öhdəlik götürülsə də, cavabdehlər həmin öhdəliyi icra etməmiş və iddiaçı həmin məbləğdə pulun cavabdehlər N.Ağamaliyeva və Cavabdeh2 müştərək qaydada tutulması xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X17 Cavabdeh3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kommersiya kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə 100.000 ABŞ dolları ödəmişdir. Həmin borc məbləği Cavabdeh3 borc olaraq verilmiş, onun qarşılığında H.Vəliyevə 150.000 ABŞ dolları məbləğində pulun qaytarılacağı vəd verilmişdir. X17 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə tələb hüququnun ötürülməsi barədə 01 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən H.Vəliyev yuxarıda qeyd edilən borc üzrə bütün tələb hüquqlarını İddiaçı ötürmüşdür. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyriyaşayış sahəsi iddiaçının və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 miras əmlakı olmuşdur. Həmin əmlakdan Cavabdeh3 xeyrinə imtina edilmiş və əmlak üzərində onun mülkiyyət hüququ tanınmışdır. xx.xx.2016-cı il tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (iddiaçının və digər Cavabdeh3 anası) ilə "xxxx" ASC arasında “Kommersiya kredit müqaviləsi” bağlanmış, bankdan borc pul götürülmüş və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan həmin qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə Cavabdeh3 borclu, Cavabdeh2 zamin kimi rəsmiləşdirilmiş, borc vəsaiti hər iki cavabdehə lazım olmuş və birlikdə istifadə olunmuşdur. Borclular (cavabdehlər) bank qarşısındakı pul öhdəliyini vaxtında və lazımınca icra etmədiyi üçün borcun ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunmuş vəsaitin banka ödənilməsi qərara alınmışdır. Adı çəkilən qeyri-yaşayış sahəsinin hərracda satılacağından narahat olan və təşvişə düşən Cavabdeh2 öz qızının iddiaçının ərindən kömək (100.000 ABŞ dolları borc pul) istəmişdir. Qarşılığında da, gələcəkdə sözügedən qeyri-yaşayış sahəsinin satılması ilə ona borcu 150.000 ABŞ dolları olaraq ödəyəcəyini bildirmişdir. Odur ki, qəbzdən də göründüyü kimi, iddiaçının əri H.Vəliyev N.Ağamirovanın və Cavabdeh2 əvəzinə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə 100.000 ABŞ dolları (170.000 manat) ödəmişdir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad olan kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sahəni və Cavabdeh3 mülkiyyətində olan digər daşınmaz əmlakları (ünvan 2,18; Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 5/9, QYS) Cavabdeh1 adına rəsmiləşdirmişlər. Qeyri- yaşayış sahəsinin və digər daşınmaz əmlakların Cavabdeh1 adına rəsmiləşdirilmə tarixlərinin üst-üstə düşməsi onu göstərir ki, bu rəsmiləşdirmənin məqsədi borcun qaytarılmasından boyun qaçırmaq, bu tələb üzrə yarana biləcək məhkəmə mübahisələrində özlərini əmlaksız kimi göstərmək və məhkəmə qərarının icrasını mümkünsüz etmək olmuşdur. Odur ki, həmin alqı-satqı müqavilələri üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağlandığı üçün uydurma əqd olmaqla əhəmiyyətsizdir və məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlakların digər Cavabdeh1 adına rəsmiləşdirilməsi Cavabdeh2 mülkiyyətində olan əmlakları digər şəxslərin adına rəsmiləşdirəcəyi rəskinin mövcudluğunu göstərdiyi üçün tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edilmiş, nəticədə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Odur ki, 150.000 ABŞ dolları təşkil edən borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflərindən cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə iddianın təmin edilməsi məqsədilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 27,12; Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A; Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzilərin üzərinə həbs qoyulması və cavabdehlər Cavabdeh3 Aşırovnaya və Cavabdeh2, habelə digər şəxslərə bu mənzilləri hər hansı yolla özgəninkiləşdirmənin qadağan olunması üzrə xx.xx.2024-cü il tarixdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin e- 16(009)-184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Daha sonra Səbail rayon Məhkəməsinin e-16(009)-213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Buna baxmayaraq məlum olmuşdur ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzili xx.xx.2024-cü il tarixdə Bakı 7 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində digər qızı X15 bağışlayaraq özgəninkiləşdirmiş və onun adına DƏDRK PŞH-dən ********* saylı çıxarış əldə olunmuşdur. Məhkəmənin qərardadından sonra Cavabdeh2 belə bir hərəkəti sübut edir ki, cavabdehlər ilk öncə Cavabdeh3 mübahisəli əqdlərlə özünü əmlaksızlaşdırmağa cəhd etmiş, indi isə digər cavabdeh Sonya Ağasiyevna hazırkı mübahisə üzrə cavabdeh qismində cəlb olunduğunu və məhkəmənin sözügedən qərardadlarını öyrəndikdən sonra özünü əmlaksızlaşdırmağa cəhd etməkdədir. Qeyd olunan hallar ona dəlalət edir ki, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdlər də eyni məqsədlə, cavabdehlərin öhdəliyin icrasından yayınmaq, özlərini əmlaksızlaşdırmaq və qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz etmək üçün bağlanmışdır. Bununla da məlum olur ki, cavabdeh S.Ağasiyevanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzillə bağlı məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərar qəbul edəcəyini bilən həmin cavabdeh bu daşınmaz əmlakı qısa zamanda digər qızına “bağışlamışdır”. Odur ki, həmin bağışlama müqaviləsi də uydurma əqd olmaqla əhəmiyyətsizdir və məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin və Cavabdeh2 ilə X20 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(009)- 174/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mənzil və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair bağlanan müqavilələri formal surətdə bağlanılması, yalan əqdlər olaraq görüntü xarakteri daşımasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iclasında əksinə tədqiq edilən sübutlarla əmlakın vicdanlı alıcı tərəfindən dəyəri ödənilməklə əldə edilməsi, əmlakın özgəninkiləşdirilməsində satıcının iradə ifadəsinin olması və zədələnməməsi müəyyən edildiyindən, iddia tələbləri həmin əqdlərin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Həmin əqd mülkiyyətçinin iradə ifadəsinə uyğun bağlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, əmlakın mülkiyyətçisi olan Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə müstəsna hüquqa malik olduğundan, bağışlama müqaviləsi onun iradəsinə uyğun olaraq bağlanıldığından, həmin əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 150.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbin əsası kimi bankda ipoteka ilə yüklü olan əmlakın yüklülükdən azad edilməsi məqsədi ilə banka ödənilmiş pul vəsaitinə görə cavabdehlər tərəfindən ona 150.000 ABŞ dolları məbləğində pul ödəniləcəyini vəd edilməsini göstərilmişdir. Məhkəmə araşdırması zamanı isə tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASCyə ödənilən 170.000 manatın Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından anasına göndərdiyi pul vəsaiti olması müəyyən edildiyindən, məhkəmə həmin tələbi də əsaslı hesab etməmişdir. Məhkəmə iclasında İddiaçı həmin pulun tanışları tərəfindən əldə edilməsi və 3 ay müddətində götürülən 100.000 ABŞ dollarının əvəzinə 150.000 ABŞ dolları pul qaytarılması barədə izahatını inandırıcı və məntiqli hesab etməmişdir, borc götürülən vaxtdan uzun müddət keçməsinə baxmayaraq borcun qaytarılması ilə bağlı hər hansı orqana müraciət olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər üzərilərinə götürdükləri borc öhdəliyini icra etməmiş, yəni iddiaçıya məxsus 100.000 (vəd edilən 150.000) ABŞ dollarını qaytarmamış, bununla da qanunsuz olaraq həmin məbləğdən faydalanaraq iddiaçının hüquqlarını pozmuşlar. Onların bu hərəkətləri iddiaçıya yalnız maddi ziyan vurmaqla kifayətlənmir, həm də borc münasibətlərinin hüquqi mahiyyətini pozaraq mülki qanunvericiliyin tələblərinə zidd davranış nümayiş etdirir. Cavabdehlərin öhdəliklərini icra etməməsi borcun qaytarılmaması nəticəsində iddiaçı öz maliyyə resurslarından məhrum olmuş, digər öhdəliklərini icra etməkdə çətinliklərlə qarşılaşmışdır. Bununla yanaşı, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları da kobud şəkildə pozulmuşdur. Kifayət qədər əsaslı dəlil təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bildirilən bu kimi məsələləri hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. Habelə, məhkəmə iclaslarında cavabdehlərin verdiyi tutarsız və əsassız izahatlar bir daha onların irəli sürdüyü arqumentlərin fərziyyə olduğuna dəlalət edir. Belə ki, Cavabdeh2 iddia etmişdir ki, sözügedən kredit üzrə əvvəlki borclarını həmişə birbaşa özü bəzən də nəvəsi (digər qızı cavabdeh Z.Səlimovanın oğlu) ödəmişdir. Cavabdehin həmişə birbaşa ödəniş etmək imkanı olubsa, bu dəfə də eyni praktikadan istifadə etməməsi, məhz bu dəfə üçüncü bir şəxsin Hikmət Vəliyevin ödəniş etməsinə ehtiyac yaranması məntiqi bir boşluq yaradır. Məhkəmə iclasında niyə ödənişin bu dəfə də eyni qaydada birbaşa borclunun özü və ya nəvəsi tərəfindən ödənilmədiyi soruşulduqda, cavahdehlərdən hər biri eyni anda müxtəlif cavablar vermiş, bununla da məhkəmədə cavabdehlərin izahatlarının tutarsız və fərziyyə olması sübuta yetirilmişdir. Cavabdeh2 iddia edir ki, 100.000 ABŞ dolları onun oğlu X22 göndərib və buradakı adamı vasitəsilə həmin məbləği ona çatdırıb. Bu iddianı təsdiqləyən hər hansı rəsmi sənəd, bank köçürməsi və ya digər sübutlar mövcuddurmu. Əgər cavabdehin oğlu bu məbləği göndəribsə, bunun sübutu olaraq, bank vasitəsilə edilən köçürmə sənədi, pulun rəsmi yolla göndərildiyini təsdiq edən sübutlar (məsələn, pulköçürmə xidmətlərinin qəbzi), yerli “vasitəçinin” pulu Cavabdeh2 çatdırdığını təsdiqləyən yazılı sənəd təqdim edilməlidir. Cavabdeh bu sənədləri təqdim edə bilmirsə, bu, iddianın yalnız sözlü bəyanatdan ibarət olduğunu göstərir. Habelə, əgər bu pul Moskva vasitəsilə gəlmişdirsə, niyə banka birbaşa ödənilməyib. Məhkəmə iclasında Cavabdeh2 oğlu Borisin Moskvada olduğu və ona daim maliyyə yardımı göstərdiyi dəfələrlə vurğulanmışdır. Əgər bu doğrudursa, belə bir sual yaranır: cavabdehin oğlunun bu cür maliyyə və dəstək gücü olduğu halda, niyə həmin borc məbləğini elə öz “adamlarını” və ya “vasitəçilərini” banka göndərərək birbaşa ödəməyib. Anasına hər zaman maliyyə yardımı edən, hər ehtiyacını qarşılayan, bu cür nüfuza sahib bir oğulun evdən çıxa bilməyən, borcu ödəmək üçün banka gedə bilməyən anasına sadəcə pulu göndərib geridə dayanması, pulu öz vasitəçiləri ilə əsl ünvanına banka çatdırmağı düşünməməsi və ya bacarmaması heç bir məntiqə sığmır. Bundan əlavə, bu pulun ən son anda Moskvadan Bakıya çatdırılması da məntiqli deyil. Əgər cavabdehin dediyi kimi, onun oğlu daim ona maddi dəstək göstərirdisə və bu cür böyük məbləğdə vəsait ayırmağa hazır idisə, niyə borcun ipoteka predmetinə yönəldilməsi və evin hərraca çıxarılması riskləri yaranana qədər müdaxilə etməyib. Cavabdeh2 oğlunun anası ilə yaxın münasibətdə olduğunu, ona daim maddi dəstək verdiyini nəzərə alınsa, bu cür mühüm maliyyə problemini əvvəlcədən bilməməsi inandırıcı deyil. Əgər doğrudan da anasının bu cür ciddi bir borcu var idisə, oğul borc ipoteka predmetinə yönəldilməzdən əvvəl məsələyə müdaxilə edib borcu bağlaya bilərdi. Məntiqlə baxdıqda, çarəsiz vəziyyətə düşən ana borcu ödəmək üçün ən yaxın və real dəstək ala biləcəyi şəxsə müraciət etməlidir. Əgər ananın oğlu daim ona kömək edən, ona yaxın bir şəxs idisə, onda borcun ödənilməsində niyə bu qədər gecikmə olub. Oğlu bu cür bir vəziyyətdə anasının borcunun bu səviyyəyə gəlib çıxmasına imkan verməzdi. Odur ki, çarəsiz qalan ananın ən son – borc ipoteka predmeti olan evə yönəldildiyi anda, çıxış yolu kimi oğlundan deyil, ona daha uzaq olan kürəkənindən maliyyə dəstəyi istəməsi daha məntiqli görünür. Çünki, insanların doğma övlada son çarə kimi, kritik anda üz tutması yayılmış və ya qəbul edilmiş praktika deyil. Əgər ananın oğlu həqiqətən bu pulu Moskvadan göndərmək iqtidarında olsaydı, borcun ipoteka predmetinə yönəldilməsini gözləmədən borcu ödəyərdi. Burada isə belə bir hal baş verməmişdir. Bu da öz növbəsində sübut edir ki, Cavabdeh2 ən son anda kürəkəni Hikmət Vəliyevə üz tutmuş, beləliklə də, pul iddiaçıya məxsus olmuş və borcu iddiaçı bağlamışdır. Bu məntiqli ardıcıllıq cavabdehin arqumentini tamamilə çürüdür və göstərir ki, borc məhz iddiaçının pulu ilə ödənilmişdir və məhkəmə iclaslarında cavabdehlər tərəfindən irəli sürülən iddialar fərziyyədən və nağıllardan ibarətdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sualları və natamam qalmış məsələləri araşdırmamış, bu məqamları tam və obyektiv şəkildə qiymətləndirməmişdir. Məhkəmə işin halları üzrə vacib olan bu faktlara aydınlıq gətirmədiyindən, iddiaçının hüquqları ciddi şəkildə pozulmuşdur. Ədalətli və hərtərəfli araşdırma aparılmadan, sübutlar tam təhlil edilmədən qəbul olunmuş qərar iddiaçının maraqlarına xələl gətirmişdir. Bu isə məhkəmə icraatının ədalətlilik və obyektivlik prinsiplərinə zidd olmuşdur. Bundan əlavə, məhkəmənin qeyd etdiyi “borc götürülən vaxtdan uzun muddət keçməsinə baxmayaraq borcun qaytarılması ilə bağlı hər hansı orqana müraciət olunmamışdır” arqumenti obyektiv hüquqi yanaşmadan uzaqdır. Məhkəmə burada iddiaçının mövqeyini obyektiv sübutlarla deyil, subyektiv qənaətlə dəyərləndirmişdir. Halbuki, mübahisə tərəflər arasında ailədaxili münasibətlərdən qaynaqlanmışdır və bu kimi hallarda tərəflərin dərhal hüquqi müstəviyə müraciət etməməsi təbiidir. Məhkəmənin bu konteksti nəzərə almadan qərar qəbul etməsi qərəzli yanaşmaya dəlalət edir. Habelə, qanunvericiliyə əsasən, mülki hüquqlardan irəli gələn tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddətləri mövcuddur. Əgər qanunvericiliklə müəyyən edilən iddia müddəti keçməmişdirsə, məhkəmə üçün iddianın gec və ya tez qaldırılmasının hüquqi əhəmiyyəti yoxdur. Əgər iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişsə, onun borcun qaytarılmasını dərhal tələb etməməsi və ya uzun müddət keçdikdən sonra müraciət etməsi heç bir hüquqi nəticə doğurmur. Məhkəmənin “uzun müddət keçməsi” arqumentindən istifadə edərək iddianı rədd etməsi, bu zaman qanunvericiliyin hər hansısa normasına və ya mövcud məhkəmə təcrübəsinə əsaslanmaması anlaşılan deyildir. Birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə mübahisəli əqdlərin yalan əqd olmadığını əsaslandırmışdır. Buna baxmayaraq, tərəflərindən əqdlərin yalan əqdlər olduğu yox, məhz uydurma əqdlər olduğu bildirilmiş və əsaslandırılmışdır. Məhkəmə isə bu əqdlərin uydurma əqdlər olubolmadığını yoxlamamış, araşdırmamış, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Hazırkı mübahisə üzrə iş materiallarından və mövcud sübutlardan açıq-aydın görünür ki, Cavabdeh3 digər Cavabdeh1 ilə bağladığı alqı-satqı müqavilələri, həmçinin Cavabdeh2 qızı Z.Səlimova ilə bağladığı bağışlama müqaviləsi real iradəyə əsaslanmayan, formal xarakter daşıyan və üçüncü şəxsləri (bu halda iddiaçını) aldatmaq məqsədi güdən əqdlərdir. Bu əqdlərin bağlanmasının yeganə məqsədi cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq, borcun icrasını mümkün qədər çətinləşdirmək və özlərini rəsmi olaraq əmlaksız göstərmək cəhdidir. Məhz borcun ödənilməməsi ilə bağlı hüquqi prosedurlar başladıqdan sonra onların əmlaklarını üçüncü şəxslərin adına rəsmiləşdirməsi təsadüfi deyil. Əgər cavabdehlər həqiqətən əmlaklarını satmaq və ya bağışlamaq niyyətində idilərsə, bu addımı borc iddiasının ortaya çıxmasından əvvəl atmamaları şübhəlidir. Bu əqdlərin məhz borc iddiasının qaldırıldığı dövrdə bağlanması onu göstərir ki, məqsəd borcdan yayınmaq və iddianın təmini ilə bağlı məhkəmə qərarının icrasını mümkünsüz etməkdir. Bütün bu məqamlar nəzərə alınaraq, mübahisəli alqı-satqı və bağışlama müqavilələri məhkəmə tərəfindən Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən etibarsız hesab edilməli idi. Yuxarıda göstərilən halların məhkəmə tərəfindən hərtərəfli araşdırılmaması iddiaçının hüquqlarının pozulmasına, iş üzrə vacib faktların nəzərə alınmamasına və nəticə etibarilə ədalətsiz və əsassız qərarın qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə sübutları tam və obyektiv şəkildə qiymətləndirmədən, mübahisəli əqdlərin mahiyyətini və onların həqiqi məqsədini araşdırmadan qərar vermişdir. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkiİi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun və Cavabdeh1 vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və X12 nümayəndəsi Boris Səlimovun, cavabdeh X12 nümayəndəsi-vəkili X18 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən-150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiyanın iclasında müyyən olundu ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" ASC arasında “Kommersiya kredit müqaviləsi” bağlanmış, bankdan borc pul götürülmüş, qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə Cavabdeh3 borclu, Cavabdeh2 zamin kimi rəsmiləşdirilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, X17 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 kredit müqaviləsinə görə 170.000 manat məbləğində pul “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilini Cavabdeh1 150.000 manata satmışdır. ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə notariat qaydada təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 150.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabı ilə qəbul olunmasını və məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 150.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 150.000 manat məbləğində pul almışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 100.000 manata satmışdır. ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarizli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə notariat qaydada təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 100.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və həmin pul ödəniz tapşırığı əsasında 6300 manat satıcının öz mənbəyindən sadələşdirilmiş vergi öhdəliyinin icrası məqsədilə Vergilər Nazirliyi yanında Gəlirlər Departamenti üzrə X4 hesabına köçürülməsini, qalan 93700 manat məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 100.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 100.000 manat məbləğində pul almışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (3416 inventar nömrəli) kimi dövlət mühafizəsinə ötürülmüş Bakı şəhəri, Səməd Vurğun küçəsi,7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqısatqısına etiraz etmirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqaviləsinin surətinə əsasən beh alan Cavabdeh3 və beh verən X19 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixdə ZM-1635 reyestr nömrə ilə beh müqaviləsi bağlanılmış, tərəflər həmin beh müqaviləsinin 1-ci bəndində qeyd edilən qeyri yaşayış sahəsinin qiyməti 1.000.000 manatdan 800.000 manata dəyişdirilməsi barədə razılığa gəlmişlər. ünvan 6iat Ofisində təsdiq edilmiş və beh alan Cavabdeh3 və beh verən X19 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinin surətinə əsasən tərəflər xx.xx.2024-cü il tarixə kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 1.000.000 manat məbləğində satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürürlər. Cavabdeh3 ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2024-cü il tarixə kimi X2, X19 isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürür. Beh verən Cavabdeh1 gələcəkdə bağlanacaq qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh alan Cavabdeh3 200.000 manat məbləğində pul vəsaiti ödəyir, beh alan həmin məbləği qəbul edir.Beh verən Cavabdeh1 alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən 800.000 manat məbləğində pul vəsaiti satıcıya ödəməlidir. ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 800.000 manata satmışdır. Cavabdeh1 3M-1635 reyestr nömrəli xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən satıcıya 200.000 manatı notariusun depozit hesabı ilə ödəmişdir. ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə təsdiq ediləcək nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 300.000 manat pulun hesaba qəbul olunması və müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və həmin puldan ödəniş tapşırığı əsasında 6.264 manat satıcının ödəmə mənbəyindən sadələşdirilmiş vergi öhdəliyinin icrası məqsədilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti üzrə X4 hesabına köçürülməsini, qalan 293.736 manat isə məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 300.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 293.736 manat məbləğində pul almışdır. ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə təsdiq edilmiş nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 300.000 manat pulun hesaba qəbul olunmasını onun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 300.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 300.000 manat məbləğində pul almışdır. ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 6iat ofisinin xüsusi notariusu D.Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə 4Ə 494 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair nisyə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Cavabdeh1 satıcı Cavabdeh3 300.000 manat pul borcu qalmışdır. Məlumat üçün bildirir ki, alıcı Cavabdeh1 borcu tam ödəmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-dən Cavabdeh1 adına 1 gün müddətində çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Fortiori” Vəkil bürosuna ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzil və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh3 adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş və Cavabdeh2 ilə X20 (etibarnamə əsasında Salimov Boris imza etmiş) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əödülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzilini X15 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əödülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə X12 adına qeydiyyata alınmışdır. “Əvvəlki tələbkar” qismində X17 ilə “Yeni tələbkar” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 01 saylı tələb hüququnun ötürülməsi müqaviləsinin surətindən görünür ki, X3 Natella Aşirovnanın "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə ödəmiş olduğu 100.000 ABŞ dolları ilə bağlı bütün tələb hüquqlarını İddiaçı ötürmüşdür. İddiaçı X1 yuxarıda qeyd olunan hala əsasən 100.000 ABŞ dolları üzərindəki tələb hüquqlarını öz mülkiyyətinə qəbul etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 6iat Ofisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilinə dair, həmin tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsinə dair, xx.xx.2024-cü il tarixdə isə ünvan 2 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında alqı-satqı müqavilələri bağlanmışdır. Bundan başqa 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzil Cavabdeh2 tərəfindən X15 bağışlamışdır. Hazırda iddiaçı qeyd olunan alqı-satqı və bağışlama müqavilələrinin etibarsızlığını mübahisələndirir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, mübahisələndirilən əqdlərin yalan əqdlər olduğu yox, məhz uydurma əqdlər olduğu bildirilmiş və əsaslandırılmışdır. Məhkəmə isə bu əqdlərin uydurma əqdlər olubolmadığını yoxlamamış, araşdırmamış, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Hazırkı mübahisə üzrə iş materiallarından və mövcud sübutlardan açıq-aydın görünür ki, Cavabdeh3 digər Cavabdeh1 ilə bağladığı alqı-satqı müqavilələri, həmçinin Cavabdeh2 qızı Z.Səlimova ilə bağladığı bağışlama müqaviləsi real iradəyə əsaslanmayan, formal xarakter daşıyan və üçüncü şəxsləri (bu halda iddiaçını) aldatmaq məqsədi güdən əqdlərdir. Bu əqdlərin bağlanmasının yeganə məqsədi cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq, borcun icrasını mümkün qədər çətinləşdirmək və özlərini rəsmi olaraq əmlaksız göstərmək cəhdidir. Bununla belə sözügedən müqavilələrin yalan və ya uydurma əqd olmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş, müqavilələrin etibarlılığını şübhə altına hallar müəyyən edilməmişdir. Belə ki, mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s. Real əqdlərin bağlanması üçün isə razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s. Hazırda isə iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələrinin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılıqları mövcud olmuş və iradə ifadəsinin eləcə də razılığın zədələnməsi halları müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən bağışlama müqaviləsi bağlandıqdan sonra bağışlanan daşınmaz əmlak hədiyyə alan tərəfindən qəbul edilmiş və əqdin predmeti mövcud olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mənzil və qeyri-yaşayış sahələrinin alqısatqısına dair bağlanan müqavilələri formal surətdə bağlanılması, yalan və ya uydurma əqdlər olaraq görüntü xarakteri daşımasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, əksinə tədqiq edilən sübutlarla əmlakın vicdanlı alıcı tərəfindən dəyəri ödənilməklə əldə edilməsi, əmlakın özgəninkiləşdirilməsində satıcının iradə ifadəsinin olması və zədələnməməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbləri həmin əqdlərin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Həmçinin əmlakın (bağışlama müqaviləsinin predmeti) mülkiyyətçisi olan Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə müstəsna hüquqa malik olduğundan, bağışlama müqaviləsi onun iradəsinə uyğun olaraq bağlanıldığından, həmin əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla yanaşı Məhkəmə kollegyası hesab edir ki, birinci instansiya məhkəməsi 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı iddia tələbinin 150.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsində tələbinin eləcə də apellyasiya şikayətinin əsası kimi bankda ipoteka ilə yüklü olan əmlakın yüklülükdən azad edilməsi məqsədi ilə banka ödənilmiş pul vəsaitinə görə cavabdehlər tərəfindən ona 150.000 ABŞ dolları məbləğində pul ödəniləcəyini vəd edilməsini göstərmişdir. İşin faktiki hallarından da göründüyü kimi X17 Cavabdeh3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kommersiya kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 və Cavabdeh2 əvəzinə 170.000 manat ödəmişdir. İddia tələbindən isə görünür ki, verilən məbləğ 150.000 ABŞ dolları kimi göstərilmişdir. Həmin borc məbləği Cavabdeh3 və Cavabdeh2 borc olaraq verilmiş, onun qarşılığında H.Vəliyevə 150.000 ABŞ dolları məbləğində pulun qaytarılacağı vəd verilmişdir. Göründüyü kimi hazırda H.Vəliyev tərəfindən 170.000 manat məbləğində vəsaitin N.Ağamirovanın və Cavabdeh2 əvəzinə "xxxx" ASC-yə ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manat məbləğində vəsaitin Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından məhz anasına göndərdiyi pul vəsaiti (100.000 ABŞ dollar) olması barədə mötəbər sübutlar təqdim edilməmiş, həmin hallar iş materialları ilə müəyyən edilməmişdir. Şahid qismində dindirilmiş X16 ifadəsində Borisin Bakıya anasına vermək üçün 100.000 ABŞ dolları pul göndərməsi və onun da həmin pulları Sonya xanıma verməsini göstərsə də, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahidin bu ifadəsini sübut kimi qiymətləndirməsi ilə razılaşsa da, eyni zamanda qeyd edir ki, məhkəmənin bu qiymətləndirməsi həmin pulların Cavabdeh2 verilməsi hissəsində faktdır. Lakin Cavabdeh2 verilən pulların onun tərəfindən Hikmət Vəliyevə verilməsinin sübutu deyil. Belə ki, Cavabdeh2 kollegiyanın iclasında verdiyi izahatında onun banka getmək imkanı olmadığından, o, Hikmətə zəng edib pulu banka aparıb verməsini deməsini Hikmətə inandığı üçün pulu ona verməsini göstərsə də, şahid T.E.Əliyev ifadəsindən də görünür ki, pulu evdə Sonya xanıma şəxsən verərkən Natella da yanında olmuşdur. Başqa sözlə, 170.000 manat məbləğində pulun şahid vasitəsilə Cavabdeh2 verilməsi faktı olsa da, bu pulun kürəkəni Hikmət Vəliyevə verməsinə dair sübutetmə yükü Cavabdeh2 üzərinə düşsə də, sonuncu buna dair sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın iclasında Səlimova X9 şahid vasitəsilə 100.000 ABŞ dolları məbləğində pulu göndərərkən qızı Natella yanında olduğu və ödənişin də məhz sonuncu tərəfindən həyata keçirilməsi olması (müqavilə tərəfi olduğu üçün) hansı səbəbdən mümkün olmamasını əsaslandıra bilməmişdir. Bu halda özünün göstərdiyi səbəblərdən qeyd edilən pulu kürəkəninə banka ödəmək üçün verməsi ağlabatan olmamaqla izahatında göstərilənlər də inandırıcı olmamışdır. Kollegiyanın iclasında Səlimova X5 Hikmətlə aralarında inciklik olduğuna görə münasibətlərinin olmamasını bildirmişdir. Belə olan halda Cavabdeh2 qızı ilə münasibəti olmayan şəxsin onların krediti ilə bağlı ödənişin aparılmasına, yəni Hikmətə qeyd edilən pulu ödəmək üçün verməsi qətiyyən inandırıcı deyildir. Kollegiyanın iclasında Cavabdeh2 izahatında göstərdiyi və təqdim etdiyi Hikmət Vəliyevin bacısını adına olan kredit ödənişi ilə bağlı kassa mədaxil qəbzi ilə əlaqədar kollegiya hesab edir ki, onun Hikmət Vəliyevin bacısının krediti ilə bağlı öz evini girov qoyması barədə bildirdikləri həqiqət olmuş olsa da belə, bu halın hazırki iddianın predmeti ilə heç bir hüquqi bağlantısı yoxdur. Bu kontekstdə Məhkəmə kollegiyası hesab edir ki, tələb hüququ ilə ötürülmüş vəsait cavabdehlərin yaranmış borcu ilə bağlı məhz iddiaçı tərəfin vəsaiti hesabına ödənilmiş, iddiaçı tərəf cavabdehlərin kreditor qarşısındakı öhdəliyini icra etmiş, bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Kollegiya hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərin əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini icra etmişdir. Belə olduqda, kollegiya hesab edir ki, mübahisəli hüquq münasibəti Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından həll edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin 170.000 manat dəyərindəki vəsaitin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olmuş, qalan hissədə isə əsassız olmaqla işin qeyd olunan halları ilə öz təsdiqini tapmamışdır. Şərh olunanları ümumiləşdirərək Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin ediməyən-150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 170.000 manat pul vəsaiti tutularaq İddiaçı verilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(009)- 174/2025 nömrəli qətnaməsi iddia tələbinin təmin ediməyən-150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 170.000 manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə qaln hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə