Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2133/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə Təbrizoviçin, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı sağlamlığa və əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-59/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sağlamlığa və əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı 15152 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qarşılqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37 000 manat məbləğində maddi ziyanın, sağlamlığa dəymiş ziyana görə 1 000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon icra Hakimiyyətinin Başçısının xx xxxxxx 2001-ci il tarixli, 39 nömrəli sərəncamına əsasən ona Zirə qəsəbəsində 97 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində onun tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, çöl tərəfindən suvaq işləri və bir sıra işləri görülmüşdür. O, evini təmir etdirmək üçün Cavabdeh ilə əlaqə saxlamış, onun təmir etdiyi evlərin təmiri ilə tanış olduqdan sonra evi ona təmir etdirmək barədə razılaşlar. Aralarında olan razılığa əsasən o, cavabdehə 56500 manat məbləğində pul ödəməli olmuş. Bu pulun müqabilində cavabdeh yüksək keyfiyyətli tikinti materiallarını almalı və evi tam təmir edərək ona təhvil verməli idi. Cavabdeh evin birinci mərtəbəsində zalda yalnız astar şpaklovka işləri, yarımçıq alçipan işləri və alçipanın işıq naqillərinin çəkilməsini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka vurmamış, alçipan işlərini tam başa çatdırmamış, lüstur yerlərini düzəltməmiş, emusiya işlərini və istilik işlərini görməmiş, işıq sistemini tam başa çatdırmamışdır. Cavabdeh evin birinci mərtəbəsində sol tərəfdə olan otaqda suvaq, astar şpaklovka və döşəmə işlərini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Cavabdeh evin birinci mərtəbəsində ikinci mərtəbəyə çıxan pilləkənin sol tərəfində olan digər otaqda astar şpaklovka və yarımçıq döşəmə işləri görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Bundan başqa ikinci mərtəbəyə qalxan dəhlizə isti döşəmə işləri görülməmiş, divarlara vurulan taxta döşəmə tam olaraq vurulmamış və pilləkən kənarları yoxdur. İkinci mərtəbənin taxta döşəməsi əvvəlcədən mövcud olmuşdur. Cavabdeh tavana kupka vursa da, divarlara taxta döşəməni tam olaraq vurmamışdır. 3 ədəd hamam tualetdə suvaq işləri görülsə də, kafel metlax cavabdeh tərəfindən alınmamış və vurulmamış, isti döşəmə sistemi düzəlməmişdir. Bundan başqa qapının ətrafında olan haşiyələr vurulmamış, pəncərə ətrafları düzəldilməmişdir. Cavabdeh bundan başqa 2 ədəd 100-lük ariston, 1 ədəd 500-lük kombi, istilik radiotarları, mətbəx mebeli, fıstıq ağacından 5 plafonlu 5 ədəd böyük lüstur, 4 plafonlu 7 ədəd kiçik lüstur, 2 ədəd karderob, kafel-metlax, işıqlanma sistemlərini almalı idi. Lakin cavabdeh ondan aldığı 47000 manat pulun müqabilində işləri tam başa çatdırmamış, gördüyü işləri isə keyfiyyətsiz tikinti materialları ilə kefiyyətsiz görmüşdür. Sonra isə işləri yarımçıq qoyaraq çıxıb getmişdir. Cavabdehin gördüyü işlərin tikinti materialları ilə birlikdə təxminən 10000 manat dəyərindədir. Bunun nəticəsində ona 37000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun və ailəsinin sağlamlığına ziyan dəymiş, uzun müddət müalicə olunmuşlar. Sağlamlıqlarına dəymiş ziyanı 1000 manat məbləğində qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Öz növbəsində Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28.990 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində göstərilənlər tamamilə yalan, həqiqətə uyğun olmayan hallardan ibarətdir. İddiaçı evində o, təşkil etdiyi ustalar tərəfindən bir çox işlər görüldüyünü, mal-materialların alındığını işçi qüvvəsinin işlədiyini və görülmüş işlərin, alınmış malmaterialın pulunun İddiaçı tərəfindən ödənilmədiyini bildirir. Belə ki, ilkin İddiaçıla onun arasında 2017-ci ilin noyabr ayında olan şifahi razılaşmaya əsasən, İddiaçı Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evində santexnik-elektrik, ştukatur, şpaklyovka, alçıpan, taxta qapı və pəncərələrin alınaraq qurlaşdırılması, pilləkən karkası, pilləkən üçün şveller alınması, qurlaşdırılması, taxta (listvennisa) materialının alınaraq döşəmələrin vurulması və başqa bir çox işlərin görülməsi üçün mal-material və işçi qevvəsinin haqqı ilə birlikdə 65000 manata razılaşmışlar. Razılığa əsasən, sifarişçi İddiaçı görüləcək işlərə görə əvvəlcədən razılaşdırılmış 65000 manatın ən azı yarısını işə başlananda ona ödəməli, o həmin vəsaitlə malmaterialın bir hissəsini alaraq gətirməli və işə başlamalı, işin gedişində işin dayanmaması üçün sifarişçi İddiaçı qalıq pulu tam şəkildə verməli və pul tam şəkildə verildikdən sonra, iş davam etdirilərək yekunlaşıb sifarişçiyə təhvil verilməli olmuşdur. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməmiş, neçə aylar ərzində ona ümumilikdə 40000 manata yaxın pul vermiş, o, öz şəxsi vəsaiti hesabına aldığı mal-materialların pulunu verməmiş, işləyən işçi qüvvəsinin pulunu ödəmək istəməmişdir. Həmin razılaşmadan əlavə olaraq İddiaçı onunla binanın çöl suvağının 4000 manata, damın təmirinə isə 1000 manata razılaşmışlar. Ümumilikdə görüləcək işin mal-materialları ilə birlikdə və işçi pulu da nəzərə alınmaqla 69000 manat təşkil etmişdir. İddiaçı ona cəmi 40000 manata yaxın pul vermiş, əvvəlcədən razılaşdırılmış qalan məbləği verməyərək məqsədi işi pulsuz gördürmək olmuşdur. Bu günə kimi o, İddiaçı evinin təmir-bərpa işləri üçün 36655 manat dəyərində mal-material işlətmiş, görülən işlərin həcinə görə isə işçi qüvvəsinə ümumilikdə 26335 manat pul borcu qalmış, həmin vəsaitin bir qismini öz cibindən ödəmişdir. Aralarında razılaşdırılmış 69000 manat pulun yalnız 40000 manatını sifarişçi İddiaçı ala bilmiş, qalan vəsaiti İddiaçı ödəməkdən boyun qaçırmışdır. Bir sözlə gördüyü işin və aldığı mal-materialların müqabilində əvvəlcədən şifahi razılaşma əsasında ona çatası pulunu sifarişçi İddiaçı ala bilməmişdir. Hazırda İddiaçı ona 23990 manat və əlavə 5000 manat, cəmi 28990 manat pul ödəməlidir. Qeyd olunanları nəzərə alıb, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul etməklə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin bütün faktiki halları tam aydınlaşdırılmamış, bununla da məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tələb etdiyi maddi zərərə görə hər hansı mötəbər subut təqdim etməmiş. Qeyd olunan qətnamədən ilk iddia üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi-vəkili Abbasov Mehman tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi, Rasim Cabbarovdan 28 000 manat pulun alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, o, Cavabdehlə birlikdə işləyir, İddiaçı isə onun evində işlədiyindən tanıyır. İddiaçı evində 2018-ci ilin yanvar ayından etibarən o, bir fəhlənin köməkliyi ilə santexnik, elektrik işlərini görmüş və bütün kombi sistemini o çəkmiş, istilik işlərini görmüşdür. Evin ikinci mərtəbəsində bütün elektrik işləri onun tərəfindən görülmüş, orda yerləşən 3 hamamı o təmir eləmiş, 2-sinin tam istilik sistemini çəkmişdir. İstilik sistemi üçün radiatorları yerlərinə yerləşdirmiş, radiatorları təxminən 2018-ci ilin yanvar ayında o, Şərif və Səbuhi adlı şəxslə birlikdə almışlar, kombinin özünü isə almamışlar. Kombinin motorunu, turbalarını və radiatorlarını almışlar və evdə yerləşdirmişlər. Evin 2-ci mərtəbəsində taxta altı elektrik xətlərini tam olaraq o çəkmişdir. Evin təmiri və zəhmət haqqı ilə bağlı danışıqları Cavabdehlə aparmış, zəhmət haqqını 5000 manata danışmışlar. Həmin pul Şərif tərəfindən ona verilmişdir. Rasimlə təmir işləri və zəhmət haqqı ilə bağlı heçnə danışmamışdır. Təmir vaxtı Rasim evə gəlmiş və onun təmir işlərini apardığını görmüşdür. Hamam və kombi sistemi üçün 300 metr turba, isti pol üçün isə 200 metr şlanq alınmışdır. Kafel-metlak işlərini onun tərəfindən görülməli olmuş, lakin sonradan pul verilmədiyindən görməmişdir. Radiatorlar “Dərnəgüldən” adlandan yerdən alınıb gətirilmiş, taksi ilə gətirilmiş, sürücünün adı Zöhrab olmuşdur. Radiatorlar 18 yerdə yerləşdirilməsi üçün alınmış, hər biri 10 seksiya olmaqla, bir seksiyasına 180 manat, ümumilikdə Şərif tərəfindən 1800 manat məbləğində pul verilmişdir. Ağ rəngli radiatorlar olmuşdur. Radiatorlar alınan zamanı 25 mm plastik borular, 10 top kabel, “uqolnik və trayniklər” alınmışdır. Materialların alınmasında Şərifə nakladnoylar verilmiş, həmin zaman təxminən 4000 manatlıq material alınmışdır. Elektrik işləri üçün 10 top şlanq, 1 ədəd “şit” və izolent alınmışdır. Elektrik işi üçün bütün xətləri çəkmiş, sadəcə “razetka” yerləri qalmışdır. Kanalizasiya sistemi üçün turbalarını yerləşdirmiş, su kranlarını isə yerinə yerləşdirməmişdir. Rasimin evində başqa 250 kv.metr daş vata vurmuşdur. Əlavə olaraq Rasimin evində suvağ işi görüldüyünü təsdiqləmiş və suvağ işini Elsəvər adlı usta gördüyünü bildirmiş, həmin ustanı Şərif gətirdiyini və Şərif tərəfindən görüldüyünü, Elsəvər tərəfindən evin tam suvağının vurulduğunu bildirmişdir. İşini yekunlaşdırmaq üçün bir kombi və ariston yerinə qoyularaq xətlərin birləşdirilməsi lazım olduğunu vurğulamış və 2018-ci ilin aprel ayına kimi Rasimin evində işlədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, o, ev təmiri ustasıdır. Cavabdehlə birlikdə işləmiş, İddiaçı isə əvvəllər şitil almış, onu ordan tanıyır. Təxminən bir il əvvəl Şərifin xahişi ilə öz maşını ilə kafel almağa getmişdir. Həmin zamanı dükanda Şərifin tələb etdiyi kafelləri verməmişlər, lakin sonradan Şərif İddiaçı kafellərin qarşısında əks olunmuş şəklini göstərdikdən sonra həmin şəkildəki kafelləri vermişlər. Onda bilmişki, kafellər Rasimin evi üçün alınır. Kafel alınandan sonra başqa maşına yüklənmiş və o, Şərif və Hamletlə birlikdə onun maşınında qabaqda hərəkət etməklə Rasimin evinə yollanmışlar. Həmin zamanı Şəriflə Hamlet də olmuşdur. Zirə qəsəbəsində Şəriflə Hamlet maşınından düşmüşlər və onlar özləri Rasimin evinə getmişlər. O isə öz işinə qayıtmışdır. Kafel alınan zamanı o, başqa yerdə işləmiş, Şərif telefon vasitəsilə onula əlaqə saxlamış, birinci Zirə qəsəbəsindən Şərifi götürmüş, sonra Hamleti və üçü birlikdə kafel almağa getmişlər. Dükanda şəkili göstərədə Şərif bildirmişdir ki, bir gün qabaq Rasimlə birlikdə ora gəlmişlər və kafeli seçib bəyəndikdən sonra şəklini çəkmişlər. Kafel alınandan sonra Şərifə qaimə verilmişdir. Nə qədər kafel alınması, pulun verilib-verilməməsi barədə məlumatı yoxdur. Kafel alınandan sonra başqa maşına yüklənərək Rasimin evinə gətirilmişdir. Kafel alınan vaxtı yay ayı olmuş, kafellərin Rasimin evinə gətirilib yerləşdirilməsini o öz gözü ilə görməmiş, lakin kafellərin İddiaçı evi üçün alındığını və alınmış kafellərin İddiaçı evinə gətirildiyini bilmişdir Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh sexində işləyir, işi evin təmiri üçün lazım olan taxtaların hazırlanmasından ibarətdir. İddiaçı evinə vurulan taxtaları da o hazırlamışdır. Taxtaları “Dərnəgüldə” yerləşən mağazadan almışlar. Taxtaların alınması üçün birinci dəfə o da getmişdir və taxtalara baxmaq, seçmək üçün getmişdir. Sonradan taxtalar hissələr şəklində alınıb gətirilmişdir. Həmin zamanı o, Şərif və Hamletlə birlikdə getmişlər. Bütün taxtaların növü “listviniça” olmuşdur. 5 metrlik taxtalar olmuş, taxtalar bir neçə dəfə alınaraq sexə gətirilmiş o isə onları yonaraq və “şukurkalayaraq” yararlı vəziyyətə gətirdikdən sonra, Rasimin evinə gətirmişdir. Rasimin evinin təmiri üçün təxminən 400- 500 kv.m taxta düzəltmişdir. Taxtaları, hazır olduqca hissə-hissə Rasimin evinə gətirmişdir. Rasimin evində təmir işi ilə məşğul olmamış, sadəcə bir dəfə evə vurulmuş alçıpan yağış yağanda xarab olmuş, buna görə də Şərif dama nəzər yetirəndə müəyyən etmişdir ki, evin damı pis vəziyyətdədir. Ona görə də evin damını təmir eləmək məcburiyyətində qalmışdır. O da həmin zamanı dama “uqolniklər” vurmuşdur. Rasimin evində təmir zamanı dəfələrlə olmuş, evin təmiri üçün alınmış bir çox materialları görmüşdür. Belə ki, evin birinci mərtəbəsinin içərisinə yığılmış vəziyyətdə kafel görmüş, kombi sistemi üçün materiallar alınıb gətiriləndə Rasimin evində olmuş, hətta həmin materialların boşaldılmasında köməklik etmişdir. Rasim də onu evdə işləyən zamanı görmüşdür. Santexnik materialları sifariş veriləndə həmin zamanı o da orda olmuş, radiator, alçıpan və “şpaklovka” alınıb evə boşaldılan zamanı o da həmin zaman evdə olmuş və köməklik etmişdir. Taxtalar alınandan bir gün sonra radiator alınıb gətirilmişdir. Radiator karobkalarda olduğundan sayını deyə bilmədiyini qeyd etmişdir. Sonradan isə radiatorların yerlərinə yerləşdilmiş halda gördüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Babayev Zöhrab Qonsur oğlu ifadəsində bildirmişdir ki, o, Zirə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur və işi ilə əlaqədar olaraq Şərifin sifarişi əsasında dükanlardan evin təmiri üçün alınmış materialların daşınmasında köməklik etmişdir. Bir il əvvəl təxminən 10 dəfə mübahisə predmetinə daxil olan Zirə qəsəbəsində yerləşən evə materiallar gətirmişəm, bir neçə dəfə Şərifin özü ilə, çox hallarda isə dükanlardan gedib tək gətirmişdir. Təmir olunan evə taxtalar, alçıpan, radiatorlar, şlanqlar və sayrə materiallar gətirmişdir. Mal gətirəndə evdə Rasimi görməmişdir. Materialların daşınmasında Şərif ona bir dəfəyə 3-5 manat pul vermişdir. Radiatorları mağazadan o gətirmişdir. Hazırda həmin mağazanın yeri yadında deyil. Materiallardan yadında qalanı taxtalar, alçıpan, radiatorlar, şlanqlardır. Materialları gətirdiyi ev iki mərtəbəli olmuş, evin böyük darvazası və kiçik qapısı olmuş, materiallar isə evin kiçik qapısından içərisinə boşaldılmışdır. Dəqiq yadında qalmamış, lakin 1-2 dəfə həmin evə radiatorlar gətirilmişdir. Həmçinin onu da bildirmişdir ki, evə materiallar aparanda həmin evdə ən azı 3 usta işləmişdir. İş materiallarına olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 39 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Zirə qəsəbəsində 97 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə ilkin iddia tələbi evin təmiri ilə bağlı görülmüş işlərinin tam yerinə yetirilməməsi və istifadə olunmuş materialların keyfiyyətsiz olması ilə əsaslanaraq dəymiş maddi və bununla bağlı sağlamlığa dəymiş zərər tələbindən, qarşılıqlı iddia ərizəsi isə təmir işlərinin görülməsi üçün alınmış lazımi materialların pullarının və zəhmət haqqının verilməməsi daxil olmaqla evin təmiri ilə əlaqədar aparılmış bütün işlərin əvəzinin tam ödənilməməsindən yaranmış pul tələbindən ibarətdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında iki mərtəbəli evin təmiri ilə bağlı razılaşma olmuş, həmin evin təmir işləri aparılmış və İddiaçı tərəfindən evin təmiri ilə bağlı Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 40000 manat məbləğində pul verilmişdir. Belə ki, İddiaçı tərəfindən ümumilikdə Cavabdeh 47000 manat verildiyi qeyd edilsə də, sonuncu ona məhz 40000 manat ödənilməsini bildimişdir. Bunun əksi ilkin iddiaçı tərəfindən sübuta yetirilməməklə işin müəyyən edilmiş halları ilə öz əksini tapmır. İş üzrə mübahisə edilən hallar evdə hansı təmir işlərinin aparılması və əsasən də aparılmış təmir işlərinin qiymətinin, o cümlədən görülmüş müəyyən təmir işlərinin kimin tərəfindən görülməsinin müəyyən edilməsindən və həmin işlərə görə müəyyən edilmiş material və usta xərci olaraq qiymətlərininin müəyyən edilməsindən ibarətdir. Göründüyü kimi, tərəflər arasında münasibət şifahi qaydada bağlanmış podrat müqaviləsindən irəli gələn münasibətlər çərçivəsindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsin əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən İddiaçı məxsus 97 saylı fərdi yaşayış evində (daxilində və xaricində) aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 21278.3 manat məbləğində müəyyən olunur. Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayır-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Tədqiq olunan evdə aparılan təmir-tikinti işləri (hansı hissədə göstərilməklə) yarımçıq olduğu müəyyən olunmuşdur. Lakin görülmüş işlərin tamamlanması üçün istifadə olunmuş materiallar müəyyən olunduqdan sonra 2017-2018-ci illər üçün bazar qiymətlərinə uyğun olaraq hansı məbləğdə xərc tələb olunması müəyyən oluna bilər. Qeyd olunan rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 birinci instansiya məhkəməsində, məhkəmə iclasında bildirmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə tərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı pilləkənə aid dəmir konstruksiyalar, taxta üzərində vurulan rəng cavabdeh tərəfindən aparıldığı bildirilmədiyindən, tavana vurulmuş daş yunun, əvvəlcədən vurulduğu və cavabdeh tərəfindən vurulmağı bildirilmədiyindən, pilləkən olan dəhlizə yerə verilən styaşka barəsində, ikinci mərtəbədə olan üç hamam ilə bağlı, divara və döşəməyə çəkilmiş izoloteksin cavabdeh tərəfindən vurulması deyilmədiyindən, alçıpanın üstünə çəkilmiş şpaklyovka və izobant barəsində, ikinci mərtəbədə 2 ədəd taxta pəncərə olmuş, lakin deyilmədiyindən, yalnız birinci mərtəbədə görülmüş elektrik işləri nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Taxta üçün paraizolyasiya parçası və birinci mərtəbənin tavanının altına vurulan taxtalar əvvəlcədən olduğu bildirildiyindən rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Propkalar, şuruplar, dəmir kökələr (əqrəblər), həmçinin bəzi materiallarında qiymətləri çox olmadığından hamısı - əlavə xərclər hissəsində nəzərə alınmışdır. Birinci mərtəbədə olan döşəmənin altında olan taxta ekspert rəyində olan smetanın 13-cü bəndində qeyd olunmuş, qiymətləri isə Bakı şəhərində yerləşən bazarlarda olan satış qiymətləri nəzərə alınmaqla orta bazar qiyməti ilə qeyd etmişdir. Kombi sistemi ilə bağlı ümumi görülmüş işlər, yəni materiallarla birlikdə zəhmət haqqı nəzərə alınmaqla qiyməti hesablanmışdır. Rəydə olan smetanın birinci bəndində reykaların sayı 30 ədəd qeyd edilməklə yanlışlığa yol verilmiş, belə ki, 355 ədəd üzlük taxta üçün 700-800 ədəd reyka istifadə edilə bilər. Elektrik işləri yalnız birinci mərtəbədə görülmüş işlər nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Divarlara vurulmuş obşivkalar isə nəzərə alınaraq ümumi hesablanmışdır. Ümumilikdə qeyd etdiyi qiymətləri də bazar qiymətlərinə uyğun qeyd etmişdir. Göründüyü kimi, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində müəyyən edilmişdir. Yaşayış evi üzrə yerinə yetirilmiş işlərin və istifadə olunmuş tikinti materialların ayrı-ayrılıqda həcmi və dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Qeyd olunmuşdur ki, ilkin ekspert rəyi ilə hazırki rəy arasında artmağa doğru yaranmış qiymət fərqi, ilkin baxış zamanı tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin bütünlüklə ekspertə göstərilməməsi səbəbindən əmələ gəlmişdir. Qərardad ekseprt qarşısında qoyulmuş qüsurlala bağlı sualı isə baxış zamanı tədqiq olunan yaşayış evində yerinə yetirilmiş təmir işləri üzrə hər hansı qüsurlar müəyyən edilmədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Həmin rəyi vermiş ekspert X6 birinci instansiya məhkəməsində, məhkəmə iclasında bildirmişdir ki, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə tərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Hər bir tədqiq olunan material və görülmüş işlər barəsində hər iki tərəfin münasibəti soruşulmuş və hər iki tərəfin təsdiq etdikləri məlumatlar əsasında müvafiq qiymətləndirilmələr iş üzrə vermiş rəydə öz əksini tapmışdır. Belə ki, evin təmiri üçün istifadə olunmuş taxtaların keyfiyyəti birinci növ şam ağacından olması, taxtalara vurulmuş boyanın “tikkurila” olmasını hər iki tərəfin təsdiqi əsasında qiymətləndirilmişdir. Evin damının bərkidilməsi ilə bağlı suala cavab olaraq, İddiaçı tərəfindən aralarında olan sözləşmə əsasında Cavabdeh 1000 manat pul verdiyi bildirildiyindən ekspert rəyinə həmin işlərin görülməsi ilə bağlı 1000 manat kimi qiymətləndirilmişdir. Alçıpan üzlüyünün sökülməsi və yenidən vurulması ilə bağlı onun sualına Cavabdeh tərəfindən öz təşəbbüsü ilə sökülüb vurulduğu bildirildiyindən yalnız zəhmət haqqını hesablamışdır. İş materiallarına əlavə edilmiş “X9” MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinin daxilində və xaricində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 2017- 2018-ci illər üçün 33436 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən ekspert rəylərinə əsasən hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyi natamam olduğundan, “X9” MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyi isə ümumiyyətlə birtərəfli qaydada aparılmaqla tərəflərin digər tərəfin iştirakı təmin edilməməklə keçirildiyindən (belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mütəxəssis rəyin verilməsi üçün tədqiqat obyektinin tədqiqi zamanı iş üzrə tərəflərin iştirakı təmin olunmamışdır) mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsini aradan qaldıran hər hansı bir əsaslar mövcud deyil. Bu baxımdan da həmin rəy haqlı olaraq iş üzrə sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsaəsn ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ona məxsus evdə təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 47000 manat məbləğində pulun verilməsi, görülmüş təmir işlərin tikinti materialları ilə birlikdə 10000 manat dəyərində olması, həmçinin evin çöl hissəsinin suvağının Cavabdeh tərəfindən görülməməsi, evin təmirində istifadə olunmuş taxtaların keyfiyyətinin aşağı olması sübuta yetirilməmiş, işin araşdırılmış halları ilə də başqa hallar müəyyən edilməmişdir. Belə ki, İddiaçı ümumiyyətlə evdə görülmüş təmir tikinti işlərinin 10000 manatdan çox olmamasını qeyd etmişdir ki, işin bu halı ümumiyyətlə təkzib edilir. Yəni, Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində olması müəyyən edilmişdir. Eyni zamanda, işlərin kimin tərəfindən görülməsi ilə bağlı məhkəmə qeyd edir ki, istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə həmin evdə görülmüş işlərin məhz Cavabdeh tərəfindən görülməsi öz təsdiqini tapmışdır. Hətta İlkin iddiaçı məhkəmə iclasında iddiasında görülmədiyini qeyd etdiyi müəyyən kateqoriya işlərin də elə məhz Cavabdeh tərəfindən görülməsini qeyd etmişdir. Görülmüş işlərin qiymətlərinə münasibətdə isə qeyd edillməlidir ki, ekspert rəyində müfəssəl şəkildə qərardadda göstərilən illər üzrə qiymətlər müəyyən edilmişdir. Sözügedən ekspert rəyində əvvəl verilmiş, lakin məhkəmə mötəbər sübut kimi qəbul edilməyən ekspert rəyində olan qiymətlərdən xeyli məbləğdə fərqli rəy verilməsini də, öz rəyində izah etməklə həmin rəydə qeyd edilməyən işlərinin və materialların olması ilə əsaslandırmışdır. Bunu ekspert məhkəmə iclasında dindirilərkən də, qeyd etməklə əsaslandırmışdır. Eyni zamanda, görülmüş işlərə görə İddiaçı tərəfindən Cavabdeh 47000 manat verilməsi də öz təsdiqini tapmır. Belə ki, həmin hissədə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür ki, bu da onun tərəfindən sübuta yetirilə bilməmişdir. Həmçinin ilkin iddiaçı iddiasında yaranmış mübahisəyə görə sağlamlığa zərər dəyməsini və bunun 1000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda qarşılıqlı iddiaçı da, iddiasında görülmüş işlərin 68990 manat olmasını və buna görə də onun xeyrinə İddiaçı tərəfindən ödənilmiş 40000 manat çıxılmaqla qalan hissədə pulun tutulmasını qeyd etsə də, işin bu halıda tam təsdiqini tamamamışdır. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətlərin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi-vəkili Abbasov Mehman tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2133/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2133/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver