Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2207/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Şahin Sadıqovun və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər X2, X1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh (zamin) Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Binəqədi RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, cavabdehlər Cavabdeh1, Təhminə Həsənova və Cavabdeh2 iddiaçının xeyrinə müştərək qaydada aşağıda göstərilən borc tutulsun: 1) xx.xx.2015-ci il tarixli 010R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 30.8046,33 ABŞ dolları, faiz borcuna görə 43.613,21 ABŞ dolları və cərimə borcuna görə 3.000 ABŞ dolları olmaqla, cəmi 354.659,54 ABŞ dolları borc; 2) xx.xx.2015-ci il tarixli 010R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 23.4151,93 ABŞ dolları, faiz borcuna görə 33.267,35 ABŞ dolları və cərimə borcun görə 3.000 ABŞ dolları, cəmi 270.419,28 ABŞ dolları məbləğində borc. Bundan başqa, qətnamə ilə qət olunub ki, həmin borc üzrə tutma ipoteka predmetinə yönəldilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətini cavabdeh (zamin) Cavabdeh2 verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 pul tutulması hissəsində ləğv edilsin və iddia Cavabdeh2 pul tutulması hissəsində rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı oluğunu, iddiaçının nümayəndəsi Şahin Sadıqov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin zamin Cavabdeh2 pulun - borcun və məhkəmə xərclərinin tutulmasına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli, Cavabdeh2 borcun tutulması barədə tələb rədd olunmalı, habelə o, həmin qətnamədə göstərilən məhkəmə xərclərinin ödəməkdən azad edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. xx.xx.2015-ci ildə İddiaçı QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış uzunmüddətli kredit xətt müqaviləsinə əsasən iddiaçı cavabdeh 120 ay müddətinə 10.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən 2 dəfə kredit verilmişdir. 1-ci dəfə xx.xx.2015-ci ildə kredit verən və kredit alan arasında bağlanmış kredit razılaşmasına əsasən 400.000 ABŞ dolları kredit verilmişdir. Kredit 60 ay müddətinə verilmiş, kreditdən istifadəyə görə aylıq faiz dərəcəsi 1,2333 faiz müəyyən edilmişdir. xx.xx.2016, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə eyni şəxslər arasında bağlanmış sazişlərlə yeni ödəniş planı tərtib edilməklə ödənişlərin ona uyğun olaraq həyata keçirilməsi razılaşdırılmışdır. 2-ci dəfə xx.xx.2015-ci ildə kredit verən və kredit alan arasında bağlanmış kredit razılaşmasına əsasən 300.000 ABŞ dolları kredit verilmişdir. Kredit 60 ay müddətinə verilmiş, kreditdən istifadəyə görə aylıq faiz dərəcəsi 1,2333 faiz müəyyən edilmişdir. xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə eyni şəxslər arasında bağlanmış sazişlərlə yeni ödəniş planı tərtib edilməklə ödənişlərin ona uyğun olaraq həyata keçirilməsi razılaşdırılmışdır. Apellyasiya şikayəti verən şəxs – Cavabdeh2 həmin kredit münasibətində zamindir. Belə ki, xx.xx.2015-ci ildə İddiaçı QSC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanıb və zamin kredit alanın (Cavabdeh1) uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürüb. Cavabdeh2 zaminliyi xitam olunub. Belə ki, kredit xətt müqaviləsində kreditdən istifadəyə görə ödənilməli olan faiz dərəcəsi göstərilməyib. Zaminlik müqaviləsi kredit xətt müqaviləsinə münasibətdə bağlanıb, həmin müqavilədə də faiz dərəcəsi göstərilməyib. Bundan sonra 2 dəfə kredit verilməsi barədə müqavilə bağlanıb, həmin müqavilələrdə faiz dərəcəsi göstərilib, lakin zaminin faiz dərəcəsi barədə razılığı alınmayıb. Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd olunub ki, kredit xətt müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Ona görə də hesab olunur ki, zaminliklə təmin edilmiş öhdəlik dəyişmişdir, yəni zaminlik təminatı verilərkən faiz olmadığı halda sonradan faiz müəyyən edilmişdir. Bu dəyişmə zaminin məsuliyyətinin artmasına səbəb olmuş, bununla da zaminlik xitam olunmuşdur. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik xitam olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 kredit müqaviləsi borcun və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin. İddiaçı QSC-nin iddiası Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbə aid hissədə rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat İddiaçı QSC-dən Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2207/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2207/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver