Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2214/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu - Cavabdeh qarşı «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 50755 (əlli min yeddi yüz əlli beş) ABŞ dolları əsas, 16840 (on altı min səkkiz yüz qırx) ABŞ dolları faiz, cəmi 67595 (altmış yeddi min beş yüz doxsan beş) ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25.05.2017-ci il tarixə olan 46024,34 (qırx altı min iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas borc, 3887,1 (üç min səkkiz yüz səksən yeddi dollar bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49911,44 (qırx doqquz min doqquz yüz on bir dollar qırx dörd sent) manat məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənillməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh qaytarılması, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evini tərk etməklə ev boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 37 saylı, 01.11.2019-cu il tarixli rəyi ilə razı deyildir. Belə ki, məhkəmə əsas və faiz borcuna dair hissədə iddia tələbinin tam təmin etməməkdə haqlı olmamışdır. Bu səbəbdən, qətnamənin cavabdehdən əsas və faiz borcunun tutulması hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 37 saylı, 01.11.2019-cu il tarixli rəyi ilə razı deyildir. Hesab edir ki borc məbləği, o cümlədən faiz borcu şişirdilmişdir. Rayon məhkəməsində təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət versə də onun vəsatətinin təmin olunmadığını bildirmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Rəsulova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda ekspert rəyi ilə razı olmadığını bildirdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.07.2014-cü il tarixli, İPK-02 nömrəli Kredit müqaviləsindən görünür ki, bank borcluya 12 (on iki) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz hesablanmaqla 51 000 (əlli bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 2 (iki) otaqlı, 48.5 kv.m ümumi sahəsidən ibarət mənzil (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr kitabı nömrəsi 1748, vərəq nömrəsi 160655, reyestr nömrəsi **********39-05101-093007, qeydiyyat nömrəsi **********, 17.10.2012-ci il tarixli qeydiyyatlı çıxarış əsasında) 04 iyul 2014-cü il tarixli 02 saylı kredit müqaviləsinə əsasən «Bank»ın Cavabdeh verdiyi 51000 (əlli bir min) ABŞ dolları məbləğində kreditin 04 iyul 2015-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 70 000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına 17.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili 04.07.2014-cü il tarixli, Kredit müqaviləsinin təminatı kimi İddiaçınin Riyad filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əlavədən görünür ki, «Borcalan»nın «Banka» təqdim etdiyi «04» dekabr 2015-ci il tarixli ərizəsinə əsasən, «Bank» ilə «Borcalan» arasında bağlanmış «04» iyul 2014-cü il tarixli, 01 saylı Kredit müqaviləsinə əsasən «Borcalan»a verilmiş və bu kredit müqaviləsinə 01 nömrəli əlavə imzalanma tarixinə qalan 50841 (əlli min səkkiz yüz qırx bir) ABŞ dolları həcmində kredit qalığı yuxarıda qeyd edilmiş kredit müqaviləsində nəzərdə tutulmuş bütün müddəalar qüvvədə qalmaqla kreditin müddəti 04.06.2016-cı il tarixinə qədər uzadılmışdır. Borclu Cavabdeh 04.07.2014-cü il tarixli, 02 nömrəli kredit müqaviləsinə əsasən 25.05.2017-ci il tarixinə 50755 (əlli min yeddi yüz əlli beş) ABŞ dolları əsas, 16840 (on altı min səkkiz yüz qırx) ABŞ dolları faiz, cəmi 67595 (altmış yeddi min beş yüz doxsan beş) ABŞ dolları kredit borcu vardır. Mülki iş materiallarında olan 149 saylı MKİS tərəfindən verilmiş 01.07.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili Cavabdeh məxsusdur və həmin mənzildə özü qeydiyyatdadır Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 21.04.2017-ci il tarixli **********37 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC-nin, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 105/ATRB/20 saylı, 01.06.2020-cİ il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 60.000 (altmış min) manat, likvid dəyəri 55.000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3466 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 46024,34 ABŞ dolları, faiz borcu üzrə 1643,41 ABŞ dolları olaraq müəyyən edilmişdir. Eyni zamanda, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcu hesablanmadığı üçün göstərilən tarixə cavabdehə cərimə borcu hesablanmadı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun formalaşdırdığı hüquqi mövqedən görünür ki, ...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3466 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 46024,34 ABŞ dolları, faiz borcu üzrə 1643,41 ABŞ dolları olaraq müəyyən edilmişdir. Eyni zamanda, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcu hesablanmadığı üçün göstərilən tarixə cavabdehə cərimə borcu hesablanmadı. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 1643,41 ABŞ dolları tutulmalıdır. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3466 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 46024,34 ABŞ dolları, faiz borcu üzrə 1643,41 ABŞ dolları olaraq müəyyən edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətində əsas və faiz borcunun məbləğinə dair dəlilləri iş üzrə təkrar keçirilmiş ekspert rəyi ilə də təsdiq edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 1643,41 (min altı yüz qırx üç ABŞ dolları, qırx bir sent) ABŞ dolları tutulmalı və qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-36/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 1643,41 (min altı yüz qırx üç ABŞ dolları, qırx bir sent) ABŞ dolları faiz borcu tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş ) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2214/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2214/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver