Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2208/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 2813/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 033R********** saylı kredit razılaşması üzrə 9166.8 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, «Access Bank» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 033R********** saylı kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada 033R********** saylı kredit razılaşması üzrə 9166.8 ABŞ dolları dolları məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-2813/20) iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 9166.8 (doqquz min yüz altmış altı dollar səksən sent) ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, «Access Bank» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 033R********** saylı kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya qaydasında şikayət vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2010-cu il tarixli 21L000000398 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli 21L000000398S saylı sazişlə kredit xəttinə dəyişiklik edilərək kredit xəttinin məbləği 75000 ABŞ dolları məbləğində, kredit xəttinin müddəti isə 173 ay müddətində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 033R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.25 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6833.2 ABŞ dolları ödəmiş, onun 9166.8 ABŞ dolları dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və Kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən, iddiaçı cavabdehlərdən birgə qaydada 033R********** saylı kredit razılaşması üzrə 9166.8 ABŞ dolları dolları məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bundan əvvəl ona qarşı 2019-cu il tarixdə məhkəmə qaydasında həmin tələb ilə iddia qaldırmışdır. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 13031/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı QSC-nin 2019-cu il tarixdə ona qarşı verdiyi iddia ərizəsi üzrə təmin edilmiş qətnamə ləğv olunmuşdur. Həmin qərardadda da göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən fiziki şəxslərin milli valyutada 17000 manat məbləğinədək, xarici valyutada 10000 ABŞ dollarınadək illik 1% olmaqla, 5 illik əsas borc üzrə müqavilə bağlanmalıdır. Lakin İddiaçı QSC tərəfindən onu yeni müqavilə ilə əlaqədar dəvət etməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh1 (borc alan) mübahisələndirmişdir. Qətnamə işdə iştirak edən digər şəxslər (zaminlər) tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını Cavabdeh1 aid hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi və ona edilmiş dəyişikliklə bağlı xx.xx.2014-cü il tarixli saziş üzrə bağlanan xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən ona aylıq 2,25 faiz ödəmək şərtilə 24 ay müddətinə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək cavabdehlərə qarşı hazırkı iddianı qaldırmışdır. İş üzrə İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1nun İddiaçı QSC-yə 9166.8 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 3058 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 9166.8 ABŞ dolları, faiz borcu 2711.29 ABŞ dolları təşkil edir. İş materiallarından məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 9166,8 ABŞ dolları əsas borc, 2044,17 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11310,97 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSCyə ödənilməsi qət edilmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13031/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 61/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımi qaydada yerinə yetirilmədiyini müəyyən etmiş və bu səbəbdən iddia tələbini əsaslı sayaraq cəmi 9166.8 ABŞ dolları borcun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Qətnamə hüquqi cəhətdən Mülki Məcəllənin 442, 443, 445, 448-ci və s. maddələri ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri hallar qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh1 aid hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Apellyasiya şikayətinin əsas dəlili onda ibarətdir ki, İddiaçı QSC kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restruktruzasiyası məqsədilə onu yeni müqavilə bağlanması üçün dəvət etməmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, İddiaçı QSC-nin bundan əvvəl qaldırdığı eyni məzmunlu iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanarkən Bank tərəfindən restruktruzasiya məqsədilə cavabdehlərə göndərilmiş bildirişə istinad olunmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin bu dəlili iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə, yəni borc alan Cavabdeh1 münasibətdə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin qeyd olunan hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2208/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2208/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver