Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-212/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi–Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndə və vəkilləri Vəkil2 və Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-1328/2023 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə borcalan Cavabdeh 180 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin ipoteka qoyulması nəzərdə tutulmuşdur. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 126 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99074,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 160704 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 550 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus daşınmaz əmlaka – Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq, mənzili alacaq şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit borcu, ona hesablanmış faizlə birlikdə 180 ay müddətində hissəhissə və aybaay Banka ödənilməli idi. “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlə Bank arasında xx.xx.2011-ci il tarixli 126/1 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, Banka olan borcun cüzi bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 99074,35 manat məbləğində əsas kredit borcu, 160704 manat məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 550 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. 5.Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət etmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. Kreditin cavabdehə verilməsini təsdiq edən əsas sənəd – “Kassa məxaric” orderi iddia ərizəsinə əlavə edilməmiş, Bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki belə sənəd mövcud deyildir. Cavabdehə xx.xx.2011-ci il tarixdə kredit məbləği ayrılmış olsaydı, həmin dövrdən gecikmələr olması səbəbindən 12 il ərzində iddiaçı Bank tərəfindən tələb irəli sürülərdi. Cavabdehə ilk və yeganə bildiriş məktubu xx.xx.2022-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlanmasından 12 il sonra göndərilmiş və əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Bundan başqa, ipoteka predmeti olan mənzil nə, ipoteka müqaviləsinin bağlandığı qeyd edilən tarixdə, nə də sonra cavabdehə məxsus olmamış və cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh həmin mənzilin kimə məxsus olduğunu bilmir. İddiaçı Bank tərəfindən iş materiallarına “İpoteka müqaviləsinin” surəti əlavə edilmiş və həmin ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi xahiş edilmişdir. Lakin, həmin mənzilin ipotekaya qoyulmasına dair qeydiyyat sənədləri və hansı notariat ofisində təsdiq olunmasına dair sənəd təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlak ipoteka predmeti ola bilməz. Göründüyü kimi, iddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddianı sübut edən sənədlər mövcud deyildir və vaxtilə verilməmiş kredit vəsaitinin və ona hesablanmış faizlərin ödənilməsi, eləcə də tələbin mənzilə yönəldilməsi barədə iddia ərizəsi əsassız hesab edilərək rədd olunmalıdır. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)- 1328/2023 nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir. 7.Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 99450 manat məbləğində kredit götürülməsinə dair müqavilə 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 99450 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır. 8.Müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında imzalanmış16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 99450 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş, yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 99450 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. 9.Eyni zamanda məhkəmə hesab etmişdir ki, “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsində də iddia tələbi rədd edilməlidir. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, Cavabdeh ipoteka qoyan kimi 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllarda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739,324, 441, 460, 307 və 309-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 78, 80, 88 və 217ci maddələrinə isinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 12.Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə cavabdeh, "xxxx" MTK-dan 114450 manat dəyəri olan həmin mənzilin alınması məqsədilə Banka müraciət edərək, ona 15 il müddətinə 99450 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir. Kredit və ipoteka müqavilələri ilə cavabdehlə "xxxx" MTK arasında bağlanmış müqavilənin tarixləri eynidir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh özü və arvadı X2 (cavabdeh arvadının adından verilmiş etibarnamə əsasında çıxış etmişdir) mənzilin ipoteka qoyulması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələr vermişdir. Cavabdeh tərəfindən mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin rayon məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən “Hesabdan çıxarışa” əsasən müəyyən edilir ki, kredit borcuna görə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Bu hal Mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq olunur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4347/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 16.İddiaçı Bank bildirir ki, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manat kredit vermişdir. Cavabdeh isə həmin məbləği almadığını bildirir. Belə olan halda, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Lakin Bank tərəfindən “Kredit müqaviləsinin” predmeti olan pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə “Kassa məxaric” orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəmələrə təqdim edilməmişdir. Halbuki, “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Bank kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verilməsini sübuta yetirə bilmir.
17. Bu hal sübuta yetirilmədiyindən cavabdehin qeyd edilən “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürməsi və həmin öhdəliyi yerinə yetirməməsi halı da təsdiqini tapmır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” tələbi Mülki Məcəllənin 441 və 442-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz. 18.Məhkəmə qeyd etmişdir ki, üzərində iddiaçı Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmayıb, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb. 19.Bunları və kredit məbləğinin Bank tərəfindən iddiaçıya verilməsinin sübuta yetməməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz. 20.Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 739, 307 və 309-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
21.İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ipoteka müqaviləsinin predmeti olan əmlakın İddiaçı ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2011-ci il tarixdə Bank tərəfindən cavabdehin hesabına 99450 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2011-ci il tarixli, 146/R nömrəli kredit müqaviləsi üzrə kredit məbləğinin borcluya verilməsini təsdiq edən kassa məxaric orderinin tərəflərindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində kredit müqaviləsi üzrə göstərilən məbləğin onun tərəfindən bankdan götürülmədiyini bildirmişdir. Belə olduğu halda cavabdeh götürmədiyi kredit üçün niyə ödəniş etmişdir? Bu sualın cavabı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində araşdırılmamışdır. İddiaçı tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddia tələbini rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə 99450 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Tərəflərindən MB-ACCR.E-CBAR.AZ-dan əldə edilən Cavabdeh 99450 manat məbləğində kredit ayrılması haqqında mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq edilir. Lakin apellyasiya instansiyası məhkəməsi buna da əhəmiyyət verməmişdir. 23.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin formal, mülahizə xarakterli olduğunu əsas göstərərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4347/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-494/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4347/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin qismən, yəni Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissədə ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. 25.Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddia tələbinin tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda olan 2 otaqlı, 87 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq təhvil verilməsi hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya məhkəməsi haqlı olaraq həmin hissədə qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə tərəfindən göstərilən məsələ həll olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 26.İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, müqavilə notariat qaydasında təsdiqlənməmiş, ipoteka dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. İddiaçı həmin etibarsız müqaviləyə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 27.Məhkəmə kollegiyası cavabdehdən 99074,35 manat əsas, 160704 manat faiz, cəmi 259778,35 manat borcun, 550 manat məbləğində dövlət rüsumunun tutulması tələbinın rədd olunması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutları nəzərə almamasını məhkəmə əsaslandırmamışdır ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. 28.Belə ki, iş materiallarından görünür ki, cavabdeh mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə İddiaçı ASC-yə yazılı ərizə ilə müraciət etmiş, 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddə şəxsi məlumatlarını banka təqdim etmiş, tərəflər arasında ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzilin alınması üçün 99450 manat məbləğində kredit verilməsi barədə 16 may 2011-ci il tarixli 126 nömrəli Kredit müqaviləsi bağlanmışdır. 29.16 may 2011-ci il tarixli, 126/1 nömrəli İpoteka müqaviləsinə görə Kredit müqaviləsi üzrə ödənişlərin təminatı kimi cavabdehin mülkiyyəti olan ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdeh həm özünün, həm də etibarnamə əsasında arvadının adından ərizələr yazmış, 16 may 2011-ci il tarixli 146/R nömrəli Müqaviləyə görə "xxxx" MTK tərəfindən Cavabdeh ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 114450 manata satılmışdır. 30.İşdəki Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, o, xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə ödənişlər etmişdir. 31.Göstərilən sənədlərin tərtibində Cavabdeh iştirakı və sənədlərdəki imzanın ona məxsusluğu cavabdeh tərəf mübahisələndirilməmişdir. 32.Kredit borcu barədə iddianı rədd edən aşağı instansiya məhkəmələrinin qənaətnə görə cavabdehin iştirakı ilə tərtib edilmiş və imzalanmış yuxarıda göstərilən sənədlər yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlı olmuş, cavabdeh tərəfindən bankdan 99450 manat məbləğində kredit alınması sübuta yetirilməmiş, cavabdeh bankdan pul aldığını inkar etmiş, iddiaçı isə həmin halı təsdiq edən yeganə sübut olan kassa məxaric orderini və ya pulun hesabdan hesaba köçürülməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir. 33.Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin 99450 manat məbləğində krediti bankdan götürməsini təsdiq edən sübutun kassa məxaric orderi olması, məsələnin həlli üçün digər sübutların əhəmiyyət kəsb etməməsi, pul məbləğinin cavabdehə verilməsinin və ya onun hesabına köçürülməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi qənaətinə gələn apellyasiya məhkəməsinin yuxarıda göstərilən hallara tam və hərtərəfli baxmadan, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə müəyyən etməmişdir ki, cavabdeh almadığı kredit məbləğinə görə niyə banka ödənişlər etmiş, cavabdehin "xxxx" MTK-dan aldığı mənzilə görə ödənişlər kim tərəfindən və hansı qaydada həyata keçirilmişdir. Həmçinin məhkəmə mürəkkəb və çoxsaylı sənədləşmə işlərinin aparılmasının yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlılığı barədə cavabdeh tərəfin izahatını inandırıcı olmasını qəbul etmişdir. 34.İddiaçı tərəfin izahatından görünür ki, Cavabdeh kreditin verilməsi "xxxx" MTK tərəfindən inşa olunan binada onun üçün mənzil alınması ilə bağlı olmuş, həmin mənzil də ipotekaya qoyulmuşdur. Cavabdehə ayırlmış kredit vəsaitinin "xxxx" MTK-ya köçürülüb-küçürülməməsi, cavabdehin həmin MTK-dan mənizil alıb-almaması, almışdırsa pul vəsaitinin hansı qaydada və kim tərəfindən ödənilməsi kimi işin nəticəsi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsindən ötrü "xxxx" MTK-nın müstəqli tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb olunması barədə iddiaçı tərəf vəsatət vermiş, birinci instansiya məhkəməsi həmin vəsatəti yeni sübutun tələb olunması kimi qəbul edib işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməməsini, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinin əsaslandırılmamasını, habelə qəbul ediləcək qərarın MTK-nın maraqlarına toxunmadığını əsas gətirərək vəsatəti təmin etməmişdir. 35.Halbuki işdən görünür ki, bir neçə dəfə keçirilmiş işin məhkəmədə baxılmasına hazırlıq iclaslarında cavabdeh krediti almadığını göstərməmiş, bu barədə ilk dəfə iddia ərizəsinə etirazda qeyd etmiş, iddiaya etirazın verilməsindən sonra bir dəfə, 19 aprel 2023-cü il tarixdə işin məhkəmədə baxılmasına hazırlıq iclası keçirilmiş və iş məhkəmə baxışına təyin olunmuş, iddiaçı tərəf həmin iclasda iştirak etməmişdir, cavabdehin iddiaya etirazının iddiaçı tərəfə təqdim olunması da iş materialları ilə müəyyən edilmir. Belə olan halda aydın olur ki, cavabdehin kredit məbləğini almasını inkar etməsini iddiaçı məhkəmə baxışı mərhələsində bilmişdir, bundan sonra cavabdehin "xxxx" MTK-dan mənizil alıb-almaması, almışdırsa pul vəsaitinin hansı qaydada və kim tərəfindən ödənilməsi, ayırlmış kredit vəsaitinin MTK-ya köçürülüb-küçürülməməsi kimi halların müəyyən olunması zərurəti ortaya çıxmışdır. Qəbul ediləcək qərarın "xxxx" MTK-nın maraqlarına toxunmadığına görə onun 3-cü şəxs kimi işə cəlb edilməsi zəruri olmadığı halda belə, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların, müəyyən edilməsi üçün məhkəmə işdə olan sübutlar əsasında həmin halların müəyyən edilməsinin mümkün olmaması, sübutların təqdim olunmamasının nəticələri izah edilməmiş, iddiaçıya əlavə sübutlar təqdim edilməsi təklif edilməmiş, məhkəmə iclasında iddiaçı tərəf göstərilən sübutları müstəqil əldə edə bilmədiyini göstərsə də, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnu izah etməmiş, göstərilən məsələlərlə əlaqədar iddiaçı tərəfə prosessual hüquqlarının həyata keçirməsinə kömək göstərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
c)Məhkəmə icraatı iştirakçılarının izahatları
37.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi–Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 38.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkilləri Vəkil2 və Vəkil1 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, iddiaya etirazlarında göstərilən məzmunda izahat verərək, pulun cavabdeh tərəfindən götürülməsi barədə “Kassa məxaric” orderinin olmadığını qeyd etdilər. 39.İş üzrə mübahisə predmeti barəsində müstəqil tələbi irali sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, MTKnın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 41.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 42.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 43.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 44.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 45.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 46.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 47.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 48.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 49.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 52.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 53.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 54.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 56.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tərəflər arasında 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir. 58.Belə ki, hazırda mübahisələndirilən hissədə işin mahiyyəti ondan ibarətdir ki, İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun və ona hesablanmış fazilərin qaytarılmasını tələb etməklə, tələbini onlar arasında bağlanmış xx.xx.2011-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən cavabdehin borcunu ödəməməsi ilə əsaslandırır, cavabdeh isə iddia tələbini qəbul etməyərək bildirir ki, həmin müqavilə üzrə kredit vəsaiti ona verilməmiş, bunu təsdiq edən kassa məxaric orderi iş materiallarında yoxdur. 59.Məhkəmə iddianı rədd edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 99450 manat məbləğində kredit götürülməsinə dair müqavilə 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 99450 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır. 60.Kollegiya mübahisələndirillən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 61.Belə ki, iş materiallarından görünür ki, cavabdeh mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə İddiaçı ASC-yə yazılı ərizə ilə müraciət etmiş, 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddə şəxsi məlumatlarını banka təqdim etmiş, tərəflər arasında ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzilin alınması üçün 99450 manat məbləğində kredit verilməsi barədə 16 may 2011-ci il tarixli 126 nömrəli Kredit müqaviləsi bağlanmışdır.
63. "xxxx" MTK ilə Cavabdeh arasında 16 may 2011-ci il tarixdə bağlanmış 146/R saylı müqavilənin 1-ci bəndinə əsasən bu müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə Alıcıya satmasından, Alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödənilməsindən ibarətdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən İcraçı və Alıcı ilə tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 16 mərtəbəsində 87 saylı mənzilində yerləşməklə ümumi sahəsi 109 kv.m olmaqla, 2 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1050 manat, cəmi 114450 manat məbləğində müəyyən edilir. 64.16 may 2011-ci il tarixli 126/1 nömrəli İpoteka müqaviləsinə görə Kredit müqaviləsi üzrə ödənişlərin təminatı kimi cavabhdehin mülkiyyəti olan ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdeh həm özünün, həm də etibarnamə əsasında arvadının adından ərizələr yazmış, 16 may 2011-ci il tarixli, 146/R nömrəli Müqaviləyə görə "xxxx" MTK tərəfindən Cavabdeh ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 114450 manata satılmışdır. 65.Göstərilən sənədlərin tərtibində Cavabdeh iştirakı və sənədlərdəki imzanın ona məxsusluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 66.Bundan başqa işdəki Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, o, xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə ödənişlər (xx.xx.2011-ci il tarixdə 2000 manat) etmişdir. 67.Bundan başqa apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7731 nörməli ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi üzrə təyin olunmuş 99450,0 manat məbləğinin kassa məxaric orderi iş materiallarında mövcud deyildir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 99450 manat məbləği Cavabdeh bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülməsi müəyyən edilir. -Hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2011-ci il tarixdə bağlanmış 126 saylı kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə ödənilmiş 2000,0 manat məbləği nəğd ödənişlə deyil, hesabdan hesaba köçürülmə yolu ilə, yəni **********000 filiallararası hesablaşmalar üzrə digər bank tərəfindən köçürülməsi müəyyən edilir. 68.Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzillə bağlı Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 16 may 2011-ci il tarixlli 146/R nömrəli Müqavilə, həmin mənzil cavabdehin adına özgəninkiləşdirilmişdirsə mənzilin dəyərinin kim tərəfindən, hansı qaydada ödənilməsini təsdiq edən sənədlər və mənzilin cavabdehə təhvil verilib-verilməməsi ilə bağlı təhvil-təslim aktları, mənzilin kimlərdə olması və hal-hazırda kimdə olması ilə bağlı məlumatların "xxxx" MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmış və icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. 69.”Lalə” MTK-nın sədri X6 tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 16 may 2011-ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmış, sonradan isə alıcının müraciətinə əsasən müqavilə ləğv olunmuşdur. Lakin ləğv olunan sənədlərin saxlanma müddətinin bitməsi səbəbindən sənədlər arxivə təhvil verilmişdir. Bu səbəbdən göstərilən müqavilənin surətini təqdim etmək mümkün deyil. Eyni zamanda bildirir ki, yuxarıda göstərilən mənzil hal-hazırda X3 məxsusdur və həmin ünvanda yaşayır. 70.İş materiallarında əlavə edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" MTK-nın sədri X6, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abıyev və LPO İddiaçı ASC-nin Hüquq xidmətləri şöbəsinin hüquqşünası Xanlar Əliyevin iştirakı ilə tərtib edilmiş təhvil-təslim atkında qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən inşa edilən ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 16 may 2011-ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmış, sonradan isə alıcının müraciətinə əsasən müqavilə ləğv olunmuşdur. Hal-hazırda müqavilənin surəti MTK ofisində aşkar edilməmiş, həmin sənədlərin saxlanma müddətinin bitməsi səbəbindən sənədlər həmin dövrdə sədr işləyən X8 tərəfindən arxivə təvhil verilmişdir. Sənədlərin arxivə təhvil verilməsi barədə təhvil-təslimə dair akt aşkar edilmədiyini təsdiq edirlər. 71.Göründüyü kimi kredit vəsaitinin verilməsi barədə kassa məxaric orderinin təqdim edilməsi mümkün olmasa da, cavabdehin mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə İddiaçı ASC-yə müraciət etməsini göstərən yazılı ərizəsindən, kredit götürülməsi üçün banka şəxsi məlumatlarını təqdim etdiyini göstərən 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddən, mənzilin alınması ilə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında 16 may 2011-ci il tarixli, 146/R saylı müqavilədən, mübahisələndirilən kredit müqaviləsinin təminatı kimi ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdehin həm özünün, həm də etibarnamə əsasında arvadının adından yazdığı ərizələrdən, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 2000 manat ödəniş edilməsindən, 99450 manat məbləğin Cavabdeh bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülməsini təsdiq edən hesabdan ççıxarış və ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh mənzil ("xxxx" MTK tərəfindən inşa edilən ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzili) almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə İddiaçı ASC-yə yazılı ərizə ilə müraciəti əsasında onlar arasında xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 99.450 (doxsan doqquz min dörd yüz əlli) manat məbləğində kredit verilməsi razılaşdırılmış və həmin kredit vəsaiti Cavabdeh bank hesabı üzrə 3801 029662 0000 nömrəli hesabına köçürülmüş, nəticədə cavabdeh mənzili almışdır. 72.”Lalə” MTK-nın sədri tərəfindən təqdim edilən sənədlərdən də göründüyü kimi ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 16 may 2011-ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmış, sonradan isə alıcının müraciətinə əsasən müqavilə ləğv olunmuşdur. 73.Kollegiya qeyd edir ki, sonradan cavabdehin müraciətinə əsasən müqavilənin ləğv olunması hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. 74.Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi kredit vəsaitinin verilməsini təsdiq edən kassa məxaric orderinin təqdim edilməməsi əsası ilə iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. 75.Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən kredit müqaviləsi üzrə kredit vəsaitinin mənzil alınması üçün cavabdehə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik hüququndan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öz öhdəliyini yerinə yetirmiş, işdə olan sübutlara əsasən cavabdehə kredit müqaviləsində nəzərdə tutulmuş vəsait verilmiş, cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
76. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7731 nörməli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh rarasında bağlanmış xx.xx.2011-ci il tarixli, 126 saylı, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixinə əsas borcu 99074,35 manat, faiz borcu 158238,25 manat müəyyən olunur. 77.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 78.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-1328/2023 saylı qətnaməsi mübahisələndiriləniddia tələbinin 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-in xeyrinə 99074,35 (doxsan doqquz min, yetmiş dörd manat, otuz beş qəpik) manat əsas borc, 158238,25 (yüz əlli səkkiz min iki yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, cəmi 257312,6 (iki yüz əlli yedd min, üç yüz om iki manat, altmış qəpik) manat pul tutulmalıdır. 79.Eyni zamanda prosessual qanuvericiliyinə tələblərinə müvafiq olaraq iddiaçı ərizəsinin verilməsinə görə ödənilmiş 550 manat dövlət rüsumunun təmin edilmiş tələbə mütənasib olaraq 544 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 80.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 198 (bir yüz doxsan səkkiz) manatı Cavabdeh, 2 (iki) manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 81.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-1328/2023 saylı qətnaməsi mübahisələndirilən-iddia tələbinin 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. Cavabdeh iddiaçı LPO İddiaçı ASC-in xeyrinə 99074,35 (doxsan doqquz min, yetmiş dörd manat, otuz beş qəpik) manat əsas borc, 158238,25 (yüz əlli səkkiz min iki yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, cəmi 257312,6 (iki yüz əlli yedd min, üç yüz om iki manat, altmış qəpik) manat pul və 544 (beş yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 198 (bir yüz doxsan səkkiz) manatı Cavabdeh, 2 (iki) manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov