Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2182/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh və vəkili X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4905/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7450 manat borc və dövlət rüsumuna görə ödədiyi 30 manatın, ümumilikdə 7480 manat məbləğin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surəti (səh.23), xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavənin surəti (səh.22), işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surəti (səh.15), əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişi (səh.24), Daxili İşlər Nazirliyi DYPİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (səh.25), 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-2(81)-52/2018 saylı qətnaməsi (səh.33), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-436/2018 saylı qətnaməsi (səh.40), Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-25/2019 saylı qərarı (səh.46), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019 saylı qətnaməsi (səh.52), Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu ıl tarixli 2-2(102)-431/2019 saylı qərarı (səh.59), Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı (səh.66) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4905/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qətnamədə Mülki Prosesaul Məcəllənin 77.1, 82.3; Mülki Məcəllənin 1108.1, 1099.1, 1114.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, əmək vəzifələrinin icrası zamanı cavabdehin işəgötürənə 7450 manat ziyan vurması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən müəyyən olunduqdan sonra iddiaçı həmin məbləği ödəməklə cavabdehə qarşı həmin məbləğdə geriyə tələb, yəni reqres hüququnu əldə etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4905/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 9.3, 76.1, 88, 357.1 , 372.1, 384.0.2, 385.1.1, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onunla İddiaçı MMC arasında xx.xx.2014-cü ildə onun həmin şirkətdə ekspeditor assistenti vəzifəsində işləməyinə dair əmək müqaviləsi bağlanmışdır. Daha sonra ərizəsi əsasında həmin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilmişdir. xx.xx.2015-ci il tarixində iddiaçının mülkiyyətində olan və qanuni sənəd əsasında ona təhkim edilən və idarə etdiyi H021156 dövlət qeydiyyat nişanlı “Hyundai HD65” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən X2 idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bundan sonra, hadisə zamanı ziyan dəymiş X3 məxsus “Lexus GX460” markalı **-RA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən sığortaçısı olan “xxxx” ASC tərəfindən vətəndaşa 28000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ödəniş edildikdən sonra “xxxx” ASC tərəfindən işəgötürən İddiaçı MMC məhkəməyə verilmişdir. Uzun müddət davam edən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixl, 2( 103)-290/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-dən 7450 manatın tutulması qət olunmuşdur. Daha sonra, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən 7450 manat borc məbləği 2020-ci ilin yanvar ayında tələbkar “xxxx” ASC-nin bank hesabına ödənilmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin, İddiaçı tərəfin Binəqədi Rayon Məhkəməsindəki izahatına əsasən, iddiaçı ilə aralarında guya xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Qətnamənin sübutlar sadalanan hissəsində elə bir müqavilə barədə heç bir məlumat verilməmişdir. Qətnamədə sadəcə işəgötürən “İddiaçı" MMC ilə aralarında bağlanan xx.xx.2020-ci tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətində içinin ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürdüyü göstərilmişdir. Halbuki yol nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixində baş vermişdir. Yəni tam maddi məsuliyyət haqqında müqavilə delikt baş verdikdən 5 il sonra imzalanmışdır. İddiaçı ilə aralarında hələ 2014-cü ildən əmək müqaviləsi olmuşdur və bu müqavilə 2020-ci ilə qədər qüvvədə olmuşdur. Qeyd olunan bu müddət ərzində iddiaçı heç bir zaman ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı hər hansı təklif etməmişdir. Aralarındakı münasibətlər müqavilə ilə (əmək müqaviləsi) tənzimləndiyi üçün hesab edir ki, hazırki iş üzrə ondan istənilmiş pul vəsaitinin tələb edilməsinə müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti şamil edilməlidir. Bu müddət isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə görə 3 il nüəyyən edilmişdir. Hazırki vaxtda isə artıq 6 il müddət keçmişdir. Binəqədi rayon Məhkəməsində məhkəmə prosesinin yeri və vaxtı barədə məlumat verilmədiyindən müddətin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim edə bilməmiş, apellyasiya məhkəməsində təqdim edəcəkdir. Bu əsasa görə də hesab edir ki, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin orada 2013-cü ildən işlədiyini, hadisənin 2015-ci ildə baş verdiyini, qəza zamanı yaranmış zərərin sığorta tərəfindən ödənildiyini, daha sonra məhkəmə qərarına əsasən tutulmuş 7450 manat pulun şirkət tərəfindən sığortaya ödənildiyini, 2020-ci ildə şirkətlə aralarında olan münasibətlə bağlı işdən çıxdığını,halhazırda şirkətin ödənilən pulun cavabdehdən tələb etdiyini, baş vermiş hadisənin əmək müqaviləsindən irəli gələn öhdəlik olduğunu, ona da 3 illk idda müddəti şamil olunduğundan həmin müddətin ötürüldüyünü bildirmişdir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcələnin 21.1, 372-375, 1096-1099, 1108, 1114, 1115; Əmək Məcəlləsinin 175, 191-206, 296, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının sığorta şirkəti ilə olan digər məhkəmə çəkişmələri ucbatından və işçinin işəgötürənlə əmək münasibətlərinə 2020-ci ildə xitam verildiyindən sonra onların arasında məhkəmə qərarları ilə təsdiq edilmiş işəgötürənə dəymiş ziyanın əvəzinin ödənməsi məsələsi ortaya çıxmış və əmək münasibətlərindən irəli gələn (əmək qanunvericiliklə tənzimlənən) müstəvidə mübahisə yaranmışdır. Belə ki, davam edən əmək münasibətləri üzrə işçi ilə işəgötürən arasında mübahisələrin həlli mümkünlüyü əmək münasibətlərinə xitam verildikdən sonra istisna edilir və məhz məhkəmə müdafiə hüququnun (pozulduğu an) başlanğıcı bununla şərtləndirilir. Ona görə apellyasiya şikayəti əsassızdır və əsassız verilən şikayət üzrə mərkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 384, 393, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4905/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2182/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2182/2021
15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver