Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2115/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Fərrux oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat məbləğində əsas borcun və 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmiş vaxt üçün illik 5% gecikmə məbləğinin iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi hesablanması ilə Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2018-ci ilin avqust ayında daha öncə də tanıdığı Cavabdeh adlı şəxs ona zəng edərək ADA Universitetində görüləcək yeni tikinti işləri ilə bağlı avtosəbət adlı krana ehtiyac duyulduğunu bildirmiş və ondan həmin kranı aylıq 4000 manat məbləğ qarşılığında icarəyə götürmək istədiyini qeyd etmişdir. Bu təklifin onun üçün də qazanclı olduğunu düşünərək Cavabdehla kranın haqqı ödənilməklə müvəqqəti olaraq onun istifadəsinə verilməsi ilə bağlı şifahi şəkildə razılaşmış və həmin tikinti işlərinin sonuna kimi kranı Cavabdeh icarəyə vermişdir. Unverisitetdə yaranmış tikinti işləri 3 ay müddətində davam etdiyi üçün Cavabdeh ona toplamda 12000 manat məbləğində vəsait verməli olduğu halda, 10500 manat məbləği verməklə kifayətlənmişdir. İlk başlarda özünün də dediyinə əsasən geri qalan 1500 manat məbləğinin də onun tərəfindən veriləcəyini düşünsə də, bir neçə dəfə geri qalan pulu tələb etsə də, hər dəfə fərqli-fərqli bəhanələr gətirərək həmin məbləğin ödənilməsindən boyun qaçırmışdır. Borclu olduğu digər şəxslərin borcunu uzun bir müddətdir ki, geri ödəməsinə baxmayaraq, ona olan 1500 manat borc məbləğini indiyədək qaytarmamışdır. Borcun geri qaytarılmasından boyun qaçırması səbəbilə Cavabdeh barəsində Nərimanov RPİ-nin 18-ci PŞ-nə şikayət etmiş, həmin şikayəti əsasında araşdırma başlamış, Cavabdeh polis şöbəsinə dəvət edilərək məsələ ilə bağlı 16.02.2021-ci il tarixdə izahatı alınmışdır. Şəxs sözügedən izahatında aralarında şifahi icarə münasibətlərinin olduğunu, ST FASAD şirkəti tərəfindən pulunu ala bilmədiyi üçün ona olan 1500 manat məbləğində borcunu geri qaytara bilmədiyini, ümumilikdə isə hələ də borclu olduğunu açıq şəkildə etiraf etmişdir. Lakin Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən ona ünvanlanmış 19.02.2021-ci il tarixli arayışa əsasən mübahisə mülki xarakterli olduğu üçün şəxs barəsində hər hansı cinayət məsuliyyət tədbirləri tətbiq edilməmiş və mübahisənin mülki qaydada həll edilməsi qeyd edilmişdir. Cavabdeh ilə arasında yaranmış mübahisə icarə münasibətlərindən qaynaqlandığı, sonrakı dövrdə isə cavabdehin borcu ödəməkdən boyun qaçırması səbəbilə yalnız borc münasibətlərinə çevrildiyi üçün bu məsələ ilə bağlı mülki qanunvericiliyin həm icarə, həm də borca dair müddəaları tətbiq edilməlidir. Mülki qanunvericiliyə əsasən cavabdehin üzərinə götürmüş olduğu öhdəlikləri icra etmə anı əmlakdan istifadə müddətinin başa çatdığı andan etibarən yaranır və razılaşmanın predmetini əmlakdan əvəzli istifadə münasibətləri təşkil etdiyi üçün cavabdehin istifadə hüququ ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hər gün üçün gecikdirmə faizi hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, əmlakdan istifadə edilməsinə dair müqavilə 2018-ci ilin avqust ayından etibarən ilk 3 aylıq müddəti əhatə etdiyi üçün öhdəliyin icrası anı 2018-ci ilin dekabr ayı hesab edilir. Bu səbəblə cavabdeh ona olan 1500 manat məbləğində borcunu hələ də ödəmədiyi və gecikdirdiyi üçün 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmiş vaxt üçün illik 5% faiz məbləğində əlavə ödəniş öhdəliyi yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı 22 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2018-ci ilin avqust ayında Cavabdeh Hüseyin oğlu tərəfindən ADA Universitetində görüləcək yeni tikinti işləri ilə bağlı avtosəbət adlı kranla aylıq 4000 manat məbləğ qarşılığında işləməyə dəvət edilmişdir. Bu faktı İ.H. Əhmədov Nərimanov RPİ-nin 18-ci PŞ-dəki izahatında da ifadə etmişdir. Cavabdeh özü həm məhkəmədə, həm də polisə verdiyi izahatda etiraf etmişdir ki, İddiaçı çatacaq pulu o verirmiş. “ST FACADE Technology”-nin nümayəndəsi ödənməmiş pulların aqibəti ilə bağlı İddiaçı ilə deyil, İ.H. Əhmədov ilə əlaqə saxlamışdır və “ST FACADE Technology”-nin nümayəndəsi borcların qaytarılması ilə bağlı vədi Cavabdeh vermişdir. İddiaçının “ST FACADE Technology” ilə əlaqəsi olmamışdır, əksinə bütün şikayətləri podratçı şirkətə Cavabdeh çatdırmışdır. Necə ki, qətnamənin 3-cü səhifəsindəki “O (yəni İ.H. Əhmədov), şirkət Rusiyaya gedəndən bəri hal-hazıradək şirkətin nümayəndəsi Sergeylə “Whatsapp” vasitəsilə yazışır və borcluların şikayətini və pullarını tələb etdiklərini ona çatdırır. Sergey də, hər dəfə narahat olmamalarını, şirkət Bakıda tikinti işlərinə başlayan kimi onlara olan borclarını qaytaracağını vəd edir. O, həmin yazışmaları işlərinə başlayan kimi onlara olan borclarını qaytaracağını vəd edir. O, həmin yazışmaları məhkəməyə təqdim etmişdir” ifadələrdən bu başa düşülür. Qətnamədə də deyildiyi kimi “ST FACADE Technology” şirkəti tərəfindən göndərilmiş məktubdan görünür ki, göstərilmiş xidmətlərə görə Cavabdeh 5900 manat borcu qalmışdır, yəni şirkət hüquq münasibətlərinin Cavabdeh ilə mövcud olduğunu ifadə etmişdir. Digər tərəfdən İddiaçı hər dəfə pulun ödənməsini Cavabdeh istəmişdir. Cavabdeh da heç bir zaman onun İddiaçı borcu olmadığını bildirməmiş, əksinə hər dəfə pulu ödəyəcəyini bildirmiş, pulu ödəməməsinə səbəb olaraq əsas podratçı şirkətin pulu ödəməməsini göstərmişdir. Göründüyü kimi Cavabdeh ilə “ST FACADE Technology” arasında podrat müqaviləsi olduğundan, Cavabdeh ilə İddiaçı arasında isə subpodrat müqaviləsi mövcud olmuşdur. Cavabdeh izahatında İddiaçı 4 günlük dəvət etdiyini, İddiaçı isə ondan xəbərsiz daha 26 gün işlədiyini bildirmişdir. Bu isə işin reallığına uyğun deyildir. Çünki İ.H. Əhmədovun məhkəmə iclasında bildirdiyi kimi 2019-cu ilin oktyabr ayında yekunlaşan tikinti işləri ilə bağlı lazımi iş ehtiyacı, onu dəvət edən Cavabdeh və ya “ST FACADE Technology” şirkəti tərəfindən 4 günlük dəyərləndirilərək, Cavabdeh 4 günlük dəvət edilə bilməzdi, bu iddia qeyri-realdır. Həmçinin bu halda 10500 manatın hansı əsasla İddiaçı ödəndiyi cavablandırıla bilməyəcəkdir. İ.H. Əhmədovun dediyi kimi sadəcə 2500 manatın İddiaçı ödəndiyini qəbul edilsə, tərəflərin arasında razılaşma olmadığı halda 4 gündən sonrakı digər günlərin pulunun Cavabdeh tərəfindən hansı əsasla ödəndiyi yenə sual altında olacaqdır. Halbuki o 2500 manatı ödəmiş və 1500 manatı da şirkətin pulu ödəyəndə ödəyəcəyini bildirmişdir. Digər tərəfdən Cavabdeh İddiaçı 30 gün (1 ay) və gündəlik 150 manata işlədiyini bildirmişdir. 30 gün üçün gündəlik 150 manat isə bir ay üçün 4500 manat edir. Halbuki, Cavabdeh İddiaçı 2500 manat verdiyini və 1500 manat verilməli olduğunu bildirmişdir ki, bu məbləğ 4000 manat edir, yəni Cavabdeh bəyanı bir biri ilə ziddiyət təşkil edir və bu da onun həqiqətə uyğun olmadığını göstərir. Reallığa uyğun olan isə budur ki, Cavabdeh İddiaçı aylıq 4000 manata işləməyə dəvət etmiş, İddiaçı orada üç ay işləmiş və ona 10500 manat ödənmiş 1500 manat isə ödənməmişdir. İ.H. Əhmədovun iddia etdiyi kimi əgər İddiaçı 4 günlük dəvət edilmişdisə, aralarında hər hansı razılaşma olmadan hansı əsasla digər günlərin pulunun da onun İddiaçı ödəməsinə razı olmuşdur. Məhkəmənin qərəzli davranmağı səbəbi ilə qətnamə mətnində Nümayəndə Fərrux oğlunun şirkətlə bu barədə razılığa gəlindiyi yazılmışdır. Halbuki, məhkəmə iclasında belə bəyan olmamışdır. Məhkəmənin qərəzi həmçinin, Nümayəndə Fərrux oğlunun İ.H. Əhmədovla şifahi razılaşma olmadığını ifadə etməsini, İ.H. Əhmədovla və ya şirkətlə hər hansı müqavilə bağlanmadığı kimi mətnə köçürülməsindən görsənir. İddiaçının bütün ifadələrindən isə İ.H. Əhmədovla aralarında şifahi müqavilənin olduğunu bəyan etdiyi aşkardır. Məhkəmənin qərəzini göstərən digər məqam isə Nümayəndə Fərrux oğlunun digər ifadəsinin qətnamə mətninə olduğu kimi köçürülməməsidir. Belə ki, Nümayəndə Fərrux oğlu Cavabdeh pullarını bir neçə dəfə tələb etdikdən, sonra onun dəvəti ilə “ST FACADE Technology” şirkətinə getdiklərini bildirsə də, qətnamə mətnində onun atası İddiaçıla birlikdə pulları tələb etmək üçün işlədikləri yerə getdiyi ifadə edilmişdir. Bu məqamlardan məhkəmənin qərəzi açıq aşkar görsənir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Fərrux oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçıya olan borcunu etiraf etməsinə baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında olan danışığa əsasən şirkətə 4 günlük kran lazım olmuş və hər günü üçün 150 manat hesablanmışdır. Bundan sona ona məlum olmuşdur ki, iddiaçının kranı 1 aya yaxın bir müddətdə işləyib. Şirkətlə iddiaçıya çatacaq vəsaitin hansı qaydada verilməsi barədə şirkətə müraciətinə əsasən bildirmişlər ki, iddiaçının pulunu onun hesabına köçürəcəklər. Belə ki, həmin vaxt iddiaçının nə VÖENi, nə də bank hesabı olmadığı üçün onlar belə razılığa gəlmişlər. Bundan sonra 2500 manat onun hesabına köçürülmüş və o həmin vəsaiti iddiaçıya vermişdir. Lakin iddiaçıya çatacaq 1500 manat vəsait, eləcə də başqa şəxslərə çatmalı olan vəsaitlər şirkət tərəfindən verilməmişdir. İddiaçı isə əsassız olaraq ona qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanladığı izahatından görünür ki, təxminən 2018-ci ildə ADA universitetində fəaliyyət göstərən “ST FACADE Technology” şirkətinin layihə rəhbəri Sergey Lemba korpus tikintisi üçün avtosəbət texnikası istəmiş və o da, universitetin tikintisində işləyən texnikasını icarəyə vermişdir. Ondan sonra əlavə texnika tələb olunanda Fərruxun avtosəbətini 4 günlük ora dəvət etmişdir. Onun xəbəri olmadan Fərrux 4 gündən əlavə 26 gün, yəni 1 ay işləmişdir. 2019-cu ildə şirkət işlərini yekunlaşdırmış və onlara təxminən 20.000 manat borcu qalmışdır. Bu puldan hissə-hissə alaraq Fərruxa 2.500 manat vermişdir. Qalan 1500 manatını ST Facad şirkəti ödəmək üçün vaxt istəmişdir. 2020-ci il mart ayında koronavirus epidemiyası ilə əlaqədar şirkət Bakıya gələ bilmədi üçün bu günə qədər Fərruxun pulunu ödəyə bilməyib. ADA universiteti ərazisində yataqxana korpusunun tikilişinə başlanacağı vaxtı o pulu ödəməklərinə söz veriblər. İş materiallarında olan Azərbaycan Respublikasına ST Facad şirkəti tərəfindən göndərilmiş məktubdan görünür ki, ST Facad şirkətin göstərilmiş xidmətlərə görə Əhmədov Hüseynə 5.900 manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandgrmgödgr ki, Əhmədov X1 Amid Fərrux oğlu ilə hər hansı müqavilə bağlamamış, bu səbəbdən cavabdehin müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır, həmçinin məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıgını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları, həmçnin tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh 2018-ci ildə ADA universitetində fəaliyyət göstərən “ST FACADE Technology” şirkəti korpus tikintisi üçün avtosəbət texnikası istəmiş, Cavabdeh öz texnikasını icarəyə vermiş, əlavə texnika tələb olunanda, iddiaçı Cavabdeh oğunu həmin şirkətdə öz texnikası ilə işləməyə dəvət etmişdir. Şirkət tərəfindən ona ödənilməmiş 1500 manat borc qalmışdır ki, Şirkət həmin məbləğdə borcunun olduğunu etiraf edərək, ADA universiteti ərazisində yataqxana korpusunun tikintisinə başlayacağı vaxtı qalan borcunu ödəməsinə söz vermişdir. İlk olaraq qeyd edilməlidir ki, “ST FACADE Technology” şirkəti ilə cavabdeh arasında, eləcə də iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasa da tərəflər arasında olan münasibətlər öz hüquqi təbiətinə görə podrat müqaviləsi olmuşdur. Belə ki, Mülki Məcəlləyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (762.4). Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 404-cü maddəsinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh öz texnikası ilə nəzərdə tutulmuş işi icra etməyi üzərinə götürmüş, lakin sonradan əlavə texnika tələb olunmuş və cavabdeh iddiaçını həmin şirkətdə öz texnikası ilə işləməyə dəvət etmişdir. Göründüyü kimi cavabdehlə “ST FACADE Technology” şirkəti arasında podrat münasibətləri olmuş və sonradan da məhz cavabdehin dəvəti ilə iddiaçıya məxsus texnikanın şirkətdə işləməsi cavabdehlə iddiaçı arasında podrat münasibətlərinin olmasını təsdiq edir, çünki iddiaçı “ST FACADE Technology” şirkəti ilə bir başa olaraq əlaqə yaratmamış, yalnız cavabdehin təklifi ilə texnikasını işə cəlb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin müqavilədən irəli gələn öhdəliyinin yaranması əsası ilə iddia tələbini rədd etməsi düzgün olmamışdır. Bununla yanaşı cavabdeh izahatlarında iddiaçıya ödənilməmiş vəsaitin məbləğinin 1500 manat olmasını qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının texnikasını “ST FACADE Technology” şirkətinin gördüyü işlərə cəlb etməklə cavabdehin iddiaçı qarşısında podrat müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Lakin cavabdeh öz öhdəliklərini tam olaraq həyata keçirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd podrat müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, razılaşdırılmış muzdu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ddiaçı İddiaçı Cavabdeh 1500 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlı olmuşdur və məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab edərək təmin edir. Bundan başqa iddiaçı 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmiş vaxt üçün illik 5% gecikmə məbləğinin iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi hesablanması ilə Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması tələb etsə də, bu borcun hansı əsaslarla və qaydada hesablanması barədə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün maddi hüquq normasını tətbiq etməməklə iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti qismən əsaslı olmuşdur və apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1500 manat pul tutulmalı, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın təmin edilən hissədə qiyməti 1500 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı 22 sentyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2115/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2115/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver