Məhkəmə qərarları › İş №2(103)-2135/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2135/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2135/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh oğluna, X2, "xxxx" MMC-yə, "xxxx" Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh oğluna, X2, "xxxx" MMC-yə, "xxxx" Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh, X5, "STS” Şirkəti, "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı ünvan 1 ünvanında inşa edilən yaşayış binasının korpus-2, (Yeni qaydalarla: AZ 1025, ünvan 4 10-cu mərtəbəsində 2 otaqdan ibarət 36 saylı mənzilə dair satıcı "xxxx" şirkətinin direktoru X10 ilə alıcı X5 arasında bağlanmış xx.xx.2009- cu il tarixli 06/07 A saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının korpus-2, (Yeni qaydalarla: AZ1025, ünvan 4 10-cu mərtəbəsində 2 otaqdan ibarət 36 saylı mənzilə dair satıcı "xxxx" MMC-nin direktoru X10 ilə alıcı X5 arasında bağlanmış xx.xx.2009- cu il tarixli 290 saylı və Cavabdeh ilə "xxxx" MmC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 290 saylı alğı-satqı müqavilələrinin etibarsız hesab hesab edilməsi, mübahisəli mənzil barədə Cavabdeh verilmiş çıxarış ləğv edilməsi, mənzildə yaşayanların çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzildən istifadə edilməsinə dair cavabdehlərin törətdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 106.1,119.1, 217.4 ; Mülki Məcəllənin 140, 324.1, 324.2, 324.5. 337.1, 337, 452.1, 567, 568.1, 575.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən mübahisəli mənzil xx.xx.2008-ci il tarixli, 209 saylı müqavilə əsasında İddiaçı faktiki sahiblik və istifadəsinə verilmədiyindən, digər tərəfdən isə, Cavabdeh lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququ müvafiq qaydada qeydiyyatdan keçdiyindən, o, həmin mənzilə sahiblik, istifadə və sərəncam hüququ əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016- cı il tarixli, 290 saylı alğı-satqı müqaviləsiin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmənin qeyd edir ki, işin müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir.

4. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Satıcı "Sahil-D Kompani” MMC-nin direktoru X10 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 209 saylı müqavilənin surətinə əsasən satıcı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini 24 ay müddətində tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 900 ABŞ dolları, ümumi məbləğ 91350 ABŞ dollarını 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür; - "Sahil-D Kompani” MMC-nin xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli müqavilə üzrə "Sahil-D Kompani” MMC-nin hesabına 77090 manat məbləğində pay ödənişi həyata keçirilmişdir; - Satıcı "STS” Şirkətinin direktoru X10 ilə alıcı X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 06/07 saylı müqavilənin surətinə əsasən satıcı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini 24 ay müddətində tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 750 ABŞ dolları, ümumi məbləğ 76000 ABŞ dollarını 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür; - "STS” Şirkətinin xx.xx.2009-cu il tarixli, 06/07 saylı kassa mədaxil orderinin surətinə əsasən X6 tərəfindən 06/07 A saylı müqavilə üzrə 76000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir; - "STS” Şirkətinin xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətinə əsasən X5 F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 m ibarət olan 2 otaqlı mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur; - Satıcı "Sahil-D Kompani” MMC-nin direktoru X10 ilə alıcı X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 290 saylı müqavilənin surətinə əsasən satıcı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı 36 saylı mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 600 manat, ümumi məbləğ 60900 manatı 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür; - Satıcı "Sahil-D Kompani” MMC-nin yığıncağının xx.xx.2015-ci il tarixli yığıncağının protokolunun və təsisçi X7 01 saylı əmrinin surətinə əsasən X8 müvəqqəti olaraq MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilmişdir; - Satıcı "Sahil-D Kompani” MMC-nin direktoru X8 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 290 saylı müqavilənin surətinə əsasən X1 razılıq ərizəsi əsasında onunla cu il tarixda bağlanmış 290 saylı müqavilə ləğv olunmuşdur. Satıcı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı 36 saylı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 60900 manat təşkil edir və yeni payçı Cavabdeh tərəfindən əvvəlki payçı X2 ödənilmişdir. xx.xx.2016-cu il tarixli maliyyə arayışının surətinə əsasən ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101.5 kv.m. olan 2 otaqlı 36 saylı mənzilin pay dəyəri payçı X9 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur; - "Sahil-D Kompani” MMC-nin icraçı direktoru X8 ilə sakin Cavabdeh arasında bağlanmış "Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” xx.xx.2016-cı il tarixli, 232 saylı müqavilənin surətinə əsasən MMC xx.xx.2016-cı il tarixli, 290 saylı müqaviləsinə əsasən satdığı mənzili tikinti normalarına uyğun şəkildə sakinə təhvil vermişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev, mənzil 36, korpus-2 (Yeni qaydalarla: AZİ025, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi X3 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********52 saylı məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, korpus 2, 36 saylı mənzil (yeni qaydalarla: AZ 1025, ünvan 4 ilkin olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* saylı cavab məktubuna əlavə olunmuş xx.xx.2013-cü il tarixli auditor rəyi və auditor rəyinə əlavə edilmiş 1 saylı yaşayış binasında olan mənzillərin siyahısının surətinə əsasən siyahıda 36-cı sırada, ünvan 3 ünvanında yerləşən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. sahəsi olan 36 saylı mənzilin "kimə satılıb” qrafasında X1 adı qeyd edilmişdir; - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X17 "İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzili İddiaçı təhvil verilməlidir. İcra sənədinndə qeyd olunan mənzilin nömrəsi qeyd olunmadığından qeyri yaşayış sahəsinin yeri dəqiq müəyyən etmək və həmçinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssis dəvət olunmuşdur. Aparılmış icra tədbitləri nəticəsində və eyni zamanda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********15 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, ünvan 2 ünvanda inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzil Cavabdeh mülkiyyətindədir. Qeyd olunanlara əsasən İcra sənədini icra etmək mümkün olmamışdır; - Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4/929-5/693 saylı rəydən göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş mülki işin 116- 117-ci vərəqlərində olan Sahil-D Kompani MMC ilə X5 arasında xx.xx.2009- cu il tarixdə bağlanmış 290 saylı müqavilənin 1-ci vərəqəsinin sol aşağı hissəsindəki imza, 2-ci vərəqədə "xxxx" qrafasındakı imza, i/v 118-119-da olan Sahil-D Kompani MMC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilənin 2-ci vərəqəsində "Satıcı Sahil-D Direktör Cəfərov M.l" qrafasındakı imza, i/v 120-də olan xx.xx.2008-ci il tarixli kassa məxaric orderində "Rəhbər” qrafasındakı imza X10 tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş Sahil-D Kompani MMC ilə X6 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 290 saylı, Sahil-D Kompani MMC ilə İddiaçı arasmda xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilələrin və xx.xx.2008-ci, il tarixli kassa mədaxil orderinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Sahil-D Kompani MMC ilə X5 arasında xx.xx.2009- cu il tarixdə bağlanmış 290 saylı, Sahil-D Kompani MMC ilə İddiaçı arasnda xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilələrin və xx.xx.2008-ci il tarixli kassa mədaxl orderinin üzərlərində olan "Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "SAHİL-D Kompani” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.xx.xx.2009-cu cu il tarixdə bağlanmış 290 saylı, Sahil-D Kompani MMC ilə İddiaçı arasnda xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilələrin və xx.xx.2008-ci il tarixli kassa mədaxl orderinin üzərlərində olan "Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "SAHİL-D Kompani” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər(iş səh. 9, 10, 16, 17, 84,110-112, 113, 127, 133,167). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin № 2(011)-2589/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qət olunmasını xahiş etmişdir.Şikayətdə Mülki Məcəllənin 152, 157, 162, 164, 165, 178.8, 337.1, 1091.1, 1092; Mülki Prosessual Məcəllənin 4.1, 82.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı (alıcı) İddiaçı ünvan 2 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasında yerləşən, 101.5 kv.m ibarət olan 2 otaqlı (Yeni qaydalarla: AZ1025, ünvan 4 yaşayış sahəsinə dair 23 fevral 2008-ci il tarixdə 209 saylı alqı- satqı müqaviləsi əsasında yaşayış sahəsinin dəyərini tam şəkildə ödənilmiş və buna dair kassa mədaxil orderi verilmişdir. Həmin vaxtdan yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri 77.090 manat satıcı "xxxx" Kompani MMC-yə ödənilmişdir. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 05 yanvar 2018-ci il tarixli 2(005)-441/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ünvan 2 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasında yerləşən, 101.5 kv.m ibarət olan 2 otaqlı (Yeni qaydalarla: AZ1025, ünvan 4 yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmişdir. Belə ki, isin faktiki hallarından görünür ki, iddiaçının sahibliyində olan əmlakı müvəqqəti istifadə etməməsi, satıcı tərəfindən saxta müqavilələr bağlamaqla iddiaçının əmlakını ələ keçirməkdən ibarət olmuşdur. İddiaçıya məxsus Mənzilin müvəqqəti istifadə olunmaması ilə satıcı alıcının hüquqlarını pozmaqla, mənzili təkrar olaraq başqa şəxslərə satmışdır. Beləliklə iddia tələbi tam qanuni və əsaslı olduğu üçün "xxxx" MMC ilə X9 arasında 290 saylı, xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, mübahisəli yaşayış sahəsi barədə cavabdehə verilmiş çıxarış ləğv edilməlidir.

6. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona və üçüncü şəxslər: "xxxx"Kompani MMC; AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzildə yaşayanların çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair” iddiasını və apellyasiya şikayətini əsassız və qanunsuz hesab edir və aşağıda qeyd edilən səbəblərdən təmin edilməməsini xahiş edir. Bildirir ki, nizamnamə əsasında fəaliyyət göstərən satıcı-"xxxx"MMC-nin direktoru X8, digər tərəfdən əvvəlki payçı-X5-(xx.xx.2009-cu ildə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv olunur) və onun - alıcı Məmmədova (nikahdan sonra Kazımova) Kamilla Rüfət qızı arasında Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 36 saylı mənzili “alıcıya” təhvil verilməsi, mənzilin dəyərini təşkil edən 60.900(altmış min doqquz yüz)manat pulun yeni payçı Məmmədova (nikahdan sonra Kazımova) Kamilla Rüfət qızı tərəfindən əvvəlki payçı X2 ödənildiyi barədə 23 sentyabr 2016-cı il tarixli 290 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan 60.900 (altmış min doqquz yüz) manat pul məbləği tərəfindən əvvəlki payçı X2 tam ödənilmişdir. Ona "xxxx" MMC-nin direktoru X8 tərəfindən MMC-yə borcunun olmadığı barədə xx.xx.2016-cı il tarixli Maliyyə arayışı verilmişdir və həmin tarixdən mənzil ona təhvil verilmişdir. Daha sonra mən nizamnamə əsasında fəaliyyət göstərən satıcı-"xxxx" MMC-nin icraçı direktoru X8 ilə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” xx.xx.2016-cı il tarixli 232 nömrəli müqavilə bağlamışdır, mənzilin işıq, qaz, su sayğacları və siqnalizasiya üçün tərəfindən 1.200(bir min iki yüz) manat -"xxxx"MMC-nin xəzinəsinə ödənilmiş, bu barədə ona 232№-li xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi xx.xx.2020 Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə,ev-,mənzil 36,korpus- 2;Yeni qaydalarla:AZ1025, ünvan 7 ünvanında yerləşən qeyd olunan mənzil onun xüsusi mülkiyyətindədir.O, xüsusi mülkiyyətində olan qeyd olunan mənzili külli miqdarda vəsait xərcləyərək tam təmir etdirmiş və 2016-cı ildən həmin mənzildə daimi ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi, o, Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 36 saylı mənzili qanuni yolla, əvəzli müqavilə əsasında əldə etmiş və vicdanlı əldə edəndir. "xxxx"MMC-nin ondan qabaq qeyd olunan mənzili digər üçüncü şəxsə satdığını bilməmişdir, bilməli deyildi və bilə bilməzdi.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsində göstərildiyi kimi, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Müqavilə əsasında verilmiş əmlakların geriyə tələb edilməsi ilə əlaqədar vindikasiya iddiası irəli sürülə bilməz. Vicdanlı əldə edən üçüncü şəxslər qarşısında heç bir cavabdehlik daşımır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri,Nərimanov rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli 2(005)-441/2018 saylı Qətnaməsi ilə mübahisəli mənzilin "xxxx"MMC tərəfindən ona təhvil verilməsi qət olunmuşdur. Onun belə bir qətnamənin olmasından da xəbəri olmamışdır. Sual olunur?: 1.Əgər həqiqətən də iddiaçı "xxxx"MMC ilə xx.xx.2008-ci ildə mübahisəli mənzilə dair müqavilə bağlamışdırsa, nə üçün mənzilin təhvil verilməsini 2018-cu ildə məhkəmə yolu ilə tələb edirdi, nə üçün 10(on il) ərzində bir dəfə olsun mənzilə sahib çıxmırdı??? 2. "xxxx" MMC ilə kifaqət qədər uzun müddət ərzində gedən məhkəmə çəkişməsi müddətində nə üçün iddiaçı,yaxud bu mübahisəni “araşdıran” məhkəmə instansiyaları nə üçün bir dəfə olsun gəlib mənzilə baxış keçirməmiş, mənzilin digər şəxsin mülkiyyətində olduğunu müəyyən etməmişlər, qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbir görməmişlər??? Daha sonra iddiaçı qeyd edir ki, cavabdehin mübahisəli mənzil üzərində qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş və məhkəmə qətnaməsinin icrasına çətinlik yaratmaqla hüquqlarını pozmaqda davam edir. Bildirir ki, iddiaçının bu arqumenti də tam əsassız və qanunsuzdur. Belə ki, o, iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etməmiş və etmir, ümumiyyətlə bu vaxta qədər belə bir şəxsi heç vaxt görməmişdir və tanımır, o, Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 36 saylı mənzili "xxxx" MMC-dən qanuni yolla, əvəzli müqavilə əsasında əldə etmiş və vicdanlı əldə edəndir. İddiaçının "xxxx" MMC ilə mübahisəsinin nə ona,nə də ki,onun xüsusi mülkiyyətində olan əmlakına heç bir aidiyyatı yoxdur. Əvəzli müqavilə əsasında verilmiş əmlakın geriyə tələb edilməsi ilə əlaqədar vindikasiya iddiası irəli sürülə bilməz. Vindikasiya iddiasının predmeti kimi yalnız qeyriqanuni sahiblikdə olan əmlak çıxış edə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi xx.xx.2020 Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə,ev-,mənzil 36,korpus-2;Yeni qaydalarla:AZ1025, ünvan 7 ünvanında yerləşən qeyd olunan mənzil onun qanuni xüsusi mülkiyyətindədir!!! İddiaçıya tövsiyyə olunur ki, tanıdığı, etibar etdiyi "xxxx" MMC-dən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsin. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər X5, "xxxx" MMC, "xxxx" Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372 və 420-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kasassiya instansiya məhkəməsinin müəyyən etdiyi hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Mülki Məcəllənin 140-cü maddəsinə əsasən: Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə (maddələrinə) əsasən: - 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. - 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. - 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. - 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - 446.9.Əgər öhdəliyin predmeti fərdi-müəyyən əşyadırsa və kreditorun icranı gecikdirməsinin səbəbi təklif edilmiş eyni növlü əşyadan imtinadırsa, borclunun icra vəzifəsi təklif edilmiş əşya ilə məhdudlaşır, onun məhv olması və ya təsadüfən zədələnməsi riski isə kreditora keçir. - 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

12. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 385-388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 -ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar