Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-219/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 Qurban oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2024 saylı 21 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın sürətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 664 Cavabdeh1 mülkiyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın sürətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 620 Cavabdeh1 mülkiyyətindədir.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın sürətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 215 Cavabdeh1 mülkiyyətindədir.
4. Cavabdeh2 tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 98000 dollar məbləğində pul almasını və Cavabdeh1 təqdim etməsini, borcun Cavabdeh1 1 il müddətinə verilməsini, bu borca onun zamin durmasını, borcun ən qısa zamanda Cavabdeh1 İddiaçı geri qaytarılacağına şübhəsi olmadığını, əvvəlcədən deyildiyi kimi, borcun İddiaçı xx.xx.2023-cü il tarixədək 2 qatı şəkildə, yəni 196000 dollar olaraq qaytarılacağını təsdiq etmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Toshiba" markalı flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir.
6. "WhatsApp Audio 2023-11-15 at 16.35.21 (1) “Həci, qurban sənə, bağa düşürəm səni, dediyini də başa düşürəm. Vallahi-billahi haqqın vardı, de, düpbələmdüz deyirsen. Nəcə deyim sənə ki, inanasan, biləsən, başa düşəsən ki ///
7. "WhatsApp Audio 2023-11-15 at 16.35.21” (00.00-00.42) K1 – Həci, salam. Həci, necə deyim sənə, utandım da, öldüm də, yərə də girdim. Haqqın da vardı deməyə, heç bir söz də dəmirəm. Sənin mənim kişiliyimə şübhən olmasın. Səndən aldığım pullar gəpiyinə qədər çatacaqdı, Mən … bəli, demişəm, çünki 40.000 dollar Həciynən mənim haqqhesabım vardı, onu da nəyə görə demişəm, çünki 50.000 dollar sənnən mənim aramda olan haqq-hesabdı, bir də 8.000 dollar ikimizin arasında olan haqq-hesabdı, ona görə. Mən ona heç bir söz de deməmişəm. Bu bir. Mənim sənə, verəcəyim 41.000, 50.000, 8.000 qəpiyinə qədər də sənə çatacaqdı.
8. "WhatsApp Audio 2023-11-15 at 16.35.22" (00.00-00.25) K1 – Həci, sən nə desən haqqın var da, çünki sən mənə qardaşlıq eləmisən, dostluq eləmisən, yoldaşlıq eləmisən, nə lazımdı elemisən, mən səndən yerdən göyə qədər razıyam. İndi başa düş məni, doğrudüzgün başa düş, nətər başa düşürsən, başa düş. Vallah ele bir vəziyyət alındı ki, eliyə bilmədim. Olur da insandı, düşür. Allah şeytana lənət eləsin.
9. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Toshiba" markali flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissəllərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – X4 deyil, başqa şəxsə məxsusdur.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 196.000 ABŞ dolları əsas borc və 7.350 ABŞ dolları təşkil edən faiz borcu olmaqla, cəmi 203.350 ABŞ dolları məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq ona Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan rəsmi valyuta məzənnəsinə uyğun manat ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında tərəfındən verilmiş borc pulun geri qaytarılması ilə bağlı mübahisə mövcuddur. Belə ki, Cavabdeh1 Cavabdeh2 vasitəsilə Rusiya Federasiyasında iş görmək məqsədi ilə ondan xx.xx.2022-ci il tarixdə bir il müddətinə 98.000 ABŞ dolları məbləğində borc pul vəsaiti almışdır. Onun öz qohumu olan Cavabdeh2 ona Cavabdeh1 bu pulu biznesində istifadə edəcəyini və dövriyyəyə buraxacağını bildirmiş, bu borcu verməyin ona yaxşı gəlir gətirəcəyinə inandırmışdır. Cavabdeh2 Cavabdeh1 tanıdığı üçün onun qarşısındakı borcuna zamin durmuşdur. Cavabdeh1 bu vəsaiti aldığı zaman bildirmişdir ki, bir ilin sonunda ona borc məbləğinin iki qatı, yəni ümumilikdə 196.000 ABŞ dolları dəyərində vəsaiti geri qaytarılacaqdır. Eyni zamanda, Cavabdeh1 onun tərəfindən verilmiş borc pulun qarantiyası olaraq öz mülkiyyətində olan 1) ünvan 1 ünvanında yerləşən 93.90 kv.m sahəsi olan (reyestr **********67-05301-093472, qeydiyyat № **********), 2) ünvan 2 ünvanında yerləşən 95.14 kv.m sahəsi olan (reyestr JE **********67-05301-093021, qeydiyyat M **********) 3) ünvan 3 ünvanında yerləşən 79.90 kv.m sahəsi olan (reyestr M **********67-05301-093222, qeydiyyat **********) mənzillərinin dövlət reyestrindən çıxarışlarını ona təqdim etmişdir. Tərəfindən Cavabdeh1 bir il ərzində tez-tez xatırlatmalar və xəbərdarlıqlar edilmiş, borcun geri qaytarılması tələb olunmuşdur. Cavabdeh1 isə hər dəfə müxtəlif səbəblər və ya bəhanələr yaradaraq, borcu ödəyəcəyini bildirsə də, sözügedən borc indiyə qədər qaytarılmamışdır. Hazırda borcun qaytrılmalı olduğu bir il müddət bitmişdir. Tərəflərindən Cavabdeh1 dəfələrlə zənglər edilsə də, şəxs zənglərə cavab vermdiyindən onunla əlaqə yaratmaq mümkün olmamışdır. Ailəsi, qardaşı və oğlu ilə əlaqə yaradıldıqda onların da Cavabdeh1 harada olması və zənglərə hansı səbəbdən cavab verməməsi ilə bağlı məlumatlarının olmadığı məlum olmuşdur. Belə olduğu halda, o, öz qohumu olan zamin Cavabdeh2 müraciət etmişdir. Zamin Cavabdeh2 isə ona olan cavabında narahat olmamasını, Elşənin etibarlı adam olmasını, qaytaracaq deyibsə, qaytaracaqdır, 100 faiz əmin ola bilərsən, o, zamin durmuş, istəyirsə, sənədə də qol çəkə bilər demişdir. Bundan sonra zamin Cavabdeh2 mövcud borcun etirafi haqqında müqavilə imzalanması istənmiş, Cavabdeh2 belə bir borcun mövcudluğunu və bu borcun xx.xx.2022-ci ildə tərəfindən Cavabdeh1 bir il müddətinə verildiyini yazılı şəkildə etiraf etmiş və öz imzası ilə təsdiqləmişdir. Borcun qaytarılmalı olduğu xx.xx.2023-cü il tarixindən indiki vaxta qədər uçot faiz dərəcəsi ilə hesablanmış məbləğ 7.350 ABŞ dolları təşkil edir. O, 196.000 ABŞ dollar məbləğində vəsaitini Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə ödənişin gecikdirildiyi 5 ay müddət ərzində həmin məbləğdən 7.350 ABŞ dolları gəlir əldə edə bilərdi. 2023-cü il üçün bank uçot dərəcəsi illik 9,0% müəyyən olunmuşdur. Cavabdeh1 borcunu ödəmədiyindən, o, həmin gəlirdən də məhrum olmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin normalarından belə aydın olur ki, Cavabdeh1 onun qarşısında üzərinə götürdüyü öhdəliyi tamamilə icra etməmiş, ona məxsus 196.000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, bu puldan faydalanmaqla və onu qaytarmaqdan boyun qaçırmaqla ciddi qanun pozuntusuna yol vermişdir.
12. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddiaya etiraz edərək qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh1 İddiaçı ümumiyyətlə tanımır, onunla arasında nə işgüzar münasibət olmuş, nə də, borc münasibəti olmuşdur. Cavabdeh2 Firidun oğlunu tanıyır, lakin onunla da heç bir borc münasibəti yoxdur. İddiaçının bildirdiyi hər hansı bir borc məbləği mövcud olsaydı bununla bağlı müqavilə olardı. Belə ki, qanunvericiliyin tələbinə görə, məbləği 3000 manatdan çox olan borc müqavilələri yazılı şəkildə bağlanmalıdır. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Nə yazılı müqavilə var, nə də əsaslı digər bir sübut. Halbuki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, iddia tamamilə əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və təmin edilməməlidir. Qeyd olunanları rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
13. Cavabdeh2 nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək qeyd etmişdir ki, Cavabdeh2 həmin pulun ödənilməsini öz izahatında təsdiq edir. O, da nümayəndə kimi bunu təsdiq edir. Cavabdeh2 pulların verilməsində qarant və zamin kimi iştirak etmişdir. Pul Cavabdeh2 vasitəsilə verilmişdir. 2022-ci ilin may və yay aylarında Cavabdeh1un özü də bura gəlmiş, hər üç tərəf Elşən, Şaban və Azər Xətai çay evində görüşmüş, Şaban Azərə demişdir ki, Elşən öz adamları, yerliləri, qohumlarıdır. Şaban Elşənə də demişdir ki, Azər öz adamlarıdır, narahat olma. Şaban hər iki tərəfə də şifahi zaminlik vermiş, birbirlərindən narahat olmamaları üçün hər ikisi də düzgün adamdırlar. X10 tanış etmişdir. Hər ikisi yerli olsalar da, bir-birləri ilə çox yaxın deyildilər. Görüş vaxtı da Şaban tərəflərə demişdir ki, ikiniz də yerlisiniz. Azərin pulu var idi, Elşənin də Rusiyada dövriyyəsi var idi. Azər pulu Elşənə verəcək, Elşən də həmin pulu dövriyyəyə buraxıb, daha sonra Azərə iki qat məbləğdə pul qaytarmağı öhdəsinə götürmüşdür. Şaban da Rusiyada işlə məşğul olurdu deyə Elşənin işinə bələd idi. Orada Elşən yuyucu vasitələrin satışı ilə məşğul olmuş, dövriyyəsini artırmaq üçün pul, əlavə düzgün investisiya axtarmış, Azər də Elşənə investisiya etmişdir. İnvestisiyanın da zamini Şaban idi. Şaban da Azərə deyirdi ki, narahat olma pulun etibarlı əllərdədir, Elşən pulunu qaytaracaqdır. Azəri arxayın salan Şaban olmuşdur. Pulun Şaban vasitəsilə verilməsi deyəndə həm bu nəzərdə tutulur, həm də Şaban Rusiyaya gedəndə Azər pulu hissə-hissə Şabana verirdi, o da Elşənə çatdırırdı, ya burada veriləndə orada əmisi oğlu Elşənə çatdırırdı. Əmisi oğlunu da səs yazıları var idi, Şaban keçən dəfə onunla danışmışdır. Özü də deyirdi ki, “Hacı bilirəm Elşən səni pis vəziyyətdə qoymuşdur. Əmim oğlu olsa da dələduzluq etmişdir. Elşənə lənət oxuyur ki, onun da adını batırıbdır, adı hallanır, sənin qabağında gözü qarayam”. Yəni ki, bunlar hamısı qohumluq əlaqələri olduğuna görə bu insanlar arasında yazılı müqavilə bağlamağa və s. köhnə kişilər olduğuna görə özlərinə sığışdırmırlar ki, necə yəni öz qohumunla yazılı müqavilə bağlanılsın. Elşən göndərdiyi səs yazılarından “Hacı pul cəhənnəm, sənin qabağında mənim başımın əyilməsi mənim üçün utanc oldu”. Yəni bunların hamısı yazılı müqavilə bağlamağa ehtiyac görülməmişdir. Çünki hamı bir-birinə güvənmişdir. Şaban da Elşənə güvənirdi, çünki Elşən illər idi bu işi görürdü. Şaban neçə vaxtdır şəkər xəstəsidir, ürəyi də narahatdır. Şaban deyir ki, canı bildiyi adam indi onu pis vəziyyətdə qoymuş, indi onları məhkəməyə çağırırlar. Onların nəyinə lazımdır axı məhkəmədə cavabdeh qismində çıxış etsinlər, kimsə onlardan pul tələb etsin. Yəni ki, bu məsələlər yazılı müqavilə ilə tənzimlənən məsələlər deyil, bu insanlar 60 yaşında yaşlı adamlardır. Yazılı müqaviləni özlərinə sığışdırmayan insanlardır. Ona görə də bu səs yazıları və sair onların sübutlarıdır. Elşən özü də faktiki deyir ki, pulu ondan alıbdır. Səs yazılarının tarixi oktyabr ayının axırı, noyabr ayının əvvəlləri olmuşdur. O, bilir ki, borclu borcunu ödəmədiyi halda zamin borcu ödəməlidir. Lakin bunun qaydası odur ki, məhkəmə qaydasında borc borcludan tələb edilməlidir. Həmin vaxtı borclu borcu ödəyə bilmədiyi halda zamindən tutulmalıdır. Lakin bu adam borcu qaytara bilməsinin sübutu olaraq onlara evinin çıxarışlarını vermişdir. Şaban da həmin çıxarışların verilməsində iştirak etmişdir. Yəni ki, borclu borcunu qaytara bilər, çünki onun maddi imkanı buna çatır. Məhkəmədən xahişi odur ki, real cavabdeh ortada ola-ola zaminlik rolunun qabardılması mənasızdır. Cavabdehin balansında yetərincə pulu var, aktivləri, evləri var və cavabdeh özü borcunu qaytara bilər. Cavabdeh2 borcun bir nömrəli cavabdeh tərəfindən qaytarılmasının tərəfdarıdır, özünün müstəqil olaraq borcu qaytarmaq fikri yoxdur. 2022-ci ilin may ayından sonra, yəni borcu verəndən sonra Şaban Rusiya Federasiyasında olmuş, Elşənlə görüşmüş, Cavabdeh2 Rusiya Federasiyasına gedəndə pulun qaytarılmaq mərhələsində olmamışlar, ondan sonra gedəndə Cavabdeh2 Cavabdeh1 tapa bilməmişdir. Səs yazılarında elə onların söhbəti gedir ki, aylardır Elşəni axtarırlar amma tapa bilmirlər. Polisə də məlumat verilmiş, Elşən köhnə yaşadığı ünvanda da yaşamır, əvvəl mühasibin nömrəsi olmuş, artıq o, da zənglərə cavab vermir. Elşənin orada Həsi adlı bir adam var ki, Elşənlə bir yerdə işləyir, Həsi özü də Elşəni axtarır. Borcun qaytarılması ilə bağlı Elşənin qardaşı və əmisi oğlu ilə danışıqlar aparılır. Elşən hər yerdə axtarılsa da, ortada yoxdur. Azərlə Elşən çay evində 2020-ci ilin may və yay aylarında görüşüblər, lakin bunu təsdiq edəcək xatirə şəkli çəkdirməyiblər. Elektron sistem ola bilsin ki, köhnədir. Miqrasiyadan alınan məlumatda onun son giriş-çıxış vaxtları göstərilmişdir. Cavabdeh2 iddianı qəbul edir, lakin iddianın ona aid olan hissədə təmin olunmamasını xahiş edir. Çıxarışlarla bağlı o, iddiaçının dediklərini təsdiq edir, çünki həmin söhbət zamanı Şaban da orada olmuş, üç evin çıxarışı iddiaçıya təqdim olunmuş, Elşən narahat olmasınlar, üç evinin olmasını demişdir. 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində çıxarışlar ortada olmuş, Cavabdeh1 həmin vaxtdan qarant kimi göstərmişdir ki, “mənim çıxarışlarım var, narahat olmayın, əgər pulu batırsam ya qaytarmasam evlərimi satıb pulunuzu qaytaracağam”. Ona görə də bunlar arxayın düşmüşlər. Çıxarışlar elektron qaydadır. Cavabdeh1 çıxarışların kodlarını onlara vermişdir. Artıq köhnə sistem deyil ki, çıxarışın əsli lazım olsun, çıxarış kodunda bir rəqəm səhv yazılsa, çıxarış tapılmır. Səs yazısı Şabanın telefonuna Cavabdeh1 tərəfindən 107-***-***-**-** saylı nömrə ilə göndərilmişdir. Həsi adlı şəxs Rusiya Federasiyasında Cavabdeh1 kimi alverlə məşğul olan şəxsdir. Həci isə Şabandır, həcc ziyarətində olduğuna görə ona hacı deyirlər. Şaban də Rusiya Federasiyasında ticarətlə məşğuldur və bu işdə heç bir şəxsi marağı olmamışdır. Şaban cari vəziyyətdə Rusiyada alverini saxlayıbdır və Azərbaycandadır. Şabanın pasportundan görünür ki, o, xx.xx.2023-cü il tarixdə də Rusiya Federasiyasına girmiş, xx.xx.2023-cü il tarixdə çıxmışdır. Son dəfə Elşənlə əlaqə saxlanılarkən, o səsləri Şabana göndərmiş, 5-10 gün ərzində pul qaytaracağını demiş, sonra isə onunla əlaqə yaratmaq mümkün olmamışdır. -107-***-***-**-** saylı telefon nömrəsinin Elşənə məxsus olmasını təsdiq edən sübutları yoxdur. Məhkəmədən xahişləri odur ki, pul Cavabdeh1 tutulsun. Zamin olaraq məhkəmənin qərarına əsasən üzərilərinə düşən hissəni geri qaytarmağı öhdələrinə götürərlər.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2024 saylı, 21 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 bir il müddətinə qaytarmaq şərti ilə borc verməsini, sonuncunun borc müqaviləsindən irəli gələn öhdəliyinin icrasına Cavabdeh2 zaminliklə və qarantiya ilə təminat verməsini iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı borcun verilməsini məhkəməyə təqdim etdiyi səs yazısı, onda olan Cavabdeh1 mülkiyyətində olan mənzillərə dair çıxarışlarla, Cavabdeh2 borcu almasına dair etirafı ilə təsdiq etdiyini bildirsə də, məhkəmə bu sübutları mötəbər, təkzib olunmaz sübutlar olaraq qəbul etməmişdir. Belə ki, məhkəməyə təqdim olunan səs yazısının, səs yazısının göndərildiyi telefon nömrəsinin Cavabdeh1 məxsus olması, həmin yazıda sonuncunun İddiaçı nə vaxt, hansı məbləğdə, hansı şərtlərlə borc alması, hansı şərtlərlə qaytarmalı olması, öhdəliyin icrası üçün hansı təminatların verilməsi barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi səsin Cavabdeh1 məxsus olmadığını, sonuncunun iddiaçını tanımadığını, ondan borc almadığını, Cavabdeh2 pul almadığını, səs yazısında olan mətində danışıqlar aparmadığını bildirmişdir. Cavabdeh1 mülkiyyətində olan mənzillərə dair çıxarışların surətinin iddiaçıda olması halı da, həmin sənədlərin cavabdeh tərəfindən şəxsən iddiaçıya təminat olaraq verilməsi kimi qiymətləndirilə bilməz, belə ki, kafedə görüşüb danışmaq imkanı olan tərəflər notariat ofisinə müraciət edib qanunvericiliklə onlara verilmiş hüquqlardan istifadə etməklə borc, ipoteka, zaminlik müqavilələri də bağlaya bilərdilər.
16. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh2, məhkəməyə təqdim etdiyi iddiaya qarşı münasibətində, sonuncunun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarında, İddiaçı pulu alaraq Cavabdeh1 verməsini, öhdəliyinin icrasına görə kreditor qarşısında Cavabdeh2 zamin olaraq təminat verməsini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları, yəni tərəflər arasında formasından asılı olmayan (yazılı və ya şifahi) borc müqaviləsi və mülki qanunvericiliyin müəyyən etdiyi formada zaminlik müqaviləsi bağlanmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə Cavabdeh2 etirafını prosessual qanunvericiliyin tələblərinə əsasən, yoxlayaraq belə qənaətə gəlir ki, bu cavabdeh mövcud olmayan faktı etiraf etdiyindən etirafın sübut kimi qəbul edilməsindən imtina etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 385.1, 386.1, 389.1, 390.1, 390.2, 460.1, 470.1, 470.2, 471, 478, 739.1, 739.2, 739.3, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2024 saylı, 21 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi pul tələbidir, tələbin hüquqi (qanuni) əsasının nə olmasından asılı olmayaraq, iddia tələbinin qanuni əsasının tapılması məhkəmənin xidməti vəzifəsidir. Demək ki, məhkəmənin müqavilənin etibarsızlığı ilə bağlı gəlmiş olduğu nəticə düzgün olmuş olsa, məhkəmə tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmadığı qənaətinə gəldikdə belə, iddiaçının iddia tələbinin (pul tələbinin) qanuni əsasını müəyyənləşdirməli, Mülki Məcəllənin 1092-ci maddəsini tətbiq etməklə cavabdehdə olan pul vəsaitinin iddiaçıya qaytarılması barədə qərar qəbul etməli idi. Məhkəmə qərarını əsaslandırarkən qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə olmamışdır, belə ki, mülki qanunvericiliyə əsasən məbləği 3000 manatdan yuxarı olan borc müqaviləsi yazılı bağlanmalıdır. Bununla bağlı, məhkəmə araşdırması zaman iddiaçı tərəfindən həmin normanın tətbiqi və mövcud məhkəmə praktikası ilə bağlı kifayət qədər dəlillər təqdim edilmişdir. Məhkəmə qərarından da görünür ki, məhkəmə tərəflər arasında borc münasibətlərinin olduğunu açıq-aşkar inkar etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının tərəflər arasındakı münasibətlərin mövcudluğunu təsdiq edən sübutlarını düzgün qiymətləndirməmiş, yaxud bu sübutların əldə edilməsi və ya MPM-in 106.2-ci maddəsinin tətbiqindən məhrum etmişdir. Yekunda, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarlılıq şərtlərinə cavab verməməsi əsası ilə məhkəmə iddianı təmin etməmişdir. Hesab edirik ki, hazırki halda müqavilənin yazılı bağlanması şərti etibarlılıq deyil, sübutetmə şərti olduğundan tərəflər arasında etibarlı borc müqaviləsi mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, MM-in 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmiş, Məcəllənin 740-cı maddəsində isə borc müqaviləsinin forması müəyyən olunmuşdur. Məlum olduğu kimi, MM qəbul olunarkən 740-cı maddədə borc müqaviləsinin şifahi bağlanılan müqavilə olduğu müəyyən olunmuşdur. Eyni zamanda həmin normada borc müqaviləsinin bağlanmasında tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilməsi təsbit olunmuşdur. Borc müqaviləsinin formasına dair belə tələbin (3000 manatdan yuxarı – yazılı) yaranması təsadüfi olmamışdır. Yeni qaydanın müəyyən olunmasınadək keçən dövr ərzində məhkəmə təcrübəsi göstərdi ki, borc münasibətlərində müqavilənin şifahiliyinə dair nəzərdə tutulan həmin qayda mülki münasibətlərin asanlaşdırılması, eləcə də mülki dövriyyənin sürətli inkişafı baxımından olduqca mütərəqqi bir hal olsa da, mübahisələrin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtləri ilə bağlı sübutetmə məsələsində bir sıra çətinliklər, qeyrimüəyyənliklər ortaya çıxmışdır. Bəzən də bu mülki dövriyyə iştirakçılarının - borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və suiistifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadə və qeyri-müəyyənliklərin aradan qaldırılması baxımından, qanunverici məbləği 3000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, borc müqaviləsinin yazılı olması ilə bağlı tələb daha çox sübuti əhəmiyyət daşıyır, nəinki müqavilənin etibarlılığı məsələsinə təsir edir. Dəyişiklikdən sonra da 3000 manat məbləğində borca dair müqavilənin şifahi bağlana bilməsinin qanunda müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3000 manat məbləğində borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3001 manat məbləğində borc müqaviləsi isə yazılı olmadıqca etibarsız olur. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür. Bundan əlavə, səs yazısına münasibətdə qeyd etmişdir ki, həm iddiaçı, həm Cavabdeh2 məhkəməyə təqdim edilmiş səs yazısındakı səsin cavabdeh 1-ə aid olduğunu təsdiq etmiş, Cavabdeh1 nümayəndəsi buna ümumi olaraq etiraz etmişdir. Belə olan halda, işin hərtərəfli, tam və obyektiv tədqiqi məqsədi ilə məhkəmə mütləq qaydada məhkəmə-fonoskopik ekspertizası təyin etməli olduğu halda, bunu etməmiş, nəticədə işin, eləcə də işdəki sübutların hərtərəfli araşdırmasını həyata keçirmədən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halın və hazırki sübutun tədqiqi məqsədi ilə ekspertiza təyin etməyərək, bir daha tərəflərin prosessual hüquq bərabərliyi prinsipi pozmuş və iddiaçını növbəti dəfə MPM-in 106.2-ci maddəsinin tətbiqi nəticəsində yaranacaq hüququndan məhrum etmişdir. Belə ki, hazırki sübut üzrə ekspertiza təyin olunacağı təqdirdə də Cavabdeh1 səs yazısı nümunəsini məhkəməyə təqdim etməyəcəyi mübahisəsiz olmaqla, bu zaman yenidən MPM-in 106.2-ci maddəsi tətbiq olunmalı idi. Bununla bağlı məhkəməyə təqdim edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6419/2023 saylı, xx.xx.2023-cü il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Kollegiya tərəfindən araşdırma aparılarkən mülki iş materiallarında olan kompakt diskdəki səs yazılarının cavabdehə məxsus olubolmamasının yoxlanması üçün məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş, səs nümunələrinin təqdim edilməsi üçün məhkəmə tərəfindən cavabdehə məxsus mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin cavabdeh səs nümunələrini təqdim etməkdən qəsdən yayınmışdır. Kollegiya hazırkı halda hesab edir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılması – məhkəmə-fonoskopik ekspertizası keçirilməsi üçün səs nümunələrini təqdim etməkdən yayınması həmin normanın (106.2) təsiri altına düşür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
28.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
29.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
33. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
36. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
37. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
38. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
39. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 40.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 41.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Beləliklə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
45. Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri (köhnə redaksiyada)).
46. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği 3000 manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranması ehtimal edilən münasibətlərin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.
47. Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
48. Baxılan işdə də cavabdehin iddiaçının hesabına əsassız olaraq varlandığını sübut etmək yükünu bu halları iddia edən tərəfin üzərinə düşür. Belə ki, iddiaçı istinad etdiyi halı sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pulun qaytarılmış olduğunu sübut etmək vəzifəsi yaranır.
49. Kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun şəkildə cavabdehin etirafını işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 51.Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasındakı danışığı əks etdirən “Whatsapp”dakı səs yazısına, Cavabdeh1 adına müvafiq qurum tərəfindən tərtib edilmiş daşınmaz əmlakın ona məxsusluğuna dair çıxarışların sürətlərinin özündə olmasına, Cavabdeh2 tərəfindən imzalanmış digər cavabdehin mübahisə predmeti olan pul vəsaitini borc olaraq aldığını təsdiq edən qəbzə, eləcə də verdiyi iddianı Cavabdeh2 nümayəndəsinin etiraf etməsinə dair izahata istinadla birinci instansiya məhkəməsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini, iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
52. Mübahisələndirilən qətnamədən də görünür ki, iddianı rədd edən birinci instansiya məhkəməsi istinad olunan sübutlara qiymət vermiş, mövqeyini də onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunan səs yazısının, səs yazısının göndərildiyi telefon nömrəsinin Cavabdeh1 məxsus olması, həmin yazıda sonuncunun İddiaçı nə vaxt, hansı məbləğdə, hansı şərtlərlə borc alması, hansı şərtlərlə qaytarmalı olması, öhdəliyin icrası üçün hansı təminatların verilməsi barədə hər hansı bir məlumat qeyd olunmamışdır.
53. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan mənzillərə dair çıxarışların surətlərinin iddiaçıda olması halı da, həmin sənədlərin cavabdeh tərəfindən şəxsən iddiaçıya təminat olaraq verilməsi kimi qiymətləndirilə bilməz, belə ki, kafedə görüşüb danışmaq imkanı olan tərəflər notariat ofisinə müraciət edib qanunvericiliklə onlara verilmiş hüquqlardan istifadə etməklə borc, ipoteka, zaminlik müqavilələri də bağlaya bilərdilər.
54. Cavabdeh2 nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlara, yəni nümayəndəsi olduğu şəxsin pulu İddiaçı alaraq Cavabdeh1 verdiyinə, öhdəliyinin icrasına görə iddiaçının qarşısında zamin olaraq təminat verdiyinə münasibətdə məhkəmə, bu halları təsdiq edə biləcək sübutların, yəni tərəflər arasında formasından asılı olmayaraq (yazılı və ya şifahi) borc müqaviləsi və mülki qanunvericiliyin müəyyən etdiyi formada zaminlik müqaviləsinin bağlanmasına dair sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini, ona görə də prosessual qanunvericiliyin tələblərinə əsasən Cavabdeh2 etirafının sübut kimi qəbul edilməsindən, sonuncu mövcud olmayan faktı etiraf etdiyindən, imtina edilməli olduğunu qeyd etmişdir. 55.Göründüyü kimi apellyasiya şikayətində iddiaçı məhkəmənin, tərəflər arasında borc münasibətlərinin olduğunu açıq-aşkar inkar etmədiyi, müqavilənin, yazılı formada bağlanmadığı üçün etibarsız olması əsası ilə iddianın rədd edilməsi barədə qənaətə gəldiyini qeyd etsə də, müəyyən olunur ki, məhkəmə iddianı rədd edən zaman, iddiaçının istinad etdiyi halları təsdiq edə biləcək sübutları, yəni tərəflər arasında formasından asılı olmayaraq (yazılı və ya şifahi) borc və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına dair sübutları məhkəməyə təqdim edə bilmədiyinə istinad etmişdir. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə apardığı məhkəmə araşdırması, habelə gəldiyi qənaəti ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, həqiqətən də Cavabdeh1 adına olan daşınmaz əmlak ilə bağlı çıxarışların sürətlərinin iddiaçıda olması onların arasında borc münasibətlərinin yarandığını, yəni pul vəsaitinin müvafiq şərtlərlə, müvafiq məbləğdə verildiyini birbaşa təsdiq edə biləcək sübut növü kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.
57. Cavabdeh2, Cavabdeh1 iddiaçıya borcu olduğunu və buna görə iddiaçı qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyü barədə qəbz, habelə nümayənədəsinin etirafedici xarakter daşıyan izahatı isə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
58. Belə ki, iddiaçı, iddia tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi müəyyən edilməyən sübut növü olaraq cavabdehin adına olan daşınmaz əmlak ilə bağlı çıxarışların sürətlərindən başqa iddiaçı, hər iki cavabdeh arasında “Whatsapp” sosial şəbəkə üzərində aparılmış yazışmanı təqdim etmiş, həmin səs yazısı üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-fonoskopik ekspertizasının təyin edilmədiyinə istinad edilmişdir.
59. Ekspertizanın təyin edilməsi barədə vəsatəti təmin etmiş məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Toshiba" markalı flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir.
60. "WhatsApp Audio 2023-11-15 at 16.35.21 (1) “Həci, qurban sənə, bağa düşürəm səni, dediyini də başa düşürəm. Vallahi-billahi haqqın vardı, de, düpbələmdüz deyirsen. Nəcə deyim sənə ki, inanasan, biləsən, başa düşəsən ki ///
61. "WhatsApp Audio 2023-11-15 at 16.35.21” (00.00-00.42) K1 – Həci, salam. Həci, necə deyim sənə, utandım da, öldüm də, yərə də girdim. Haqqın da vardı deməyə, heç bir söz də dəmirəm. Sənin mənim kişiliyimə şübhən olmasın. Səndən aldığım pullar gəpiyinə qədər çatacaqdı, Mən … bəli, demişəm, çünki 40.000 dollar Həciynən mənim haqqhesabım vardı, onu da nəyə görə demişəm, çünki 50.000 dollar sənnən mənim aramda olan haqq-hesabdı, bir də 8.000 dollar ikimizin arasında olan haqq-hesabdı, ona görə. Mən ona heç bir söz de deməmişəm. Bu bir. Mənim sənə, verəcəyim 41.000, 50.000, 8.000 qəpiyinə qədər də sənə çatacaqdı.
62. "WhatsApp Audio 2023-11-15 at 16.35.22" (00.00-00.25) K1 – Həci, sən nə desən haqqın var da, çünki sən mənə qardaşlıq eləmisən, dostluq eləmisən, yoldaşlıq eləmisən, nə lazımdı elemisən, mən səndən yerdən göyə qədər razıyam. İndi başa düş məni, doğrudüzgün başa düş, nətər başa düşürsən, başa düş. Vallah ele bir vəziyyət alındı ki, eliyə bilmədim. Olur da insandı, düşür. Allah şeytana lənət eləsin.
63. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Toshiba" markali flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissəllərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – X4 deyil, başqa şəxsə məxsusdur.
64. Cavabdeh1 eksperimental əsas ve nitq nümunəsi ekspertizaya təqdim olunmadığından 1 ədəd "Toshiba" markalı flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə vərilmiş yazılı mətn hissələrdə «K1» kimi işarə olunmuş diktorun səs və nitqinin Cavabdeh1 məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı.
65. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunan səs yazısından Cavabdeh1 İddiaçı borc alması, bu borcu hansı şərtlərlə qaytarmalı olması, öhdəliyin icrası üçün hansı təminatların verilməsi barədə hər hansı məlumatın əldə edilməsinin mümkün olmadığını düzgün olaraq qeyd etmişdir.
66. Əksinə tədqiqat obyekti olan səs yazısından Cavabdeh1 məhz Cavabdeh2 borcu olduğu və bu borcu ödəyə bilmədiyi, bunun üçün ona vaxt verməsini istədiyi müəyyən edilmişdir.
67. Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçının ödənilmiş pul məbləğini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
68. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı əsasla öhdəliyin yarandığını və həmin öhdəliyin onun tərəfindən lazımınca icra edilmədiyini işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmadığından, iddiaçının Cavabdeh2 qarşı da tələb hüququnun yaranması istisna olunur.
69. Beləliklə də, cavabdehin əmlak əldə etməsini, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsini sübut etmək yükünü iddiaçının daşıdığını, lakin bunları təsdiq edə biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
70. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 71.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2024 saylı, 21 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manat məbləğində pul İddiaçın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev