Məhkəmə qərarları › İş №2(103)-2198/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2198/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2198/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun etirafı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, polis şöbəsinə müraciət edərək yazdığı ərizədə qeyd etmişdir ki, 2022-ci ilin mayiyun aylarında tanıdığı İddiaçı 8000 manat 10%-lə borc götürmüşdür. Götürdüyü aydan başlayaraq, 1 il hər ay 10%-ni ödəmişdir. Anlaşma əsasında 8000 manatı faizlə bir yerdə qaytaracağına razılaşmışdırlar. Müəyyən səbəblərdən faizləri gecikdirdiyinə görə günün saatından asılı olmayaraq, hətta gecə saat 2-də, 3-də zəng edib, onu təhqir edir, hədə gəlirdi. Evinə zəng edir, yoldaşını, ailəsini təhqir edir, yoldaşının iş yerinə gedib, şikayət edəcəyi ilə hədələyirdi, onu dəfələrlə təhqir edib, hədələyib bütün dost-tanışlarının arasında onu biabır edəcəyini deyir. Dəfələrlə danışdıqdan sonra heç nəyə baxmayaraq, “mənim adamlarım var, pulum var” deyə təhdid və təhqirlərini davam eləyirdi. İndi isə sosial şəbəkədə onu təhqir edib paylaşıb. Sosial şəbəkədə bu yaxınlarda onu ad günü münasibəti ilə təbrik edən səhifədə də onu təhqir edib;

2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, 2022-ci ilin may-iyun ayından 8000 manat 10%-ə pul götürmüşdür, hər ay ödəmişdir və 2023-cü ilin may ayından 5%-ə endirdi. May ayından bu yana məbləğ faizlə bir yerdə 11000 manata gəlib çıxıb. Bu məbləğ ümumi razılıq əsasında dayandırılıb. Bu məbləği 2023-cü il dekabr ayının sonuna qədər ödəməyi öz öhdəsinə götürmüşdür;

3. İş materiallarına əlavə edilmiş kartın fotoşəklindən görünür ki, 4127320****1976 saylı kart İddiaçı məxsusdur; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 150 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 130 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 250 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 85 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 5 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 110 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 80 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 70 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 30 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 150 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 250 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür;

4. Təqdim edilmiş səs yazılarından görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etmiş, cavabdeh isə borcu ödəyəcəyini bildirmişdir;

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 10.600 manat pulun və ödənilmiş 122 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, uzun müddət tanıdığı Cavabdeh 2022-ci ilin iyun ayından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla (xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000, xx.xx.2022-ci il tarixdə 1000, xx.xx.2023-cü il tarixdə 1000 manat və 2023-cü ilin oktyabr-noyabr aylarında 3000 manat) ümumilikdə 11.000 manat məbləğində borca pul vəsaiti vermişdir. Lakin borclu həmin məbləğdən cəmi 2024-cü ilin mart ayında 400 manat məbləğində pul vəsaitini qaytarmışdır. Cavabdeh 1 ildən çoxdur ki, müxtəlif bəhanələr adı ilə götürdüyü borcu qaytarmır. Belə ki, Cavabdeh 2024-cü ilin aprel ayında guya onun tərəfindən təhqir olunması bəhanəsi ilə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət etmiş və şikayət ərizəsində ona 8000 manat məbləğində borclu olduğunu, həmin pul vəsaitini guya faizə götürdüyünü qeyd etmiş və həmçinin həmin məbləği 1 ay müddətində qaytaracağına öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş bu günə kimi ona olan borcu qaytarmamışdır.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Namiqlə qonşudurlar, Vahidi isə Namiqə görə tanımışdır. O, 3000 manat Namiqə vermişdir. Həmin pulu torpaq məsələsini həll etmək üçün vermişdi. Cavabdeh yazılı surətdə borcu olduğunu təsdiq etmişdi. O, bir dəfə 1300 manat, 1700 manat vermişdir. Onun pulunu isə Namiq kimdənsə borc alıb qaytardı. Namiq pulu faizlə vermirdi. Vahid ondan pul istəyəndə demişdi ki, onda yoxdur. 3000 manatı isə ondan əvvəl vermişdi. Həmin pulu torpaqla bağlı sənəd işi olduğu üçün vermişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, tərəflərin pul məsələsi ilə bağlı danışıqları onun yanında olub. Namiq ondan pul istəmişdi. Həmin pulu isə Vahidə görə xahiş etmişdi, o Vahidin uşağının xəstə olduğunu da demişdi. Namiq də pulu Vahidə verirdi. O, faizlə pul verməmişdir. Xeyli müddət keçdiyi üçün dəqiq tarix və məbləğ xatırlamır. O, özü şəxsən Vahidə borc verməmişdir. Namiq ondan xahiş edirdi və o da ona pul verirdi. Namiq az-az ona geri qaytarırdı. Vahidin Namiqə borcu 10000 manatdan yuxarı idi. Dəqiq məbləğ xatırlamır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 5.490 (beş min dörd yüz doxsan) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 122 manat pulun 63 (altmış üç) manatının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə, cavabdehə borc olaraq verilən pulun və qalıq borcun məbləği ilə bağlıdır. İddiaçı özünün iddiasında cavabdehə 11.000 manat pulun verildiyini, həmin puldan cəmi 400 manat qaytarıldığını qeyd edir. Cavabdehin mövqeyinə görə isə ona cəmi 8.000 manat pul verilmiş, həmin pula faizlər hesablanmış, 8000 manata yaxın məbləğ ödənilmiş, cəmi 180 manat borcu qalmışdır.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli əl yazıları ilə cavabdeh İddiaçı borc aldığı müəyyən edilmişdir. İddiaçı borcun 11000 manat olduğunu bildirsə də bu halı sübut edə bilməmişdir. İş üzrə təqdim edilmiş sübutlardan, işin hallarından və cavabdehin izahatından görünür ki, borc faizlə verilmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən normasından da göründüyü kimi hansısa şəxsə kredit verilməsi yalnız bu hüququn həyata keçirilməsinə dair müvafiq orqan tərəfindən verilmiş icazə əsasında həyata keçirilə bilər. İndiki halda iş üzrə iddiaçı bu cür icazəyə sahib olan fiziki şəxs və ya hüquqi şəxs deyildir, o cümlədən bunu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış razılaşmada faiz məbləği qeyd olunsa da, mövcud qanunvericilik normalarının tələbləri baxımından həmin şərt etibarlı şərt kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə verdiyi borc məbləğinin ümumilikdə 8000 manat olduğu qəbul edilməli və ödənilmiş məbləğlər həmin borcdan çıxılmalıdır.

12. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlərin, iddiaçının faizə pul vermədiyi, borcun 10000 manatdan çox olduğu barədə izahatları inandırıcı olmamışdır. İddiaçının yaxın tanışları olan şahidlərin onların yanında verilməmiş pulun məbləği ilə bağlı verdiyi ifadələr borc verilən pulun məbləğini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qalıq borcun məbləğinə gəldikdə isə, iddiaçı cavabdehə vermiş olduğu borcdan 400 manat pulun ödənildiyini, həmin məbləğin əlbəəl verildiyini bildirmişdir. Cavabdeh isə, iddiaçının kart hesabına ödənişlər etdiyinə dair qəbzlər təqdim etmişdir. İddiaçı sözügedən qəbzlərdə göstərilən ödənişlərin cavabdeh tərəfindən həyata keçirildiyini mübahisələndirməmişdir. Lakin həmin məbləğlərin onun borcuna aidiyyəti olmadığını, cavabdehin onun dostlarına olan borcları ödəmək üçün köçürdüyünü bildirmişdir. Lakin bu izahatlar inandırıcı olmamaqla iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh ümumilikdə 2110 manat məbləğində pulu iddiaçıya geri qaytarmışdır.

13. Ümumi 2510 manat pulun qaytarıldığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab ediir ki, ümumi borcun məbləğinin 8000 manat olması müəyyən edildiyindən, qalıq borc olan 5490 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında borc münasibəti olsa da bu borc münasibəti xitam edilmişdir Belə ki, iş üzrə məhkəməyə təqdim edilən yazışmalarda və telefon məlumatlarında görünür ki, iddiaçı özü borcun qaytarılmasını dolayı və birbaşa sübutlarla etiraf etmişdir. Bu barədə kağızda aparılan qeydləri iddiaçı özü ona göndərmişdir ki, sənin borcun ödənildi. İşin hallarından görünür ki, aralarında borc münasibətləri olsa da iddiaçı qanunsuz olaraq ondan faiz almışdır. Lakin iddiaçının belə hüququ yoxdur. Ona ödənilən faizləri hesablansa isə ümumiyyətlə borcunun olmaması aydın görünür. Yəni öhdəliyə xitam verilmiş sayılmalı idi. Qətnaməyə və işin faktiki hallarına baxdıqda iş üzrə çoxsaylı prosessual hüquq pozuntularına yol verilməsi bəlli olur. Bu pozuntular əsasən sübutların aidliyi, sübutların qiymətləndirilməsi, hər bir tərəfində öz tələb və iddiasını əsaslandırması ilə bağlı sərt tələblərin pozulması yönündə baş vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiaz edəək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, faizlə pul verən deyildir. Qarşı tərəfi 30 ildir tanıyırdı və ona hörmət edərək həmin pul məbləğini vermişdir. Qaytarmaq vaxtı gəldiyi üçün belə hərəkət etmişdir. İş materiallarında bütün sübutlar vardır. Aralarında faiz söhbəti yoxdur, bu məhkəmədə də sübut olundu. Qarşı tərəf 2022-ci ildən pul borcludur, iki ilə yaxındır ki, ortada yoxdur.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 25.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 28.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsindəxitam verilir. 29.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidi. 30.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mübahisəli münasibətlərin yarandığı tarixdə qüvvədə olan redaksiyada) 31.882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 32.882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 33.882.3-ci maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 34.882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 35.882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.İş materiallarından göründüyü kimi, İddiaçı iddianın faktiki əsası olaraq müvafiq sübutlara, o cümlədən müxtəlif tarixlərdə tərtib olunmuş qəbzlərə istinad edərək Cavabdeh verdiyi 10.600 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 41.Qeyd edilməlidir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. 42.Belə ki, hər iki tərəfin imzaladığı müxtəlif tarixli iltizamlardan göründüyü kimi 2022-ci ilin may-iyun aylarında yaranmış mübahisəli münasibətlərdən irəli gələn öhdəliyin mövcudluğu cavabdeh tərəfindən etiraf edilmiş, o, iddiaçıdan istinad edilən məbləğdə borca aldığı pulu 2023-cü ilin dekabr ayının sonuna qədər ödəməli olduğunu təsdiq etmşdir. İddiaçı isə öz növbəsində cavabdehin həmin puldan 400 manat məbləğini ona qaytardığını təsdiq etmiş, həmçinin sonuncu tərəfindən məhkəməyə iddiaya etirazının əsası olaraq təqdim edilmiş müxtəlif tarixli qəbzlərə əsasən həmin borcdan 2.110 manat məbləğində pul qaytarıldığı müəyyən edilmişdir. 43.Hazırkı halda borcunu etiraf edən borclu əslində belə bir öhdəliyin olmamasına deyil, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyinə istinad edir. Məlum olduğu kimi öhdəliyin kreditorun xeyrinə lazımınca icra etdiyini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Belə ki, sübutetmə vəzifələrinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. 44.Beləliklə də verilməsi öz təsdiqini tapmış pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşımasına baxmayaraq, o, yaranmış öhdəliyi lazımi qaydada tam şəkildə icra etdiyinə dair hər hansı sübutu təqdim edə bilməmişdir. Bununla da iddiaçının cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində müvafiq formada zərərə uğradığı halı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməli olması barədə mövqeyi ilə razılaşır. 45.Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Göründüyü kimi iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, bununla da MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 46.Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 50.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar