Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2538/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı ilə (hakim İlqar Məmmədov) İddiaçı-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini və iddia tələbi üzrə sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, İddiaçı və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş 21 fevral 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Yelo BankASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 138,2 kv.metr olan mənzilin boşaldılaraq İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 27 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan da görünür ki, Bank mübahisəli mənzilin onun tərəfindən cavabdehə satılması barədə bankla cavabdeh arasında bağlanmış “Daşınmaz əşyanın alğı-satqı müqaviləsinin” ləğv edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmənin gəldiyi nəticə hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən qərardad ləğv edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, daşınmaz əşya olan mübahisəli mənzil ünvan 2 ünvanında yerləşdiyindən iddia predmeti MPM-nin 39-cu maddəsinin tələbinə əsasən işə daşınmaz əşyanın yerləşdiyi yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, Bank mübahisəli mənzilin onun tərəfindən cavabdehə satılması barədə bankla cavabdeh arasında bağlanmış “Daşınmaz əşyanın alğısatqı müqaviləsinin” ləğv edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. Cavabdeh isə ünvan 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, bu tələb daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermişdir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilərək, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 11 noyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üşün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 11 noyabr 2022-ci il tarixli, 2(027)-2022/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üşün Quba Rayon Məhkəməsinə qaytarılılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2538/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2538/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver