Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2183/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ramprasath Veerapandianın Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Ramprasath Veerapandianın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(004)-5631/2023 saylı qətnaməsindən iddiaçı Ramprasath Veerapandian tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İcarə münasibətləri ilə bağlı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 6.000 manat məbləğində pulun tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icra şöbəsinə yönəldilmişdir. İcra işi gedişində borclu Ramprasath Veerapandian icra sənədini könüllü olaraq icra etmədiyindən icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə Ramprasath Veerapandianın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Ramprasath Veerapandian barəsində çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Ramprasath Veerapandiandan pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi rədd edilmişdir. X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin qərardadınan verilmiş şikayətə əsasən apellyasiya instansiya icraatında qərardad ləğv edilmişdir. 2.İddiaçı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırıldığı dövrdə məcburi olaraq Azərbaycan Respublikasının ərazisində qalmaq, yemək xərclərinin cavabdehin təqsirli hərəkətləri nəticəsində meydana gəldiyindən cavabdeh tərəfindən ona vurulan maddi ziyan kimi qiymətləndirilərək əvəzinin ödənilməsini, həmçinin hazırkı iddia ərizəsinin verilməsi üçün hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Ramprasath Veerapandian Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək 2000 manat kirayə xərci və 2000 manat gündəlik yemək üçün, 700 manat vəkil xidməti, 1000 manat bilet pulu və ödənilən dövlət rüsumunun əvəzi olan 77 manat olmaqla, ümumililkdə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilov X3 Ramprasatha qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 4600 manat, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən isə 4 aylıq icarə haqqı kimi 8000 manat, cəmi isə 12600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Veerapandian Ramprasath arasında bağlanmış 08 iyul 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Veerapandian Ramprasathdan 6000 manat icarə haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 nömrəli 16 fevral 2021-ci il tarixli qətnaməsi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş icra məmuru Bəhruz Bayramovun icraatına götürülmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icraməmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, borclu Veerpandian Ramprasathın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu, xx.xx.1996-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Veerpandian Ramprasathın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı xx.xx.2021-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadından verilmiş şikayətə əsasən qərardad Bakı Apellyasiya Məhkəməsinin 8(103)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4682/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 2(004)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli qanun pozuntuları ilə qəbul edilmiş qətnaməyə görə Veerapandian Ramprasath 2 (iki) il ərzində öz ölkəsinə (Hindistana) qayıda bilməmiş beləliklə ona maddi zərər dəymişdir. Qeyd edir ki, Veerapandian Ramprasath ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərardadı olduğuna görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi (23 ay) məcburiyyət qarşısında ölkəsinə qayıda bilməmişdir. İddiaçı Veerapandian Ramprasath öz ölkəsinə (Hindistana) 03 fevral 2023-cü il tarixdə getməyə cəhd etmiş lakin hava limanında pasport yoxlanışında ölkədən çıxmağa qadağa qoyulduğuna görə buraxılmamışdır. Biletin pulu təxminən 1000 (min) manat təşkil etmişdir. Bu müddət ərzində iddiaçı kirayədə yaşamış 2000 manat və gündəlik yeməyini təmin etmək üçün 2000 manat pul xərcləmişdir. Əlavə olaraq vəkil xidmətinə görə 700 (yeddi yüz) manat pul xərcləmişdir. İddiaçı Veerapandian Ramprasath qadağa olduğu üçün Hindistan Respublikasına qayıda bilməmiş orada əldə edəcəyi gəliri əldən çıxmış fayda olaraq maddi zərərə məruz qalmışdır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 dekabr 2023-cü il tarixli, 2(004)-5631/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günel Əkbərli) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh Ramprasath Veerapandiandan 6.000 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4682/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1996-cı il təvəllüdlü borclu Ramprasath Veerapandianın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. 9.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki,tərəflər arasında icarə müqaviləsindən irəli gələn pul tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 6.000 manat məbləğində pulun tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icra şöbəsinə yönəldilmişdir. İcra işi gedişində borclu Ramprasath Veerapandian icra sənədini könüllü olaraq icra etmədiyindən icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə Ramprasath Veerapandianın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Ramprasath Veerapandian barəsində çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Ramprasath Veerapandiandan pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi rədd edilmişdir. X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin qərardadınan verilmiş şikayətə əsasən apellyasiya instansiya icraatında qərardad ləğv edilmişdir.Hazırda iddiaçı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırıldığı dövrdə məcburi olaraq Azərbaycan Respublikasının ərazisində qalmaq, yemək xərclərinin cavabdehin təqsirli hərəkətləri nəticəsində meydana gəldiyindən cavabdeh tərəfindən ona vurulan maddi ziyan kimi qiymətləndirilərək əvəzinin ödənilməsini, həmçinin hazırkı iddia ərizəsinin verilməsi üçün hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. 10.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması müvafiq dövr üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi üzrə icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə baş tutmuşdur. Bu halda cavabdehin hər hansı təqsiri müəyyən edilmir. 11.Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin (hazırkı halda cavabdehin) hüquqlarının müdafiəsi barədə məhkəmədə iddia qaldırması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanunsuz və ya əsassız olması, qarşı tərəfin (hazırkı halda iddiaçının) hüquqlarının pozulması iddia qaldıran şəxsin təqsiri hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər bir şəxsin, pozulmuş və ya pozulduğunu hesab etdiyi hüquqularının məhkəmə qaydasında müdafiə edilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq hüququ vardır. 12.Cavabdeh məhkəmədə qaldırdığı iddia tələbinin nəticəsində qəbul edilmiş məhkəmə qərarlarının əsasında Ramprasath Veerapandianın ölkədən getmək hüqunun məhdudlaşdırılması və dolayısı ilə Ramprasath Veerapandianın gündəlik tələbatlarına uyğun xərclərinin yaranmasında Cavabdeh birbaşa təqsiri müəyyən edilmir. 13.Həmçinin Cavabdeh Ramprasath Veerapandianın hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı digər qanunsuz hərəkətləri, hüquqpozmaları və müdaxilələri ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. 14.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi sübut olmadığından, iddiaçının Azərbaycan Respublikasının ərazisində qalması ilə bağlı çəkdiyi yaşayış yeri ilə təmin olunması, yemək xərcləri və hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş xərcin əvəzinin cavabdehlərdən tutulması barədə tələbi təmin edilə bilməz. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin4, 21.1, 21.2, 1096.1, 1097.1, 385.1, 442, 443.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 77.1, 121.1, 119, 216-220-ci, 358-ci və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 16.İddiaçı Ramprasath Veerapandian apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan faktlar aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkmə kollegiyasının iclasında iddiaçı Ramprasath Veerapandianın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 20.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn pul tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 6.000 manat məbləğində pulun tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icra şöbəsinə yönəldilmişdir. İcra işi gedişində borclu Ramprasath Veerapandian icra sənədini könüllü olaraq icra etmədiyindən icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə Ramprasath Veerapandianın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Ramprasath Veerapandian barəsində çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Ramprasath Veerapandiandan pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi rədd edilmişdir. X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin qərardadınan verilmiş şikayətə əsasən apellyasiya instansiya icraatında qərardad ləğv edilmişdir. 31.İddiaçı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırıldığı dövrdə məcburi olaraq Azərbaycan Respublikasının ərazisində qalmaq, yemək xərclərinin cavabdehin təqsirli hərəkətləri nəticəsində meydana gəldiyindən cavabdeh tərəfindən ona vurulan maddi ziyan kimi qiymətləndirilərək əvəzinin ödənilməsini, həmçinin hazırkı iddia ərizəsinin verilməsi üçün hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. 32.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 34.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 35.İş materiallarından görünür ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması müvafiq dövr üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi üzrə icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə baş tutmuşdur. 36.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydadaməhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 37.Göründüyü kimi iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı hal cavabdehin hər hansı təqsirli, hüquqazidd əməli nəticəsində baş verməmişdir. İddiaçı öz hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət etmişdir. Bu halda cavabdehin hər hansı təqsiri müəyyən edilmir. 38.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması və bunun nəticəsində ona Azərbaycan Respublikasının ərazisində qalmaq məcburiyyətində olduğundan yaşayış, yemək və s. xərcəri qismində maddi ziyanın dəyməsi cavabdehin hər hansı hüquqazidd təqsirli əməli nəticəsində baş vermədiyindən iddia tələbi təmin edilə bilməz. 39.Digər tərəfdən Cavabdeh Ramprasath Veerapandianın hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı digər qanunsuz hərəkətləri, hüquqpozmaları və müdaxilələri ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. 40.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 41.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 42.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 43.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 44.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr2023-cü il tarixli, 2(004)- 5631/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı Ramprasath Veerapandian tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(004)-5631/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasəmov