Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2118/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» barədə qarşılılı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-402/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzilə dair pay hüququna və mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin satış pulunun 1/2 hissədə bölünməsı» tələbinə dair qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 402/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk iddia ərizəsi təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının iddiadan imtina barədə notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim edərək, mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, iddiadan imtinanın nəticələrinin onlara aydın olmasını bildirmiş, bu səbəbdən də qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə baxışı zamanı, Cavabdeh1 qarşılıqlı iddiadan imtina barədə ərizə təqdim edərək, mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini bildirmiş, iddiadan imtinanın nəticələrinin ona aydın olmasını bu səbəbdən də qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizələri nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, ilk və qarşılıqlı iddialardan imtina olunması ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasənşəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 402/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi» barədə qarşılılı iddiaya dair mülki iş üzrə icraata, ilk və qarşılıqlı iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2118/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2118/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver