Məhkəmə qərarları › İş №2(103)-2129/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2129/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2129/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTKdan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123362,48 manat məbləğində əsas borcun, 30094,66 manat məbləğində faiz borcu olmaqla cəmi 153457,14 manat borc məbləğinin tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərindən və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutulması, borcun qalan hissəsinin və 443,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,67 manat xidmət haqqının cavabdehlər Cavabdeh2sgəndər qızından, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 123535,15 (bir yüz iyirmi üç min beş yüz otuz beş manat on beş qəpik) manat məbləğində əsas borc və 32544,06 (otuz iki min beş yüz qırx dörd manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 156079,21 (bir yüz əlli altı min yetmiş doqquz manat iyirmi bir qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 (443,44+0,67=444,11) (dörd yüz qırx dörd manat on bir qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 (bir yüz əlli) manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar