Məhkəmə qərarları › İş №2(103)-217/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-217/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-217/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Mayis oğluna qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5277/2020 saylı işi üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Mayis oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 54107 manat məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: iş materiallarında olan 05 avqust 2019-cu il tarixli "borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən Cavabdeh "Veysəloğlu” MMC-yə 54107,5 manat borcunun yarandığını tam etiraf etmiş, aylıq 1000 manat olmaqla 55 ay ərzində borcunu tam olaraq ödəməyi öhdəsinə götürmüşdür (səh.15). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5277/2020 saylı işi üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 54107 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq "Veysəloğlu” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 445, 882-ci maddələrinə; Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 05 avqust 2019-cu il tarixli "borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”də borc məbləğinin hansı qaydada və hansı tarixlərdə ödənilməsi öz əksini tapdığından və müqavilədə göstərilən qaydada ödənilməli olduğu halda hazıradək ödənişin edilməməsi nəticəsində iddiaçının hazırki iddiası haqlı olmaqla təmil edilməli, 54107 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "Veysəloğlu” MMC-yə ödənilməlidir. Cavabdeh Mayis oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5277/2020 saylı, xx.xx.20201-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 127-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.3, 217, 358, 360, 362, 385-ci maddəİərinə; İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi bir çox prosesual və maddi pozuntularla müşayət olunmaqdadır. Belə ki, o, sözügedən məhkəmə qərarından yalnız qərar icraya yönəldikdən və Binəqədi Rayonunun İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev mənə zəng etdikdən sonra xəbərdar olmuşdur. İş üzrə müvafiq məhkəmə bildirişləri, sms bildiriş və iddia ərizəsi ona ümumiyyətlə göndərilməmişdir. Yalnız özü sonradan məhkəməyə yazılı müraciət edərək həmin müvafiq sənədləri əldə etmişdir. 05 avqust 2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” kimi bir müqavilə heç vaxt onunla baglanılmamış, onun tərəfdən imzalanmamışdır və İddiaçı MMC-yə qarşı heç bir öhdəliyim yoxdur. Sadəcə olaraq iş üzrə müvafiq sənədlərdən göründüyü kimi iddiaçı tərəf iş üzrə iddia müddətini ötürmüş və bundan sonra belə saxta bir müqavilə ilə ötürülmüş iddia müddətini bir növ bərpa etmişdir. Eyni zamanda hakimin qəbul etdiyi 2(001)-5277/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində tək əsaslandığı borcu təsdiq edici sənəd olan həmin müqaviləyə dair iş üzrə mühim əhəmiyyət kəsb etdiyindən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməli idi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1662/2021 saylı mülki işi üzrə qətnamə qanuni qüvvəyə minənədək, Bakı Apellyasiya əhkəməsinin 2(103)-4081/2021 saylı mülki iş üzrə icraatı dayandırılması qərara alımışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)- 99/2022 (2(007)-1662/2021) saylı mülki işə xx.xx.2022-ci il tarixdə yekun verilmişdir. xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməsi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmiş və həmin qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almış və icra edilməsi üçün Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 385 - 390, 560,882; Mülki Prosessual Məcəlləsinin 77, 80- 82, 88, 372, 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, yeganə istinad edilən sübut - Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-99/2022 (2(007)- 1662/2021) saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia rədd edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Mayis oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5277/2020 saylı işi üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh Mayis oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar