Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-213/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X5 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6368/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə H064KK16-H02716 saylı müqavilə üzrə 90251.08 manat əsas, 20139.62 manat faiz və 76311.41 manat cərimə və H122SF16-H02716 saylı müqavilə üzrə isə 10100.24 manat əsas, 132.78 manat faiz və 210.51 manat cərimə, cəmi 197145.64 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 5ci mikrorayonda yerləşən 36/69 nömrəli binanın qeyri-yaşayış sahəsinə, digər cavabdeh X3 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25, mənzil 50 və digər Cavabdeh1 məxsus olan ünvan 1 m.37 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, eyni zamanda həmin mənzil satıldıqdan sonra 1 ay ərzində oranı tərk etmədikdə cavabdehlər Cavabdeh3, X4, X2, Cavabdeh1 həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 6368/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 90251,08 manat əsas borc, 20139,62 manat faiz borcu və xx.xx.2016-cı il tarixli kredit sazişinə əsasən 10100.24 manat əsas borc, 132,78 manat faiz borcu, 50 manat cərimə olmaqla, ümumilikdə 120673,72 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin X3 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29V/25, mənzil 50 və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı binanın qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzil və qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutma yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 həmin evdən çıxarılmaları və evin boşaldılması, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın Cavabdeh1 mülkiyyətində olan ipotekaya tutma yönəldilməsi hissəsində də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək, bank tərəfindən artıq hesablanmış faiz və dəbbə pulunun silinməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən digər tələblərlə yanaşı tutmanın həm də ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 19 saylı evin, 37 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması tələb olunsa da, məhkəmə həmin tələbi ümumiyyətlə nəzərə almamış və yanlışlığa yol vermişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus əmlaklara düzgün qiymət qoyulmamış və kredit ona ən yüksək faizlə verilmişdir. Əsas borcu ödəyə bilmədiyi halda əsassız olaraq ona faiz və dəbbə pulu hesablanmışdır. Məhkəmə isə bunu nəzərə almamışdır. Onun müqavilə ilə borcunu tam ödəməyə kifayət qədər vaxtı olduğu halda kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi başa düşülən deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi və əks tərəfin apellyasiya şikayətinə etiraz etdi, Cavabdeh3 cavabdehin apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, iddiaçının apellyasiya şikayətinə isə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimə borcuna aid hissədə və tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 19 saylı evin, 37 saylı mənzilinə yönəldilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit limiti ayrılması haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 84 ay müddətinə illik 30 % olmaqla 300000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 mənzil 37 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit limiti ayrılması haqqında müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı binanın qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı kredit limiti ayrılması haqqında müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29V/25, mənzil 50 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit limiti ayrılması haqqında müqavilə çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 % olmaqla 120000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit limiti ayrılması haqqında müqavilə çərçivəsində həmin tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 6 % olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 kredit sazişləri üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2016-cı il tarixli kredit sazişi üzrə əsas kredit borcu 90251.08 manat, faiz borcu 20139.62 manat və cərimə 76311.41 manat, xx.xx.2016-cı il tarixli kredit sazişi üzrə əsas kredit borcu 10100.24 manat, faiz borcu 132.78 manat və cərimə 210.51 manat, cəmi borcu 197145.64 manat təşkil edir. Cavabdeh1 mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Cavabdeh3 ona aid hissədə iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 22491 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2016-cı il tarixli H064KK16-H02716 saylı kredit sazişi üzrə xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 114051,56 manat: əsas borc üzrə 90251,06 manat, faiz borcu üzrə 23800,50 manat. xx xxxxxx 2016-cı il tarixli H122SF16- H02716 saylı kredit sazişi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 11046,40 manat: əsas borc üzrə 10065,06 manat, faiz borcu üzrə 981,34 manat. Tərəflər arasında bağlanmış kredit sazişlərinin şərtlərini, kredit sazişlərinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışlar, hesabdan çıxarışlar, o cümlədən xx xxxx 2019-cu il tarixli 22491 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, faiz və cərimə borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 kredit sazişlərindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış ipoteka müqavilələri üzrə borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi nəticəsinə gəlsə də, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə hüquqi qiymət verməmiş və bu barədə tələb olduğu təqdirdə həmin hissədə iddiaya münasibət bildirməmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Həmçinin məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərini nəzərə almayaraq ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli MB 12/650 saylı qiymətləndirmə hesabatına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29V/25 saylı evin 50 saylı mənzilinin orta bazar qiyməti 35000 manat, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı binanın qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 150000 manat, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 19 saylı evin 37 saylı mənzilinin orta bazar qiyməti 46000 manat təşkil edir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetlrinə yönəldilməsi hissəsində dəyişdirilməlidir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, faiz və cərimə borcunun artıq hesablanması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəlləri, hesabdan çıxarışlar, maliyyə arayışlarında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 22491 saylı ekspert rəyindən də görünür ki, ekspertin müəyyən etdiyi borc məbləğləri iddia tələblərindən artıqdır. Bu baxımdan kollegiya hesab edir ki, faiz və cərimə borcunun düzgün hesablanmaması nəticəsinə gəlmək üçün hər hansı bir əsas yoxdur. Cavabdehin maddi vəziyyəti və borcu hansı səbəblərə görə vaxtında qaytara bilməməsinin isə mübahisənin həllinə heç bir təsiri yoxdur. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit üzrə faiz dərəcəsi isə kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6368/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində dəyişdirilsin. Tutma digər ipoteka predmetləri ilə yanaşı Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 19 saylı evin 37 saylı mənzilinə də yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, tutma yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29V/25 saylı evin 50 saylı mənzilinin ilkin satış qiyməti 35000 manat, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı binanın qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150000 manat, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 19 saylı evin 37 saylı mənzilinin ilkin satış qiyməti 46000 manat müəyyən edilsin. Qətnamə kredit sazişləri üzrə faiz və cərimə borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının dəyərinə görə Cavabdeh1 150 manat tutularaq dövlət büdcəsinə və 200 manat tutularaq “xxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-213/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-213/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver