Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2161/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Yusif Məmmədovun iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair 2(010)-2774/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, cəmi 436 manat, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, cəmi 159 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, cəmi 2352 manat, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu üçün 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, cəmi 210 manat, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, cəmi 1338 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 22 manat, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, cəmi 390 manat, ümumilikdə 4907 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4937 manat məbləğində pulun Cavabdeh “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Künc divan Adona-Mobilya mebel, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon, Foriella- Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu, Sonorous surefix asqı və "Hoffmann" markalı LED televizor almış və nəticədə 4907 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1608 manat olan Foriella- Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün umumilikdə 436 manat olmaqla, ondan 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 159 manat olmaqla, ondan 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2254 manat olan Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün ümumilikdə 2352 manat olmaqla, ondan 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 manat olan İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 210 manat olmaqla, ondan 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1219 manat olan mebel dəsti üçün ümumilikdə 1338 manat olmaqla, ondan 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 24 manat olan Sonorous surefix asqı üçün ümumilikdə 22 manat olmaqla, ondan 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 330 manat olan "Hoffmann" markalı LED televizor üçün ümumilikdə 390 manat olmaqla, ondan 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2664 manat təşkil edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 345 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 2088 manat, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1183 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 310 manat, ümumilikdə 3948 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3978 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına uyğun qərar vermişdir. Hesab edir ki, bu düzgün deyil. İş üzrə ekspertiza təyin edilməli və onun real borcu müəyyən edilməli idi. Sübut kimi qeyd etmək olar ki, proses zamanı iddia ərizəsi ilə tanış olduqda görüb ki, həmin əmlaklardan “Samsung Galaxy A6” mobil telefona olan borcunu tam ödədiyi halda iddiaçı həmin telefonla bağlı 148 manat ödənilməmiş hissənin və 11 manat dəbbənin tutulmasını məhkəmədən xahiş etmişdir. O zaman belə çıxır ki, cavabdeh prosesdə iştirak etməsə idi və ya diqqətdən yayınsa idi hakim iddiaçının təqdim etdiyi maliyyə arayışına uyğun olaraq həmin məbləğin də ondan tutulması barədə qərar qəbul edəcəkdi. Bundan başqa, iddiaçı iddia ərizəsində “Samsung” markalı soyuducunun 195 manat ödənilməmiş hissəsinin və buna görə 15 manat dəbbə pulunun tutulmasını göstərmişdir. Proses zamanı cavabdeh belə bir əşya götürmədiyini və nə üçün iddiaçının bu məbləğlə onu yüklədiyinin səbəbini soruşduqda qarşı tərəfin nümayəndəsi telefonla öz ofislərinə zəng edərək məsələni aydınlaşdırmış və bunun yalnış olduğunu və texniki səhv kimi ərizəyə düşdüyünü bildirmişdir. Cavabdehdən üzrxahlıq etmək əvəzinə qarşı tərəf iddia tələbinin azaldılması haqda ərizə verməli və həmin hissəni tələbdən çıxarmalı idi. Göründüyü kimi bu hala da məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Deyilənlər bir daha işə səthi baxıldığını, işin tam araşdırılmadığını və qərarla işin hallarının bir-birinə uyğun gəlməməsini təsdiq edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun üzrlü səbəblərini təsdiq edən sübutlar təqdim etməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Künc divan Adona-Mobilya mebel satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 16 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə mebel dəsti satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Sonorous surefix asqı satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 11 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Hoffmann" markalı LED televizor satılmışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, borclu Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla, ümumilikdə 2715 manat ödənilməmiş hissə, 485 manat dəbbə pulu borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1 və 600.4-cü maddələrinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Satıcı qismində İddiaçı MMC eyni məzmunlu həmin müqavilələrə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və məhsulları alıcı olan Cavabdeh mülkiyyətinə vermişdir, bu hal təhvil təslim aktları ilə öz təsdiqini tapır və mübahisə olunmur. Lakin alıcının müvafiq müqavilələr üzrə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, alıcı Cavabdeh satıcı olan İddiaçı MMC ilə qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Bununla yanaşı, cavabdeh tutulması qət edilən borcu mübahisələndirsə də, həmin borcun əsassız olması və (ya) düzgün hesablanmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2774/2020 nömrəli mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2161/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2161/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver