Məhkəmə qərarları › İş №2(103)-2213/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2213/2022

05.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2213/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehlər X2 və Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X4 və Cavabdeh2 qarşı əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar X2 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24,4 kvm-dən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olduğu 08.11.2018-ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi 30.10.2020-ci il tarixinə kimi əldən çıxmış fayda olaraq 7120 manat maddi zərər və mənəvipsixoloji sarsıntılar keçirməyə görə isə 5000 manat məbləğində mənəvi ziyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12150 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Hüseynov X3 Cahandar Tais oğlluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, maddi zərərin əvəzi olaraq 6000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2000 manatın və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 9030 manatın mülki iş üzrə ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: daşınmaz əmlakın Dövlət reyestrindən 08.11.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən, ünvan 2 saylı qeyriyaşayış sahəsii xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır (səh.9); Səbail Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(009)-690/2019 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi, əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər və 5000 manat mənəvi ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 24,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin açarlarla birlikdə İddiaçı təhvil verilməsi qət edilmişdir (səh.10); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2019-cu il tarixli, 2(003)-15036/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6671/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (səh.16); Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli, 2(102)-3070/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(003)-15036/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.23); Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin 30.10.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 nömrəli, 01.10.2019-cu il tarixli icra sənədi tam icra edildiyi üçün icra sənədinə xitam verilməsi qərara alınmışdır (səh.26); Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 30.10.2020-ci il tarixli akta əsasən, ünvan 1 ünvanında yerləşən 24.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin açarı tələbkar İddiaçı təhvil verilmişdir (səh.27); Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekpertiza" Biriyinin rəyinə əsasən, ərazi üzrə anoloji təklif qiymətləri nəzərə alınmaqla, müvafiq araşdırmanın yekunu olaraq, 25.12.2019-cu il tarixli rəyə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 24.4 kv.m olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 300 manat olaraq müəyyən edilmişdir (səh.28). Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021 saylı qərardadı ilə ilkin iddia tələbinin əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (səh.119). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021 saylı qətnaməsi ilə iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarına istinadən qeyd edilmişdir ki, iddia tələbinin əldən çıxmış faydaya görə 1620 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığından mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində də iddia təmin edilməməlidir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı maddi zərərin əvəzi olaraq 6000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2000 manatın qarşılıqlı iddia üzrə iddiaçıların xeyrinə tutulması tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbləri əsassızdır, belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutları məhkəməyə təqdim etmədilər. Ona görə də, qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İddia təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(009)-287/2021 saylı qətnaməsi ləğv edilməsi, ilkin İddiaçı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şkayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 178, 384, 385-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, qiymətləndirmə barədə ekspertiza rəyi olsa da iddia tələbi üzrə maddi zərərin hesablanması barədə məhkəmə öz təşəbbüsü ilə təkrar ekspertiza, eləcə də əldən çıxmış faydanın hesablanması barədə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası da təyin edə bilərdi. Bundan başqa, məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiasından başqa əlavə tələb olaraq, maddi və mənəvi zərərin ödənilməsini, eyni predemt və eyni əsas kimi qəbul etmişdir. Halbuki, əvvəlki məhkəmə qətnaməsi üzrə iddia irəli sürülərkən obyektiv səbəblərdən iddiaçının heç bir sübut təqdim etmək imkanı olmadığı üçün iddia ərizəsinə əlavə verməklə, simvolik olaraq maddi və mənəvi zərər tələbi istənilmişdir. Lakin, iş üzrə bütün instansiyalardan sonra qeyri-yaşayış sahəsi icraçı vasitəsilə mülkiyyətçiyə təhvil verildikdən sonra əmlaka baxış keçirməklə müvafiq qiymətləndirmə rəyi almaq mümkün olmuşdur. Yəni, fakitiki və hüquqi olaraq iddiaçının sübut təqdim etmək imkanı cavabdehlərin qanunsuz maneələri səbəbindən mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş ekspertiza rəyinə əsasən, əldən çıxmış fayda üçün hesablanmış məbləğ tamamilə fərqli olmuşdur. Nəticə olaraq, mübahisə tərəfləri eyni olsa da, predmet və iddianın əsasları tamamilə fərqli və yenilik təşkil etmişdir. Sözügedən qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi açıq hərrac nəticəsində 23.10.2018-ci il tarixində almış, 08.11.2018-ci il tarixində isə ƏMDK DƏDRX-dən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edən çıxarış aldı. Bundan sonra, o, mülkiyyətində olan qeyri-yaşayış sahəsini sahiblik və sərəncamına almaq üçün həmin ünvana gəldi və cavabdehlərdən ona qarşı sərt neqativ reaksiya verərək obyektin açarlarını ona təhvil verməkdən boyun qaçırdılar. Daha sonra, mülkiyyətində olan əmlak üzərində hüquqlarını həyata keçirmək və mövcud maneələri aradan qaldırmaq üçün ərazi üzrə müvafiq rayon məhkəməsinə müraciət etməli oldu. Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 24.4 kv.m-dən ibarət qeyri- yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən orada yerləşən və ona məxsus əşyaların boşaldılaraq açarlarla birlikdə İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Eyni zamanda, cavabdehlərdən Cavabdeh2 Xətai rayon məhkəməsinə hərracın nəticələrinin ləğvi əsası ilə iddia ərizəsi ilə müraciət etsə də Xətai rayon məhkəməsinin 17.10.2019-cu il tarxili qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra, cavabdehlər hər iki qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti versə də Bakı Apellyasiya məhkəməsinin 27.12.2019-cu il tarixli qətnaməsi ilə bir icraatda birləşdirilən mülki iş üzrə rayon məhkəmələrinin qətnamələri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, tərəflər apellyasiya məhkəməsinin qətnaməsindən narazı qaldıqları üçün yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmənin mülki kollegiyasına da kassasiya şikayəti versələr də cavabdehin şikayəti təmin edilmədən həmin məhkəmənin 22.07.2020- ci il tarixli qərarı ilə Bakı apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən qüvvədə saxlanıbmışdır. Göründüyü kimi, qeyri yaşayış sahəsinə müvafiq dövlət orqanından mülkiyyətə dair çıxarış aldığı 08.11.2018-ci il tarixindən bu günə kimi üç məhkəmə instansiyası və iki rayon məhkəməsində məhkəmə çəkişmələri davam etmiş və bu müddət ərzində iddiaçı olaraq qeyri-yaşayış sahəsini icarəyə vermək hüququndan tam məhrum olmaqla, maddi zərərə məruz qalmış, həmçinin bu illər ərzində ağır psixoloji və mənəvi zədələr almışdır. Yəni, sözügedən qeyri-yaşayış sahəsi vaxtında ona təhvil verilsəydi, onun istifadəsindən və ən azından icarəsindən xeyli miqdarda vəsait əldə edə bilərdi. Eyni zamanda, mülkiyyətində olan obyekti təhvil ala bilməməsi və dəfələrlə cavabdehlə gərgin danışıqları onda dərin psixoloji sarsıntı keçirməsinə gətirib çıxarmışdır. Mövcud qeyri-yaşayış sahəsinin real bazar konyuktuna uyğun olaraq, həmin ərazidə aylıq icarə haqqının rəsmi və dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekpertiza" Biriyinə müraciət olunmuşdur. Həmin idarənin eksperti tərəfindən ərazi üzrə anoloji təklif qiymətləri nəzərə alınmaqla, müvafiq araşdırmanın yekunu olaraq, 25.12.2019-cu il tarixli rəyə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 24.4 kv.m olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 300 AZN olaraq müəyyən edilmişdir. Sözügedən icarə obyektinin 08.11.2018-ci il tarixindən mülkiyyətçidə olmasından bu iddianın məhkəməyə verildiyi 26.10.2020-ci il tarixinə qədər olan müddəti nəzərə alsaq, iddiaçının həmin qeyri-yaşayış sahəsinə görə, ədən çıxmış və itirmiş olduğu mənfəət 7080 AZN (yeddi min səksən manat təşkil edir. Yəni, 23ay x 300azn =6900azn+18 gün x lOazn =+180= 7080. Həmçinin, iddiaçıya bu illər ərzində cavabdehlər tərəfindən dəymiş olan mənəvi psixoloji zərəri isə 5000 AZN məbləğində qiymətləndirmək olar. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X6 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021 saylı, 11 mart 2021 tarixli qətnaməsini qismən ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 372, 385, 386, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, uzun illər icarə hüququ ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiA üzrə iddiaçı Cavabdeh2 məxsus olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Əmlak Komitəsi tərəfindən ona xəbər verilmədən hərrac qaydasında hazırkı iş üzrə ilkin İddiaçı satılmışdır. Halbuki həmin qeyri-yaşayış sahəsini almaqda Cavabdeh2 üstünlük hüququna malik idi və almaq da istəyirdi. Cavabdeh2 pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Əmlak Komitəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi və hamın qeyri-yaşayış sahəsinin ona satılmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdi. Xətai Rayon Məhkəməsinin 2(011)-6671/20l9 saylı 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Eyni zamanda Hüseynov İddiaçı Zəminə Nənınan qızma və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq açarlarla birlikdə iddiaçıya təhvil verilməsi, əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavadehlərə qarşı iddia tələbləri qismən təmin olunmuş, qeyri-yaşayış sahəsinin boşaldılaraq açarlarla birlikdə təhvil verilməsi, iddianın qalan hissəda təmin olunmaması qət edilmişdir. Cavabdeh2 Xətai Rayon Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin qətnamələrindən, İddiaçı isə Səbail Rayon Məhkəməsinin qətnaməsindən apeiyaisya şikayətləri vermişdilər. Bakı Apelvasiva Məhkəməsinin 2(103)-l5036/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi ib onların apelyasiya şikayətləri tənim olunmamışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verməmişdir. Cavabdeh2 Nənınan qızının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3070 saylı, 22 iyul 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunması üçün Səbail rayon icra və probasiya şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclu Cavabdeh2 qızma icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Borclu Cavabdeh2 da qanuni qüvvəyə ıııinmış məhkəmə qərarını könüllü icra etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh maddi zərəri ekspert rəyi, mənəvi zərəri isə mənəvi-psixoloji sarsıntı keçirdiyi arqumenti ilə əsaslandırsa da. yuxarıda qeyd olunduğu kimi onun “əldən çıxmış fayda və mənəvi zərənn ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)690/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsim almışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qeyri-yaşayış sahəsində Cavabdeh2 qızma məxsus əşyalarını götürməyinə imkan verməmişdir. Bundan əlavə, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. İddiaçı həmin əşyaları və təmirə çəkilən xərcləri ödəməmiş, əsassız yerə mübahisələr yaratmış, eyni predmetlə və eyni əsaslarla məhkəmədə əsassız olaraq 2-ci dəfə iddia qaldırmış, nəticədə Cavabdeh2 qızma maddi zərərlə bərabər mənəvi zərər də yetirmişdir. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təqsiri ucbatından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 da mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh1 icarə müqaviləsinin tərəfi, hər hansısa bir işdə iddiaçı, ümumiyyətlə bu işlə bağlı heç bir əlaqəsinin olmamasına baxmayaraq 2ci dəfə cavabdeh qismində işə cəlb edilmişdir. Beləliklə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız olaraq şişirdilmiş məbləğin, yəni 12150 AZN manatının tələb edilməsinə dair iddia ərizəsini və məhkəmə bildirişini görüb həyacaıı keçirmişlər. Həmin məktub qonşuların yanında Cavabdeh2 və Cavabdeh1 təqdim edilmişdir. Məhkəmənin həmin məktubunu görən kənar şəxslər nəzərə alsaq ki, cəmiyyətdəki insanların əksər hissəsinin hüquqşünas olmayan təbəqə olması, o cümlədən hüquqşünas olsa belə hər hansısa sahə üzrə ixtisaslaşması, qanunvericiliyi əzbər bilinməməsi onların barəsində mənfi rəyin, yəni hər hansısa qanun pozması barədə fikrini formalaşdırmışdır. Bu məktubları görən kənar şəxslərin Cavabdeh2 qızma və Cavabdeh1 bundan sonra fikirləri heçdə birmənalı olmamışdır. Bu isə onlarda dərin mənəvi-psixoloji iztirab yaratmışdır. Cəmiyyətdə olan nüfuzlarına, o cümlədən şərəf və ləyaqətlərinə ziyan vurulmuşdur. Bununla da onların səhhəti kəskin pisləşmiş, özlərini çox pis hiss etmişlər. Fikrini əsaslandırmaq üçün misal olaraq göstərə bilər ki, Nyu-York Apellyasiya Məhkəməsi “McDougald və Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, maddi zərər pulla kompensasiya edilə bilər, lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Onlar pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsələr də, bu fıksiya qəbul edir. Onlar, itirilmişi qiymətləndirməyi ümid etmir, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər” Göründüyü kimi, ilkin iddiaçı cavabdehlərə qarşı təkrar olaraq eyni predmetlə əsassız olaraq iddia qaldırmaqla, onlara yuxarıda qeyd edilən zərərləri yetinnişdir. Səbail Rayon Məhkəməsi isə buna düsgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxaraq, yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, 2018-ci il tarixdən çıxarış əsasında mübahisəli yaşayış evini əldə etdiyini, buna baxmayaraq evdən istifadə edə bilmədiyini, 2 il müddətində ona maddi zərər dəydiyini, həmçinin məhkəmə çəkişmələri zamanı ona mənəvi zərər dəydiyini, cavabdehlərin heç bir sənəd olmadan qeyri-qanuni istifadə etdiklərini, yaşayış evinin hərraca çıxarıldığını, cavabdehlərə evin satılması barədə xəbərdarlıqlar edildiyini, hərrac zamanı yaşayış evi alındıqdan sonra evin açarını vermədiklərini, 2 il ərzində açarı versəydi maddi gəlir əldə edəcəyini, barışmağa cəhd edildiyini, lakin alınmadığını, açarı dəfələrlə cavabdehlərdən istədiyini, 2 ildən sonra açarın ona verildiyini bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, mübahisəl evdə 30 ildən çox yaşadıqlarını, Əmlak Komitəsinə yaşayış evini özəlləşdirmək üçün müraciət etdiyini, oradan ona 6 ay müddətinə icarəyə götürə biləcəyini, 6 il müvafiq ödənişlər etdiyini, sonra ondan 40000 manat məbləğində pul tələb etdiklərini, lakin imkanının olmadığını, lakin xəbərlərinin olmadığını, 2 il müddətinə isə məhkəmələrdə proseslərinin olduğunu, çəkişmə müddəti ərzində keçən vaxta görə iddianın onlardan təzminat istədiyini, həmin müddət ərzində İddiaçı evin açarlarını yekun məhkəmə qərarı çıxmadan vermədiyini, mübahisəli evlə bağlı yekun qərar çıxarıldıqdan sonra 10 gün ərzində həmin evi təhvil verdiklərini bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 öz apellyasiya şikayətini müdafiə edərək, iddiaçının mübahisəli yaşayış sahəsinə daxil olmasına cavabdehlər tərəfindən maneə törədildiyini, hal-hazırki iddia tələbinin fakultativ qərar olduğunu, eyni tələb və predmetlə bağlı olmadığını bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin şikayətini qəbul etməyərək, rayon məhkəməsi tərəfindən qərardad və qətnamə qəbul edildiyini, zərərin 5500 manat məbləğində olan hissəsi üzrə işə baxıldığını, iddianın tamamilə əsassız olduğunu, barışıq əldə edilə bilmədiyini, mübahisəli evlə bağlı icra sənədinin vaxtında yerinə yetirildiyini, İddiaçı qapını sındıraraq mübahisəli qeyriyaşayış sahəsinə daxil ola bildiyi halda, daxil olmadığını, çünki o vaxt yekun qərarın olmadığını, məhkəmə prosesi zamanı isə qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini söylədiyini bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; " Mülki Məcəllənin 21, 23, 152-158, 1096 -1098; "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, ilkin iddia üzrə mülki işin icraatına hissəvi xitam verilməsi, mübahisəli hüquq münasibətlərinin digər mülki iş üzrə münasibətlərlə bağlı olduğunu və artıq müzakirə edilmiş tələblərin dəlilərinin subuta yetirilməməsi onların və bu tələblər üzrə verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğin tutulması həmin məbləğin məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda Mülki Prosesual Məcəllənin 120-ci maddəsiylə müəyyən edilir və bu məsələ məhz həmin işə baxan mərkəmə tərəfindən məhkəmə xərclərinin tutulmasına aiddir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X2, Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar