Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2201/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 qeyd edlilən qərardadından şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən qaytarılmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından da şikayət vermiş, lakin həmin şikayət də Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadı ilə analoji əsasla qaytarılmışdır. İddiaçının sonuncu qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadı ilə təmin olunmamış (hakim Solmaz Ədilova), baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının şikayətinə görə - birinci instansiya məhkəməsi tərəfindən şikayətlər hər dəfə qaytarılsa da, bunun konkret səbəbləri göstərməmiş, yəni şikayətin məzmununun hansı formaya uyğun olmamasını və s. bu kimi halları qeyd etməmiş, bununla hüquqları pozulmuşdur. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti qaytararkən onun MPMə 2 saylı Əlavəyə uyğun formada tərtib olunmamasını qeyd etməklə kifayətlənmişdir. Halbuki, işdən görünür ki, qərardaddan verilmiş şikayət “Elektron məhkəmə” informasiya sisteminə uyğun elektron kabinet vasitəsilə verilmiş, şikayətdə iddiaçının dəlilləri ətraflı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi isə şikayətin dəlilərinə qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini tam və hərtərəfli yoxlamalı, çatışmazlıqlar aşkar etdikdə isə bunu ümumi olaraq deyil, konkret nədən ibarət olmasını aydın şəkildə göstərməlidir. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Bununla yanaşı, nəzərə alınmalıdır ki, qərardaddan verilmiş şikayətlərin qətnamələrdən verilmiş apellyasiya şikayətlərinin məzmununu tənzimləyən MPM-ə 2 saylı Əlavəyə hərfi mənada uyğun olmasını tələb etmək məsələyə kifayət qədər formal yanaşma ilə nəticələ bilər. Çünki, qərardaddan verilmiş şikayətlərin dəlilləri bir qayda olaraq qətnamələrdən verilmiş apellyasiya şikayətlərinin dəlillərini münasibətdə daha sadə olmaqla, özündə əsasən prosessual pozuntuları ehtiva edir. Belə olan halda isə, MPM-ə 2 saylı Əlavədə nəzərdə tutulmuş bütün qrafaların doldurulmasına da zərurət olmur. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 14/2023 saylı qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2201/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2201/2024
12.03.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver