Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2162/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Tərcüməçi X3 qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3566/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 20 dekabr 2017-ci il tarixli podrat müqaviləsinə xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20 dekabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməyən 5580 manat və müqavilədən kənar görülmüş işlərə görə 1500 manat olmaqla, cəmi 7080 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Cavabdeh1 məxsus 0,016 ha torpaq sahəsi üzərində 36 kv.m sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar iddiaçı ilə Cavabdeh1 arasında 20.12.2017-ci il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin yaşayış evinin tikintisini 30.09.2018-ci il tarixdə başa çatdırıb Cavabdeh1 təhvil verməli idi. Qeyd edilən müqavilə ilə əlaqədar tərəflər arasında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh1 ilkin olaraq 5400 manat ödəməklə, sonradan isə 06.12.2020-ci il tarixədək hər ay 265 manat olmaqla müqavilə ilə qalan məbləği iddiaçıya ödəyib qurtarmalı olmuşdur. İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirərək, 30.09.2018-ci il tarixdə yaşayış sahəsini hazır etmiş, yaşayış üçün yararlı hala gətirmiş, lakin sonradan sifarişçi evin daxili və fasad suvağının vurulmasını iddiaçıya sifariş etmiş, bu işlərin görülməsi üçün əlavə iki ay vaxt lazım olmuşdur. Bundan əlavə isə divarın hörülməsində qonşu ilə olan mübahisə üzündən divarı cəmi 5 daş hündürlüyündə inşa etmiş, divarı tamamlaya bilmədiklərinə görə Cavabdeh1 evi təhvil almamışdır. Buna baxmayaraq Cavabdeh1 06.02.2019-cu il tarixədək ödəməli olduğu pul vəsaitini mütəmadi olaraq ödəmişdir, 06.02.2019-cu il tarixdən isə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. 12.01.2019-cu il tarixdə isə Cavabdeh2 Cavabdeh1 evin tikintisi üçün ödəməli olduğu məbləği iddiaçıya ödəməyi yazılı surətdə öz öhdəsinə götürmüş, bu barədə 28.03.2019-cu il tarixdə yeni ərizə verərək, Cavabdeh1 öhdəliyinə zamin olmasını bildirmişdir. Cavabdeh1 06.02.2019-cu il tarixdən öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçı bu barədə cavabdehə bildiriş göndərmiş, ona qarşı məhkəmədə iddia qaldıracağını bildirmiş, bununla əlaqədar zamin Cavabdeh3 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 zamin durmuş, ödənilməyən məbləğlərin ödəniləcəyinə zəmanət vermiş və zaminliyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq Cavabdeh1 müqavilə üzrə heç bir məbləğdə pul ödəməmiş, zaminlər də öz öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı cavabdehlərdən ödənişləri tələb etdikdə isə Cavabdeh2 ona yazılı məlumat göndərərək, fərdi yaşayış evinin tikintisini başa çatdırmağı tələb etmidir. Halbuki, həmin evin tikintisi artıq çoxdan başa çatdırılmış, evin müqavilədə nəzərdə tutulan bütün tikinti işləri yerinə yetirilmişdir. Yəni iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq 06.02.2020-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin iddiaçıya 5580 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 podrat müqaviləsində nəzərdə tutulmayan tikinti işlərini – daxili və fasad suvağının vurulmasını sifariş etməsi və bu işlərin də onlar tərəfindən yerinə yetirilməsi nəticəsində müqavilənin dəyəri 1500 manat da artmışdır ki, bu məbləği də Cavabdeh1 iddiaçıya ödəməlidir. İddiaçı cavabdehə bu barədə yazılı xəbərdarlıq da vermiş, 20.12.2017-ci il tarixli Podrat müqaviləsi üzrə ödənilməyən 5580 manat və müqavilədən kənar edilmiş sifarişə görə 1500 manat olmaqla, cəmi 7080 manat məbləğin ödənilməsini tələb etdikdə isə cavabdeh ödəniş etməkdən imtina etmiş, iddiaçıya ödəməli olduğu məbləği ödəməmişdir. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə iddiaçı dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti artıq keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3566/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin göstərmişdir ki, RX Seriyalı ******* №-li, 02 fevral 2018-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0.016 ha hissəsi icarə hьququnun alqısatqısı müqaviləsi əsasında Cavabdeh1 icarəsindədir. Həmin torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Abşeron RİH-nin balansındadır. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Cavabdeh1 məxsus 0,016 ha torpaq sahəsi üzərində 36 kv.m sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla Cavabdeh1 arasında 20 dekabr 2017-ci il tarixli Podrat Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, qeyd edilən torpaq sahəsi üzərində Cavabdeh1 sifarişi ilə yaşayış evi tikmişdir. Həmin ev tikilib başa çatdırılmış, torpaq sahəsinin hüquq sahibi olan Abşeron RİH tərəfindən həmin evin tikintisinə dair heç bir pretenziya bildirilməmişdir. Belə olduqda isə sifarişçinin sifarişi əsasında inşa edilmiş bir tikiliyə görə podratçı heç bir məsuliyyət daşıya bilməz və bu hal sifarişçinin üzərinə götürdüyü öhdəlikdən azad etmir. Belə ki, sifarişçi qeyd edilən torpaq sahəsi üzərində yaşayış evi tikilməsini sifariş etmiş və bu sifariş üçün müəyyən məbləğdə pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərində evin inşa edildiyi torpaq sahəsinin təyinatı üzrə istifadə edib-etməməsi öhdəliyi sifarişçiyə aiddir və sifarişçi torpaq sahəsinin təyinatı üzrə istifadə etməyərək, həmin sahə ilə əlaqədar hər hansı bir müqavilə bağlaması onu bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir. Bir sözlə əgər məhkəmə belə hesab edirsə ki, sifarişçi torpaq sahəsini təyinatı üzrə istifadə etməyərək mülki hüquq pozuntusu törətməklə həmin sahə üzərində ev inşa edilməsi barədə podrat müqaviləsi bağlamışdır, bu zaman məhkəmə, yerinə yetirilməmiş öhdəliyin ya müqavilə üzrə yaranmış öhdəlik qismində və yaxud da mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin ödənilməsi öhdəliyi qismində cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul etməli idi. Bundan əlavə məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 337.1 və 337.3-cü maddələrinə istinad etmişdir. Bununla əlaqədar bildirir ki, hətta aralarında bağlanmış Podrat Müqaviləsinə Mülki Məcəllənin 337.3-cь maddəsinə əsasən əhəmiyyətsiz əqd kimi qiymət verilsə idi belə bu zaman, məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən onun tərəfindən həmin əqd üzrə göstərdiyi xidmətin dəyərini cavabdehdən tutmalı idi. Beləliklə də birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq, işin hallarına düzgün hüquqi qiymət verməmiş, cavabdehi podrat müqaviləsi üzrə ьzərinə gцtьrdьyь цhdəlikdən azad edib, həmin mьqavilə ьzrə ona dəymiş maddi zərərin aradan qaldırılmalı olub-olmaması halını araюdırmamıюdır. Apellyasiya baxışı zamanı yaranmıю zərurətlə əlaqədar olaraq Cavabdeh1 aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.1.6 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli Podrat müqaviləsinə əlavə edilmiş layihəyə uyğun olaraq tikilib-tikilmədiyinin, həmçinin tikintiyə nə qədər vəsait xərcləndiyinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri tam həyata keçirməyərək, evi razılaşdırılmış qaydada hazır etməmişdir. Tərəfindən 14000 manat da iddiaçıya ödənilsə də, iddiaçı ondan əlavə olaraq 5500 manat vəsait də tələb edir. Aralarında razılığa əsasən fərdi yaşayış evini 36 kv.m olmaqla tikib təhvil verməli idi, lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək fərdi yaşayış evini 28 kv.m olmaqla tikmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan podratçı İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli Podrat müqaviləsinə əsasən “podratçı” “sifarişçi” yə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.16 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. ”Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi” nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Tikinti 30.09.2018-ci il tarixdə başa çatdırılır. İş materiallarında olan həmin müqavilənin hesablaşma qaydası, ödənişlər başlıqlı 3cü bəndinə əsasən Abşeron rayonu, Abşeron quşçuluq Sovxozu ərazisində sifarişçiyə aid olan 0.16 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tikintisinə görə “sifarişçi” tərəfindən “podratçı” ya 14940 AZN nağd və kredit yolu ilə ödəniləcəkdir. 1ci mərhələdə 5400 manat ödənilir, qalan məbləğ kredit cədvəlində qeyd olunan ödənişlərlə 36 ay müddətinə ödənilməlidir. İş materiallarında olan seriya RX ******* № li, 02.02.2018-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0.016 ha hissəsi icarə hüququnun alqı-satqısı müqaviləsi əsasında Cavabdeh1 icarə şəklində istifadəsinə verilmişdir. Yüklü edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüffatı təyinatlı torpaqlardır. İş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanmış 28.03.2019-cu il tarixli “zaminlik ərizəsi”ndən görünür ki, o, Cavabdeh1 podrat müqaviləsi üzrə borcunun ödənilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 tərəfindən imzalanmış aktdan görünür ki, o, Cavabdeh1 ilə bağlanmış podrat müqaviləsi üzrə Cavabdeh2 borc məbləğini ödəyəcəyinə zəmanət vermiş və zaminliyi öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, hesab etmişdir ki, yaşayış evinin tikildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Torpaq qanunvericiliyinin tələblərinə əsasən kənd təsərrüffatı təyinatlı torpaqlar yalnız təyinatına uyğun istifadə edilməlidir və torpağın təyinatının dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Bu yanaşmadan irəli gələrək qeyd etmişdir ki, tərəflər arasında yaşayış evinin tikintisi ilə bağlı bağlanmış Podrat müqaviləsi mülki qanunvericiliyin tələbləri baxımından etibarlı hesab edilə bilməz. Belə ki, həmin müqavilə yaşayış sahəsinin tikintisi üçün nəzərdə tutulmayan torpaq sahəsində yaşayış evinin tikintisi sifarişinin verilməsindən ibarətdir. Yəni, müqavilənin predmeti özü özlüyündə qanunvericiliyin imperativ tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbi əsaslı hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmasa da, aşağıdakılara əsasən yekunda iddianın rədd edilməsi nəticəsinə gəldiyindən qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli Podrat müqaviləsinə əsasən “podratçı” “sifarişçi” yə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.1.6 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin yerləşəcəyi torpaq sahəsinin kənd təsərrüftı təyinatlı olması həmin müqavilənin etibarsızlığı üçün əsas deyil, çünki tərəflər arasında podrat müqaviləsi bağlanaraq Cavabdeh1 podratçı İddiaçı Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.16 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisi barədə sifariş vermişdir və podratçı müqavilyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə başlamışdır və qanunvericilikdə kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evinin tikilməsinə dair müqavilənin bağlanmasının qadağan edilməsi barədə norma olmamışdır, sadəcə həmin torpaq sahəsində tikiləcək evin sonradan müvafiq qaydada rəsmiləşdirilməsi zamanı maneələr ortaya çıxacaqdır ki, sifarişçi bunu qabaqcadan bilməklə podrat müqaviləsi bağlayaraq bununla bağlı riskləri üzərinə götürmüşdür. Belə olan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin podrat müqavilənini etibarlı olmamasına dair istinad etdiyi əsaslar düzgün olmamışdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd edilən podrat müqaviləsi ilə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, lakin iddiaçı müqavilə ilə nəzərdə tutulmuş ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisini həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə kollegiyası həmin nəticəyə gəlməsini onunla əsaslandırır ki, apellyasiya baxışı zamanı Cavabdeh1 aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.1.6 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli Podrat müqaviləsinə əlavə edilmiş layihəyə uyğun olaraq tikilib-tikilmədiyinin, həmçinin tikintiyə nə qədər vəsait xərcləndiyinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, təqdim edilmiş ekspert rəyindən isə görünür ki, Cavabdeh1 aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.16 ha torpaq sahəsində inşa edilmiş faktiki sahəsi 28.16 kv. m olan fərdi yaşayış İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli podrat müqaviləsinə əlavə edilmiş lahiyəyə uyğun olaraq inşa edilməmişdir və həmin fərdı yaşayış başa çatmadığından evin tikintisinə sərf olunmuş vəsaitin hesablanması üzrə tədqiqat aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi tam olaraq həyata keçirməyərək, ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tikintisi nəzərdə tutulasa da iddiaçı tərəfindən yalnız faktiki sahəsi 28.16 kv. m olan fərdi yaşayış evi tikilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutuluş məbləğin xeyli hissəsi iddiaçıya ödənilmiş, iddiaçı tərəf isə müqavilə ilə nəzərdə tutulmuş işi tam təhvil vermədən, hazırki iddia ilə məhkəməyə müraciət etməsi əsassız olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbinin - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə sifarişçinin öhdəliklərinə zamin durmaqları ilə bağlı hissəsinə qiymət verməyərək, həmin hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən imzalanmış 12.01.2019-cu il və 28.03.2019-cu il tarixli “zaminlik ərizələri”ndən görünür ki, o, Cavabdeh1 podrat müqaviləsi üzrə borcunun ödənilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh3 tərəfindən imzalanmış aktdan görünür ki, o, Cavabdeh1 ilə bağlanmış podrat müqaviləsi üzrə Cavabdeh2 borc məbləğini ödəyəcəyinə zəmanət vermiş və zaminliyi öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən aminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, zaminlik müqavilələrində qeyd olunan şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İş materiallarından göründüyü kimi Cavabdeh2 zaminliklə bağlı 12.01.2019-cu il və 28.03.2019-cu il tarixlərdə ərizə yazmış, iddiaçı isə hazırki tələblə 17.08.2020-ci il tarixdə məhkəmə müraciət etmişdir, halbuki iddiaçı 28.03.2020-ci ilə qədər zaminə qarşı hər hansı tələblə çıxış etməməklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Digər cavabdehə münasibətdə kollegiyası qeyd edir ki, Cavabdeh3 tərəfindən imzalanmış aktı da zaminlik müqaviləsi kimi nəzərə alınsa belə həmin aktda tarix göstərilmədiyindən həmin əqd əhəmiyyətsiz hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, iddia tələbi məhkəmə kollegiyası tərəfindən araşdırılmış və iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin tam olaraq həyata keçirməsi öz təsdiqini tapmışdır, bununla da iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlididir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddia tələbi rədd edildiyindən apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3566/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) hesabına keçirilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2162/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2162/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver