Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2155/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(006)-1787/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-3/2019 saylı hökmündən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilmiş, iş üzrə 51513,92 manat məbləğində mülki iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamenti tərəfindən 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı1 MMCnin "xxxx" ASC-də olan müvafiq hesab üzrə bütün bank əməliyyatlarının dayandırılmasına dair **********1A nömrəli sərəncamla qoyulmuş qadağa götürülmüşdür.
2. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 1(104)-180/2019 saylı qərarı ilə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-3/2019 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 29 yanvar 2021ci il tarixli 1(102)-86/2021 saylı qərarı ilə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamentinin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 1(104)- 180/2019 saylı qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə direktoru olduğu İddiaçı1 MMCnin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq ******* manat maddi ziyan qismində və 100000 manat pulun mənəvi ziyan qismində cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 12 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Gəncə şəhəri Əziz Nəzərov küçəsi ev 9 mənzil 10 olan İddiaçı1 MMC-nin (VÖEN: **********) 01 yanvar 2015-ci il tarixdən 01 iyul 2016-cı il tarixədək direktoru vəzifəsində işləyərkən müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 104.2, 105. 124.1, 159.1, 177 ve 201-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına bəyənnamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 51513,92 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda ittiham olunmuş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-03/2019 saylı hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməsi, iş üzrə 51513,92 manat məbləğində mülki iddia tələbinin təmin edilməməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyininn 12 saylı ərazi Vergilər Departamenti tərəfindən 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı1 MMC-nin "xxxx" ASC-də kod 505442, VÖEN: **********, müxbir hesab AZ61NABZ ********************, SWİFT BİK: RBTAAZ22 olan VÖEN: **********, hesab: AZ71RBTA ******************** saylı hesab üzrə bütün bank əməliyyatlarının dayandırılmasına dair **********1A nömrəli sərəncamla qoyulmuş qadağanın götürülməsi hökm edilmişdir. Həmin hökmdən mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-180/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 1(102)-86/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının səriştəsizliyi nəticəsində 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı2 direktoru olduğu İddiaçı1 MMC-nin "xxxx" ASC-də kod 505442, VÖEN; **********, müxbir hesab AZ61NABZ ********************. SWİFT BİK: RBTAAZ22 olan VÖEN: **********, hesab: AZ71RBTA ******************** saylı hesab üzrə bütün bank əməliyyatları dayandırılmışdır. Bunun nəticəsində həmin MMC-nin fəaliyyəti 2021-ci il tarixədək dayanmış, həmin müddət ərzində İddiaçı1 MMC gəlirlərindən məhrum olmaqla, maddi ziyana uğramışdır. Bundan əlavə, MMC-nin fəaliyyətinin dayandırılması, eyni zamanda İddiaçı2 barəsində cinayət işinin başlanması səbəbindən analoqu olmayan yeni ixtira üzrə həyata keçiriləcək layihə baş tutmamış, bununla da rəhbərlik etdiyi MMC külli miqdarda gəlirdən məhrum olmuşdur. Hansı ki, həmin layihələr qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmiş, lisenziya əldə olunmuşdur. Lakin, əsassız cinayət təqibinə görə həm bank müəssisənin hesablarının dondurulması səbəbindən müvafiq 6 il ərzində layihənin həyata keçirilib həm müəssisənin əldə edəcəyi külli miqdarda gəlirdən, həm də bu gəlirlərdən dövlət büdcəsi vergi və digər ödəmələrdən məhrum olmuş, həm də hesablar açıldıqdan sonra da son bir il ərzində müəssisənin gəlirləri olmadığından bank təşkilatları kredit verməkdən imtina etdiyinə görə bu günədək həmin layihələr həyata keçirilə bilmir. Faktiki olaraq, bu günə qədər İddiaçı1 MMC-yə vurulan ziyan davam edir. Qeyd edilməlidir ki, İddiaçı1 MMC-nin 2015-ci ildən fəaliyyətinin dayandırılmasından əvvəlki son 3 il ərzində, yəni 2013-2015-ci illərdə müəssisənin əldə etmiş olduğu xalis gəlir ******* manat məbləğində olmuşdur. İddiaçı1 MMC-nin direktoru İddiaçı2 barəsində əsassız cinayət işinin başlanması səbəbilə 2015-2021-ci illərdə İddiaçı1 MMC-nin fəaliyyəti dayanmışdır. Müəssisənin fəaliyyətinin dayandığı müddətədək ətdə etmiş olduğu son 3 ilin xalis gəlirinə baxdıqda müəssisənin bir il ərzində əldə edəcəyi xalis gəlir orta hesabla ******* manat təşkil edəcəkdi. Beləliklə də, İddiaçı1MMC-nin fəaliyyətinin dayandırıldığı 2015-2021-ci illər ərzində müəssisə əldə edəcəyi ******* manat gəlirlərdən məhrum olmuşdur. Beləliklə, ibtidai istintaq orqanının ətraflı araşdırma aparılmadan hər hansı cinayət hadisəsi olmadığı halda iddiaçının barəsində cinayət işinin başlanması nəticəsində direktoru olduğu İddiaçı1 MMC-yə ******* manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, məşhur bir MMC-nin direktorunun barəsində cinayət işinin başlanması İddiaçı2 işgüzar nüfuzunun zədələnməsinə, insanların müəssisəyə olan etibarının sarsılmasına, bununla da müəssisənin keçmiş və gələcək fəaliyyətinə ciddi zərbə vurulmuşdur. Həmçinin, əsassız cinayət təqibinə məruz qaldığı illər ərzində müəssisə iqtisadi rəqabətdə mövcudluğunu qorumaq və tamamilə fəaliyyətinə xitam verilməməsi üçün işçilərlə əmək münasibətlərini davam etdirmiş, əmək haqqlarını öz daxili imkanları hesabına ödəmiş, faktiki olaraq hərtərəfli maddi ziyana uğramışdır. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri, iş üzrə ədalətli və obyektiv ibtidai araşdırmanın aparılmamasının nəticəsidir ki, İddiaçı2 hüquqları pozulmuş, onun direktorunun barəsində əsassız olaraq cinayət işi açılmaqla öz tanışları arasında, yaşadığı yerdə işgüzar nüfuzu zədələnmişdir iddiaçılardan İddiaçı2 qarşı əsassız ittihamın irəli sürülməsi, bu ittihamla əlaqədar qeyd edilən şəxsin uzun müddət istintaq nəzarətində olması, uzun müddət təqsirləndirilən şəxs münasibəti görməsi və həmin cinayət işi üzrə yekunda ittihamverici əsaslar olmadan bəraət alması, əsassız başlanan cinayət işinə görə direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, ixtiraçısı və patent sahibi olduğu ağ naftalan məhsullarının istər xarici, istərsə də daxili bazarlara çıxa bilməməsi İddiaçı2 düşdüyü vəziyyətin nə qədərə gərgin olduğunu, onu saldığı ruhi sarsıntının miqyasını orta düşüncəli insan belə dərk edə bilir. Ömründə bir dəfə də olsun məhkumluğun nə olduğunu bilməyən, uzun illər ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ölkə büdcəsinə külli miqdarda vergi ödəyən, sahibkarlığa dair keçirilən ölkə əhəmiyyətli tədbirlərdə yüksək qonaq statusukimi bir münasibət görən bir şəxsi ahıl və yaşlı çağında şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmək, ona ittiham vermək bu iş üzrə ibtidai istintaqı aparan şəxslərin “yüksək peşəkarlığından və obyektivliyindən” xəbər verir. 2017-ci ildən başlamaqla 5 ilə yaxın bir müddətdə şəxsi gərgin vəziyyətdə saxlamaq, dəfərlərlə əsassız olaraq istintaq orqanının çağırışlarına çağırmaq və nəhayət olaraq tərtib etdikləri ittiham aktının əsassızlığının məhkəmədə sübuta yetirilməsi hesab edirik ki, bir şəxsin mənəvi sarsıntı keçirtməsininin sübuta yetirildiyinin təsdiqi üçün yetəri qədər əsas təşkil edir. Ölkə büdcəsinə illərdir külli miqdarda vergi ödəyən bir sahibkarı vergi ödəməkdən yayınmaqda ittiham etməklə, cinayət işini aparan bir müstəntiqi cinayətkar olmaqda ittiham etmək arasında heç bir fərq yoxdur. Məntiq hər ikisində də eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə də, “Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. AR Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, məhkəmələr mənəvi zərərlə bağlı məsələlərə baxarkən və mənəzi ziyanla bağlı məbləği müəyyən edərkən hər iki tərəfin statusunu və iqtisadi vəziyyətini nəzərə almalıdırlar. Bu səbəbdən müəyyən edilən mənəvi zərərin məbləği qarşı tərəfi bu hərəkətdən çəkindirəcək səviyyədə olmalıdır. Belə ki, mənəvi zərərlə bağlı müəyyən ediləcək aşağı həddi məbləğ gələcəkdə ibtidai istintaq orqanını belə hərəkətləri həyata keçirtməyə yenidən həvəsləndirə bilər. Yəni “mənəvi zərərin məbləği onsuz da aşağıdır, pulumu verərəm, yenə eyni hərəkətə yol verərəm” prinsipinə yol verilməməsi üçün məhkəmələr bu xüsusatları nəzərə almalıdırlar. Nəzərə alınsa ki, bəraət almış şəxs İddiaçı2 haqsız və qanunsuz olaraq təqsirləndirilməsinə səbəb olmuş ibtidai istintaqı aparan orqanın, həmin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun addımları atarkən hər zaman dövlətin yəni Azərbaycan Respublikasının adından çıxış etmişlər. Hesab edirlər ki, yuxarıda mənəvi zərərə məruz qalmasına əsas olan halların tərəflərindən qeyd edilməsi, maddi və əmlak dəyəri ölçülməyən, şəxsə bilavasitə bağlı olan hüquqların ibtidai istintaq orqanı tərəfindən pozulması mənəvi zərərin tələb edilməsi üçün hüquqi əsas təşkil edir. Yuxarıda qeyd edilənlərdən və qanunvericiliyin tələblərindən də göründüyü kimi, İddiaçı2 rəhbəri olduğu İddiaçı1 MMC-nin barəsində vergi orqanı tərəfindən tərtib edilmiş əsassız səyyar vergi yoxlaması aktı və bu aktın əsasında MMC-nin direktoru İddiaçı2 haqqında açılmış cinayət işinin yekununda sonuncunun barəsində bəraətverici əsaslarla hökmün qəbul edilməsi və yuxarı instansiya məhkəmələri tərəfindən də bu hökmün qüvvədə saxlanılması onun məruz qaldığı maddi ziyanın və bununla yanaşı mənəvi zərərin məhkəmə qaydasında tələb edilməsi üçün faktiki və hüquqi zəmin vardır. İddia ərizəsində tələb edilən maddi ziyanla yanaşı mənəvi ziyan qismində cavabdeh orqandan 100000 manat mənəvi zərərin də İddiaçı2 ödənilməsi üçün hüquqi əsaslar mövcuddur.
6. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC və İddiaçı2 hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı1 MMC və İddiaçı2 hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsihaqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. İddiaçının hüquqlarının pozulmasına səbəb olmuş qanunsuz hərəkətlər ilə bağlı vəzifəli şəxslər barəsində Cinayət-Prosessual Məcəllənin 355-ci maddəsinə əsasən dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu müəyyən olunduqda məhkəmə tərəfindən həmin şəxslər barəsində xüsusi qərar çıxarıla və tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə göndərilə bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediadaNazirliyin fiziki şəxslərə ziyan vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə maddi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı fəaliyyəti zamanı hansı məbləğdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə olaraq göndərilmiş Goranboy rayon Məhkəməsinin 1(045)-03/2019 saylı hökmündə mötəbər sübut qismində qəbul edilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, İddiaçı1 MMC 2015-ci ildə 368054,79 manat məbləğində zərərlə fəaliyyət göstərmişdir, iddia olunan «əldən çıxmış mənfəətin» müəyyən olunması və hesablanması qeyrimümkündür. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Habelə, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin baş verməməsinə görə bəraət verilməsi ilə ərizəçinin iddia etdiyi maddi ziyan arasında heç bir səbəbli-əlaqə görünmür. Bundan başqa, iddiaçı barəsində cinayət işi başlandıqdan sonra İddiaçı1 MMC-nin fəaliyyətini dayandırmasını və bununla bağlı ona maddi ziyana məruz qalmasını qeyd etsə də, bununla bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti tərəfindən iddia tələbinə qarşı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığ 2015-2021-ci illər üçün ******* manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı2 iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İddiaçı iddia tələbində İddiaçı1 MMC-nin 2013-2015-ci illər ərzində xalis mənfəətinin ******* manat olduğunu, bir il ərzində isə xalis mənfəətin ******* manat olduğunu, buna görə də 6 il ərzində (2015-2021) müəssisənin itirdiyi xalis mənfəətin ******* manat olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergi tutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividendi, faiz, royaltı vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxan (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəət. Göründüyü kimi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərqdən ibarətdir (Gəlirlər-xərclər mənfəət). İddiaçının 2013-cü il üzrə gəliri 1226940,09, xərc 1200206,79, mənfəəti 26733,30, mənfəət vergisi 5346,66 manat olmuşdur. 2014-cü il üzrə gəliri 438.909,00, xərci 395018, mənfəəti 43891, mənfəət vergisi 8778,20 manat olmuşdur. 2015-ci il üzrə gəliri 1618180,10, xərci 1611863,69, mənfəəti 6316,41, mənfəət vergisi 1263,28 manat olmuşdur. Göründüyü kimi, müəssisənin xalis mənfəəti iddiaçının dediyi kimi illik ******* manat deyil. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsinə nəzər saldıqda əvvəlki dövrlərdə olduğu kimi 2015-2021-ci illər ərzində də vergi və digər icbari ödənişlərini ödəməkdən yayınmamışdır. Bu da onu deməyə əsas verir ki, vergi ödəyicisi barəsində ibtidai araşdırmanın aparılması, bank hesablarına sərəncam qoyulması onun fəaliyyətinə mənfi təsir göstərməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(006)- 1787/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, İddiaçı2 barəsində cinayət təqibi aparılmış, eləcə də başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. İşdə olan sənədlərə əsasən sonda bəraətlə nəticələnən cinayət təqibinin aparılma müddəti 7 ay, iltizamın tətbiq edildiyi müddət isə 12 ay təşkil etmişdir. Məhkəmə qanunsuz cinayət təqibinə məruz qalmış şəxslərin mənəvi ziyan tələblərinə baxılması nəticəsində yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçı barəsində aparılmış cinayət təqibi müddətinə görə mənəvi ziyan məbləğini 1400 manat (hər ay 200 manat olmaqla, 7 ay x 200 manat), eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3600 manat (hər ay 300 manat olmaqla, 12 ay x 300 manat) olmaqla, ümumilikdə 5000 manat müəyyən edilməsini ədalət baxımından mümkün hesab edir. Məhkəmə maddi zərər tələbinə münasibətdə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçılar maddi ziyan tələbini İddiaçı2 barəsində ibtidai araşdırmanın və məhkəmə istintaqının aparılması zamanı sonuncunun direktoru olduğu müəssisənin bank əməliyyatları üzrə qadağanın qoyulması nəticəsində maddi itkilərə məruz qalması və müəssisənin illik gəlirindən məhrum olması ilə əlaqələndirmişlər. İddiaçı2 həm özünə, həm də direktoru olduğu müəssisəyə maddi zərər dəydiyinə istinad etsə də, təqdim etdiyi iddia ərizəsindən aydın olur ki, ərizədə müəssisəyə dəymiş ziyandan bəhs edilir. Yəni iddiaçının şəxsən özünə dəymiş maddi ziyanın nədən ibarət olması iddia tələbi ilə aydın deyil. Digər tərəfdən işin yuxarıda araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cinayət təqibi məhz müəssisənin direktoru barəsində aparılmış, iltizam İddiaçı2 barəsində tətbiq edilmiş, yekunda İddiaçı2 barəsində aparılmış araşdırma bəraət hökmünün qəbul edilməsi ilə nəticələnmişdir. Bu araşdırmaların aparıldığı dövrdə müəssisənin bank əməliyyatları üzrə qadağa tətbiq edilmiş olsa belə, müəssisə barəsində ayrıca bir araşdırmanın aparılması və yaxud cinayət hüquqi-tədbirlərdən hər hansı birinin tətbiq edilməsi müəyyən olunmur. Bununla belə maddi zərər tələbinin obyektiv araşdırılması baxımından məhkəmənin sorğusu əsasında İddiaçı1 MMC-nin 2013-2021-ci illər ərzində mənfəəti barədə aidiyyəti qurumun məktubu təqdim edilmişdir. Məktuba baxış keçirdikdə İddiaçı1 MMC-nin illər ərzində əldə etdiyi xalis mənfəəti barədə məlumatlar öz əksini tapmış, müəyyən dövr ərzində məbləğlərdə fərq müəyyən olunsa da, bank əməliyyatları üzrə qadağanın tətbiq edildiyi dövrdə müəssisənin fəaliyyətsiz qalması öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı2 dəymiş maddi zərərin nədən ibarət olması əsaslandırılmadığı kimi, müəssisəyə də dəymiş ziyanın nədən ibarət olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, maddi ziyan tələbinin əsassızlığı həmçinin ondan ibarətdir ki, müəssisəyə və onun direktoruna dəymiş maddi ziyan kifayət qədər yüksək məbləğdə tələb edilsə də, müəssisəyə və onun direktoruna dəymiş ziyanın məbləğləri ayrı-ayrılıqda göstərilməməklə yanaşı, sonda ödəniləcək maddi ziyan məbləğinin müəssisəyə deyil, təkcə İddiaçı2 ödənilməsi tələb edilmişdir. Bununla da hər iki iddiaçının maddi ziyan tələbləri sübuta yetirilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1101.1, 1102.1-ci maddələri, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 56-cı, 57-ci, 58-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə prosesslərinə cavabde h qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə mülki işdə olansənədləri əsas gətirərək iddiaçının barəsində aparılmış cinayət təqibinin müddətinə görə mənəvi ziyan məbləğini 1400 manat (hər ay 200 manat olmaqla 7 ay x 200 manat), şəxsin barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə tətbiq edildiyi müddətə görə 3600 manat (hər ay 300 manat olmaqla 12 ay x 200 manat) müəyyən etmişdir. Məhkəmə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı müddətə prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi (“başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin) müddəti aid etməyərək kobud pozuntuya yol vermişdir. Digər diqqət yetirilməli məqam isə ondan ibarətdir ki, 14 sentyabr 2017-ci il tarixdə cinayət işi başlanılmış, qeyd edilən cinayət işi ilə bağlı İddiaçı2 02 aprel 2018-ci il tarixində ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə İddiaçı2 qarşı irəli sürülən ittiham üzrə ona bəraət verilmişdir. Göründüyü kimi iddiaçının barəsində cinayət təqibinin başlandığı müddətlə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçildiyi müddət üst-üstə düşür. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 5000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Fikrimizcə CinayətProsessual Məcəllənin yuxarıdasadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Bundan başqa Ali Məhkəmənin 03 noyabr 2023-cü il tarixli, 2(102)-3095/2023 saylı qərarına əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir. Məhkəmə sözügedən qətnamənin əsaslandırıcı hissəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə bağlı formalaşmış təcrübəni başqa yerə getməmək haqqında qətimkan tədbirinə münasibətdə tətbiq edərək kobud pozuntuya yol vermişdir. Belə ki, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanının icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilmə və polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Lakin başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri icraat zamanı şəxsin vəzifələrini yerinə yetirməsi ilə bağlı sadəcə yazılı öhdəlikdir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin qeyd edirik ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir
15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
19. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra; Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir; Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir; Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
20. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunu:
Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir
21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Belə ki, cavabdehin şikayətin dəlilləri əsasən, Maliyyə Nazirliyinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması, Nazirliyin ümumiyyətlə bu kateqoriya işlər üzrə qətnaməni icra etmək səlahiyyətinin olmaması ilə bağlıdır.
27. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
28. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət büdcəsinin vəsaiti əsasında ödənilməsi isə birbaşa qanunun tələbi olduğundan Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh olması doğru olmuşdur.
29. Cavabdehin digər şikayət dəlili - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməməsi barədə dəlil də əsassızdır ona görə, bu tələb hazırkı mübahisənin predmeti deyildir və cavabdehin göstərdiyi təqsirli şəxslər də hazırkı icraat çərçivəsində müəyyənləşdirilə bilməz.
30. Hazırkı iş üzrə iddiaçı isə bəraət almış təqsirləndirilən şəxsdir və cinayət prosessual qanunvericilikdə bu kateqoriya şəxslərə vurulmuş ziyanın ödənilməsi qaydası və şərtləri Məcəllənin 56-63-cü maddələri ilə tənzimlənir. Məcəllənin 58.2-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs də daxil olmaqla vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
31. Məhkəmə kollegiyası iddiaçı barəsində aparılmış cinayət təqibi müddətinə görə mənəvi ziyanın məbləğini 1400 manat (hər ay 200 manat olmaqla, 7 ay x 200 manat) müəyyən olunması ilə razılaşsa da, başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə hər ay 300 manat hesablanması ilə razılaşmır və qeyd edir ki, formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən bu növdə qətimkan tədbiri tətbiq olunduğu təqdirdə hər ay 250 manat məbləğində pul vəsaiti tutulur. Çünki, bu qətimkan tədbiri tətbiq olunarkən digər ağır, məsələn həbs, ev dustaqlığı kimi qətimkan tədbirləri ilə müqayisədə məhrumiyyətlərə səbəb olmur. Həmin qətimkan tədbirdlərində şəxsin azadlıq hüququ məhdudlaşdırılırsa, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin mahiyyəti şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin tətbiqi ilə məbləğ hər ay üçün 250 manat müəyyən olunmalıdır.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mənəvi zərərin məbləği hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(006)- 1787/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(006)- 1787/2024 nömrəli qətnaməsi dəyişdirilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə İddiaçı2 Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan vəsaitin məbləği 4400 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.