Məhkəmə qərarları › İş №2(103)-22/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-22/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-22/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh10 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, X9, X5ma, Cavabdeh2, X3, X6 qarşı “Cavabdeh4 və Cavabdeh5 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 25274,82 ABŞ dolları olmaqla cəmi 112 299,20 ABŞ dolları borcun və məhkəmə xərclərinə görə 60 manatın tutulmasına, tutmanın Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin 78000 manat olmaqla açıq hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmetinin satışından ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, X7, Cavabdeh7, Cavabdeh2, X1, Cavabdeh1 mənzildən çıxarılmaqla mənzilin boşaldılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2017 saylı, 08.05.2017-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı xxxx KB ASC cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh4 və Cavabdeh5 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 25274,82 ABŞ dolları olmaqla cəmi 112 299,20 ABŞ dolları borcun və məhkəmə xərclərinə görə 60 manatın tutulmasına, tutmanın Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin 78000 manat olmaqla açıq hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmetinin satışından ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, X7, Cavabdeh7, Cavabdeh2, X1, Cavabdeh1 mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xxxx KB ASC ilə borclu Cavabdeh4 arasında 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, yəni 28.08.2017-ci il tarixədək qaytarmaq, illik 21% ödəmək şərtilə 91500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimiİ X13 ASC ilə Cavabdeh10 arasında bağlanmış 15.03.2012-ci il tarixli 05Uİ/12 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə 28.08.2014-cü il tarixli əlavə sazişə əsasən Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili X13 ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 17.03.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 19.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh5 ilə iddiaçı xxxx KB ASC arasında bağlanmış 29.08.2014-cü il tarixli 85BKZ/14 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh5 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh4 ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq X4 ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh4 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 25274,82 ABŞ dolları olmaqla cəmi 112 299,20 ABŞ dolları təşkil edir. 15.03.2012-ci il tarixli 05Uİ/12 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinə əlavə sazişin 4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 78000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borclu və zamindən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2017 saylı, 08.05.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh4 və Cavabdeh5 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 69091 ABŞdolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 88024,38 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60 manat xxxx KB ASC-nin xeyrinə tutulması, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiymətinin 88000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 88024,38 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60manat xxxx KB ASC-nin hesabına, 200 manat Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 50 manat dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili satıldıqdan ən geci bir ay ərzində Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, X14, Cavabdeh7, Cavabdeh2, X10, Cavabdeh1 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səadət Səlimova). Qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh10 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2017 saylı, 08.05.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdehlərin eyni məzmunlu apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ən vacib sual real borc məbləğinin hansı miqdarda olmasıdır. Bununla bağlı verilən vəsatətlər əsasında keçirilmiş ekspert rəyi nəzərə alınmamışdır. 23.02.2017-ci il tarixli, 21277 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 29.08.2014-cü il tarixli, 85BKƏ/14 saylı kredit müqaviləsinin qeyd olunun şərtləri nəzərə alınmaqla 27.07.2016-cı il tarixə Cavabdeh4 xxxx KB ASC-yə olan borcu əsas kredit borcuna görə 69091 ABŞ dolları, faiz borcuna görə 8507.89 ABŞ dolları, cəriməyə görə 3711.61 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçının 10.04.2017-ci il tarixli Bank/PİKMD/683327 saylı maliyyə arayışından müəyyən olunur ki, guya Cavabdeh4 29.08.2014-cü il tarixli, 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 10.04.2017-ci il tarixə əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933.38 ABŞ dolları, cəriməyə görə 25274.82 ABŞ dolları olmaqla, cəmi 112.299.20 ABŞ dolları borcu vardır. Bu rəqəmlər həqiqəti əks etdirmir və bu rəqəmlər heç bir ekspertiza tədqiqatının obyekti olmamış, mütəxəssislər tərəfindən hesablanmamışdır. Məhkəmə 1000 ABŞ dolları cərimə borcu müəyyən etsə də, həmin məbləğ cavabdehin maddi vəziyyəti nəzərə alınaraq aşağı salınmalıdır. İddiaçının borcun düzgün hesablamaması nəticəsində ekspertiza təyin edilmiş və həmin ekspertiza xərci cavabdehlərdən tutulmuşdur. Cavabdeh həmçinin ekspertiza rəyi nəticəsində ipoteka predmeti olan mənzilin qiyməti ilə də razı deyil. O hesab edir ki, həmin mənzilin qiyməti 88.000 manatdan artıqdır. Hazırki bazar iqtisadiyyatı və qiymətlərin hər gün dəyişdiyi dövrdə mənzilin indidən satış qiymətinin müəyyən edilməsi doğru deyildir və ola bilsin ki, mənzil satışa çıxarılan zaman qat-qat baha olsun və banka olan borcu tam ödəsin. Cavabdehlər apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, Mülki Prosessual Məcəllənin 14.2, 217-ci maddələrinə istinad etmişlər. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Cabbarov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Borcverən xxxx KB ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə, yəni 15.03.2017-ci il tarixədək qaytarmaq şərtilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla 52500 manat kredit verməyi öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası 15.03.2012-ci il tarixli 05Uİ/12 saylı əsas ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin ipotekası ilə təmin olunmuşdur. Borcverən xxxx KB ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinə əlavələr edilməsi haqqında 28.08.2014-cü il tarixli sazişdən müəyyən olunur ki, tərəflər 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləğinin artırılaraq ******* manat məbləğində müəyyən edilməsinə, əsas kredit müqaviləsinin bitmə tarixinin uzadılaraq 15.03.2019-cu il tarixinin müəyyən edilməsinə, bu sazişin 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmasına dair razılığa gəlmişlər. Borcverən xxxx KB ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, yəni 28.08.2017-ci il tarixədək qaytarmaq, illik 21 % ödəmək şərtilə 91500 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Əlavə kredit müqaviləsinin 2.7-ci bəndindən müəyyən olunur ki, kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır, bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. Əlavə kredit müqaviləsinin 2.8.1-ci bəndindən müəyyən olunur ki, borcalan kredit və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2dəfə 5 təqvim günündən çox pozduqda borcverən kredit müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birgə qaytarılmasını borcalandan tələb edə bilər. Əlavə kredit müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası 15.03.2012-ci il tarixli 24Uİ/12 saylı ipoteka müqaviləsinə və ona edilmiş 28.08.2014-cü il tarixli əlavə sazişə əsasən Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin ipotekası ilə təmin olunmuşdur. Əlavə kredit müqaviləsinin 6.2-ci bəndindən müəyyən olunur ki, borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən borcverəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən, borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülkihüquqi öhdəlikləri və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda borcverən kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1% miqdarında cərimə tətbiq edə bilər. Əlavə kredit müqaviləsinin 6.3-cü bəndindən müəyyən olunur ki, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 7 təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 360% miqdarında və kreditə hesablanmış faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan faiz məbləğinin illik 360% miqdarında cərimə tətbiq edir. Əlavə kredit müqaviləsinin 7.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə tərəflərin imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. xxxx KB ASC-nin 29.08.2014-cü il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, bank tərəfindən borcalan Cavabdeh4 ayrılmış kreditə görə 91500 ABŞ dolları verilmişdir. Borcverən xxxx KB ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 13.03.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edərək kredit müqaviləsinin 1.3-cü bəndində nəzərə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsinin azaldılaraq illik 19,5%, müddətin 1 ay güzəşt müddəti olmaqla 28.10.2018-ci il tarixədək müəyyən edilməsi, bu sazişlə kredit müqaviləsinə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının boreverənə qaytarılmasının dövriliyini müəyyən edən yeni ödəniş cədvəlinin tərtib olunaraq həmin cədvəlin kredit müqaviləsinə 2 saylı əlavə hesab edilməsi, bu dəyişikliklərin qüvvəyə minməsindən sonra borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdiyi halda boreverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilməsi barədə razılığa gəlmişlər. xxxx KB ASC-nin 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh4 29.08.2014-cü il tarixdən 28.08.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 91500 ABŞ dolları, faiz borcuna görə 32594 ABŞ dolları olmaqla cəmi 124094 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. xxxx KB ASC-nin 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh4 29.01.2015-ci il tarixdən 28.10.2018-ci il tarixədək olan dövr ərzində əsas borca görə 81409 ABŞ dolları, faiz borcuna görə 34481 ABŞ dolları olmaqla cəmi 115890 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən xxxx KB ASC, borcalan Cavabdeh4, zamin Cavabdeh5 arasında bağlanmış 29.08.2014-cü il tarixli 85BKZ/14 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin kreditor qarşısında borclunun 28.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 7.1-ci bəndindən müəyyən olunur ki, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik tam şəkildə yerinə yetirilənə qədər qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.03.2012-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili Cavabdeh10 adına daşınmaz əmlakın dövlət reyestrində 1601 saylı reyestr kitabının 146607 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan xxxx KB ASC, borcalan Cavabdeh4, ipoteka verən Cavabdeh10 arasında bağlanmış 15.03.2012-ci il tarixli 05Uİ/12 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalan bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə krediti tamamilə qaytarılmadıqda və ya hesablanmış faizlərin ödənilməsini 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildiyi halda ipoteka saxlayan ipoteka predmetinin üzərinə ödəniş yönəldilməsi prosedurunun başlanmasım borcalana və ipoteka verənə yazılı şəkildə-bildiriş təqdim etməklə bildirir. İpoteka müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və tərəflərin kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliklərinin tam yerinə yetirilməsinə qədər qüvvədədir. İpoteka saxlayan xxxx KB ASC, ipoteka verən Cavabdeh4, ipoteka verən Cavabdeh10 arasında bağlanmış 15.03.2012-ci il tarixli 05Uİ/12 saylı ipoteka müqaviləsinə 28.08.2014-cü il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər 15.03.2012-ci il tarixli 35Uİ/12 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinə əlavə sazişə əsasən kredit müddətinin dəyişdirilərək 15.03.2019-cu il tarixinin, kredit məbləğinin dəyişdirilərək 1 000 000 manatın, ipoteka predmetinin Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin, ipoteka predmetinin tərəflərin razılığı ilə 78 000 manat qiymətləndirilməsinin müəyyən edilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.03.2012-ci il tarixli MA seriyalı 03577195 saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh10 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 1601 saylı reyestr kitabının 146607 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili 15.03.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 15.03.2017-ci il tarixinədək xxxx KB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.08.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh10 adma xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 1601 saylı reyestr kitabının 146607 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzili 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 15.03.2019-cu il tarixinədək xxxx KB ASC qarşısında əlavə ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 89 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03.09.2015-ci il tarixli 171 saylı arayışdan müəyyən olunur ki,1947-ciil təvəllüdlü Cavabdeh10, 1969-cu il təvəllüdlü Cavabdeh3, 1971-ci il təvəllüdlü Cavabdeh6, 1975-ci il təvəllüdlü X14, 1977-ciiltəvəllüdlü Cavabdeh4, 1966-cı Cavabdeh7, 1991-ci il təvəllüdlü Cavabdeh2, 2003-cü il təvəllüdlü X8, 1998-ci il təvəllüdlü X10, 2009-cu il təvəllüdlü X11,1968-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilində daimi qeydiyyatdadır. Cavabdeh4, Cavabdeh10, Cavabdeh2, X7, Cavabdeh1 07.03.2012-ci il tarixli, Cavabdeh3 09.03.2012-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin xxxx KB ASC qarşısında ipotekaya qoyulmasına etiraz etməmiş və mənzilə tutma yönəldikdə və ya satıldıqda mənzili tərk etməyi öhdələrinə götürmüşlər. xxxx KB ASC-nin Cavabdeh4 və Cavabdeh5 ünvanladığı 16.05.2016-cı il tarixli PKKİED/10930 saylı pretenziyadan müəyyən olunur ki, bank borclulara kredit (müqavilələri üzrə borc 10 təqvim günü müddətində tam ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xxxx KB ASC-nin Cavabdeh10 ünvanladığı 13.06.2016-cı il tarixli PKKİED/12525 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə bildirişdən müəyyən olunur ki, bank ipoteka verənə kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinə tutmanın yönəldilməsi proseduruna başlanıldığını bildirmişdir. xxxx KB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 05.07.2016-cı il tarixli PKKİED/14122 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən müəyyən olunur ki, bank Cavabdeh10 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 04.11.2016-cı il tarixli 364 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh10 məxsus Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 14 saylı evin 150 saylı mənzilinin bazar qiyməti 88000 manat təşkil edir. xxxx KB ASC-nin 27.07.2016-cı il tarixli Bank/PİKMD/545527 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh4 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 27.07.2016-cı il tarixə əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 8539 ABŞ dolları, cəriməyə görə 4804,98 ABŞ dolları olmaqla cəmi 82434,98 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2017-ci il tarixli 21277 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 27.07.2016-cı il tarixə Cavabdeh4 xxxx KB ASC-nə olan borcu əsas kredit borcuna görə 69091 ABŞ dolları, faiz borcuna görə 8507,89 ABŞ dolları, cəriməyə görə 3711,61 ABŞ dolları məbləğində müəyyən edilmişdir. xxxx KB ASC-nin 10.04.2017-ci il tarixli Bank/PİKMD/683327 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh4 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 10.04.2017-ci il tarixə əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları, cəriməyə görə 25274,82 ABŞ dolları olmaqla cəmi 112299,20 ABŞ dolları borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan raşqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədəvəya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə, tərəflərin izahatlarına əsasən, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutub, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı xxxx KB ASC tərəflər arasında olan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqvilədə nəzərdə tutulmuş kredit məbləğini borclulara versə də, borclular Cavabdeh4 və Cavabdeh5 xxxx KB ASC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmiş bununla da həm müqavilənin, həm də Mülki Məcəllənin tələblərini pozmuşlar. Birinci instansiya məhkəməsi iddiaçının 29.08.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 69091 ABŞ dolları, faiz borcuna görə 17933,38 ABŞ dolları tələbini əsaslı hesab edərək təmin etmişdir. Kollegiya hesab edir ki, borc məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilməməmişdən əvvəl məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən, 69.091.0 ABŞ dolları əsas borc, 8507.89 ABŞ dolları faiz borcu, 3711.61 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsas borcun 69.091.00 ABŞ dolları, faiz borcunun 17.933.38 ABŞ dolları, cərimə borcunun 25.274.82 ABŞ dolları olmasını qeyd etmişdir. Məhkəmə tərəfindən əsas borcun 69.091 ABŞ dolları olması iş materiallarında olan maliyyə arayışı və ekspertin rəyinə əsasən müəyyən edilmişdir. Cavabdehlər isə apellyasiya şikayətlərində 17.933.38 ABŞ dolları faiz borcu ilə bağlı məhkəmə tərəfindən ekspertiza keçirilməməsinə istinad etmişlər. Kollegiya apellyasiya şikayətlərinin bu dəlilinə münasibətdə qeyd edir ki, faiz borcunun məbləği iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarına əsasən müəyyən edildiyindən və ekspert rəyinin alınması üçün xüsusi biliyə ehtiyac olmadığından birinci instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməməsi qanunvericiliyin pozuntusu kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən hesablanan cərimə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 borcuna görə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi həm qanunvericiliyin tələblərinə, həm də tərəflərin mənafeyinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya həmçinin qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1 -ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 17.08.2016-cı il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Kollegiya iddia tələbinin ipoteka predmeti ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, cavabdehlər tərəfindən borc öhdəliyinin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. Kollegiya ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi məqsədilə qiymətləndirmə üzrə mütəxəssis cəlb etmiş və “xxxx” MMC tərəfindən ipoteka predmetinin bazar dəyəri 88000 manat müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, ipoteka predmeti ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ipoteka predmetinin bazar dəyəri və likvid dəyərinin müəyyən edilməsi məqsədilə “xxxx” MMC mütəxəssis qismində cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin bazar dəyəri 85.000 manat, likvid dəyəri isə 65.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin qərardada görə, "...borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur.” Kollegiya sadalanan xüsusatlara əsasən hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid qiymətinə əsasən müəyyən edilməlidir və hazırki iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiyməti qiymətləndirmənin rəyində göstərilən likvid qiymət – 65.000 manat məbləğində müəyyən edilməlidir. Kollegiya iddiaçının ipoteka predmetinə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh4, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, X7, Cavabdeh7, Cavabdeh2, X1, Cavabdeh1 ipoteka predmetindən çıxarılmalarına və ipoteka predmetinin boşaldılmasına dair iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2.ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 65.000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və işin hallarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiymətinin onun likvid dəyəri məbləğində, yəni 65.000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh4 və Cavabdeh10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2017 saylı, 08.05.2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı evin 150 saylı mənzilinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar