Məhkəmə qərarları › İş №2(103)-222/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-222/2024

29.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-222/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X18 və Cavabdeh2 qarşı ilk, iddiaçılar X15 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı iddiası ilə bağlı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 Abbas oğlunun, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5, onların, habelə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X15 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X18 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair ilk, iddiaçılar X15 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 211/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X24 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 otaqlı, 22,8 kv.metr yaşayış, 48,5 kv.metr ümumi sahəsi olan 78a saylı fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 48,5 kv.m. ölçüdə 78a saylı ev (yeni qaydalarda – AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 328) və onun yerləşdiyi 0,01497 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyata alınmışdır.

3. ünvan 1 ünvanında yerləşən, 0,00713 ha. torpaq sahəsində yerləşən 56,5 kv.metr sahəsi olan fərdi yaşayış evi X15 mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı Kərim oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən İddiaçı qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında, eləcə də, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə tikinti işləri aparılmasına icazə verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2774 nömrəli rəyinə əsasən: - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X10 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır; - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir; - Mülki iş materiallarının doqquzuncu səhifəsində yer alan “Eskiz layihəsi”ndə göstərilən məlumatlar ilə baxış zamanı əldə olunmuş məlumatlar arasında müqayisəli tədqiqat aparılan zaman aşağıda qeyd olunan nəticələr ortaya çıxmışdır: 1) İddiaçı tərəfindən inşa olunmuş tikilinin (fərdi yaşayış evi) çöl ölçüləri uyğunluq təşkil edir, lakin layihə üzrə fərdi yaşayış evinin xarici divarları 400 mm. (cüt daş) qalınlığında nəzərdə tutulsa da, faktiki vəziyyətdə divarlar 200 mm. (tək daş) qalınlığındadır. Bu da öz növbəsində otaqların daxili ölçülərində fərqlərin yaranmağına səbəb olmuşdur; 2) Fərdi yaşayış evinin hündürlüyü layihə üzrə 3,15 metr nəzərdə tutulsa da, faktiki olaraq bir tərəfdən küçə tərəfdən və cavabdehin evi istiqamətinə hündürlük 4,6 metrdir; 3) Fərdi yaşayış evinin yaşayış otağının layihədə nəzərdə tutulmuş bir pəncərəsi faktiki vəziyyətdə bağlanmışdır; 4) Fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir; 5) İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanmışdır; - ünvan 3 barəsində xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31- 10301 saylı yeni texniki pasportda və xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olundu. - Baxış zamanı İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır; - Pəncərə və nəfəsliyin mülki iş materiallarının 51-ci səhifəsində yer alan X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olundu. Həmçinin, qeyd olunur ki, pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X18 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X15 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olundu. X18 məxsus evin mübahisəli pəncərəsinə vurulmuş dəmir barmaqlıqların İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan giriş-çıxış yoluna çıxıntısı yoxdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir; - Tədqiqat obyektinə baxış zamanı X18 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olundu. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktini istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. - Sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir; - Baxış zamanı əldə olunmuş məlumatlardan (çəkilmiş fotoşəkillərdən və s.) görünür ki, iddiaçı və cavabdehə məxsus müvafiq olaraq 78A və 88 saylı evlərin arasından keçən, mübahisə predmeti olan qaz xətti mişardaşından inşa olunmuş hasarın içindən keçməklə fərdi yaşayış evləri arasındakı açıq sahədən keçir. Həmçinin, qeyd olunur ki, həmin hasarın aşağı hissəsində qapı boşluğu mövcuddur ki, bu qapı boşluğundan müvafiq qurum əməkdaşlarının həmin hissəyə daxil olması və qaz xəttinə baxış keçirməsi mümkündür. Göstərilənlərə əsasən, həmin qaz xəttinin çəkilməsi ilə əlaqədar hər-hansı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Mübahisə predmeti olan su xəttində nasazlıq (o cümlədən qəza və s.) baş verəcəyi təqdirdə cavabdehin fərdi yaşayış evinin tikinti konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərinə susızma izləri yarana və fərdi yaşayış evinin təmirinə ziyan dəyə bilər. Qeyd olunan məsələlər təhlükəsizlik texnikası qaydalarının pozulmasına aid deyildir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli, 3-16-16/2-10/8674 nömrəli rəyinə əsasən: - Qəradadın birinci-ikinci sualları üzrə: ilkin ekspertiza rəyindən görünür ki, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 107 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir. - Qərardadın üçüncü sualı üzrə: “Respublika Gigiyena Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 88 ünvanında və X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 98A ünvanında yerləşən evlərdə işıqlanma səviyyəsi tələb olunan normadan azdır. Hava cərayanının sürəti isə norma daxilində olduğu göstərilmişdir. - Qərardadın dördüncü sualı üzrə: İddiaçı tərəfindən ünvan 3 ünvanında inşa olunmuş yaşayış evinin divarının hündürlüyünə görə zəruri olan 1,05 metr məsafə əvəzinə 1,50 metr saxlanıldığını nəzərə alaraq AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı qərarının tələblərinin 9-cu bəndində göstərilən 80.1-ci maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı X18 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 onun şəxsi mülkiyyətindədir və bu barədə ona Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 2005-ci il tarixdə FM seriyalı, 035716 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini 2004-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Əmlak Məslələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ona mülkiyyətində olan həmin ev barəsində xx.xx.2020-ci il tarixdə texniki pasport və xx.xx.2020-ci il tarixdə isə yeni çıxarış verilmiş, ev, evin həyətyanı torpaq sahəsi tam dəqiqliklə ölçülərək bu qeydlər çıxarışda öz əksini tapmışdır. O, mülkiyyətində olan həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlərin sahibliyində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 88-in 1-ci mərtəbəsinin 1 böyük və 1 balaca pəncərəsi onun həyətinə baxır, evdə danışılanlar onun həyətində eşidilir, həmin pəncərələrdən onun həyəti tam görünür, bu səbəbdən o və ailə üzvləri öz həyətində sərbəst hərəkət edə bilmir, cavabdehin balaca pəncərəyə vurduğu dəmir barmaqlıq həyətdə onların hərəkətinə mane olur. Cavabdehlərin öz həyətlərindən və küçə yolundan evlərinə pəncərə açmaq imkanları vardır, həmçinin, cavabdehin evinin navalçalarından su onun həyətinə axıdılır. Cavabdeh həyətin küçə tərəfindən ona aid hissəyə dəmir qutu içində su nasosu qoymuşdur ki, bu da onun həyət qapısının açılmasına mane olur. O, dəfələrlə cavabdehdən onun həyətinə baxan pəncərələrin bağlanmasını, pəncərəyə quraşdırdığı dəmir barmaqlığın, içində su nasosu olan dəmir qutunun sökülməsini, həmçinin navalçalardan həyətinə suyun axıdılmasının qarşısının alınmasını tələb etsə də, cavabdeh göstərilənlərin heç birini yerinə yetirməmişdir. Mənzil şəraiti yaxşı olmadığından o, 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyətinə müraciət edərək şəxsi mülkiyyətində olan, ünvan 3-nın həyətində ev tikdirməyinə icazə verilməsini xahiş etmiş, tikəcəyi evin layihə-smeta sənədlərini hazırladaraq təsdiq olunması üçün İcra Hakimiyyətinə təqdim etmişdir. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən fərdi yaşayış evinə və tikəcəyi evin yerinə baxış keçirilmiş, layihə-smeta təsdiq edilmiş və ona xx.xx.2019-cu il tarixdə məktub verilərək tikinti işlərinin razılaşdırılmış eskiz-layihəyə uyğun aparılmasına icazə verilmişdir. O, razılaşdırılmış eskiz-layihəyə uyğun olaraq tikinti işlərinə başlayarkən cavabdeh əsassız olaraq onun işinə müdaxilə etmiş, tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Bütün bunlara görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır.

9. Həmçinin, X24 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X15 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təxminən 50 il əvvəl tikilmişdir, həmin vaxtdan etibarən onlar ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. 2020-ci ilin yanvar ayının əvvəllərindən etibarən həmin küçədə 78A ünvanında İddiaçı tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikili inşa edilməyə başlanmışdır. Həmin özbaşına tikili Cavabdeh1 məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını almışdır, həmçinin, İddiaçı tikdirdiyi evin pəncərələrini Cavabdeh1 məxsus evin pəncərələrinin qarşısına quraşdırmışdır ki, bu da milli-mədəni dəyərlər baxımından qəbul edilməzdir. Həmçinin, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdirmişdir. Həmin su borusundan su sızması nəticəsində Cavabdeh1 evinin divarı və bünövrəsi nəm çəkəcəkdir. Eyni zamanda, İddiaçı Cavabdeh1 evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bundan başqa, İddiaçı hüququnun rəsmiləşdirilməsi barədə xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı texniki pasportdan aydın olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,01497 ha., faktiki torpaq sahəsinin ölçüsü isə 0,02412 hektardır. Beləliklə, İddiaçı zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0,00915 ha. olduğu məlum olur. Odur ki, İddiaçı inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, icarəsində və ya istifadəsində deyil, zəbt edilmiş ərazidə olduğundan həmin tikili sökülməli, ərazi İddiaçı tərəfindən əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçı tərəfindən inşa edilmiş tikili zəbt olunmuş torpaq sahəsində olduğundan, Cavabdeh1 evinin pəncərələrinin həmin evə baxması İddiaçı hüquqlarını poza bilməz, pəncərəyə quraşdırılmış dəmir barmaqlıq İddiaçı evinə giriş-çıxışa heç bir məhdudiyyət yaratmır, navalçalar isə küçəyə axıdılmaq qaydasında quraşdırılmışdır.

11. Bundan başqa, X16 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında İddiaçı tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir, həmin özbaşına tikili ona məxsus Aydınbəyov küçəsi, 98A saylı evin otağının pəncərələrinə və bayır divarına günəş işığı düşməsinin qarşısını tam almışdır, həmçinin, İddiaçı onun evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bununla əlaqədar hətta onun evinin qeyd edilən hissədə yerləşən otağının divarının içəri tərəfdən üz hissəsi nəm çəkərək qabarmağa, divarın boyası isə düşəməyə tökülməyə başlamış, həmin otaq yaşayış üçün yararsız hala gəlmiş və evin bünövrəsi zəifləməyə başlamışdır. O, 1995-ci ildən həmin ünvanda yaşayır, o, həmin evi alarkən İddiaçı indiki həyətinə baxan pəncərə mövcud olmuş, hazırda İddiaçı istifadəsində olan həyətin yerində yol olduğundan pəncərə ilə bağlı heç kimin hüquqları pozulmamışdır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (2(001)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X18 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, X15 mülkiyyətində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçaların sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, X15 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X15 maraqlarına toxunan hissədə, yəni X15 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X15 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X5 maraqlarına toxunan hissədə, yəni X5 mülkiyyətində olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X5 istifadəsində olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada X13 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim X6).

14. Məhkəmə ilk öncə İddiaçı iddia tələbinin cavabdehlərin yaşadığı evdən onun həyətinə baxan pəncərələrin bağlanması hissəsinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, X18 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X15 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən edilmişdir. Həmin pəncərə və nəfəsliyin X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda göstərildiyi nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası bu hissədə əsassız olmaqla təmin edilməməlidir.

15. İddianın barmaqlığın sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyində göstərilmişdir ki, mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıbyaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. İddiaçı iddiasını bu hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, sözügedən barmaqlığın 7 sm. çıxıntısı olması Mülki Məcəllənin 170.2-ci maddəsində göstərilən “hədsiz təsir” kimi qiymətləndirilə bilməz. Həmçinin, barmaqlığın 7 sm.-dən ibarət çıxıntısının İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də yaranan maneənin konkret nədə ifadə olunması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı iddiası həmin hissədə də təmin olunmamalıdır.

16. İddianın İddiaçı həyətinə su axıdılan navalçaların sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən də X18 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. Gələcəkdə navalçadan su axacağı və suyun hərəkət trayektoriyasının müəyyən edilməsinin qeyri-mümkün olduğu nəzərə alınaraq məhkəmə hesab edir ki, suyun İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsinə axıb-axmaması hazırki halda əhəmiyyətli hal kimi nəzərə alınmadan Cavabdeh1 tərəfindən həmin navalça sökülməli, bununla da İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 məxsus evin navalçasından su axmasının qarşısı alınmalıdır. Beləliklə, iddia həmin hissədə təmin edilməlidir.

17. İddianın su nasosunun və onun yerləşdiyi dəmir qutunun sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan girişçıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. Məhkəmə tərəfindən təyin edilmiş yerində müayinə zamanı həmin su nasosunun yerləşdiyi dəmir qutunun İddiaçı həyətindən küçəyə açılan girişçıxış yoluna maneə yaratmadığı, beləliklə onun hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Buna görə də, iddia bu hissədə də təmin olunmamalıdır.

18. Beləliklə, İddiaçı iddiası yalnız navalçanın sökülməsi ilə bağlı hissədə əsaslı olduğundan iddia tələbinin sonuncu, yəni İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən maneələrin nədən ibarət olması nə iddiaçı tərəfindən konkret göstərilmiş, nə də işin halları ilə müəyyən olunmadığından iddia bu hissədə də təmin olunmamalıdır.

19. X15 və Cavabdeh2 qarşılıqlı iddiasına, habelə X5 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X10 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. ünvan 3 barəsində xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı yeni texniki pasportda və xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olunmuşdur. Beləliklə, İddiaçı qanuni olaraq ona ayrılmış torpaq sahəsindən daha böyük sahəni istifadə etdiyi, yəni faktiki olaraq zəbt etdiyi müəyyən olunsa da, zəbt edilmiş torpaq sahəsi ilə X18 və X11 məxsus torpaq sahələrinin üst-üstə düşmə halı müəyyən edilmir ki, belə olan halda, sonuncuların İddiaçı tərəfindən zəbt edilmiş ərazinin boşaldılması ilə bağlı iddia tələbi üçün subyektiv hüquqları müəyyən edilmir. Buna görə də, həm qarşılıqlı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi yalnız iddiaçıların hüquqlarına toxunan hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X10 tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir və boşluğun küçə tərəfdən mişar daş ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X18 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır.

20. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X15 maraqlarına toxunan hissədə, yəni X15 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, həmin fərdi yaşayış evinin X15 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməli, həmin fərdi yaşayış evi X5 maraqlarına toxunan hissədə, yəni X5 mülkiyyətində olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X5 istifadəsində olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülməlidir

21. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111(1), Mülki Prossesual Məcəllənin 77.1, 101.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

24. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X24 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəyinə əlavə verərək, qətnamənin ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissələrdə ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

25. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdırlar.

26. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin onun iddiasının rədd edildiyi hissədə ləğv edilməsi, onun iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs apellyasiya şikayətini öz iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. İşə apellyasiya qaydasında baxılarkən yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr eniliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, oradan sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X5 evi, qabaq tərəfində 1.3 metr məsafədə X24 və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havanın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X11 məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsməklə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır. Arxadakı və qarşıdakı evlərə normal hava və işığın daxil olmasının təmin olunması üçün M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağı başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9768/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X24 və Cavabdeh2, X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən İddiaçı yeni tikdirdiyi ev ilə X21 və Cavabdeh2 evinin arasındakı boşluğu küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv edilmiş, həmin hissədə X24 və Cavabdeh2, X5 iddia tələbləri qismən təmin edilmiş, İddiaçı yeni inşa etdirdiyi ev ilə, X24 və Cavabdeh2 evi arasında boşluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər, M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağının sağ başlanğıcdan 4,6 metrlik divarın 1,5 metr məsafədə İddiaçı hesabına sökülməsi, X24 və Cavabdeh2, X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumunun onu ödəyən şəxslərə aid edilməsi qət edilmişdir (hakimlər X2 edən və məruzəçi, X7 və X14).

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr eniliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, oradan sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X5 evi, qabaq tərəfində 1.3 metr məsafədə X24 və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havanın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X11 məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsməklə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır. Arxadakı və qarşıdakı evlərə normal hava və işığın daxil olmasının təmin olunması üçün M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağı başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir

31. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dair dəlilləri aşkar etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 170.2-ci maddəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat

33. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X24 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

35. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, ilk iddianın rədd olunması, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların və üçüncü şəxsin kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, cavabdehlərin və üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsi, iddiaçının kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4752/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9768/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasar və qapının sökülməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair hissələrdə ləğv edilməsi və işin həmin hissələrdə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və mərizəçi), M.T.Əhmədova və İ.K.Xəlilov).

38. Kassasiya instansiya məhkəməsi ilk iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaya münasibətdə hüquqi dəyərləndirmə maddi və prosessual normaların tələblərinə uyğun aparıldığından iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas hesab edilmir.

39. Kassasiya instansiyası məhkəməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddiasına münasibətdə qeyd etmişdir ki, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin və üzərində yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçiləridir, üçüncü şəxs isə həmin ərazidə yerləşən başqa bir fərdi yaşayış evində məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,02412 ha. təşkil edir, o, 0,00915 ha torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir, bu səbəbdən iddiaçının həmin əmlaka münasibətdə sahibliyi qanunsuz sahiblik kimi qiymətləndirilir. Qarşılıqlı iddia üzrə iddiaçının və üçüncü şəxsin sökülməsini tələb etdiyi tikililər iddiaçının qanuni əsaslar olmadan sahiblik etdiyi 0,00915 ha torpaq sahəsində inşa edilmişdir. Qanunvericiliyə əsasən tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Qarşılıqlı iddia üzrə iddiaçı qonşu torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. O da qeyd edilməlidir ki, üçüncü şəxs yaşadığı evə dair hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Aşağı instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edildiyi, sökülməsi mübahisələndirilən tikililərin qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Mübahisəli tikilinin məlumatlandırma icraatının tətbiq edildiyi tikili olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilməsi barədə dəlillərə gəldikdə isə, tikintinin məlumatlandırma icraatı qaydasında aparılması üçün ilkin şərt tikintinin aparıldığı torpaq sahəsinə dair hüququn mövcud olmasıdır. Beləliklə, zəbt edilmiş torpaq sahəsində tikinti aparılmasına dair müvafiq icra hakimiyyətinin razılığının və ya icazəsinin mövcudluğu özü-özlüyündə mübahisənin iddiaçının xeyrinə həll edilməsinə pozitiv təsir göstərən hal kimi qiyməndirilə bilməz. Göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqət yetirilməmiş, mübahisə üzrə dəyərləndirmə qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinə uyğun olaraq tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətlərini qəbul etməyərək, mübahisəli tikintinin təsdiq edilmiş layihəyə uyğun aparıldığını, qonşu evlərlə ara məsafəsinin gözlənildiyini, bu tikintidən də əvvəl orada balaca ölçüdə başqa bir tikilinin yerləşdiyini, tikintinin yerləşdiyi torpaq sahəsinin uzun illərdir ki, onun istifadə və sahibliyində olduğunu bildirmiş və qətnamənin özbaşına tikintinin rekonstruksiya edilməsi, habelə hasarın, konsol döşəmənin və qapının sökülməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

42. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 Abbas oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinə uyğun olaraq tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətlərini qəbul etməyərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatına uyğun izahat vermiş və qətnamənin özbaşına tikintinin rekonstruksiya edilməsi, habelə hasarın, konsol döşəmənin və qapının sökülməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

43. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinə uyğun olaraq tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəfindən verilmiş apellyasiya şikayətinin və qarşılıqlı iddiasının məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək, İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikintinin sökülməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

44. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinə uyğun olaraq tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəfindən verilmiş apellyasiya şikayətinin və iddiasının məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək, İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikintinin sökülməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

45. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıların, habelə üçüncü şəxsin vəkili Vəkil2 birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsinə uyğun olaraq tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətlərinin və iddiaların məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilərək, İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikintinin sökülməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

47. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə; 64.2-ci maddəsinə əsasən layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstruksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir; 69.4-ci maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 69.5.2-1-ci maddəsinə əsasən ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir; 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır; 73.2-ci maddəsinə əsasən iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir; 73.4-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir; 80.4-ci maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın: 7-ci bəndinin ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür; 9-cu bəndinə əsasən Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur; 10.1-ci bəndinə əsasən ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

53. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə qətnaməni ilk iddiaçı tərəfindən inşa edilən tikintinin rekonstruksiya edilməsi, onun tərəfindən hörülmüş hasarın, quraşdırılmış qapının və konsol döşəmənin sökülməsi” hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddiaçıların və müstəqil tələblər irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, ilk iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “evlərin divarları arasında boşluqda inşa edilmiş hasarın, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi, habelə özbaşına tikintinin rekonstruksiya edilməsi” hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası “evlərin divarları arasında boşluqda inşa edilmiş özbaşına tikintinin, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi” hissəsində rədd edilməli, “evlərin divarları arasında boşluqda inşa edilmiş hasarın sökülməsi” hissəsində isə qismən təmin edilməli, evlərin divarları arasında olan boşluqda inşa edilmiş və həmin boşluğu küçədən ayıran hasar 2,2 metr hündürlüyə qədər sökülməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası qətnamənin yoxlanılan hissəsi üzrə iddia tələblərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçılar və üçüncü şəxs iddialarına uyğun olaraq apellyasiya şikayətləri üzrə ilk iddiaçı tərəfindən inşa edilmiş tikintinin rekonstruksiya olunmasını deyil, tam sökülməsini, ilk iddiaçı isə apellyasiya şikayəti üzrə qətnamənin “evlərin divarları arasında boşluqda inşa edilmiş hasarın, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi, habelə özbaşına tikintinin rekonstruksiya edilməsi” hissəsinin ləğv edilməsini və onların iddiasının həmin hissədə rədd edilməsini tələb edir.

56. Hazırki iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yeləşən 0,01497 ha ölçüdə torpaq sahəsi və onun üzərindəki 48,5 kv.m. ölçüdə fərdi yaşayış evi ilk İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 88 saylı fərdi yaşayış evi isə qarşılıqlı iddiaçı Cavabdeh1 mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0,00713 ha ölçüdə torpaq sahəsi isə sonuncunun qanuni istifadəsindədir. Digər qarşılıqlı iddiaçı Cavabdeh2 da orada yaşayır, ayrıca olaraq həmin ərazidə hər hansı daşınmaz əmlakın mülkiyyətçisi deyil. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 98A saylı fərdi yaşayış evində yaşayır. Həmin ev onun istifadə və sahibliyindədir.

57. Qarşılıqlı iddiaçılar və üçüncü şəxs ilk iddiaçının şəhərsalma və tikinti normaları və qaydaları pozulmaqla və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi üzərində tikinti işlərini apardığını və nəticədə qanunsuz tikinti (fərdi yaşayış evi) və onun qarşısında hasar inşa etdiyini, qapı və konsol döşəmə quraşdırdığını iddia edir və bu tikintilərin sökülməsini tələb edirlər. Qarşılıqlı iddiaçıların və üçüncü şəxsin yuxarıda göstərilən ünvanlarda yerləşən fərdi yaşayış evlərində yaşaması işin mübahisəsiz halıdır. Bu baxımdan Cavabdeh1 mülkiyyətçi olaraq, digər qarşılıqlı iddiaçı və üçüncü şəxs isə sahiblik və istifadə hüquqlarına əsaslanaraq, hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüquqa malikdir.

58. Qarşılıqlı iddiaçıların və üçüncü şəxsin sökülməsini tələb etdiyi tikinti ilə üzbəüz dayandıqda ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi bu tikintinin arxasında, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 da yaşadığı fərdi yaşayış evi sağında, üçüncü şəxs X11 məxsus olan fərdi yaşayış evi isə solunda yerləşir. İlk iddiaçı tikinti ilə yanaşı, daş hasar da inşa etmiş, habelə qapı və konsol döşəmə quraşdırmışdır (konsol döşəmə bu tikinti işlərinin tərkib hissəsi olduğundan və tikintilərin sökülməli olub-olmaması barədə yekun qənaət konsol döşəməyə də təsir etdiyindən məhkəmə kollegiyası Ali Məhəkəmənin qeyd edilən qərarındakı göstərişlər çərçivəsində bu tələbə də hüquqi qiymət verilməsini zəruri hesab edir).

59. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tikintinin yerləşdiyi torpaq sahəsi ilk iddiaçının mülkiyyətində deyil. Lakin həmin torpaq sahəsi hazırda mübahisələndirilən tikinti işlərindən xeyli əvvəl də ilk iddiaçının istifadəsində olmuşdur. Bu hal iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapır. Belə ki, iş materiallarının 1-ci cildinin 29-30-cu səhifələrində olan fotoşəkillərdən həmin torpaq sahəsi üzərində üçüncü şəxs X11 məxsus olan fərdi yaşayış evinə bitişik vəziyyətdə 1 mərtəbəli tikintinin, həmin sahəni yoldan ayıran hasarın və dəmir darvazanın olduğu açıq və aşkar şəkildə görünür. Bu tikintinin mövcudluğu həmin cildin 63-cü səhifəsində olan fotoşəkildən də müəyyən edilir. Belə ki, həmin fotoşəkildə X11 məxsus olan fərdi yaşayış evinin divarının bir hissəsində suvağın olmadığı müşahidə olunur. Bu da öz növbəsində həmin divara bitişik vəziyyətdə başqa bir tikilinin olduğunu və sonradan söküldüyünü təsdiq edir. Həmin sahənin qarşılıqlı iddiaçıların və ya üçüncü şəxsin istifadəsində olması, məhz onlar tərəfindən hasarın inşa edilməsi və ya darvazanın quraşdırılması, habelə sahə üzərində əvvəllər mövcud olmuş tikintinin onların hər hansı birinə məxsus olması, ümumiyyətlə onlara aid fərdi yaşayış evlərindən hər hansı bir vaxt bu sahəyə çıxışin olması müəyyən edilmir. Həmin şəxslər özləri də bu mövqedən çıxış etmir. Həmin sahəyə yalnız ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən daxil olmaq olar.

60. Bununla belə, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi əvvəllər də məhz ilk iddiaçının istifadə və sahibliyində olmuş, daş hasarla yoldan təcrid edilmiş, sahəyə daxil olmaq üçün hasara dəmir darvaza quraşdırılmışdır. Lakin ötən dövr ərzində qarşılıqlı iddiaçılar və üçüncü şəxs nə hasarın, nə darvazanın, nə də ki, orada olmuş tikintinin sökülməsini tələb etməmiş, torpaq sahəsinin ilk iddiaçının qanunsuz istifadəsində olması mövqeyindən çıxış etməmiş, ümumiyyətlə onun istifadə və sahibliyinə hər hansı maneə yaratmamışdılar. Nəticə etibarı ilə ötən illər ərzində ilk iddiaçının həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi, o cümlədən onu zəbt etməsi iddiaları ilə hər hansı şəxs çıxış etməmişdir. Başqa sözlə, ötən dövr ərzində ilk iddiaçı nəinki torpaq sahəsindən, hətta onun üzərində olan tikintidən də maneəsiz və tam sərbəst şəkildə istifadə edərək, onlara sahiblik etmişdir.

61. Həmin sahədə, üçüncü şəxsə məxsus fərdi yaşayış evinə bitişik olan tikinti və dəmir darvaza artıq sökülmüş, hazırda torpaq sahəsi mişar daşı ilə hörülərək, bağlanmışdır. Həmin torpaq sahəsi üzərində ilk iddiaçı tərəfindən inşa edilmiş mübahisəli tikinti məlumatlandırma icraatının tətbiq edildiyi tikinti olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilmişdir. Bununla da həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olan torpaq sahəsi kimi qiymətləndirilmişdir. Əks halda, məlumatlandırma icraatı həyata keçirilməzdi.

62. Mübahisəli tikintinin divarının hündürlüyünə görə zəruri olan 1,05 metr məsafə əvəzinə 1,5 metr saxlanılmışdır ki, bu da qeyd edilən tikintinin ara məsafəsinin saxlanılması baxımından həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun inşa edildiyini təsdiq edir. Bu hal məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8674 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası tərəfindən keçirilən yerində müayinədə sadə qaydada aparılmış ölçmə zamanı da qarşılıqlı iddiaçının mülkiyyətində fərdi yaşayış evi tərəfdən ara məsafəsinin təxminən 139-140 metr, üçüncü şəxsə məxsus evin hasara yaxın hissədə isə təxminən 140 metr olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ilk ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində isə ara məsafəsinin layihəyə əsasən 1,2 metr nəzərdə tutulduğu halda, faktiki olaraq 1,4 metr olduğu göstərilmişdir. Başqa sözlə, həm yerində müayinə zamanı, həm də hər iki tədqiqat üzrə ara məsafəsinin tələb olunandan da artıq olduğu müəyyən edilmişdir.

63. Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8674 saylı ekspert rəyinə əsasən mübahisəli tikinti ilə onun solunda (üçüncü şəxs) və sağında (qarşılıqlı iddiaçılar) yerləşən fərdi yaşayış evlərinin arasında hava cəryanının surəti də norma daxilindədir.

64. Həmin rəyə əsasən mübahisəli tikintinin inşasından sonra qarşılıqlı iddiaçılara və üçüncü şəxsə məxsus fərdi yaşayış evlərində işıqlanma səviyyəsi tələb olunan normadan azdır. İlk rəydə də həmin evlərin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaratdığı göstərilmişdir. Lakin bu hallar həmin tikintinin, habelə inşa edilmiş hasarın sökülməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, yerində müayinə zamanı üçüncü şəxsə məxsus olan fərdi yaşayış evi ilə üzbəüz duranda sağda yerləşən başqa bir fərdi yaşayış evi ilə də ara məsafəsinin az olduğu müəyyən edilmişdir. Lakin üçüncü şəxs hazırda ona məxsus olan fərdi yaşayış evinə köçən zaman həmin fərdi yaşayış evinin artıq mövcud olması səbəbindən ona qarşı eyni iddia ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Belə çıxır ki, üçüncü şəxs hazırda istifadə və sahibliyində olan evə köçən zaman mübahisəli tikinti də mövcud olsa idi, onun tərəfindən hazırki iddia irəli sürülməyəcək idi.

65. Məhkəmə kollegiyası xüsusilə o halı vurğulayır ki, hazırki iş üzrə apellyasiya instansiyadakı hər iki icraat zamanı keçirilmiş yerinə müayinədə artıq hasarın və tikintinin inşa edildiyi, qapının və konsol döşəmənin quraşdırldığı müəyyən edilmişdir. Həm qarşılıqlı iddiaçılar, həm də üçüncü şəxs ilk olaraq inşa işlərinin aparılmasına etiraz etmədiklərini və razılıq verdiklərini bildirirlər. Onların ilk iddiaçı ilə məhkəmə müstəvisində mübahisələri ilk iddiaçının onlara qarşı iddia qaldırdıqdan sonra yaranmışdır. Başqa sözlə, qarşılıqlı iddiaçıların və üçüncü şəxsin iddiası ilk iddiaya cavab olaraq irəli sürülmüşdür. Hüquqi nəticə etibarı ilə qarşılıqlı iddiaçılar və üçüncü şəxs mövcud vəziyyətdə hazırki iddianı qaldırmaqla cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüquqlarını həyata keçirmişdilər ki, bu da onların hərəkətlərini hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Həm bu, həm də yuxarıda qeyd edilən halların mövcudluğu onların ilk iddiaçı tərəfindən inşa edilmiş tikintinin, habelə quraşdırılmış qapının və konsol döşəmənin sökülməsi tələbinin rədd edilməsini, daş hasarın sökülməsi tələbinin isə qismən təmin edilməsini şərtləndirir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni inşa edilmiş tikintinin rekonstruksiya edilməsi, quraşdırlmış qapının və konsol döşəmənin sökülməsi hissəsində əsaslı hesab etmir və belə qənaətə gəlir ki, ilk iddiaçının apellyasiya şikayəti həmin hissədə təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddiaçıların və üçüncü şəxsin bu tələbləri rədd edilməlidir. Qeyd edilənlər öz növbəsində onların apellyasiya şikayətlərinin təmin edilməməsi üçün əsas yaradır.

66. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, habelə ilk iddiaçının özünün də bu məsələyə münasibətini (razılığını) nəzərə alıb, belə qənaətə gəlir ki, ilk iddiaçının apellyasiya şikayəti daş hasarın sökülməsi hissəsində qismən əsaslıdır, bu səbəbdən onun apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli və ilk iddiaçının inşa etdiyi (torpaq sahəsini küçədən ayıran) hasar 2,2 metr hündürlüyə qədər onun vəsaiti hesabına sökülməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X24, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsi yoxlanılan, yəni “daş hasarın, konsol döşəmənin və qapının sökülməsi, habelə tikilinin rekonstruksiya edilməsi” hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası “konsol döşəmənin, qapının və tikintinin sökülməsi” hissəsində rədd edilməli, “daş hasarın sökülməsi” hissəsində isə qismən təmin edilməli, ilk İddiaçı tərəfindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X15 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 88 saylı evin divarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 98A saylı evin divarı arasında olan boşluqda inşa edilmiş (boşluğu küçədən ayıran) hasar 2,2 metr hündürlüyə qədər onun vəsaiti hesabına sökülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh2, X13 və X4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X24, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsi yoxlanılan, yəni “evlərin divarları arasında boşluqda inşa edilmiş daş hasarın, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi, habelə özbaşına tikintinin rekonstruksiya edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia və üçüncü şəxsin iddiası “ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən quraşdırılmış konsol döşəmənin və qapının, habelə inşa edilmiş tikintinin sökülməsi” hissəsində rədd edilsin, “daş hasarın sökülməsi” hissəsində isə qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X15 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 88 saylı evin divarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 98A saylı evin divarı arasında olan boşluqda inşa edilmiş (boşluğu küçədən ayıran) hasar 2,2 metr hündürlüyə qədər onun vəsaiti hesabına sökülsün. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh2, X13 və X4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar