Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2190/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyanın əvəzi 10.080 manat və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri H.Əliyev prospekti ilə Mərdəkan istiqamətində saatda 40 km sürətlə hərəkət edərkən qəflətən qarşısında gedən “Nissan X-Trail” markalı ** TV *** dövlət nömrə nişanlı avtomobil öz qarşısında gedən və sürüşüb yolun sol kənarında olan arakəsmə dəmirlərə dəyərək geriyə, onun yoluna atılan Cavabdeh1 idarə etdiyi VAZ- 21123 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək geriyə atılmış və böyrü üstə dönərək onun hərəkət yoluna çıxmışdır. Hadisə qəfildən bir anda baş verdiyinə və həmin vaxt yol buzlu və sürüşkən olduğuna görə əyləci sıxsa da, onun avtomobili sürüşərək qabaq tərəfi ilə “Nissan X-Trail” markalı avtomobilin sol yan qapılarına dəyərək əzilmişdir. Təhqiqatçı yol polis işçiləri tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş protokollara əsasən hər üçü “Yol Hərəkəti haqqında” Qanunun 50.1- ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinərək İXM-nin 151.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunmuşlar. Hadisənin mexanizmasından göründüyü kimi, qarşıda gedən Cavabdeh1 idarə etdiyi VAZ-21123 markalı 10 BP- 552 dövlət nömrə nişanlı avtomobil “Yol hərəkəti haqqında” Qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq, sürüşüb yol kənarında olan dəmir arakəsməyə dəyərək, onun arxasında gedən “Nissan XTrail” markalı avtomobilin yoluna atılmış, “Nissan X-Trail” markalı avtomobil həmin maşına dəyəndən sonra onun yoluna çıxmış və onun da maşını sürüşüb “Nissan-X-Trail” markalı avtomobilə dəymişdir. Yəni yol nəqliyyat hadisəsinin baş verməsində hər üçünün də təqsiri müəyyən edilmişdir. Hadisə nəticəsində onun avtomobilinin qabaq sol farası, krılosu, buferi, radiatorları, duman farası tamam sınıb istifadəyə yararsız vəziyyətə düşmüş, ikinci farası catlamış, radarları tam sıradan çıxmışdır. Avtomobilinin təmiri ilə əlaqədar aşağıdakı ehtiyat hissələri alınmışdır, işıq 1500 manat, buferi 2000 manat, 2 ədəd radiatorları 950 + 400=1350 manat, radiatorun paneli 600 manat, 1 ədəd duman işıqları 380 manat, qanadı 1050 manat və üzlüyü 400 manat, qanadaltı 350 manat, radarlar və onların düzəldilməsi 400 manat, təmirlə əlaqədar dəmirçiyə 800 manat, rəngsaza 550 manat, çilingərə 400 AZN, armaturçuya isə 300 AZN pul ödəmişdir. Bütün bunların təmir edilib düzəldilməsi və avtomobilinin işlək vəziyyətə gətirilməsi üçün ümumilikdə 10.080 manat məbləğində xərci çıxmışdır. Təbiidir ki, həmin yol hərəkəti hadisəsi nəticəsində həm “Nissan X-Trail” markalı avtomobilə, həm VAZ-21123 markalı avtomobilə və eləcə də, onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisə baş verən günü güclü qar yağmış, yer buzlu və sürüşkən olmuşdur, yol nəqliyyat hadisəsi bilavasitə qarşıda gedən VAZ-21123 markalı avtomobilin yol hərəkəti haqqında qanunun tələbini pozması nəticəsində baş vermişdir. Məhz ilk anda onun avtomobili yol kənarındakı dəmir arakəsməyə dəyərək yoluna qəfil çıxmış və həmin anda əyləci sıxsa da avtomobili saxlamaq qeyri mümkün olmuşdur. Göstərilən vəziyyətdə onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Mən avttomobili saatda 40 km sürətlə idarə etmişəm,hansı ki, həmin sahədə yol nişanlarında sürət həddi 80 km göstərilirdi,qarşımda gedən “Nissan X-Trail” markalı avtomobillə, maşınların hərəkət intensivliyinə uyğun ciaraq kifayət qədər ara məsafəsi saxlamışam. Hadisə yerin buzlu və sürüşkən olduğundan qəflətən baş verdiyindən onun qarşısını almaq qeyri mümkün oldu. Təhqiqatçının qərarından narazı qalaraq Nəsimi rayon məhkəməsinə verdiyi şikayətə əsasən onun qərarı xx xxxx 2016-cı il tarixdə ləğv edilmiş və avtotexniki ekspertiza təyin edilib təqsirin müəyyənləşdirilməsi barədə göstəriş verilmişdir, lakin təhqiqatçı tərəfindən məhkəmənin bu göstərişinə əməl edilməmiş və əsassız olaraq öz mülahizəsinə əsasən təqsirlərini müəyyənləşdirmişdir. Faktiki olaraq onların avtomobillərinin toqquşması Cavabdeh1 ilk olaraq yol hərəkəti qaydalarını pozmasından irəli gəlmişdir. Avtomobillərinin toqquşmasına onun qanuna zidd hərəkətləri zəmin yaratmışdır. Onlar üçün isə bu hadisə forsmajor yəni qarşısı alınmaz hadisə olmuşdur. Mülki hüquqi təqsirlərinin müəyyənləşdirilməsi üçün iş üzrə avtotexniki ekspertiza təyin edilərək təqsirlərinə uyğun ona dəymiş ziyanın cavabdeh şəxslər tərəfindən ödənilməsi təmin edilməlidir. Ali Məhkəmənin Mülki X1 eyni xarakterli avtoqəza nəticəsində avtomobilinə dəymiş zərər tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin bülletenində dərc edilmiş qərarında xüsusi olaraq göstərilmişdir ki, “törədilmiş avtomobil qəzasına görə həm iddiaçı, həm də cavabdeh təqsirli olduğundan vurulmuş ziyana görə tərəflərin əmlak məsuliyyəti onların hər ikisinin təqsirli olmaları nəzərə alınmaqla müəyyən edilməlidir”. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlərin məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarındaolan “Sahil” Avto servis firması tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 019 saylı akt arayışından görünür ki, “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyan 10.080 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə İddiaçı saat 18:50 radələrində “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobilini Bakı şəhəri, H.Əliyev prospektində Mərdəkan istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozaraq yol və meteoloji şəraiti nəzərə almayaraq normal sürət həddi seçməyərək eyni istiqamətdə qarşıda hadisə törətmiş Nissan markalıı ** TV *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(006)- 502/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı İsmayııl oğlu barəsində Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-nin xx.xx.2016-cı il tarixli KYP/225141 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 2323/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 14 406 manat maddi zərər məbləği və 50 manat hüquqi xidmət haqqı, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 Əsədilla oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 2934/2017 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-2323/2016 saylı qətnaməsi qismən dəyişdirilərək, maddi zərərin əvəzi olaraq 12.906 manat, hüquqi xidmət xərci olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 12.986 manatın cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-7628/2017 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2934/2017 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 2412/2018 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-2323/2016 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 1511 manat müəyyən edilməklə dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-1738/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2412/2018 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdehlərin baş vermiş yolnəqliyyat hadisəsinə görə məhz iddiaçıya münasibətdə təqsirli olduğu sübuta yetirilmədiyindən müvafiq olaraq da mülki hüquqi məsuliyyəti də yaranmamışdır. Belə ki, iş materialları ilə iddiaçı xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehlərin təqsirindən ona məxsus “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəyməsini qeyd etsə də, işin bu halı təsdiqini tapmır. Əksinə işdən göründüyü kimi, iddiaçının idarə etdiyi avtomobilin qarşısında olan digər avtomobillə ara məsafəsini saxlamamasına görə dəyməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-nin xx.xx.2016-cı il tarixli qüvvədə olan inzibati xəta haqqında iş üzrə qərarla İddiaçı həmin yol nəqliyyatı hadisəsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyündən iş üzrə icraata xitam verilmişdir. Belə olan halda iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı cavabdehlərdən onun avtomobilinə dəymiş zərərin tələb edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2190/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2190/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver