Məhkəmə qərarları › İş №2(103)-215/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-215/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-215/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2016-cı il tarixli, 0189/16/PB saylı, 14.08.2015-ci il tarixli, 0141/15/PB-1 saylı, 29.10.2015-ci il tarixli, 0328/15/PB-1 saylı, 30.10.2015-ci il tarixli, 0328/15/PB-2 saylı, 16.11.2015ci il tarixli, 0328/15/PB-3 saylı, 25.12.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 18.05.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49.992,50 (qırx doqquz min doqquz yüz doxsan iki manat, əlli qəpik) manat əsas borc, 29.814,04 (iyirmi doqquz min səkkiz yüz on dörd manat, dörd qəpik) manat faiz borcu, cəmi 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat; 14.08.2015-ci il tarixli, 0141/15/PB-1 saylı kredit müqaviləsi üzrə 85.041,04 (səksən beş min qırx bir ABŞ dolları, dörd sent) ABŞ dolları əsas borc, 38.390,93 (otuz səkkiz min üç yüz doxsan ABŞ dolları, doxsan üç sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 128.431,97 (bir yüz iyirmi səkkiz min dörd yüz otuz bir ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları; 29.10.2015-ci il tarixli, 0328/15/PB-1 saylı kredit müqaviləsi üzrə 1.004.772,32 (bir milyon dörd min yeddi yüz yetmiş iki ABŞ dolları, otuz iki sent) ABŞ dolları əsas borc, 487.624,91 (dörd yüz səksən yeddi min altı yüz iyirmi dörd ABŞ dolları, doxsan bir sent) ABŞ dolları faiz borcu. 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 1.502.397,23 (bir milyon beş yüz iki min üç yüz doxsan yeddi ABŞ dolları, iyirmi üç sent) ABŞ dolları; 30.10.2015-ci il tarixli, 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24.920,37 (iyirmi dörd min doqquz yüz iyirmi ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları əsas borc, 11.250,31 (on bir min iki yüz əlli ABŞ dolları, otuz bir sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 36.670,68 (otuz altı min altı yüz yetmiş ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları; 16.11.2015-ci il tarixli, 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45.143,72 (qırx beş min bir yüz qırx üç ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları əsas borc, 20.379,98 (iyirmi min üç yüz yetmiş doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu, cəmi 66.523,7 (altmış altı min beş yüz iyirmi üç ABŞ dolları, yetmiş sent) ABŞ dolları; 25.12.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9.363,09 (doqquz min üç yüz altmış üç ABŞ dolları, doqquz sent) ABŞ dolları əsas borc, 4.227,04 (dörd min iki yüz iyirmi yeddi ABŞ dolları, dörd sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 14.090,13 (on dörd min doxsan ABŞ dolları, on üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat və 1.748.113,71 (bir milyon yeddi yüz qırx səkkiz min bir yüz on üç ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri- Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş min) manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 650.000 (altı yüz əlli min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296.000 (iki yüz doxsan altı min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin 1.316.000 (bir milyon üç yüz on altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsinin qismən, yəni “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7No-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində ləğv edilməsi və iş üzrə iddia tələblərinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə əlavə verərək, ona məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin yoxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini 170000 manat müəyyən etmişdir. Həmin ilkin satış qiyməti həqiqəti əks etbirmir. Buna görə də, tərəflərindən "xxxx" MMC tərəfindən alınmış rəydə əmlakın bazar dəyəri 595000 manat qeyd olunmuşdur. Həmin qiymətlər arasında kəskin fərq vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(103)- 7919/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya- “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7No-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində qeyri-mümkün hesab edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti-apellyatora məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mümkün hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı BOKT ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(103)- 7919/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyatora məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 29.12.2010-cu il tarixli, 1015/10/PB saylı ipoteka (girov) müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 22 №-li mənzil öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 170.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, mənzil 22 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, apellyator tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 29.10.2020-ci il tarixli, QR 204 saylı rəydən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, “ROZE VİLLA” yaşayış kompleksində yerləşən 7 saylı evin, 22 saylı mənzilinin bazar dəyəri 595000,0 manat təşkil edir. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının 14.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Belə ki, "xxxx" MMC-nin 11.06.2021-ci il tarixli, PR/M-34/2020 saylı rəylərinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 saylı evin, 14-cü mərtəbəsində yerləşən, 188,2 kv.m sahədən ibarət, 4 otaqlı, 7 saylı mənzilinin 05.06.2021-ci il tarixə bazar dəyəri 473000 manat, likvid dəyəri 425000 manat təşkil edir. "xxxx" MMC-nin 19.01.2022-ci il tarixli, 02-22/AM saylı rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 saylı evin, 14-cü mərtəbəsində yerləşən, 188,2 kv.m sahədən ibarət, 4 otaqlı, 7 saylı mənzilinin yanvar 2022-ci ilə bazar dəyəri 474000 manat, likvid dəyəri 422000 manat təşkil edir. Kollegiya hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə, müqayisəli təhlil aparılmaqla) müəyyən olunmuşdur. Hər iki rəydə qiymətlər bir-birinə çox yaxındır. Kollegiya apellyator tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 29.10.2020-ci il tarixli, QR 204 saylı rəyə tədqiq edilmiş digər rəylərlə birlikdə qiymət verərək, hesab edir ki, həmin rəydə qeyd olunmuş qiymət bazar qiyməti olmaqla, hazırki rəylərdən kəskin fərqləndiyindən, mötəbər sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində qeyd olunmuş 170000 manat götürmüşdür. Buna görə də, kollegiya tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC-nin rəyləri əsas götürülməklə mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyəri müəyyən olunmaqla (Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 saylı evin, 14-cü mərtəbəsində yerləşən, 188,2 kv.m sahədən ibarət, 4 otaqlı, 7 saylı mənzil) qətnamə həmin hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti hər iki rəylə müəyyən olunmuş likvid qiymətlərin orta qiyməti olan 423500 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 250 manatı Cavabdeh1, 50 manatı İddiaçı BOKT ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilməlidir. Həmçinin, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 200 manatı Cavabdeh1, 50 manatı İddiaçı BOKT ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, İban AZ98JBBK**********0191406A60, Bank: "xxxx" ASC-nin MXD filialı, Kodu 506924, VÖEN **********, Müxbir hesab: AZ27NABZ********************, S.W.İ.F.T: JBBK AZ22) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)- 7853/2017 saylı qətnaməsi mübahisələndirilən- ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 saylı evin, 14-cü mərtəbəsində yerləşən, 188,2 kv.m sahədən ibarət, 4 otaqlı, 7 saylı mənzilinin ilkin satış qiyməti 423500 (dörd yüz iyirmi üç min beş yüz) manat müəyyən edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 250 (iki yüz əlli) manatı Cavabdeh1, 50 (əlli) manatı İddiaçı BOKT ASC-dən alınaraq, "xxxx" MMCnin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 200 (iki yüz) manatı Cavabdeh1, 50 (əlli) manatı İddiaçı BOKT ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, İban AZ98JBBK**********0191406A60, Bank: "xxxx" ASC-nin MXD filialı, Kodu 506924, VÖEN **********, Müxbir hesab: AZ27NABZ********************, S.W.İ.F.T: JBBK AZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar