Məhkəmə qərarları › İş №2(103)-2198/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2198/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2198/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun və ya avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.000 ABŞ (otuz min) dollar məbləğində pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dolları faiz məbləğində pulun və ya “X4 Rover" minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 (otuz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin digər Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 apellyasiya şikayəti ilə eyni vaxtda, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsinə dair ərizə də vermiş, lakin birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş ərizəyə hüquqi qiymət vermədən hər iki apellyasiya şikayətini baxılması üçün Bakı apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda prosessual qanunvericiliyin tələbi baxımından birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verilmədiyindən apellyasiya şikayətlərinin apellyasiya qaydasında mümkünlüyü yoxlanılması mümkünsüz edir. Kollegiya eyni zamanda hesab edir ki, proesessual qənəatlilik baxımından, yəni lüzumsuz vaxt itkisinə səbəb olmaması üçün Cavabdeh2 tərəfindən verilmiş proesessual müddətinə bərpasına dair ərizəyə hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş proesessual müddətinə bərpasına dair ərizəyə hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar