Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2209/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X6, Cavabdeh hüquqi varisi X4, onun və Cavabdeh hüquqi varisi X7 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh hüquqi varisi X14 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh (hüquqi varisləri X9 və X5) qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 235.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İbrahimova (Bağırova) Zeynəb Həsən qızı ilə 15.11. 2000-ci il tarixdə qanuni nikaha daxil olapraq ailə qurmuş, birgə ailə həyatından 4 uşaqları olmuşdur. İş üzrə Cavabdeh onun qaynatasıdır. O, ailə qurduqdan sonra köçüb arvadının yuxarıda göstərilən ünvanda yerləşən evində yaşamağa başlamışdır. Həmin həyətdə iki ev vardır. Cavabdeh onunla arvadına bir mərtəbəli yarımzirzəmidən ibarət olan evi vermişdir. Həmin həyətdə olan digər tikilidə isə özü yaşayır. Sonra o, belə qərara gəlmişdir ki, həmin yarımzirzəmidən ibarət olan bir mərtəbəli evin mansardını tiksin ki, yaşayış şəraitləri yaxşı olsun. 2013-cü ildə cavabdehin razılığı ilə o, belə də etdi və yarımzirzəmidən ibarət olan 1 mərtəbəli evi 3 metr qabağa, 3 metr yana genişləndirdi, evin ikinci mərtəbəsi kimi sayılan mansardını tikdi. Bütün bunlara görə o, 235.000 manat pul xərcləmişdir. Hal-hazıradək orada yaşayır. Evin və torpaq sahəsinin əmlak vergisini hər il Bakıxanov Bələdiyyəsinə ödəmişdir. Lakin onun arvadı Bağırova Zeynəb onkoloji xəstəlikdən əzab çəkdiyi üçün 20.09.2010-cu ildə vəfat etmişdir. 2014-cü ildə o, evi cavabdehin adına sənədləşdirib İcra Hakimiyətindən sərəncam aldı, bundan sonra cavabdehin ona qarşı münasibəti dəyişmiş, onunla pis rəftar etməyə başlamışdır. Cavabdeh onu tikdiyi evdən çıxarır, ona həmin evdən getməyini tələb edir. Hətta cavabdeh ondan polis bölməsinə şikayət etmiş, onu öldürməklə hədələmişdir. Belə olan halda o, cavabdehdən tikdiyi evin pulunu tələb etmiş, lakin o, evin tikintisinə xərcələdiyi 235.000 manat pulu ona verməkdən imtina edir. Hal-hazırda o, başa düşmüşdür ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış, onu aldadaraq ev tikdirmiş, adına sənəd aldırmış, ona külli miqdarda pul xərclətdirmiş və sonra da vəfat edən qızına verdiyi evi və onun üstündə tikdiyi yeni evi ondan geri tələb etməyə başlamışdır. Əgər cavabdeh onu evdən çıxarırsa onda o, ona dəymiş ziyanı ödəməlidir. Hal-hazırda o özünün və uşaqlarının təhlükəsizliyini təmin etmək məqsədilə evdən çıxmaq məcburiyyətində qalmışdır. İşə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 267.907 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, o iddia tələbində daş qarajın, yarımzirzəminin və su hovuzunun tikilməsinə sərf etdiyi pulun cavabdehdən alınaraq ona verilməsini göstərməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o iddia tələbində göstərdiklərindən başqa cavabdehin xahişi ilə ona məxsus həyətdə daş qaraj tikdirmiş, həmin daş qarajın tikilməsinə tikinti materialları və usta haqqı ilə birlikdə 9.326 manat pul xərcləmişdir. Tikinti materialları və usta haqqı ilə birlikdə o cəmi 21.706 manat məbləğində pul xərcləmişdir. Daha sonra o orada su hovuzu tikdirmişdir. Tikinti materialları və usta haqqı ilə birlikdə o 1.875 manat məbləğində pul xərcləmişdir, cəmi 32.907 manat. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9731/2015 saylı, 30 sentyabr 2015-ci il tarixli qərardadına əsasən, tərəflərin arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9731/2015 saylı, 30 sentyabr 2015-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək, işə baxılması davam etdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 07 dekabr 2021ci il tarixli qərardadı ilə Cavabdeh Heyvəli oğlunun 17.08.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar həyat yoldaşı X14 və qızı X10 onun hüquqi varisləri kimi tanınmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh hüquqi varisləri X14 və X3 267.907 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh hüquqi varisi X14 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, təmir-tikinti işlərinin İddiaçı tərəfindən icra edilməsi qənaətinə gəlindiyi təqdirdə belə, onun özünün tikinti işlərinə dair hər hansı rəsmi icazəsinin olmaması faktı, bu tikilinin özbaşına tikili olduğunu ehtiva edir. Demək ki, İddiaçı özünün tikdiyini iddia etdiyi tikili ona münasibətdə özbaşına tikili statsunu alır ki, Qanunla da, belə daşınmaz əmlaklar özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Yekunda da, İddiaçı belə bir tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, bütün növ əqdlər, o cümlədən “Barışıq sazişi” bağlamaq və bu mövzuda hər hansı iddia qaldırmaq ixtiyarı olmamışdır. İddiaçının iddiasının əsasını təşkil edən və Qanunun şərt olaraq vurğuladığı “Barışıq sazişi”nin artıq ləğv olunması faktı, iddiaya əsasən razılaşmanın bağlanmasına xidmət edən niyyətin də artıq - öz mahiyyətini və hüquqi qüvvəsini itirməsi halını bir daha təsdiq və sübut edir. Məhkəmə İddiaçının iddiasının əsasını təşkil edən “Barışıq sazişi”nin artıq ləğv olunması faktını, o cümlədən iddiaya əsasən razılaşmanın bağlanmasına xidmət edən niyyətin öz mahiyyəti və hüquqi qüvvəsini itirməsini görməmişdi. Beləliklə də, məhkəmə ləğv edilmiş “Barışıq sazişi”nə və onun bağlanma niyyətinə istinad edərək qeyri obyektiv qətnamə çıxarmaqla pozuntuya yol vermişdir. Nə tikinti işlərinə sərf olunan xərclərin həcmini müəyyən etmək üçün tikinti-texniki və Əmtəəşünaslıq ekspertizası, nədə ki, imza nümunələrinin eyniləşdriilməsi üçün xəttşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmənin “Barışıq sazişi”ndə göstərilən imzanın mərhum cavabdehə məxsusluğu üzrə imza nümunələri ilə bağlı məsələyə hüquqi qiymət verilməmişdir. Bundan başqa, əgər 2(008)-9731/2015 saylı, 30.09.2015-ci il tarixli qərardadla tərəflər arasında bağlanmış “Barışıq sazişi” məhkəmə tərəfindən təsdiq edilərək, mülki iş üzrə icraata xitam verilmişdirsə, elə olan halda cavabdehin ölümü, sonradan həmin sazişin özünün qüvvədən düşməsi və bununla da, onun əsaslarını təşkil edən hallarla bağlı pul ödənilməsi öhdəliyinin yenidən cavabdehin hüquqi varislərinin üzərinə qoyulması qətnamənin ləğv olunması üçün əsasdır. Cavabdeh Heyvəli oğlunun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur və o, “Barışıq sazişi”ni özü imzalamamışdır. Ona görə ki, həmin vaxt o ağır xəstə olmuş və öz hərəkətlərini idarə edə bilməmişdir. Çünki, hansısa əsas sənədə imza atmağa və normal fikirləşməyə onun həmin dövr üçün səhhəti yol vermirdi. Mübahisələndirilən tikililər Cavabdeh öz vəsaiti hesabına tikilmişdir. Məhkəmə çıxardığı qətnamədə təmirtikinti işlərinin məhz İddiaçı tərəfindən maliyyələşdirilməsinə dair heç bir sübuta istinad edilmir. Həmin dövr üçün 267.907 manat iddiada qeyd olunan işlər üçün şişirdilmiş məbləğdir. Belə olduğu təqdirdə, həmin işlərə sərf olunan xərclərin həcmini müəyyən etmək üçün ekspertiza təyin edilməli idi. “Barışıq sazişi”ndə imzanın həqiqətən də Cavabdeh məxsus olması xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə təsdiqlənməlidir. Qətnamədə qeyd edilir ki, guya İddiaçı müxtəlif tarixlərdə Bakıxanov Bələdiyyəsinə vergi ödənişləri həyata keçirmişdir. Lakin, Bələdiyyəyə mütəmadi olaraq cavabdeh tərəfindən vergi ödənişləri edilmiş və bu barədə sübutlar da apelyasiya şikayətinə əlavə edilmişdir. Cavabdehin hüquqi varisi məhkəməyə şahid gətirmiş və həmin şahid cavabdehin xeyrinə ifadə vermiş, şahid və şahidin izahatı ilə bağlı qətnamədə heçnə yazılmamışdır. İddiaçı öz mülkiyyətində olmayan daşınmaz əmlakın tikinti sahəsinin genişləndirilməsi və təmirinə 267.907 manat məbləğində xərc çəkilməsi bazara uyğun olmamaqla, inandırıcı və reallığa uyğun deyil. Qətnamədə İddiaçı qeyd olunan əmlaka dair mülkiyyət, istifadə və ya sərəncam vermək hüququnu təsdiq edən hansısa bir təsdiqedici sənədə istinad edilmir, Cavabdehla İddiaçı arasında daşınmaz əmlakın təmiri və ya tikinti sahəsinin genişləndirilməsinə dair hər hansısa yazılı razılaşma mövcud olmamış, Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik qəbul etməmiş, 30.09.2015-ci il tarixli məhkəmə iclas protokolunda Cavabdeh 267.907 manat məbləğində vəsaitin İddiaçı ödənilməli olduğunu bildirmir, o, qeyd edir ki, “müəyyən şərtlərlə” razılığa gəlmişik. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh hüquqi varisi X14 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh hüquqi varisi Günəş İbrahimovanın iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh hüquqi varisi X10, onun və Cavabdeh hüquqi varisi X7 nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X15 Cavabdeh hüquqi varisi Günəş İbrahimova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh hüquqi varisi X14 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “X9 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13.01.1998-ci il tarixli, 68 №-li sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakıxanov qəsəbəsi Əfəndiyev küçəsindəki 609 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X9 ayrılması qərara alınmışdır.(Cild İİ, İ.vər. 13) İş materiallarında olan, Bakı şəhəri, 16 saylı Dövlət Notariat Kontoru tərəfindən 13.09.2011-ci il tarixdə verilmiş ƏN-İ № 276107 saylı etibarnamənin surətindən görünür ki, Bakıxanov qəs. O.Əfəndiyev küç. 10-da qeydiyyatda olan X14 Bakı şəhəri, Kürdəxanı qəs. M.Aqil küç. ev 23, d 4-də qeydiyyatda olan İddiaçı 10 il müddətində özündə geniş səlahiyyətlər əks etdirən etibarnamə (ali etibarnamə) vermişdir.(Cild İ, İ.vər. 20) İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər X1 ünvanladığı 01/01-7195 saylı, 12.10.2011-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəs. yerləşən torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması ilə əlaqədar müraciətinə baxılmış və təqdim edilmiş sənədlərə əsasən şöbənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, istifadəsində olan torpaq sahəsinin yeri və ölçüləri dəqiqləşdirilmişdir. Məlum olmuşdur ki, Sabunçu rayon İcra Hakimiyyətinin 13.01.1998-ci il tarixli 68 №-li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 609 kv.m torpaq sahəsi ayrıldığı halda əlavə olaraq 922, 08 kv.m. torpaq sahəsini zəbt edərək 1531,08 kv.m sahəni hasarlamış və tikinti işləri aparılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, tərəfindən tutulmuş torpaq sahəsi aidiyyatı üzrə geri qaytarıldıqda və ya müvafiq qaydada rəsmiləşdirildikdən sonra müraciətinə yenidən baxılacaqdır.(Cild İ, İ.vər. 21) İş materiallarında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi ilə Cavabdeh Heyvəli oğlu arasında bağlanmış 269 saylı, 03.09.2014-cü il tarixli “Bakıxanov Bələdiyyəsinin ərazisində olan torpaq sahələrinin icraəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, ünvan 5-da 600 kv.m ümumi sahəsi mövcud vəziyyətdə olan fərdi yaşayış evinə məxsus torpaq sahəsinin 1 il müddətinə icarəyə verilmişdir.(Cild İ, İ.vər. 6) İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Sabunçu rayonu, Bakıxanov qəs. O. Əfəndiyev küç. yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə hüquqi qeydiyyata adınması barədə” 695 №-li, 01.12.2014-cü il tarixli sərəncamının surətindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 600,0 kvm. torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, yarımzirzəmili, mansardlı, yarımzirzəmidə köməkçi sahələr-201,0 kv.m., 1-ci mərtəbədə zal sahəsi-39,8 kv.m., beş yaşayış otağı-82,1 kv.m., eyvan-11,9 kv.m., mansardda üç köməkçi otaq-172,7 kv.m., manşard-42,8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin Cavabdeh Heyvəli oğlunun adına hüquqi qeydiyyata alınması qərara alınmışdır.(Cild İ, İ.vər. 10) İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Sabunçu rayon İcra Hakimiyyətinə ünvanladığı 18/03-8/2740 saylı, 01.10.2014cü il tarixli məktubunun surətindən görünür ki, 10.09.2014-cü il tarixli, 14U-İ/5043 saylı razılıq məktubu nəzərə alınaraq Cavabdeh Heyvəli oğluna Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi razılaşdırır.(Cild İ, İ.vər. 22) İş materiallarında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsinin 21.06.2020-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı 33 manat 30 qəpik məbləğində pul ödəmişdir.(Cild İ, İ.vər. 7) İş materiallarında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsinin 03.09.2014-cü il tarixli qəbzinin surətindən görünür ki, Cavabdeh Heyvəli oğlu 144 manat məbləğində pul ödəmişdir.(Cild İ, İ.vər. 8) İş materiallarında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsinin 21.05.2013-cü il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı 33 manat 30 qəpik məbləğində pul ödəmişdir.(Cild İ, İ.vər. 9) İş materiallarında olan, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ №040048 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Heyvəli oğlu 17 avqust 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 20 günündə 1679 № ilə qeyd edilmişdir.(Cild İ, İ.vər. 97) İş materiallarında olan, Bakı şəhəri 24 saylı notariat ofisinin 12.06.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 17.08.2019-cu ildə ölmüş Cavabdeh Heyvəli oğlunun vərəsələri qızı X10 və arvadı X11r.(Cild İ, İ.vər. 99) İş materiallarında olan, İddiaçı ilə Cavabdeh arasıda bağlanmış 30.09.2015-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər məhkəmədə baxılan mülki iş üzrə 267.907 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh Heyvəli oğlu arasında könüllü razılığa gələrək aralarında barışıq sazişi bağlayıraq öz üzərlərinə aşağıda göstərilən öhdəlikləri götürürlər:
1. Cavabdeh Heyvəli oğlu ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 01.12.2014-cü il tarixli, 695 saylı sərəncamı ilə mövcud vəziyyətdə hüquqi qeydiyyata alınmış yarımzirzəminin üstündə tikilən iki mərtəbəli, mansarlı yaşayış evinin nəvəsi X12 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatdıqdan sonra evin yalnız nəvəsi Həsənə məxsus olacağını, nəvəsi Həsənin 18 yaşına çatanadək həmin evi notariat kontorunda nəvəsi X8 adına bağışlamağı və ya vəsiət etməyi öz öhdəsinə götürür.
2. Cavabdeh Heyvəli oğlu tərəfindən sözügedən evi nəvəsi Həsənin 18 yaşına çatana qədər bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir.
3. Tərəflər arasında qarşılıqlı razılaşma olduğundan İddiaçı Cavabdeh Heyvəli oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbindən imtina edir.(Cild İ, İ.vər. 49) Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum Cavabdeh övladı İbrahimova (Bağırova) Zeynəb qızı ilə 15.11.2000-ci il tarixdə qanuni nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 4 uşaqları olmuşdur. İddiaçı mərhumun qızı ilə ailə qurduqdan sonra Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 10 A-da yerləşən iki evdən birində yaşamağa başlamışdır. İşin mübahisəsi ondan ibarətdir ki, iddiaçı Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 10 A-da yerləşən yaşadığı iki evdən birində yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün mərhum Cavabdeh razılığı ilə müəyyən tikinti işlərini aparmasını və bunun üçün də ümumilikdə 267.907 manat məbləğində pul xərcləməsini iddia etmiş, cavabdehin hüquqi varisləri isə iddiaçının tikinti və evin rəsmiləşdirməsi ilə bağlı heç bir iş görmədiyi halda əsassız pul tələbi barədə iddia sürmələrini göstərərək iddiaya etiraz edirlər. İddiaçının izahatlarından görünür ki, 2014-cü ildə evi mərhum Cavabdeh adına sənədləşdirib İcra Hakimiyətindən sərəncam almasından sonra qayınatasının ona qarşı münasibətin dəyişdiyi, hətta tikdiyi evdən çıxmasını tələb etdiyi üçün cavabdehdən tikdiyi evin pulunu tələb etmiş, sonuncunun imtina etdiyi uçün məhkəmədə hazırki iddianı qaldırmışdır. Cavabdeh sağlığında ikən, yəni 2015-ci ildə iş məhkəmə baxışında olanda iddia olunan pulun xərclənməsini etiraf etməklə müəyyən şərtlər əsasında barışıq sazişini imzalamışdır. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi qeyd edilən barışıq sazişinə mərhum Cavabdeh imza etməməsini, 2015-ci ildə onun xəstə olmasını, bu səbəbdən 30.09.2015-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməməsinə istinad etmişlər. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.09.2015-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qərardadın ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılması davam etdirilməsinə baxmayaraq, hazırki vəziyyətdə sözügedən saziş məhkəmə tərəfindən yenidən təsdiq edilməsə də, (cavabdehin hüquqi varisləri sazişlə razılaşmırlar) mübahisəyə məhz həmin sazişin məzmununda göstərilənlər əsasında müvafiq qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 29.09.2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək iddiaçı tərəfin mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün onlara müəyyən müddət vaxt vermək məqsədi ilə məhkəmə iclasının təxirə salınması barədə vəsatətinin təmin edilməsinə etiraz etməmiş və özünün də vəsatəti olmamasını göstərmişdir. Daha sonra isə iş materiallarında olan 30.09.2015-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, Cavabdeh 29.09.2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək “Möhtərəm hakim, biz müəyyən şərtlərlə razılığa gəlmişik və bu səbəbdən də barışıq sazişi bağlamışıq. Məhkəmə tərəfindən bizim aramızda bağlanmış barışıq sazişini təsdiq edib və iş üzrə icraata xitam verilməsini xahiş edirəm” məzmununda izahat vermişdir. Bundan əlavə, həmin protokoldan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan məhkəmə iclas protokollarının həqiqiliyinə şübhə yaradan hər hansı halın olmamasını qeyd etməklə və bu protokolların məzmununda göstərilənləri nəzərə almaqla hesab etmişdir ki, mərhum Cavabdeh 29 və 30 sentyabr 2015-ci il tarixlərdə məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin, iş materiallarında olan barışıq sazişinin məzmununa da məhz qeyd edilən məhkəmə iclas protokollarının məzmunu baxımından hüquqi qiymət verilməlidir. Sözügedən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında yaranmış mübahisənin həlli baxımından yuxarıda qeyd edilən barışıq sazişini bağlamaqla imzalaması mübahisənin məhkəmədən kənar həll etməsi baxımından ağlabatan mühakimə qaydasında mümkün idi. Belə ki, sazişin məzmunundan da görünür ki, Cavabdeh iddia edilən məbləği dərhal iddiaçıya qaytarmalı deyildi. Çünki, razılaşmaya əsasən Cavabdeh mübahisəli yaşayış evinin nəvəsi X12 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatdıqdan sonra evin yalnız nəvəsi Həsənə məxsus olacağını, nəvəsi Həsənin 18 yaşına çatanadək həmin evi notariat kontorunda nəvəsi X8 adına bağışlamağı və ya vəsiyyət etməyi öz öhdəsinə götürmüşdür. Bu hal ilə iddiaçı razılaşmış və tərəflər arasında bununla bağlı aralarında 2019-cu ilin avqust ayına qədər hər hansı formada mübahisə olmamışdır. Sazişin İİ bəndində Cavabdeh Heyvəli oğlunun sözügedən evi nəvəsi Həsənin 18 yaşına çatana qədər bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğin cavabdehdən tutulub iddiaçıya verilməli olması göstərilməsi isə azyaşlı Həsənin 18 yaşına çatana qədər olan dövrünü əhatə etmişdir. Cavabdeh barışıq sazişinin bağlanmasından 4 il sonra 17.08.2019-cu il tarixdə vəfat etmişdir və bu vaxta qədər isə o, sözügedən evi nəvəsi Həsənin adına bağışlamamış və ya vəsiyyət etməmişdir. Həmçinin, hazırda qüvvədə olmayan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-9731/2015 saylı, 21 may 2021-ci il tarixli qərardadı üzrə iddiaçının 24.07.2020-ci il tarixli ərizəsinə əsasən 14.09.2020-ci il tarixdə icra vərəqəsinin verilməsi də cavabdehin sağlığında ikən barışıq sazişinin şərtlərinə əməl etməməsi ilə əlaqədar olmuşdur. Mübahisəli ev dövlət reyestrində qeydə alınmadığı üçün onun bağışlama formasında özgəninkiləşdirilməsi mümkün deyildi. Lakin vəsiyyətnamə verilməsinə heç bir qadağa yox idi. Belə ki, həmin əmlak faktiki olaraq mərhuma gözlənilən mülkiyyət hüququ əsasında məxsus idi və vəsiyyətnamənin verilməsi gələcəkdə hüquqi nəticələr yarada bilərdi ki, bu da iddiaçı üçün məqbul idi. Başqa sözlə, mərhumun sağlığında ikən sazişdə göstərilən vəsiyyətnamənin verməsi faktı iddiaçıya məlum olsa idi, bu hal həm qeyd edilən icra vərəqəsinin, həm də hazırki iddianın verilməsinin istisna olunmasına səbəb ola bilərdi. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.09.2015ci il tarixli barışıq sazişini sonuncunun imzalamamasına, onun həmin tarixli məhkəmə iclasında iştirak etməməsinə dair cavabdeh tərəfin dəlillərini onların subyektiv mülahizəsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin sazişi imzalamaqla mərhum Cavabdeh iradə ifadəsini bildirdiyindən onun hüquqi varislərinin hazırki vəziyyətdə iddianın əsassız olmasına dair izahatları əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Cavabdeh 29 və 30 sentyabr 2015-ci il tarixli məhkəmə iclaslarında iştirakının olmasını təsdiq edən məhkəmə iclas protokollarının da məzmununu nəzərə almış və həmçinin hesab etmişdir ki, sazişi sağlığında imza edən mərhum Cavabdeh iradə ifadəsi onun iddia ərizəsində göstərilən məbləğin həqiqətən də iddiaçıya ödənilməsi (şərtlə də olsa) olmasının bir növ etirafına, beləliklə də mübahisənin sülh yolu ilə həll edilməsinə yönəlmişdir. Başqa sözlə, Cavabdeh iddiaçının tələb etdiyi məbləği ona öz üzərinə götürdüyü şərtləri yerinə yetirmədiyi təqdirdə qaytarmalı olması öhdəliyini üzərinə götürmüşdür. Faktın etirafının yazılı ərizədə ifadə olunmasına gəldikdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda onun iddiaçı qarşısında məsuliyyət daşıyıcısı olmasını öz imzası ilə təsdiq etmişdir ki, bu da yazılı qaydada məhkəməyə təqdim edilmə kimi də qiymətləndirilir. Faktın etiraf olunmasının məhkəmə iclasının protokoluna yazılması ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, barışıq sazişinin mövcudluğu halında cavabdehin iclas protokoluna imza etdirilməsinə zərurət olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin hüquqi varislərinin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi hallara hüquqi qiymət verərək hesab etmişdir ki, onlar İddiaçıla Cavabdeh arasında bağlanmış 30.09.2015-ci il tarixli barışıq sazişindən ən azından sonuncunun sözləri əsasında məlumatsız ola bilməzdilər. Belə ki, onlar da 2015-ci ildə sözügedən şəxslər arasında olan mübahisə ilə bağlı polis, məhkəmə orqanlarında araşdırmalar aparılması barədə məlumatlı idilər və Cavabdeh baş verənlərin nəticəsi barədə öz ailə üzvlərinə məlumat verməməsi inandırıcı görünmür. İşin materiallarından da görünür ki, hüquqi varislər iş üzrə icra vərəqəsi veriləndən sonra hazırki işə qoşularaq müvafiq qaydada şikayətlər verməyə başlamışlar. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum Cavabdeh barışıq sazişindəki imzanın onun tərəfindən icra edilməməsi ehtimalının nəzərə alınması halında belə, cavabdehin hüquqi varisləri iddiaçının ünvan 5 ünvanında yerləşən mərhum həyat yoldaşı ilə yaşadıqları evin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün hər hansı tikinti işlərinin aparmamasını və bu işlərin də məhz Cavabdeh tərəfindən aparılması ilə bağlı da hər hansı mötəbər və tutarlı sübutlar təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarını rəhbər tutaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hüquqi varisləri iddianın əsassız olmasına dair öz hüquqi mövqelərini sübut edə bilməmişlər və bununla bağlı istinad etdikləri hallara (xüsusən, barışıq sazişində olan imzanın Cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı) dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pul tələbi iddiası digər tərəf, yəni, Cavabdeh sağlığında ikən barışıq sazişində qarşılıqlı razılaşmaya əsaslanan öhdəliklərin yerinə yetirilməsi şərti yerinə yetirilmədiyi halda iddiaçıya iddia olunan pulu ödəməli olmasını göstərməsi faktı sonuncunu gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etmişdir. Odur ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Bunda başqa, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının ünvan 5-da mərhum həyat yoldaşı ilə birgə yaşadıqları evin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün apardığı tikinti işləri ilə bağlı əvvəlcə sağlığında Cavabdeh, vəfatından sonra isə hüquqi varisləri X14 və X10 əsassız varlanan şəxs statusuna malik olmuşlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-ci maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bunda başqa, birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq hesab etmişdir ki, iddiaçı hüququnun pozulduğu andan məhkəməyə müraciət etməklə əsassız varlanmış şəxsin (şəxslərin) heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Odur ki, Cavabdeh 267.907 manat məbləğində pulun iddiaçıya verilməli olması ilə bağlı barışıq sazişini imza etməklə iradə ifadəsini bildirməsi faktı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsi, cavabdehin hüquqi varisləri X14 və X3 267.907 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçının pul tələbi iddiası Cavabdeh sağlığında ikən barışıq sazişində qarşılıqlı razılaşmaya əsaslanan öhdəliklərin yerinə yetirilməsi şərti yerinə yetirilmədiyi halda iddiaçıya iddia olunan pulu ödəməli olmasını göstərməsi faktı iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh hüquqi varisi Günəş İbrahimovanın apelyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən ətraflı qiymət verildiyindən və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymətlə razılaşdığından, apelyasiya şikayətinin qeyd edilən dəlillərinin təkrar olaraq eyni əsaslarla qiymətləndirilməsinə zərurət görmür və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh hüquqi varisi Günəş İbrahimovanın apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh hüquqi varisi X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski