Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2130/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə Məmmədrza oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili Vəkil3 Məhəmməd oğlunun, Cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Babayeva Aydan Mirzəağa qızının iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X13 (hazırkı iş üzrə İddiaçı atası) ilə cavabdeh "xxxx" MMC arasında 01 fevral 2019-cu il tarixdə bağlandığı əmək müqaviləsinə əsasən, Ramiz Bayramov "xxxx" MMC-də “iş icraçısı” vəzifəsinə qəbul edilmiş, işlədiyi hər ay üçün əmək haqqı 400 manat müəyyən edilmişdir. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi”nin xx.xx.2021ci il tarixdə sistemə daxil edilmiş elektron bildirişinə əsasən, Ramiz Bayramov "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər “müddətli” olaraq “iş icraçısı” vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 1.000 manat müəyyən edilmişdir. X13 xx.xx.2021-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı “döş qəfəsi, beldən aşağı hissə, çanaq və ətraf sınığı” xəsarətlərdən vəfat etmişdir. Sığortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış AH**********005 saylı xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə 5 nəfərə aid olan, AH**********/5 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"dən görünür ki, tikintidə iş icraçısı X13 (sığorta olunan) "xxxx" MMC (sığortalı) tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminata daxil edilmişdir (təminat tarixi – xx.xx.2021-ci il, dəyişikliyin tipi - təminata daxil olma, bir illik əmək haqqı fondu - 4.800,0, peşə riskinin dərəcəsi - 14, sığorta məbləği – 40.857,11, sığorta tarifi – 0,50000%, geri qaytarılacaq/ödəniş sığorta haqqı – 10,32). 5 nəfərə aid olan müqaviləyə əlavənin sonunda qeyd olunmuşdur ki, təminata daxil olma üzrə cəmi sığorta haqqı: 32,25, təminatdan çıxarılma üzrə cəmi sığorta haqqı: 16,52, dəyişiklik (əmək haqqının azaldılması/artırılması) üzrə cəmi sığorta haqqı: 0, əlavə ödəniləcək cəmi sığorta haqqı: 15,73. AH**********005 saylı xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"yə görə X9 nəzərdə tutulmuş sığorta məbləği 40.857,11 manatdır. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, sığortalının qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunun 18ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Müqavilənin “sığorta haqqı” bölməsinin 5.1-ci bəndində göstərilmişdir ki, qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2. Müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin bağlandığı tarixdən 30 gün müddətində birdəfəlik ödənilir. 5.3. Bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda dörd hissəyə bölünməklə ödənilir. Müqavilənin “ödəniş məlumatları” bölməsində xx.xx.2021-ci il tarixə 965,4 manat taksit sığorta ödənişi edilməsi göstərilmişdir. Müqavilənin 5.4-cü bəndində göstərilmişdir ki, sığorta olunanın siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə və dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində ödənilməlidir. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının atası X13 "xxxx" Sığorta Şirkəti ilə "xxxx" MMC şirkəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı "xxxx" əsasında sığorta şirkətində sığorta olunmuşdur. Bildirir ki, yuxarıda qeyd olunan AH**********/5 saylı "xxxx" üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə, əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Belə ki, "xxxx" Bank ASC-dən daxil olan “Kredit haqqında Bildiriş” adlı sənəddən görünür ki, № 594186 saylı elektron qaimə üzrə sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə 15,73 manat ödənilmişdir. X7 xx.xx.2021-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, texniki təhlükəsiz tədbirlərinin təşkil edilməsi və tədbirlərin görülməsi vəzifəsi həvalə edilmiş iş icraçısı Ramiz Bayramov xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində DİN-nin Maddi-texniki Təminat bazasında anbarın tikilməsi işlərinin aparılması zamanı iş sahəsində qaldırılaraq taxta millərlə etibarlı şəkildə bərkidilmiş dəmir konstruksiyanın rənglənməsi zamanı, konstruksiyanın ətrafına söykənilmiş taxta milləri çıxararkən yükün aşma zonasında dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Zərər çəkmiş şəxs Ramiz Bayramovun ölməsi faktında hər hansı bir şəxsin hərəkət və ya hərəkətsizliyi halları müəyyən edilməmişdir. 24 fevral 2022-ci il tarixdə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilərək, mərhum Ramiz Bayramovun dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətdən ölməsi faktına görə Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə istinad edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin 14 dekabr 2021-ci il tarixli 07 saylı və 21 fevral 2022-ci il tarixli 09 saylı arayışlarına əsasən, iş icraçısı Ramiz Bayramovun 2021-ci ilin oktyabr ayında əmək haqqı 400 manat, noyabr ayında 1.000 manat, dekabr ayında 181 manat təşkil, cəmi 1.581,0 manat etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/22 nömrəli, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə bədbəxt hadisə baş vermişdir. "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03 iyun 2022-ci il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, müəssisədə tikintidə iş icraçısı vəzifəsində işləyən Ramiz Bayramov xx.xx.2021-ci il tarixdə iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. "xxxx" Sığorta Şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə AH**********-005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə nəzərdə tutulmuş sığorta haqqı ödənilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və Ramiz Bayramov hadisə zamanı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.4 və 935.1.8-ci maddələrinə əsasən bildirilmişdir ki, qeyd edilən hadisə üzrə sığortaçının sığorta ödənişi vermək öhdəliyi yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" Sığorta Şirkəti qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmişdir. İcbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **-DQ-***-2023 saylı məktubdan görünür ki, Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Qeyd olunan müqavilənin bağlandığı dövrdə sığorta haqqı ödənişlərinin X18 üzərindən aparılmaması səbəbindən həmin müqavilənin qüvvədə olub-olmaması barədə məlumatlar Büronun İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, Ramiz Bayramovun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcək sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanununun 5-ci və 17ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azerbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərarına (Qərar) uyğun olaraq həmin qərar ilə təsdiq edilmiş faydalanan şəxsin sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya sistemində rnövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir. İnzibati tənbeh vermə haqqında MN ******* saylı 26 avqust 2022-ci il tarixli qərara əsasən, "xxxx" MMC-nin direktoru X1 Ramiz Tapdıq oğlunun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1.300 manat cərimə tətbiq olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmət Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Ramiz Bayramovun son haqq hesabının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 20 gün ərzində düzgün hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın cavabdehlərdən tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" MMC və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, vurulmuş maddi ziyana görə 102142,77 manat və 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vəfat etmiş işçisi X2 haqq-hesabından qalan 1000 manat pulu və gecikdirilmiş günlər üçün 6176,06 manat pulun iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1400 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC digər cavabdeh "xxxx" Sığorta Şirkəti ASC ilə işçinin sığortası barədə müqavilə bağlasa da, müvafiq ödənişlər etməmiş, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində həlak olmuş işçinin varisləri ala biləcək sığorta haqqını ala bilməmişlər. Bununla da, cavabdeh "xxxx" MMC iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən işçinin vəfatı ilə əlaqədar son haqq hesabın ödənilməsi tam şəkildə həyata keçirilməmişdir. Məhz buna görə cavabdehdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə şikayət etmiş, nəticədə cavabdeh inzibati qaydada cərimə edilmiş, üzərinə iddiaçının xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuşdur. Həmin məbləğin 500 manatı ona xx.xx.2021-ci il tarixdə ödənilib, qalan 1934 manatdan 934 manat pulu 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Hər gecikdirilmiş günə məbləğin 1 faizini hesabladıqda cəmi 5.976,06 manat edir (1934 x 309=5.976,06). Qalan 1000 manat bugünədək ödənilməmişdir. xx.xx.2022-ci ildən iddia ərizənin verildiyi xx.xx.2022-ci il tarixə kimi gecikmiş günlərin sayı 20 gün təşkil edir. 1000 manatın 20 faizi 200 manat təşkil edir. Beləliklə, cavabdeh "xxxx" MMC-dən işçinin son haqq-hesabından qalan 1000 manat pul və gecikdirilmiş günlər üçün 6176,06 manat pul tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (2(005)-81/2024 saylı, 08 may 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin əvəzi kimi 4800 manat, gecikdirilmiş müddətə görə 2886,06 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi 5 hissədən ibarət olmaqla cavabdehlərdən müştərək qaydada: 1. vurulmuş maddi ziyana görə 102.142,77 manat; 2. 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu; 3. Birinci cavabdeh MMC-dən Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat; 4. gecikdirilmiş günlər üçün 6.176,06 manat pulun; 5. məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun tutulması barədədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası Ramiz Bayramov 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Bu barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, 24 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər sığortaçı "xxxx" Sığorta Şirkəti ilə sığortalı "xxxx" MMC arasında AH**********005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. İddiaçının atası həmin müqaviləyə AH**********/5 saylı "xxxx" əsasında Sığorta Şirkətində sığorta olunmuşdur. Müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqı xx.xx.2021-ci il tarixdə ödənilmiş və əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Mülki Məcəllənin 935.1.9cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, Sığorta Şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bu halı sığortalı cavabdeh MMC tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin hadisə baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmışdır. Sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və bundan sonra müqavilə üzrə əlavə qüvvəyə minmişdir. Qanunvericiliyə əsasən, cavabdeh MMC, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, seçkili orqanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 14 dekabr 2023-cü il tarixli rəyə əsasən sığorta olunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4.800 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin ekspertiza rəyində yaranmış anlaşılmazlıqların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti Vəkil1 Zakir oğlu məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert Vəkil1 hadisə üzrə sığorta olunan iddiaçının atası – mərhum X13 olduğunu, ekspert rəyində texniki yanlışlıq kimi X13 əvəzinə, İddiaçı adının yazıldığını bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı tərəfindən ekspert rəyini təkzib edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddiaçı “İcbari Sığorta Bürosu” (task.isb.az) tərəfindən elektron qaydada alınmış cavaba əsasən mərhum atasının istehsalatda bədbəxt hadisə nəticəsində ölüm halı ilə bağlı icbari sığorta ödənişinin 102.142,77 manat olduğunu bildirmiş, qeyd olunan məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tərəfindən “İcbari Sığorta Bürosu” X10 sorğu ünvanlanmış, xx.xx.2021-ci il tarixli AH**********-005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” müqaviləsi qüvvədə olduğu təqdirdə həmin müqavilə əsasında iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmiş Ramiz Bayramovun ailə üzvlərinə sığorta hadisəsi üzrə ödənilməli sığorta məbləğinin nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. “İcbari Sığorta Bürosu” X15 tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, Ramiz Bayramovun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcək sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 5-ci və 17-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq həmin Qərar ilə təsdiq edilmiş faydalanan şəxsin Sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya sistemində mövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir. Belə olan halda, məhkəmə cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyini digər sübutlarla birgə tədqiq edərək hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, ekspert tərəfindən gəlinmiş nəticə nəzərə alınmaqla vurulmuş zərərin əvəzi kimi 4.800 manat pul vəsaiti cavabdeh MMC-dən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının atasının vəfat etməsi sığortalı və Sığorta Şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir. Məhkəmə digər cavabdeh Sığorta Şirkətinə münasibətdə qeyd etmişdir ki, tələb həmin hissədə əsaslı deyildir. Belə ki, Sığorta Şirkəti və cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən, sığortaçı sığortalının sığorta tarifləri əsasında hesablanan və müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. Hazırkı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Ramiz Bayramovun sığorta olunduğu AH**********/5 saylı "xxxx" üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Ramiz Bayramov isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə əlavənin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalı olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir. Belə olan halda, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh Sığorta Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmçinin 08 iyun 2022-ci il tarixdə Sığorta Şirkətinə müraciət etdiyini, cavabdeh tərəfindən sığorta ödənişi edilsə idi, 15 iyun 2022-ci il tarixədək sığorta ödənişi təşkil edən məbləği alacağını bildirərək “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu barədə ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericilik normalarına əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Qanunum 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Sığorta Şirkəti tərəfindən iş araşdırılmış və imtina üçün əsaslar müəyyən olunduğundan hadisəyə münasibətdə Sığorta Şirkəti tərəfindən sığortalı cavabdeh MMC-yə 03 iyun 2022-ci il tarixli məktub ünvanlanmış, vəfat etmiş şəxs hadisə zamanı sığorta olunan olmadığından sığorta ödənişi verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi əsası yaranmamışdır. Göstərilənlərə əsasən, iddiaçının Sığorta Şirkətinə müraciət etdiyi tarixdən 7 gün müddətində sığorta ödənişinin ödənilməməsi səbəbindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi tələbi də məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin üçüncü hissəsi – “X2 haqq-hesabından qalan 1.000 manat pulun ödənilməsi” ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1.934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh MMC tərəfindən "xxxx" Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32.058 (Fərzəliyev Oruc – 4.900; Zeynalabdin Əliyev – 4.918, Məhərrəm Fərzəliyev – 6.920, Rafiq Rəhimov - 6.920; Əvəz Hüseynov- 1.500; Ramiz Bayramov - 1.500; Nəsib Nəzirov - 3.000; İntiqam Həsənov - 1.400; Tərxan Dadaşov - 1.000) manat), xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29.184,6 (Eldar İbrahimov - 3.000; Ələddin Fərzəliyev - 2.000; Nəsimi Quliyev – 1.400; Rafael Amrahov 1.000; Nəsib Nəzirov – 250; Məhərrəm Fərzəliyev - 8.000; Rafiq Rəhimov - 8.000; Ramiz Bayramov - 934,6; Tərxan Dadaşov - 2.000; Orucəli Fərzəliyev – 2.600) manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən, cavabdeh MMC-nin mühasibi vəzifəsində işləyən X4 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmişlər və kart hesabına da 1.500 manat məbləğini köçürmüşlər. Cavabdeh MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181,00 manat əmək haqqı məbləği ilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2.434,60 manat) işçinin əmək haqqı bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş 8.000 manat yaxınlığında vəsait xərclənmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2.434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş edildiyini bildirsə də, işəgötürən tərəfindən (cavabdeh MMC tərəfindən” bank vasitəsilə iddiaçının atası Ramiz Bayramovun hesabına (**********827*****07) xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 manat olmaqla, cəmi 2.434,6 manat ödəniş edilmişdir. Belə olan halda, iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, birinci cavabdeh MMC tərəfindən ödənilməli olan 2.434 manat məbləğdən 1.500 manat hissəsi 14 dekabr 2021-ci il tarixdə iddiaçının atasının əmək haqqı - bank hesabına köçürülmüşdür. Bundan sonra, cavabdeh MMC-nin direktoru haqqında iddiaçının atasının son haqq-hesabının düzgün hesablanıb ödənilməməsi əsası ilə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, son haqq hesabın 20 gün ərzində düzgün hesablanıb ödənilməsi xahiş olunmuşdur. Bundan sonra, qalan məbləğ – 934 manat hissəsi 19 oktyabr 2022-ci il tarixdə ödənilmişdir. Ramiz Bayramovun son haqq hesabının 934 manat hissəsi 309 gün gecikdirilmə ilə ödənilmişdir. Qeyd edilənlərə əsasən, hər gecikdirilmiş gün üçün ödənilməli olan ödənc məbləği 934 manat məbləğin azı bir faizi nəzərə alınmaqla, cəmi 2.886,06 (934 manat x 309 gün x 1 %) manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, gecikdirilmiş müddətə görə 2.886,06 manat məbləğində pul cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin beşinci - məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun ona ödənilməsini xahiş etsə də, buna – çəkdiyi xərcə dair mötəbər sübutları (bu xərclərin nədən ibarət olması, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə - dövlət rüsumu hissədə qismən təmin edilməlidir. Birinci instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5, 883.1, 884.5, 897.3, 903.1, 903.4, 903.6, 922.1, 935.1.9-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsi, 74-cü maddəsinin “e” bəndi, 172-ci maddəsinin 4, 5-ci hissələri, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 15.2-ci maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4, 7.2, 11.6cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci maddələrinə və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 119.1, 121.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etmədiyi hissədə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qətnamənin təsviriəsaslandırıcı hissəsində hazırkı iş üzrə cavabdeh MMC-nin qanun pozuntularına yol verməsini və bununla da iddiaçı tərəfə zərər vurduğunu, delikt törətməsini konkret göstərməmişdir. Yalnız qətnamənin nəticə hissəsində cavabdehdən tutulan pulun dəymiş zərərin əvəzi olması göstərilmişdir. Yuxarıda qeyd edilən hal ona görə mühüm əhəmiyyət kəsb edir ki, delikt törətmiş şəxs vurduğu zərərin əvəzini tam ödəmək vəzifəsi daşıyır. Belə olan halda, məhkəmə iddianı tam təmin etməli idi. İstinad edilən maddi hüquq normaları düzgün deyildir və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının atasının ölməsi hadisəsinin sığorta hadisəsi olmadığını əsas gətirərək, dəbbə pulunun sığorta qanunvericiliyi ilə nəzərdə tutulan qaydada hesablanması qaydasını hazırkı mübahisədə istisna etmişdir. Halbuki cavabdeh MMC delikt törətməklə vurduğu zərərin əvəzini tam ödəmək, o cümlədən sığorta qanunvericiliyi ilə nəzərdə tutulan ödəmələri icra etmək vəzifəsi daşıyır. Məhkəmə yalnız iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəydəki nəticəyə əsaslanaraq iddianın qismən rədd edilməsi nəticəsinə gəlib. Halbuki həmin rəy məhkəmənin təqdim etdiyi suallar və faktiki hallara əsaslanıb. Dəymiş zərərin və iddiaçı tərəfə ödənilməli olan sığorta məbləğinin müəyyən edilməsi üçün “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Qərarının tələbləri nəzərə alınmaqla, iddiaçının atasının əmək haqqının 1.000 manat olması nəzərə alınmaqla hesablanmalı idi ki, məhkəmə heç bir əsas olmadan, yalnız 400 manat əmək haqqı götürülməklə hesablanan zərər (sığorta) məbləği müəyyən etməklə maddi hüquq normalarının tələbini də pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Göründüyü kimi, həm ekspert, həm cavabdehlər, həm də məhkəmə iddiaçının atasının 400 manat əmək haqqı aldığını qeyd ediblər. Halbuki həmin məbləğ iddiaçının atasının yeni vəzifə və aylıq maaşı üzrə orta əmək haqqına münasibətdə düzgün müəyyən edilməmişdir və bu hal işdə olan ödəniş tapşırıqları ilə müəyyən olunur. Qeyd olunanlardan savayı, məhkəmə xərcləri də düzgün hesablanmamışdır. Belə ki, məhkəməyə hüquqi yardımla bağlı ödəniş qəbzi təqdim edilmiş, lakin nəticədə həmin xərclə bağlı qərar qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4514/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunun sadalanan normalardan da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə cavabdeh MMC, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən haqlı olaraq ekspert rəyini əsas götürərək vurulmuş zərərin əvəzi kimi 4.800 manat pul vəsaitinin cavabdeh MMC-dən iddiaçının xeyrinə ödənilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının atasının vəfat etməsi sığortalı və sığorta şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Ramiz Bayramovun sığorta olunduğu AH**********/5 saylı "xxxx" üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə "xxxx" bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Ramiz Bayramov isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə "xxxx"nin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanunun qeyd olunan normalarının məzmunundan göründüyü kimi bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün bu hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri şərtdir. Hazırkı mübahisə üzrə hadisə, yəni Ramiz Bayramovun ölümü isə 04 dekabr 2021-ci ildə baş verdiyindən və ona münasibətdə ümumi icbari sığorta müqaviləsi yalnız 15 dekabr 2021-ci il tarixdə qüvvəyə mindiyindən həmin hadisə hazırkı işdə sığorta hadisəsi hesab oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh Sığorta Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsinın əsası da yoxdur. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddia tələbinin üçüncü hissəsi - Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat pulun ödənilməsi – ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2.434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1.934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32.058 (Fərzəliyev Oruc – 4.900; Zeynalabdin Əliyev – 4.918, Məhərrəm Fərzəliyev – 6.920, Rafiq Rəhimov – 6.920; Əvəz Hüseynov- 1.500; Ramiz Bayramov – 1.500; Nəsib Nəzirov – 3.000; İntiqam Həsənov – 1.400; Tərxan Dadaşov – 1.000) manat, xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29.184,6 (Eldar İbrahimov – 3.000; Ələddin Fərzəliyev – 2.000; Nəsimi Quliyev – 1.400; Rafael Amrahov – 1.000; Nəsib Nəzirov – 250; Məhərrəm Fərzəliyev – 8.000; Rafiq Rəhimov – 8.000; Ramiz Bayramov - 934,6; Tərxan Dadaşov – 2.000; Orucəli Fərzəliyev – 2.600) manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə iclasında şahid qismində ifadə verən MMC-nin mühasibi vəzifəsində işləyən X4 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin, cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmiş və kart hesabına da 1.500 manat köçürmüşdür. Cavabdeh MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181,00 manat əmək haqqı məbləğilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77.7 maddəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən 2.434,60 manat işçinin əmək haqqı - bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş və 8.000 manat civarında vəsait xərcləmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2.434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş edildiyini bildirsə də, işəgötürən təşkilat tərəfindən bank vasitəsilə iddiaçının atası Ramiz Bayramovun hesabına (**********827*****07) xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 manat olmaqla, cəmi 2.434,6 manat ödəniş edilmişdir. Belə olan halda kollegiya iddia tələbini bu hissədə əsassız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.5, 883.1, 884.5, 897.3, 903.1, 903.4, 903.6, 922.1, 935.1.9-cu maddələrinə, Əmək Məcəlləsinin 9-cu maddəsi, 74-cü maddəsinin “e” bəndi, 172-ci maddəsinin 4, 5-ci hissələri, “Sığorta haqqında” Qanunun 15.1, 15.2-ci maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4, 7.2, 11.6-cı maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 18.1, 18.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdır. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-224/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4514/2024 nömrəli 11 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan, mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hər bir halda işə baxan məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddianın təmin edilməsi hissəsində, həmçinin birinci cavabdeh MMC-dən Ramiz Bayramovun son haqq hesabından qalan 1.000 manat məbləğində pul tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olsa da, qalan hissələr üzrə, o cümlədən sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış sığorta müqaviləsini iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri baxımından təhlil edib qiymətləndirmədiyi üçün, həmçinin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə tərəflərin izahatlarını, şahid ifadəsini, iş üzrə toplanmış digər sübutlarla, həmçinin onların birinci instansiya məhkəməsində verdikləri izahatlarla yanaşı yoxlayıb qiymətləndirmədiyi üçün, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İcbari sığorta qanunlarında başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır. (Mülki Məcəllənin 903.4, 903.6 və 906.1-ci maddələri). Eyni zamanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunununun 11.6-cı maddəsinə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Qeyd edilən maddələrin məzmunundan aydın olur ki, müqavilədə başqa cür nəzərdə tutulmadığı halda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra, sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən qüvvəyə minir və sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İşdə olan, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli sığorta müqaviləsindən isə görünür ki, müqavilədə yuxarıda qeyd olunan maddələrdən fərqli hal nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə görə MMC tərəfindən Sığorta Şirkətinə xx.xx.2021-ci il tarixə 965,4 manat sığorta ödənişi edilmişdir. Həmçinin iş materiallarının 84-cü vərəqəsində, MMC-nin 5 əməkdaşına aid olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli "xxxx"dən görünür ki, cavabdeh MMC-nin tikintidə iş icraçısı işləyən Ramiz Bayramov xx.xx.2021-ci il tarixdən sığorta təminatına daxil edilmiş, bir illik əmək haqqı fondu - 4.800,0 manat, peşə riskinin dərəcəsi - 14, sığorta məbləği – 40.857,11 manat, sığorta tarifi – 0,50000 %, geri qaytarılacaq/ödəniş sığorta haqqı – 10,32 manat müəyyən edilmişdir. 5 nəfərə aid olan müqaviləyə "xxxx"nin sonunda təminata daxil olma üzrə cəmi sığorta haqqının 32,25 manat, təminatdan çıxarılma üzrə cəmi sığorta haqqının -16,52 manat, əlavə ödəniləcək cəmi sığorta haqqının 15,73 manat olması görünür. Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş arayışa əsasən isə əlavə ödəniləcək 15,73 manat məbləğində sığorta haqqı 594186 saylı elektron qaimə üzrə 15 dekabr 2021-ci il tarixdə ödənilmişdir. O cümlədən birinci instansiya məhkəməsində şahid qismində iştirak etmiş cavabdeh MMC-nin baş mühasibi X4 ifadəsində Sığorta Şirkəti ilə heç bir problemlərinini olmamasını, hətta xx.xx.2022-ci ildə Sığorta Şirkətinin onlara borcunun olmasını bildirmişdir. Lakin işin qeyd olunan halları apellyasiya instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, həmin hallar, o cümlədən sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli "xxxx" üzrə Ramiz Bayramova görə ödənilmiş 10,32 manat sığorta haqqının (geri qaytarılacaq/ödəniş sığorta haqqı) xx.xx.2021-ci il tarixə cavabdeh MMC tərəfindən Sığorta Şirkətinə ödənilmiş 965,4 manat sığorta haqqından qalan borc hesabına, sığorta haqqının ilk və ya tam hissəsi kimi ödənilib-ödənilmədiyi, sonradan elektron qaimə üzrə 15 dekabr 2021-ci il tarixdə ödənilmiş 15,73 manat məbləğində sığorta haqqının Ramiz Bayramova aid olub-olmaması, ümumiyyətlə illik əmək haqqı fondu 4.800 manat müəyyən edilmiş sığorta olunan Ramiz Bayramova görə hansı məbləğdə sığorta haqqı ödənilməli olduğu, habelə sığorta müqaviləsinə "xxxx" üzrə sığorta haqqının vaxtında ödənilməməsinin sığortalının təqsiri üzündən baş verib-verməməsi araşdırılmamış və işin həmin hallarına hər hansı hüquqi qiymət verilməmişdir. Həmçinin icbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda, sığorta müqaviləsinin bağlandığı dövrdə sığorta haqqı ödənişlərinin X18 üzərindən aparılmaması səbəbindən həmin müqavilənin qüvvədə olub-olmaması barədə məlumatların Büronun İnformasiya Sistemində mövcud olmaması göstərilsə də, bunun sığorta haqqının qismən və ya tam ödənilməməsi kimi qiymətləndirilə bilinib-bilinməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda sığorta hadisəsi baş verən zaman mübahisəli sığorta müqaviləsinə "xxxx"nin qüvvədə olub-olmaması ilə bağlı onu da qeyd etmişdir ki, sığorta müqaviləsinin “Sığorta haqqı” bölməsində sığorta haqqının ödənilməsi üçün 30 gün müddət müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra isə cavabdeh MMC-nin (sığortalının) mərhum Ramiz Bayramova görə sığorta haqqını ödəməsi hər hansı məntiqə sığmır. Bu halda sığorta müqaviləsinə "xxxx" imzalandıqdan sonra 30 gün ərzində cavabdeh Sığorta Şirkəti tərəfindən cavabdeh MMC-yə elektron qaiməfakturanın təqdim edilib-edilməməsi halı da məhkəmələr tərəfindən yoxlanılmamış, cavabdeh Sığorta Şirkətinin hüququndan sui-istifadəyə yol verib-verməməsinə hüquqi qiymət verilməmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Belə olan halda, işin yuxarıda qeyd olunan halları araşdırılmadan Ramiz Bayramovun 04 dekabr 2021-ci il tarixdə, yəni müqaviləyə "xxxx"nin qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etməsi, lakin müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqının xx.xx.2021-ci il tarixdə, yəni sığorta hadısəsinin baş verməsindən sonra ödənilməsi və əlavənin bu tarixdən sonra qüvvəyə minməsi, hadisənin müqavilənin qüvvədə olmadığı müddətdə baş verməsi, bu səbəbdən sözügedən hadisənin sığorta hadisəsi hesab edilməməsi barədə mövqe əsaslı sayıla bilməz. Bundan başqa mərhum Ramiz Bayramovla cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində və həmin müqavilənin sistemə daxil edilməsi barədə elektron X12 aylıq əmək haqqının məbləği 1.000 manat müəyyən edilsə də, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Ramiz Bayramovun orta aylıq əmək haqqının 400 manat qəbul edilməsi, orta aylıq əmək haqqının on iki mislinin 4.800,0 manat təşkil etməsinə, ekspert tərəfindən nə səbəbdən orta aylıq əmək haqqının 400 manat qəbul edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmədiyindən, həmin mövqe də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi göstərilmişdir. Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, yuxarıda qeyd olunan hallar araşdırılaraq, mərhum Ramiz Bayramovun ölümü ilə nəticələnin istehsalat qəzasının 04 dekabr 2021-ci il tarixdə baş verməsi zamanı sığorta müqaviləsinin qüvvədə olmasının müəyyən edilib-edilməməsindən asılı olaraq cavabdeh Sığorta Şirkətindən sığorta haqqının, yaxud cavabdeh MMC-dən müəyyən olunmuş məbləğdə zərərin tutulması məsələsi apellyasiya instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə iddiaçının çəkdiyi xərcə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyini göstərsə də, iş materiallarına (cild 1, i.v. 33) əlavə edilmiş qəbzi diqqətdən qaçırmış, həmin qəbz üzrə Nümayəndə hesabına edilmiş ödənişin hansı məqsədlə ödənilməsi məhkəmələr tərəfindən araşdırılıb hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiya belə qənaətə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə yuxarıda qeyd olunan hissələrdə düzgün həllini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-224/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsi vurulmuş maddi ziyana görə 102.142,77 manat; 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu və məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun tutulması hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
913. Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
929. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 935.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu:
4. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. 7.2. Bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlama, icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. 11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. 16.5. Sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.
“İcbari sığortalar haqqında” Qanun:
18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə görə MMC tərəfindən Sığorta Şirkətinə xx.xx.2021-ci il tarixə 965,4 manat sığorta ödənişi edilmişdir. Həmçinin iş materiallarının 84-cü vərəqəsində, MMC-nin 5 əməkdaşına aid olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli "xxxx"dən görünür ki, cavabdeh MMC-nin tikintidə iş icraçısı işləyən Ramiz Bayramov xx.xx.2021ci il tarixdən sığorta təminatına daxil edilmiş, bir illik əmək haqqı fondu - 4.800,0 manat, peşə riskinin dərəcəsi - 14, sığorta məbləği – 40.857,11 manat, sığorta tarifi – 0,50000%, geri qaytarılacaq/ödəniş sığorta haqqı – 10,32 manat müəyyən edilmişdir. 5 nəfərə aid olan müqaviləyə "xxxx"nin sonunda təminata daxil olma üzrə cəmi sığorta haqqının 32,25 manat, təminatdan çıxarılma üzrə cəmi sığorta haqqının-16,52 manat, əlavə ödəniləcək cəmi sığorta haqqının 15,73 manat olması görünür. Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş arayışa əsasən isə əlavə ödəniləcək 15,73 manat məbləğində sığorta haqqı 594186 saylı elektron qaimə üzrə 15 dekabr 2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İcbari sığorta qanunlarında başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır. (Mülki Məcəllənin 903.4, 903.6 və 906.1-ci maddələri). Eyni zamanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunununun 11.6-cı maddəsinə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Göründüyü kimi müqavilədə digər hal nəzərdə tutulmadığı halda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra, sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən qüvvəyə minir və sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İşdə olan, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli sığorta müqaviləsindən isə görünür ki, müqavilədə yuxarıda qeyd olunan maddələrdən fərqli hal nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, iddiaçının atası X13 "Atəşgah Həyat Sığorta Şirkəti ilə "xxxx" MMC şirkəti arasında bağlanmış "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından İcbari sığorta Müqaviləsinə 05 oktyabr 2021-ci il tarixli AH**********/5 saylı "xxxx" əsasında sığortaolunanlar siyahısına daxil edilmişdir. Qeyd olunan 05 oktyabr 2021-ci il tarixli AH**********/5 saylı "xxxx" MMC tərəfidən hadisə baş verəndən sonra imzalanmış və ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş,nəticədə, "xxxx" bu tarixdən sonra qüvvəyə minmişdir. Həmçinin işdən görünür ki, iddiaçının atası X13 04 dekabr 2021-ci il tarixində saat 10:00-da, yəni AH**********/5 saylı "xxxx" qüvvəyə minməmişdən əvvəl bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı sözügedən "xxxx" qüvvədə olmamış və iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən, icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" Müqaviləsinin 5.4-cü bəndinə əsasən, sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə və dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində ödənilməlidir. Göründüyü kimi sığortaolunanların siyahısında dəyişiklik edilmiş və X13 05 oktyabr 2021-ci il tarixli AH**********/5 saylı "xxxx" əsasında sığorta şirkətində sığorta olunmuşdur və müqavilə şərtlərinə əsasən, sığorta haqqı "xxxx"nin edildiyi tarixdən 3 iş günü müddətində ödənilməli idi. Lakin sığorta haqqı 3 iş gün müddətində deyil, 2 aydan çox müddət keçdikdən sonra, yəni 15 dekabr 2021-ci il tarixdə ödənilmişdir. Nəticədə, "xxxx" bu tarixdən sonra qüvvəyə minmiş və 04 dekabr 2021-ci tarixdə baş vermiş hadisə zamanı "xxxx" qüvvədə olmadığından iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Bundan əlavə, müqavilədə ayrı qaydanın nəzərdə tutulmadığı hesab edilsə, yəni yuxarıda 5.4-cü bəndin mövcudluğu istisna edilsə, Mülki Məcəllənin 903.6-cı maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Hazırda əlavə 05 oktyabr 2021-ci il tarixdə bağlanmasına baxmayaraq sığorta haqqı qanunvericiliyin tələbinə görə 1 ayda gec olmayaraq ödənilməli idi. Lakin buna baxmayaraq "xxxx" üzrə sığorta haqqı 1 ay ərzində deyil, 2 ay 10 gün sonra, yəni 15 dekabr 2021-ci il tarixdə ödənilmişdir. Hər bir halda, 1 ayla bağlı müddət pozulmuşdur. Qeyd edilənlərdən əlavə, Mülki Məcəllanin 935.1.9-cu maddəsinə əsason, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd edildiyi kimi, sığorta haqqının ödənilməsi üçün müddət 1 ay müəyyən olunarsa, yəni Müqavilədəki 5.4-cü bəndin mövcudluğu istisna edilsə, bu zaman hadisə sığorta haqqının ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verərsə, imtina üçün əsas yaradır. Hazırki işdə əlavə 05 oktyabr 2021-ci il tarixində bağlanılmış, sığorta haqqının ödənilməsi üçün 1 ay müddət 05 noyabr tarixində başa çatmış, hadisə 04 dekabr tarixində, yəni sığorta haqqının ödənilməsi müddətinin başa çatmasından 15 gündən çox müddət keçdikdən sonra baş vermişdir ki, bu da isə birbaşa imtina üçün əsasdır. Qeyd edilənlərdən əlavə, İcbari Sığorta Bürosundan edilən çıxarışdan aydın olur ki AH**********/5 saylı "xxxx" 11 oktyabr 2021-ci il tarixində 16:38-də Sığortalıya imzaya göndərilib, sığortalı isə əlavəni 04 dekabr 2021-ci il tarixində saat 13:49-da, yəni hadisədən sonra imzalayıb. Bir sözlə isə, hadisə vaxtı müqavilə (Əlavə) qüvvədə olmayıb, bununla bərabər isə, sığorta şirkətinin X7 ölümü ilə bağlı məlumatı olmamış, bu səbəbdən "xxxx" sığortalı tərəfindən 13.49-da imzalandıqdan sonra "xxxx" Sığorta Şirkəti ASC tərəfindən e-qaimə göndərilmişdir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, baş vermiş hadisə - sığorta hadisəsi hesab edilə bilmədiyindən "xxxx" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi vermək öhdəliyi yaratmadığından iddia tələbi sözügedən cəmiyyətinə qarşı hissədə əsassız olmuşdur. Bununla belə Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilməyən hissədə digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə qismən əsaslı olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mərhum Ramiz Bayramovla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsində və həmin müqavilənin sistemə daxil edilməsi barədə elektron X12 aylıq əmək haqqının məbləği 1.000 manat müəyyən edilmiş, lakin məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Ramiz Bayramovun orta aylıq əmək haqqının 400 manat qəbul edilmiş və orta aylıq əmək haqqının on iki mislinin 4.800,0 manat təşkil etməsi barədə rəy verilmişdir. İş üzrə yuxarı instansiya məhkəməsi isə işi yeni apellyasiya baxışına göndərən zaman qeyd etmişdir ki, ekspert tərəfindən nə səbəbdən orta aylıq əmək haqqının 400 manat qəbul edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmədiyindən, həmin mövqe də əsaslı sayıla bilməz. Belə ki, birdəfəlik sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması" Qaydalarına əsasən hesablanır. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, aşağıdakı qeyd edilən şəxslər Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü, 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. Qaydaların 2.2-ci bəndinə əsasən, Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası"na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması qaydasına uyğun olaraq, sığortaolunan İddiaçı orta aylıq əmək haqqının on iki misli məbləğ hesablanmalıdır. Bununla belə Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sığorta şirkətlə işçinin sığortası barədə müqavilə bağlasa da, müqavilə imzalanmamış, müvafiq ödənişlər etməmiş, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində həlak olmuş işçinin varisləri ala biləcək sığorta haqqını ala bilməmişlər. Bununla da, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulması nəzərə alınaraq cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin əvəzi kimi 12000 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin dəbbə pulu tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən vurulmuş maddi ziyan tutulması halında dəbbə pulunun hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Dəbbə pulunun tutulması “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən yalnız sığorta ödənişi tutulduğu halda mümkün ola bilərdi. Lakin iş materiallarından göründüyü kimi, Sığorta Şirkəti hazırki iş üzrə cavabdehlik daşıması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Мəhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmə məsrəfləri kimi ödədiyi 1400 (min dörd yüz) manat pulun iddiaçının xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlsə, bu məbləğin hansı xərclərə aid olmasını açıqlamışdır. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə isə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. ( MPMnin 115-ci maddəsi) Birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə iddiaçının çəkdiyi xərcə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyini göstərsə də, iş materiallarına (cild 1, i.v. 33) əlavə edilmiş və 350 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzləri diqqətdən qaçırmış, 1000 manat qəbz üzrə Nümayəndə hesabına edilmiş ödənişin hansı məqsədlə ödənilməsinə birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının vəkilinin izahatlarına əsasən həmin ödənişlə Nümayəndə iddiaçıya hüquqi yardım göstərməsi ilə əlaqədar birinci instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün 1.000 manat ödənilmişdir. 350 manat isə iddia ərizəsi verilərkən dövlət rüsumu qismində ödənilmişdir. Apellyasiya icraatı zamanı isə hüquqlarının müdafiəsi üçün vəkil Nümayəndə hesabına 500 manat ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 350 manat dövlət rüsumunun 200 manat hissəsi və vəkilin xidmətlərinə görə ağlabatan qiymət olaraq ümumilikdə 1.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 150 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin əvəzi kimi 12000 manat, məhkəmə məsrəfləri kimi ödədiyi 1200 (min iki yüz) manat, cəmi 12200 (on iki min iki yüz) tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fuad Babayev Sabit Bəhrəmzadə