Məhkəmə qərarları › İş №2(107)-722/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-722/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-722/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)-86/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Göyçay rayon notariat kontorunda notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evini nisyə alqısatqı qaydasında 55000 (əlli beş min) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 17000 (on yeddi min) manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - “Yelo Bank" ASC-nin hesabına ödəyir, qalan 38.000 (otuz səkkiz min) manatı isə 95 ay müddətinə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" ASC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılması və fərdi yaşayış evinin İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İş üzrə iddiaçı qismində izahat vermiş "xxxx" ASC Bankın nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Göyçay rayon notariat kontorunda notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evini nisyə alqısatqı qaydasında 55000 (əlli beş min) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 17000 (on yeddi min) manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - “Yelo Bank" ASC-nin hesabına ödəyir, qalan 38000 (otuz səkkiz min) manatı isə 95 ay müddətinə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 17000 (on yeddi min) manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməlidir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.

4. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, banka olan borcunu ödəyəcəkdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC iddiası təmin edilməli, Nikoyl” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli ANİ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılmalı və fərdi yaşayış evi İddiaçı ASC-yə təhvil verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

7. Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)-86/2023 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Nikoyl” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılması və fərdi yaşayış evinin İddiaçı ASC-yə təhvil verilməsi, 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 421, 600 və 601-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

9. Təqdim edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC (Nikoyl İK ASC) tərəfindən ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evini nisyə alqı-satqı qaydasında 55000 (əlli beş min) manata Cavabdeh satılmış, Cavabdeh ilkin olaraq 17000 (on yeddi min) manat məbləğində pulu alğısatqı müqaviləsi rəsmiləşdirilən gün "xxxx" ASC-nin xeyrinə ödəmiş, qalan 38000 (otuz səkkiz min) manatı isə 95 ay müddətinə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuş, ipoteka müqaviləsinə əsasən iddiaçı olan banka yüklü edilmişdir. Hərrac təşkilatı tərəfindən həmin fərdi yaşayış evi hərraca çıxarılmış, lakın ipoteka predmeti atılmadığından banka təklif edilmiş, bank həmin əmlakı qəbul etmişdir. Bundan sonra hərracın yekunlarına dair protokoluna əsasən ipotekaya qoyulmuş cаvаbdeh Cavabdeh mülkiyyətində olаn ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC-nə satılmışdır. Lakin ipoteka predmeti olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən cаvаbdeh Cavabdeh və onun ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş onа və ailə üzvlərinə göndərilməmişdir. Bununla da ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, ipoteka qoyan cаvаbdeh Cavabdeh ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı cаvаbdeh Cavabdeh təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Halbuki, cаvаbdeh Cavabdeh oğluna təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olsaydı, cаvаbdeh CavabdehYusif oğlunun oğlu təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Bu səbəbdən hesab edir ki, ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evinə dair hərracın yekunlarına dair protokol və çıxarış etibarsız hesab edilməli və fərdi yaşayış evinin cavabdeh "xxxx" ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməli idi.

12. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)- 86/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı "xxxx" ASC-ninCavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)-86/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinin tələbinə görə isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 -ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 -ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə- hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidirlər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)- 86/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki işdə "xxxx" ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddiası üzrə işə baxıldığından və hazırki işdə ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evinə dair hərracın yekunlarına dair protokol və çıxarışın etibarsız hesab edilməsi və fərdi yaşayış evinin cavabdeh "xxxx" ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi ilə bağlı hər hansı iddia tələbi mövcud olmadığından apellyatorun həmin dəlilləri hazırki iş üzrə araşdırılmır. Həmin dəlillər ayrıca iddia icraatı qaydasında məhkəmə baxışının predmeti ola bilərdi. Hazırki mübahisənin mahiyyəti bu qətnamənin 1-ci bəndində əksini tapmışdır ki, birinci instansiya məhkəməsi də bu qətnamənin 16-cı bəndində göstərilən, iddia tələbinin qanuni əsaslarını özündə əks etdirən maddi hüquq normalarına istinad etməklə mübahisəni həll etməkdə haqlı olmuşdur.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)-86/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(046)-86/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar