Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-213/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsindən Cavabdeh; ikinci iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 107.203, 40 manat əsas, 5.360 manat faiz məbləği olmaqla cəmi 112.563,40 manat borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 107.203,40 manat əsas borca görə, 5.360 manat bank uçot dərəcəsinə görə olmaqla cəmi 112.563,40 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayət edərək, qətnamınin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-3703/2016 saylı qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə maddi zərər qismində 94.529,20 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 94.559,20 manat tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ekspertiza tətqiqatının dəyəri 100 manat pulun Cavabdeh tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-147/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(103)- 1738/17 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-935/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-935/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İkinci iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 39.000 manat və öhdəliyin icra edilməməsinə görə yaranmış faiz borcu kimi 8775 manat məbləğində pulun xeyrinə tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Rüstəmova X1 Tofiq Əşrəf oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xeyrinə 33.131,06 manat, habelə öhdəliyin layiqincə icra edilməməsinə görə yaranmış faiz borcu kimi 12.424,14 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı 37.567 manat çəkilmiş xərcin əvəzi, 8.170,80 manat gecikmə faizi, 31 manat dövlət rüsumu olmaqla, cəmi 45.768,80 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 953/2020 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)-26/2020 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-953/2020 nömrəli işlə birləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmə iclasının keçirilməsi barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsində icraat onun xəbəri olmadan aparılmışdır. Bu isə onun özünü müdafiə hüququnu pozmuşdur. Həqiqətən iddiaçının əri Famil Rüstəmovla dostluq münasibətlərində olmuşdur. Mübahusəli evin tikintisini mərhum ona 2011-ci ildə tapşırsa da, 2013-cü ilin avqust ayınadək, yəni Famil Rüstəmovun vəfat etdiyi tarixədək başa çatdıra bilməmişdir. Səbəb isə pulun ona hissə-hissə ödənilməsi olmuşdur. Bütün xərcləri əks etdirən yazıları vardır ki, həmin qeydlərdən hər şey aydın görünür. Onun verdiyi bütün pulları tikintiyə sərf etmişdir və tərəfindən hər hansı mənimsəmə olmamışdır. Ümumiyyətlə qətnamə maddi hüquq normalarının da pozuntusu ilə qəbul edilmişdir. Belə ki, evin tikintisi üzrə podratçı olmamışdır və tikinti onun tərəfindən aparılmamışdır. Sadəcə olaraq tikinti üçün iş materiallarının alınmasında vasitəçilik etmişdir. Tikintinin aparılması zamanı layihə-smeta ümumiyyətlə olmamışdır. Layihə smeta olmadığı halda isə qiymətləndirmə yalnız ümumi aparıla bilər. Auditor rəyində hesablama elə bir sənədlər əsasında aparılmış kimi çox dəqiqliklə aparılmışdır. Auditor əslində tikintini qiymətləndirmək baxımından aidiyyəti ixtisas sahibi deyildir. Auditor rəyində mütəxəssis cəlb etdiyini qeyd etsə də, bu şəxsin kimliyi barədə hər hansı qeyd aparılmamışdır. Auditor mütəxəssis cəlb etsəydi evin girişindəki dəhlizə döşənən İspaniya istehsallı metlaxlar laminat kimi qiymətləndirilməzdi, daxili pilləkanlar təbii ağac materiallarından olduğu halda, laminat kimi qiymətləndirilməzdi, kaminin tikinti materialı “sement-qum məhlulu” şəklində qiymətləndirilməzdi, çünki, bu gildən düzəldilir. Digər tərəfdən evin daxili qapıları bir ədədi 7500 manata alınsa da, yarı qiymətə göstərilmişdir. Ocaq üçün faktiki 2000 ədəd kərpicin alındığı halda cəmi 860 kərpic qeyd edilmişdir. Həmçinin 1 kərpicin qiymətinin 1,5 AZN olduğu halda, onun dəyəri 0,6 manat kimi göstərilmişdir. Ocağın tikintisi ilə bağlı əmək haqqı 800 manat göstərilsə də. Vasif adlı ustaya 2500 manat məbləğində vəsait ödənilmişdir. Bu, onun yazılı izahatı ilə də təsdiq edilir. Odur ki, qeyd edilənlər baxımından, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin adı çəkilən qətnaməsinin 12-ci səhfəsində eyni tərəflər arasında, eyni predimet barəsində və eyni əsaslarla mübahisə üzrə iş digər məhkəmədə baxışda olması öz əksini tapdığı halda, nədənsə məhkəmə hakimi bu prosessual hüquqa uyğun hərəkət etməyərək iddia ərizəsini baxılmamış saxlanmasına dair qərar qəbul etməmişdir. Həmçinin Cavabdeh iddia müddətinin ötürülməsinə baxmayaraq, onunla son haqq hesab xx xxxx 2013-cü il tarixdə aparılmış, bu barədə sənədlər məhkəməyə təqdim edilmiş, o, sonuncu dəfə qeyd edilən ünvanda 15-xx xxxxxx 2013-cü ildə olmuş, bu tarixdən sonra o, hər hansı bir iş görməyərək, onlara məxsus tikili aparılan ünvanda olmamış, üç ildəndə artıq bir müddət keçdikdən sonra, prossesual müddət ötürüldükdən sonra, yəni xx.xx.2016-cı il tarixdə Bakı şəhər Səbail rayon məhkəməsinə ona qarşı pul tələbi ilə iddia ərizəsi vermiş, iddia ərizəsi hakim Zaur Əliyevin icraatına verilmişdir. Prossesual müddətin ötürülməsi barədə hakimə iki dəfə ərizə ilə müracət etmişdir. Cavabdeh qarşı onların tərəfdən digər iddia ərizələri üzrə məhkəmə işə baxmış, həmin məhkəmə iclasında Cavabdeh qeyd edilən ünvanda sonucu dəfə 15-xx xxxxxx 2013-cü il tarixdə olmasını bildirmiş, həmin qətnamə kassasiya instansiyasında qanunu qüvvəyə minmiş və qətnamənin surətinin məhkəməyə təqdim edilməsinə baxmayaraq, prosessual müddətin buraxıldığı axırıncı haqq hesabın və qeyd edilən ünvanda olmasının göstərilməsni sübut edən sənədlərə məhəl qoymaraq, prosessual müddət buraxıldığı halda, bu müddətin buraxılmadığını, sonucu danışığın faktiki olaraq 15-xx xxxxxx 2013cü il tarixdə aparıldığına baxmayaraq, danışığın guya noyabr ayında aparılmasını qeyd edərək müddətin buraxılmadığına dair əssassız nəticəyə gəlmiş və iddia ərizəsinin baxılmasını təmin etmişdir. Qətnamənin 12-ci səhfəsində iddia ərizəsi verilən tarixə kimi 3 il iki ay müddət üçün faiz borcunun hesablanmasını qət edən hakim, özüdə bilmədən iddia müddətinin ötürüldüyünü bilavasitə sübüt etmişdir, lakin o, əsassız olaraq prosessual müddətin ötürülmədiyi barədə qətnamənin sonrakı səhfəsində yazdığının tamailə yalan olması artıq hər bir kəsə aydındır. Qətnamənin qət edildi hissəsində 3 il iki ay üçün peniya hesablanmasının qət edilməsi ilə hakim özü öz qətnaməsinin qanunsuz olmasını təsdiq etmişdir. Əlavə olaraq fərdi evin tikintisinə sərf edilmiş pul vəsaitinin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar cavabdeh kimi ona və onun səlahiyyətli nümayəndələrinə verilməsi təmin edilməmiş, bununla da MPM-nin tələbləri kobud surətdə pozulmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətini isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfin isə apellyasiya şikayətini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri --------- ---təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki, X7 ilə X2 nikaha daxil olmuşlar. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. xx xxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi qismində mirası qəbul etmişdir. Hazırki İddiaçı vəfat etmiş əri Famil Rüstəmovla hazırki Cavabdeh arasında ünvan 2 1 ünvanında bağ evinin tikintisi üçün şifahi razılaşma olmuş, bağ evinin tikintisi Cavabdeh həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar X8 tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli, 35 saylı rəyə əsasən məlum olur ki, ünvan 2 ünvanında mülkiyyətində olan 0,16 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 268,3 kv/m sahədən ibarət fərdi yaşayış evinin xx xxxx 2014-cü il tarixə 245.077,60 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş “X10” MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/M-163-756/17 nömrəli ekspertiza rəyinə əsasən, F.Rüstəmovun evinin tikintisi zamanı ödənilməyən 37567 manat miqdarda borcu formalaşmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2017-ci il tarixli 3736 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 1 ünvanında yerləşən tikililər üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 251649,8 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 11577 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissesində göstərilənlərə, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir, yenidənqurma və quraşdırma işlərinin təqribi dəyərinin 2011-2013-cü illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 327173,0 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan obyetler üzrə aparılmış işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 75523 manat (327173-251650) qiymət fərqi, tədqiq olunan obyektlər üzrə yerinə yetirilmiş iş növlərinin həcminin, dəyərinin dəqiqləşdirilməsi, ilkin ekspertiza baxışı zamanı bəzi iş növlərinin ekspertə göstərilməməsi ilə görülmüş işlərin həcminin artması ilə izah olunur. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx xxxxxx 2020-ci il tarixli 10/753 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayonu, İ.B.Qutqaşınlı küçəsi, döngə 40 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin inşa olunması üçün və evin həyətyanı torpaq sahəsində yerinə yetirilmiş təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin 2011-2013-cü illərdə dövrdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 328026 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş X4 Qəbələ şəhərində inşa edilmiş evin tikintisinə çəkilmiş xərclərin əks olunduğu qeyd kitabçasından görünür ki, iddiaçının həyat yoldaşı mərhum X7 tərəfindən evin tikintisi ilə bağlı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul verilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İş materiallarından göründüyü kimi, Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında podrat münasibətləri olmuş, F.Rüstəmov Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 40- cı döngə , 0,16 ha torpaq sahəsində 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 268,3 kv.metr, yaşayış sahəsi 187 kv.metr, yardımçı sahəsi 81,3 kv.metr olan 1 saylı fərdi yaşayış evinin inşa edilməsi üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul verilmiş və həmin pullar Cavabdeh tərəfindən qəbul edilmişdir. X7 xx.xx.2013-cü il tarixdə vəfat etdikdən sonra, vərəsəsi kimi İddiaçı tanınmışdır. Mübahisəli evin tikintisi bitdikdən sonra, evin tikintisinə xərclənmiş pul vəsaitinin məbləği mübahisələndirilmiş və tərəflər hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Kollegiya qeyd edir ki, Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında podrat münasibətləri olmuş və icraçı razılaşdırılmış işin icrasına başlanılmışdır. Bununla da Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu podrat münasibətlərinə dair öz iradə ifadələrini bildirmişlər. Sonradan İddiaçı və Cavabdeh tərəfindən razılaşdırılmış işin məbləğinin dəyişdirilməsi müqavilə hüququnun prinsiplərinə ziddir. Görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləğin dəyişdirilməsi isə, tərəflər arasında əldə olunmuş razılığın pozulmasına, tərəflərdən birinin digərinə münasibətdə üstün mövqeyə qalxamasına, digərinin isə əlverişsiz mövqeyə düşməsinə səbəb ola bilər. İddia tələblərinə nəzər yetirdikdə isə görünür ki, hər iki tərəf görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləği dəyişməklə biri digərinə münasibətdə üstün mövqe əldə etmək istəyir. Halbuki, görülmüş işin dəyəri əvvəlcədən Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında razılaşdırılmışdır. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum əri Famil Rüstəmov tərəfindən Cavabdeh ümumilikdə hansı məbləğdə pulun verməsi və Cavabdeh İddiaçı mərhum əri Famil Rüstəmovdan hansı məbləğdə pulun qəbul edilməsi faktını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatlarının dəyəri 350 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin rədd edilməsi qərarına gəlindiyindən ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində pulun, 175 manatı İddiaçı, 175 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəmələri qeyd edilən halları araşdırmadan qətnamələr qəbul etməklə səhv nəticəyə gəlmişdirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamələrinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamələr ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində pulun, 175 manatı İddiaçı, 175 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)-10117/2014 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində pulun, 175 manatı İddiaçı, 175 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-213/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-213/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver