Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2160/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehin nümayəndəsi X6, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(010)- 3068/2020 nömrəli qətnaməsindən və ddiaçı Cavabdeh İddiaçınə qarşı “bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(006)-1607/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 646,03 ABŞ dolları əsas borc, 54,27 ABŞ dolları faiz borcu və 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun isdifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticə cavabdehin kredit müqaviləsi üzrə 23.06.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 646,03 ABŞ dolları əsas, 54,27 ABŞ dolları faiz, 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(010)- 3068/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 646,03 ABŞ dolları əsas, 54,27 ABŞ dolları faiz, 5,00 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 705,30 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dşvlət rüsumunun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Həmçinin, iddiaçı Cavabdeh «xxxx» KB ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı «bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» KB ASC arasında bağlanmış 15.12.2014-cü il tarixli 10856nkADJ/14 saylı kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15.12.2014-cü il tarixdə «xxxx» KB ASC ilə müqavilə bağlamış və 2.550 ABŞ dolları məbləğində pul vəsaiti ona kredit şəklində verilmişdir. Məlum müqavilə üzrə öhdəliklərini vaxtı-vaxtında icra etmişdir. Ölkədə baş vermiş məlum devalvasiyaların nəticəsi olaraq ABŞ dolları Azərbaycan manatı qarşısında bahalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə problemli ABŞ dolları kreditləri məsələsi öz həllini tapmışdır. Azərbaycan Respublikası Maliyyə X4 kompensasiya cədvəlinə əsasən ona 1.731 manat kompensasiya hesablanaraq, həmin məbləği cavabdehdən geri götürmüşdür. Lakin 2019-cu ilin may ayında ona məlum olmayan səbəblərdən hər ay üçün ondan 87 manat məbləğində pul vəsaiti tutulur və «xxxx» KB ASC-nin əməkdaşları tərəfindən dəfələrlə ona zəng edərək bildirirlər ki, onun hələ müqavilə üzrə borcu mövcuddur. Dəfələrlə «xxxx» KB ASC-nin rəhbərliyinə və məsul şəxslərinə aralarında bağlanmış müqaviləyə xitam verilməsini xahiş etsə də, bank tərəfindən buna məhəl qoyulmamışdır. Dəfələrlə pretenziya qaydasında cavabdehə müraciət etsə də, bu günə kimi müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1607/2020 saylı 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərlə əsaslandırılmışdır. Hər iki qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya instansiyası məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə isə iddiaçı olan Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətlərini müdafiə edərək, hər iki qətnamənin ləğv olunmasını, Cavabdeh iddiasının təmin, “xxxx” KB ASC-nin iddiasının isə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh bank qarşısında üzərində götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan baş vermiş devalvasiya nəticəsində öhdəliklərini tam icra edə bilməmiş və bank qarşısında müəyyən məbləğ borcu qalmışdır. Lakin sonradan verilmiş məlum prezident fərmanı nəticəsində ona kompensasiya ödənilmişdir. Hesab edir ki, əgər borcu olsaydı, bank həmin kompensasiya məbləğindən borcu çıxıb, yerdə qalan məbləği ona ödəyərdi. Bundan başqa, Mərkəzi Bankın və keçmiş MBNP-nın rəsmi kredit reyestrlərində də onun adına borcun olmadığı qeyd edilmişdir. Bu səbəbdən də hesab edir ki, iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəmələri düzgün qərar qəbul etməmişlər. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, həqiqətən də məlum Prezident Fərmanına uyğun olaraq qarşı tərəfə kompensasiya ödənilmişdir. Lakin kompensasiya ödənilərkən, texniki yanlışlıq olaraq həmin məbləğdən qarşı tərəfin əsas borc məbləği tam olaraq silinməmiş, nəticədə cavabdehin kredit üzrə borcu ödənilməmiş qalmışdır. Bundan sonra Cavabdeh borcun qalıq hissəsinin ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, bundan imtina etmişdir. Hesab edir ki, kompensasiyanın ödənilməsi zamanı yol verilmiş texniki yanlışlıq cavabdehin kredit öhdəliyi üzrə borcunun silinməsi anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, faiz borcunun tutulması hissəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşdə olan 15.12.2014-cü il tarixli 10856nkADJ/14 saylı Kredit və bank hesabı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, həmin müqaviləyə əsasən «xxxx» KB ASC tərəfindən Cavabdeh illik 25 faizlə 24 ay müddətə istifadə etmək üçün 2550 ABŞ dolları kredit verilmiş və cari hesab açılmış, cavabdeh həmin məbləği 24 ay müddətinə hər ay 137 ABŞ dolları, sonuncu ay isə 114,19 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 23.06.2020-ci il tarixli BANK/PİKMD/901703 nömrəli maliyyə arayışından görünür ki,15.12.2014-cü il tarixli 10856nkADJ/14 saylı kredit müqaviləsi üzrə 646,03 ABŞ dolları əsas borc, 54,27 ABŞ dolları faiz borcu və 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları kredit borcu vardır. Həmçinin, iş materiallarına əlavə edilmiş 18.02.2020-ci il tarixli BANK/PİKMD/901703 nömrəli digər maliyyə arayışından görünür ki, 10856nkADJ/14 saylı kredit müqaviləsi üzrə 646,03 ABŞ dolları əsas borc, 31,59 ABŞ dolları faiz borcu və 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları kredit borcu vardır. İş matariallarına əlavə edilmiş 30.03.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 646,03 ABŞ dolları əsas borc, 36,89 ABŞ dolları faiz borcu və 72,02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 754,94 ABŞ dolları kredit borcu məbləğini 3 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı fərmanına əsasən Cavabdeh 1731,74 manat məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası işin araşdırılan hallarını, tərəflərin izahatlarını araşdıraraq bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 15.12.2014-cü il tarixli 10856nkADJ/14 saylı Kredit və bank hesabı müqaviləsi üzrə Cavabdeh 2550 ABŞ dolları məbləğində borc verilmiş, lakin borcu Cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərini tam icra etməmiş, nəticədə onun bank qarşısında borcu yaranmışdır. Həmin borcun məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, borc verən Bank tərəfindən məhkəməyə ayrı-ayrı tarixlərdə təqdim edilmiş maliyyə arayaşlarında, həmçinin borcuya göndərilmiş Bildirişdə əsas borc məbləği 646,03 ABŞ dolları göstərilsə də, faiz borcunun məbləği 36,89 ABŞ dolları, 54,27 ABŞ dolları və 31,59 ABŞ dolları olmaqla, müxtəlif məbləğlərdə göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi 2014-cü ildə 24 ay müddətinə bağlandığından və onun müddəti 2016-cı ildə başa çatdığından və həmin dövrdən sonra əsas məbləğ üzrə faizlərin hesablanması aparılmadığından, faiz borcu ilə bağlı qeyd edilən sənədlərdəki fərqlərin hansı səbəbdən yaranması başa düşülən deyil. Həmçinin, məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi də bu məsələyə aydınlıq gətirə bilməmişdir. Ona görə də, kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcunun məbləği 20 iyun 2020-ci il tarixdə tərtib edilmiş maliyyə arayışında göstərilən məbləğdə – 31,59 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, borclu Cavabdeh 15.12.2014-cü il tarixli 10856nkADJ/14 saylı Kredit və bank hesabı müqaviləsi üzrə banka olan borcunun tam ödənilmədiyi müəyyən edildiyindən, onun banka qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsinə dair iddiası əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh bu iddia tələbini irəli sürərkən onun tərəfindən bank qarşısında öhdəliklərinin tam icra edilməsinə və onun banka borcunun qalmamasına istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsinin kompensasiya ödənilən vaxtadək həqiqətən də borclunun banka borcu qaldığını etiraf etməsinə, həmçinin araşdırılan digər sübutlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən tam icra edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi tam icra olunmaması həmin müqavilə üzrə öhdəliklərə borclunun tələbi əsasında xitam verilməsini mümkünsüz edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin müəyyən edilmiş hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri Suraxanı rayon məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsinə münasibətdə qismən təmin edilməli, qətnamə faiz borcu məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği azaldılaraq 31,59 ABŞ dolları həddində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətləri həmin qətnamənin qalan hissəsinə, həmçinin Nəsimi rayon məhkəməsinin 18.02.2020-ci il tarixli qətnaməsinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.0.1-ci və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, yaxud qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qətnamənin Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə həll edilmiş borc məbləğinin tutulmasına dair hissəsi üzrə iddianın qiyməti 2000 manatdan az olduğundan həmin hissədə qətnamədən şikayət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(010)- 3068/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh tutulmalı olan faiz borcunun məbləği azaldılaraq 31,59 ABŞ dolları müəyyən edilsin. Apellyasiya şikayətləri digər hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində onun müqavilə üzrə öhdəliyə xitam verilməsinə dair hissəsindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Elşən Kazımov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2160/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2160/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver